Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2170/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X6, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış Bakı Şəhəri 9 saylı X10 X3 tərəfindən 3M-1177 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli “Kredit Müqaviləsini və 3M-1178 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli “İpoteka Müqaviləsini etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri 9 saylı X10 X3 tərəfindən 3M-1177 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli "Kredit Müqaviləsi"nə əsasən "Borc verən" "Borc alan”a 60.000,00 (altmış min) ABŞ dolları, bügunki ekivalent manat məzənnəsi ilə (1 ABŞ dolları -1.70 manat) 102.000,00 (bir yüz iki min manat, sıfır qəpik) manat məbləğində borc pul verməyi və “Borc alan” isə krediti 60.000,00 (altmış min) ABŞ dolları, ABŞ dolları şəklində və ya qaytarılan günkü ekvivalent manat məzənnəsi ilə xx xxxxxx 2019-cu il tarixədək "Borc verən"ə qaytarmağı öhdəmizə götürmüşdür. xx xxxxxxx 2018-ci il tarixli "Kredit Müqaviləsi"nin təminatı olaraq, onunla Cavabdeh1 arasında bağlanmış Bakı Şəhəri 9 saylı X10 X3 tərəfindən 3M-1178 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli "İpoteka Müqaviləsi"nə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi, döngə 2, dalan 4, 1 saylı evi ipoteka ilə yüklü edilmişdir. Bununla bağlı xx xxxxxxx 2018-ci il tarixli "Kredit Müqaviləsi" nə əsasən nəzərdə tutulmuş 60.000,00 (altmış min) ABŞ dolları borc pul məbləği Cavabdeh1 tərəfindən ona verilməmişdir. Belə ki, notariat işi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh1 xx xxxxxxx 2018ci il tarixdə, saat 17:22:08-də Bakı Şəhəri 9 saylı X10 X2 bank depozit hesabına ona verilməsi üçün nəzərdə tutulmuş 102.000,00 (bir yüz iki min manat sıfır qəpik) manat borc pul məbləğini qoymuş, bundan sonra isə yenə həmin tarixdə artıq saat 17:35-də isə onunla Cavabdeh1 arasında xx xxxxxxx 2018-ci il tarixli "Kredit Müqaviləsi bağlanmışdır. Bundan başqa, Bakı Şəhəri 9 saylı X10 X3 102.000,00 (bir yüz iki min manat sıfır qəpik) manat borc pul məbləğini notariusun bank depozit hesabına mədaxil edilməsi üçün xx xxxxxxx 2018-ci il tarixli müşaiyət məktubunda notariat ofisinin daxilində yerləşən "xxxxxxxxx" ASC-nin 6 saylı Şöbəsinə ünvanlanmışdır. Lakin, borc pul məbləği notariat ofisindən xeyli uzaq məsafədə yerləşən "xxxxxxxxx" ASC-nin filialında mədaxil edilir. Yuxarıda qeyd olunanlara əsasən onunla Cavabdeh1 arasında "Kredit Müqaviləsi"nin bağlanmasına baxmayaraq əsl reallıqda cavabdeh tərəfindən onun mülkiyyətinə hər hansı məbləğdə pul vəsaiti verilməmişdir. Hazırkı Kredit müqaviləsinin bağlanmasına baxmayaraq, nəzərdə tutulmuş borc pul məbləğini sonradan verəcəyini ona vəd etsə də, həmin pul vəsaiti ona verilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı tərəflər arasında Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 3M-1177 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli Kredit Müqaviləsini və 3M-1178 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli İpoteka müqaviləsini etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı həmin kredit və ipoteka müqaviləsi bağlanandan təxminən 2 il keçdikdən sonra sözügedən müqavilələrin etibarsızlığı ilə bağlı şəxsi təxəyüllərinin məhsulu olan, prosessual hüquqlarından sui-istifadə məqsədi daşıyan, əsassız dəlillər irəli sürərək iddia qaldırmışlar. Halbuki iş üzrə materiallardan göründüyü kimi iddiaçılar həmin müqavilələri notariat fəaliyyəti haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq şəxsən imzaladıqlarından həmin müqavilələrin bağlanması və doğurduğu hüquqi nəticələr barədə xx xxxxxxx 2018-ci il tarixdən etibarən məlumatlı olmuşdur. X4 Cavabdeh1 qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız edilməsi tələbinə” dair iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən "Borc verən" "Borc alan”a 60.000,00 (altmış min) ABŞ dolları, bügunki ekivalent manat məzənnəsi ilə (1 ABŞ dolları -1.70 manat) 102.000,00 (bir yüz iki min manat, sıfır qəpik) manat məbləğində borc pul verməyi və “Borc alan” isə krediti 60.000,00 (altmış min) ABŞ dolları, ABŞ dolları şəklində və ya qaytarılan günkü ekvivalent manat məzənnəsi ilə xx xxxxxx 2019-cu il tarixədək "Borc verən"ə qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli ipoteka müqaviləsinin surətinə əsasən xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq İddiaçı mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 120.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi, döngə 2, dalan 4, 1 saylı mənzili ipoteka ilə yüklü edilmişdir; Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli icra qeydinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli, 3M/1178 reyestr saylı İpoteka müqaviləsinə əsasən ipoteka saxlayan Cavabdeh1 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı verilmiş **********2610301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0958 ha olan torpaq sahəsindən həmin ünvanda yerləşən ümumi sahəsi 316.3 kv.m olan fərdi yaşayış evindən ibarət əmlaka yönəldilməsi göstərilmişdir; xx.xx.2018-ci il tarixli Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru tərəfindən AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2018-ci il tarixli, 3M/1178 reyestr nömrəsi ilə İddiaçı ilə Cavabdeh1 arasından Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi, döngə 2, dalan 4,ev 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair ipoteka müqaviləsi rəsmiləşdirilmiş, həmin ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus olan həmin əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulmasını xahiş etmişdir; xx.xx.2018-ci il tarixli Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru tərəfindən ”xxxxxxxxx” ASC-nin 6 saylı şöbəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Cavabdeh1 notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə 102.000,00 (bir yüz iki min) manat məbləğində pulun müvafiq müqavilə tərəfimdən təsdiq edildikdən sonra mənim məktubum əsasında ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün bankda olan **********00001AZM54 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi, döngə 2, dalan 4, 1 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 433 nömrəli reyestr kitabının 40642 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır; ”xxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli kassa mədaxil orderinin surətinə əsasən “xxxxxxxxxx” MMC tərəfindən Cavabdeh1 işi ilə bağlı borc müqaviləsi üzrə ”xxxxxxxxx” ASC-yə 102.000,00 (yüz iki min) manat məbləğində pul ödənilmişdir; Ədalət-A MMC-nin xx.xx.2018-ci il tarixli kassa mədaxil orderinə əsasən X7 tərəfindən X8 işi ilə bağlı göstərilən hüquqi xidmətə görə Ədalət-A MMC-yə 150 manat məbləğində pul ödənilmişdir; İddiaçı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********2610301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasında ona məxsus ünvan 1 ünvandakı fərdi yaşayış evini ipotekaya qoymaq istədiyini, bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya həbs qoyulubqoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş etmişdir; İddiaçı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********2610301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışa əsasında ona məxsus ünvan 1 ünvandakı fərdi yaşayış evini ipotekaya qoymaq istədiyini, bununla əlaqədar həmin mənzildə qeydiyyatda olanlar barədə məlumatın real vaxt rejimində “Elektron Notariat” X1 əldə edilməsini xahiş etmişdir; xx xxxxx 2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə 60.000,00 (altmış min) ABŞ dolları, bügunki ekivalent manat məzənnəsi ilə (1 ABŞ dolları -1.70 manat) 102.000,00 (bir yüz iki min manat, sıfır qəpik) manat məbləğində borc barədə öhdəlik götürmüşdür. Eyni zamanda, xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq xx xxxxxxx 2018-ci il tarixli ipoteka müqaviləsi ilə İddiaçı mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 120.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi, döngə 2, dalan 4, 1 saylı mənzili ipoteka ilə yüklü etmişdir Hazırda iddiaçı həmin kredit və ipoteka müqaviləsinin etibarsızlığını mübahisələndirir. Qeyd edilən müqavilənin uydurma əqd olduğunu, əsl reallıqda cavabdeh tərəfindən onun mülkiyyətinə hər hansı məbləğdə pul vəsaiti verilmədiyin, tərəflər arasında həqiqi münasibətləri əks etdirmədiyini və hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğunu bildirir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Əqdin etibarsız sayıla bilməsinin digər bir əsasını uydurma əqd təşkil edir. Uydurma əqd dedikdə, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İddiaçı cavabdehlə aralarında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli kredit və ipoteka müqaviləsinin uydurma əqd olduğunu, ümumiyyətlə cavabdeh tərəfindın ona hər hansı məbləğdə borcun verilmədiyini, müqavilədə göstərilmiş 60 000 ABŞ dolları məbləğində pul vəsaitinin əslində ona verilmədiyini bildirir. Lakin həmin müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olması (müqavilənin uydurma olması) sübut olunmur. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Lakin kredit (borcun etiraf edilməsi) müqaviləsinin görünüş üçün bağlandığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əqdin uydurma olması kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə eyni zamanda qeyd edir ki, araşdırma zamanı iddiaçı ilə cavabdeh arasında xx xxxxxxx 2018-ci il tarixli kredit və ipoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı iradə ifadəsini bildirməklə həmin müqaviləni imzalamışdır. İddiaçının bu müqavilələrin bağlanmasına məcbur edilməsi halı müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2018-cı il tarixli kredit və ipoteka müqaviləsinin iddiaçı tərəfindən imzalanması, artıq özündə onun tərəfindən həmin ipoteka müqaviləsinin şərtləri ilə tanış olması və bu şərtləri, o cümlədən xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq xx xxxxxxx 2018-ci il tarixli ipoteka müqaviləsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Səməd Vurğun küçəsi, döngə 2, dalan 4, 1 saylı mənzili ipoteka ilə yüklü etməsi barədə müddəaları bəyənməsini ehtiva edir. Hər bir halda, kredit və ipoteka müqaviləsinin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. Müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmış və notariat qaydasında təsdiqlnmişdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli kredit və ipoteka müqaviləsinin uydurma əqd olduğunu iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Hüquqi nəticə etibarı ilə xx.xx.2018-ci il tarixdə tərəflər öz iradə ifadələrini bildirməklə sərbəst surətdə öz aralarında kredit müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən 60.000 ABŞ dolları məbləğində pul vəsaitinin borc aldığını və müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilə, o cümlədən tərəflərin imzaları 9 saylı Notariat kontorunun notariusu tərəfindən təsdiq edilmişdir. Bununla belə qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bu səbəbdən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib, yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dairiddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2170/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2170/2020
04.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver