Məhkəmə qərarları › İş №2(005)-2173/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2173/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2173/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İlkin iş üzrə İddiaçı1 və birləşdirilmiş üzrə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, İlkin və birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İlkin iş üzrə İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iş üzrə İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 65/01 saylı yekun protokolunun, həmin protokol əsasında bağlanmış 18 noyabr 2022-ci il tarixli "İpotoka predmetinin ipoteka saxlayan tərəfındən əldə olunmasına dair" müqavilənin, hərracın nəticələrinin etibarsız hesab edilməsı və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi" MMC-nin 11/01 saylı "ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" hərrac protokolunun, həmin protokol əsasında xx.xx.2021-ci il tarixli "ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilənin və hərracın nəticələlərinin etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə vəsatət verərək, hazırki mülki işin Nərimanov Rayon Məhkəməsinin icraatında olan və mahiyyət etibarilə eynilik təşkil edən, eyni cavabdehə qarşı yönəlmiş və məhkəmənin icraatına daha əvvəl daxil olmuş 2(005)-1679/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil hazırki mülki işin məhkəmənin icraatında olan digər mülki işə birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında 2(005)-1679/2025 saylı mülki iş vardır və həmin iş Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Həmin mülki iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı2 cavabdeh “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin 44/01 saylı yekun protokolunun, həmin protokol əsasında bağlanmış 21 may 2021-ci il tarixli "İpoteka predmetinin ipoteka saxlayan tərəfındən əldə olunmasına dair" müqavilənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, hər üç tələb eyni cavabdehə qarşı yönəlmiş və ər-arvad olan iddiaçıların hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələblərindən ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, hər iki iddia ərizəsinə birlikdə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə və prosessual qənaət prinsipinin təmin edilməsinə xidmət edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərardadlarından yalnız Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan ilkin iş üzrə İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" MMCyə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair 2(005)-2173/2025 saylı mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına daha əvvəl qəbul edilmiş, İddiaçı2 "xxxx" MMC-yə qarşı müqavilənin, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair 2(005)-1679/2025 saylı mülki işlə bir icraatda birləşdirilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264 və 395-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İlkin iş üzrə İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair, birləşdirilmiş iş üzrə İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair 2(005)-2173/2025 saylı mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına daha əvvəl qəbul edilmiş, İddiaçı2 "xxxx" MMC-yə qarşı müqavilənin, hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair 2(005)-1679/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin və hazırki mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar