Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2211/2021 27.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdehnə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş 04 fevral 2021-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Bank Respublika'’ ASC ilə X1 arasında bağlanmış 21.01.2020-ci il tarixli , 040QYASH79544801 saylı kredit müqaviləsinə əsasən iki il müddətinə illik 19% ödəmək şərti ilə 70.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 303.3 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Borclu tərəfindən banka fevral-may ayları 13.983 manat ödəniş edilmişdir və pandemiya ilə bağlı ödənişlərdə çətinliklər yaranmışdır. 04 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir və qərarla Bakı şəhəri 38 saylı Notariat Kontorunun 649 nömrəli, 04.02.2021-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 63957.23 manat məbləğində vəsait tutularaq tələbkar “Bank Respublika" ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanda ümumi sahəsi 303.3 kv.m olan qeyri-yaşayış sahəsinə borc üzrə tutmanın yönəldilməsi müəyyən edilmişdir. 04.02.2021-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Qərar iddiaçıya göndərildikdə notaraiat ofisi tərəfindən 04.02.2021-ci il tarixdə icra qeydi verilməsi iddiaçıya məlum olmuşdur. İddiaçı nə kreditor, nə də notariat ofisindən heç bir xəbərdarlıq və bildiriş göndərilməmişdir, icra qeydi verilməsi barədə də heç bir məlumat verilməmişdir. Qeyd olunmalıdır ki, ipoteka və kredit müqaviləsi birbaşa bankla vətəndaş arasında bağlanmış əqdlərdir və bağlanmış əqdlərlə bağlı tərəflər arasında mübahisələr iddia predmetidir və bu mübahisələr məhkəmələr tərəfindən araşdırılaraq qiymət verilir. İddiaçı hesab edir ki, bu borcun mübahisəsiz qaydada alınması üçün heç bir əsas yoxdur, kredit müqaviləsinin müddəti bitməmişdir və müddət bitənədək öhdəlikləri yerinə yetirmək mümkün olacaqdır. Həmçinin əsas borcun, faiz borcunun düzgün hesablanıbhesablanmaması müəyyən edilməlidir. Bank tərəfindən faiz borcu və cərimə şişirdilmişdir və bu da tərəflər arasında mübahisə yaranmasına əsas verir və borcun düzgün hesablanıb - hesablanmamasınm müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi vacibdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini əsassız hesab edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Bekə ki iş materiallarında olan 04 fevral 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri 38 Saylı Notariat Kontorunun 649 nömrəli, 04.02.2021-ci il tarixli ic sənədinə əsasən borclu İddiaçı 63957,23 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçə; 222A ünvanında ümumi sahəsi 303.3 kv.m. olan qeyri yaşayış sahəsinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 60001.83 AZN əsas borc, 3925.1 AZN faiz borcu, 9.65 AZN cərimə olmaqla, cəmi 63937.23 AZN borc üzrə tutma yönəldilməlidir. İş materiallarında olan 28.12.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, Bank Respublika” ASC ilə bağlanmış 21.01.2020-ci il tarixli, 20040 Sİ28923/795448 saylı kredit limit müqaviləsinə 22.01.2020-ci il tarixli 1 nömrəli razılaşmaya əsasən iddiaçıya 21.01.2022-ci ilə qədər illik 18 % ödəmək şərtilə 70 000 mam məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi 21.01.2020-ci il tarixli, 040QYASH79544801 saylı ipoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov kiiç 222 ünvanında 0.0376 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 303.3 kv.m olan qapı-1 qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən Banka ipoteka qoyulmuşdur. Bankın ipoteka hüququ 22.01.2020-cı ildə AR ƏMDK yanında DƏDRX-nin Ba şəhər Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır (reyestr № **********05-0530 08300/, qeydiyyat № **********). Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəli üzrə dövri olaraq Banka iddiaçının ödəməli olduğu kredit və faiz borclarının həmin cədvələ uyğun ödənilməsini təmin etməmiş müəyyən olunmuş ödəmə müddətlərini pozulmuşdur. İddiaçının 15.10.2020-ci il tarixə Banka olan borcunun məbləği: 60 001.83 manat əsas borc, 3 925.75 manat faiz və 9.65 manat cərimə olmaqla, cəmi 63 937.23 rnanat təşkil edir. Qeyd olunanlara və “İpoteka haqqında” AR Qanununun 34 və 36-cı maddələr əsasən bank qarşısında ipoteka ilə təmin olunan icra edilməmiş öhdəliyinin icrasını təmin etmək üçün ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduruna başlandığı barədə iddiaçıya xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən: -borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; -icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; -barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; -icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; -fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; -tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 (iyirmi) gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; -elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; -icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; -borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Araşdırma zamanı iddiaçı X2 Bank Respublika” ASC ilə bağlanmış 21.01.2020-ci il tarixli, 20040 Sİ28923/795448 saylı kredit limit müqaviləsi əsasında tələbkar tərəfindən edilmiş müraciət əsasında Cavabdeh tərəfindən verilmiş 04 fevral 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, X2 hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən gətirdiyi dəlillər icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı borcun ödənilməsini təsdiq edən sübutlar da təqdim etmədi. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 Cavabdehnə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2211/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2211/2021
27.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver