Məhkəmə qərarları › İş №2(005)-2214/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2214/2024

19.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2214/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Osmanov Amirastanın Cavabdeh MMC-yə qarşı “orta aylıq əmək haqqının ödənilməsi, əsassız əmək müqaviləsinə xitam verilməsinə görə zərərin ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə kompensasiya” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Osmanov Amirastan Cavabdeh MMC-yə qarşı “orta aylıq əmək haqqının ödənilməsi, əsassız əmək müqaviləsinə xitam verilməsinə görə zərərin ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş əmək hüquqlarının bərpa edilərək, ödənilməmiş 3557 manat məbləğində əmək haqqlarının, vurulmuş mənəvi zərərə görə 3000 manat və əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın hesablanaraq ona məxsus əmək haqqı kartına köçürülməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulmasını, eyni zamanda 60 manat məbləğində mediasiya xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə olan çatışmazlıqların aradan qaldırılması məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. -152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. -114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduğundan iddiaçı Osmanov Amirastanın Cavabdeh MMCyə qarşı “orta aylıq əmək haqqının ödənilməsi, əsassız əmək müqaviləsinə xitam verilməsinə görə zərərin ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə kompensasiya” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, AR MPM-nin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Osmanov Amirastanın Cavabdeh MMC-yə qarşı “orta aylıq əmək haqqının ödənilməsi, əsassız əmək müqaviləsinə xitam verilməsinə görə zərərin ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə kompensasiya” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar