Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2218/2021 12.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüseynov Şakir ilə onun arasında bağlanmış 1 №-li, 19.03.2006-cı il tarixli payçı müqaviləsinin ləğv olunması, müqavilə üzrə ödədiyi 7000 ABŞ dolların, 2010-cu il tarixdən bu günə kimi ona dəymiş 26.400 manat məbləğində maddi ziyanın və iddiaya görə məhkəməyə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun Hüseynov Şakirin qanuni vərəsəsi olan Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə yazılı ərizə təqdim edərək, Hüseynov Şakir Hüseyn oğlu ilə İddiaçı arasında bağlanmış 1 №-li, 19.03.2006-cı il tarixli payçı müqaviləsinin ləğv olunması, müqavilə üzrə ödədiyi 7000 ABŞ dolların Hüseynov Şakirin qanuni vərəsəsi olan Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbə ümumi sahəsi 110 kv. metr-dən ibarət mənzillərdən birini almaq üçün hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov 25 və VÖEN ********* olan fiziki şəxs Hüseynov Şakirlə 01 №-li, 19.03.2006-cı il tarixli payçı müqaviləsi bağlamışdır. Hüseynov Şakir hal-hazırda vəfat etmiş, cavabdeh isə onun oğlu və hüquqi qanuni varisidir. həmin payçı müqaviləsinə əsasən, bir kv.m sahənin qiyməti 250 ABŞ dolları təşkil edirdi. Cəmi 110 kv.m sahə üçün ümumi məbləğ 275000 ABŞ dolları idi. Müqavilədə ödəniş barədə ətraflı qeyd edilməsə də, öz aralarında ilkin ödəniş 3000 ABŞ dolları, hər üç aydan bir 1000 ABŞ dolları, ümumi məbləği ev təhvil verilənədək ödəməsi ilə bağlı aralarında şifahi razılığa gəlmişlər. Belə ki, iddiaçı həmin müqavilə əsasında alacağı mənzil üçün ilkin ödəniş 3000 ABŞ dolları. 12.05.2006-cı il tarixdə 1000 ABŞ dolları, 12.07.2006-cı il tarixdə 1000 ABŞ dolları, 26.10.2006-cı il tarixdə 1000 ABŞ dolları, 24.01.2007-ci il tarixdə 1000 ABŞ dolları, ümumilikdə 7000 ABŞ dolları pul ödəmişdir. Sonradan tikinti işlərinin yubandığını görüb ödəmələri dayandırmışdır. X7 2008-ci il tarixdə həbs olunmuş, payçı müqaviləsinin 1.5 bəndində tikintinin 2 il müddətinə təhvil verilməsi qeyd edilsə də, binanın tikilişi 3-cü mərtəbəsinə kimi tikilmişdir. İddiaçının müqavilə bağlayarkən bir övladı var idi və anasıgili ilə yaşamaq mümkün idi. Artıq 2010-cü li tarixdə ikinci övladının doğulacağı ilə bağlı bir yerdə yaşamaq mümkün olmadı, evində hazır olmadığını görərək məcbur qalıb kirayə çıxmışdır. Belə ki, iddiaçı artıq 2010-cu il tarixdən ayda 200 manat məbləğində kirayə qalır. Bir müddət sonra H.Şakirin vəfat etdiyini bilmiş, oğlu Cavabdeh onun qanuni vərəsəsidir. Atasının yarım qalan bir neçə tikinti işlərini davam etdirir. Hal-hazırda cavabdeh Sumqayıt şəhər, 34-cü məhəllə ərazisində yerləşən bina tikintisi ilə məşğuldur. Dəfələrlə cavabdehə yeni evlə təmin edilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. İki tərəfdən biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin və zərərin ödənilməsini tələb etmək hüquqi vardır. Bundan əlavə olaraq müqavilənin 6.7 maddəsində xüsusi ilə yazılmışdır ki, "İcraçı" müfsiləşərsə, “Payçı” tərəfindən ödənilən məbləğ Şakir Hüseynov qaytarılacaqdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(005)-2218/2021 nömrəli qiyabi qətnaməsinə iddia ərizəsi təmin edilmişdir. Cavabdeh 07.10.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(005)-2218/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(005)-2218/2021 nömrəli qərardadı ilə hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2021ci il tarixli 2(005)-2218/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil 11.11.2021-ci il tarixində yazılı etiraz təqdim edərək, iddiaçı X5 ilə 19.03.2006-cı il tarixli payçı müqaviləsi üzrə ümumilikdə 7000 ABŞ dolları pul ödəmişdir. Lakin iddiaçı ödədiyi 7000 ABŞ dollar pul məbləği Cavabdeh atası Şakir Hüseynova ödəmədiyini deyir. Bundan başqa 19.03.2006-cı il tarixli payçı müqaviləsi müqavilənin ödəniş cədvəlindən aydın şəkildə görünür ki, 7000 ABŞ dolları ödənişini (pulu) qəbul edən başqa şəxslərdir və başqa imzalar çəkilmişdir. 19.03.2006-cı il tarixli pay müqavilə müdaxilə olunaraq saxtalaşdırılmışdır. Göründüyü kimi hazırki üzrə Cavabdeh vərəsəsi olduğu Şakir Hüseynova 7000 ABŞ dolları pul ödəməsi barədə iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu Bünyadov.İ.Ə tərəfindən təsdiq edilmiş icraçı fiziki şəxs X5 ilə payçı İddiaçı arasında bağlanmış 19.03.2006-cı il tarixli müqavilənin surətinə əsasən icraçı fiziki şəxs X5 dəyəri 275000 ABŞ dolları həcmində müəyyən edilmiş Sumqayıt şəhəri, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli evinin 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi olan 110 kv.m olan otaqdan ibarət pay kimi verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.7 maddəsinə əsasən “İcraçı” müflisləşərsə, “Payçı” tərəfindən ödənilmiş məbləğ Şakir Hüseynov tərəfindən qaytarılacaq; Tərəflər arasında bağlanmış 19.03.2006-cı il tarixli müqavilədə aparılmış qeydlərdən görünür ki, 19.03.2006-cı il tarixdə 3000 ABŞ dolları, 12.05.2006-cı il tarixdə 1000 ABŞ dolları, 12.07.2006cı il tarixdə 1000 ABŞ dolları, 26.10.2010-cu il tarixdə 1000 ABŞ dolları, 24.01.2007-ci il tarixdə 1000 ABŞ dolları olmaqla, cəmi 7000 ABŞ dolları ödənişlər etmişdir. 20.03.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X5 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı X3 19.03.2006-cı il tarixli müqavilə üzrə 7.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Hazırda iddiaçı tərəf həmin pulu və müqavilənin ləğv olunmasını tələb edir. Cavabdeh tərəf iddiaçı ödədiyi 7000 ABŞ dollar pul məbləği Cavabdeh atası Şakir Hüseynova ödəmədiyini bildirməklə iddia tələbinin rədd olunmasını xahiş edir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 422-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur (maddə 421.1). Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4-cü maddələr). İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar, Sumqayıt şəhəri, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli evinin 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi olan 110 kv.m olan otaqdan ibarət yaşayış sahəsinin 2008-ci ildən təhvil verilməməsi müqavilənin ləğvinə əsas ola biləcək hal kimi qiymətləndirilə bilər. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə məhz elə bu əsasla ləğv edilməlidir. Digər tərəfdən, müqavilənin ləğvi ilə bağlı qanundan və müqavilədən irəli gələn hüquqlarının təmin edildiyinin mümkün olduğu halda, qarşı tərəfin bu hüquqlardan istifadəsindən məhrum edilməsi özü-özlüyündə mütənasiblik prinsipinin pozulmasıdır. Məhkəmə Hüseynov Şakir Hüseyn oğlu ilə İddiaçı arasında bağlanmış 1 №-li, 19.03.2006-cı il tarixli payçı müqaviləsinin ləğvindən sonra cavabdeh tərəfin atası Hüseynov Şakir Hüseyn oğluna ödənilmiş pulu geri qaytarmaq vəzifəsindən azad olunması ilə bağlı cavabdeh tərəfin bildirdikləri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; Müqavilənin ləğvinin nəticələrini tənzimləyən bu maddi hüquq normalarından göründüyü kimi, müqavilənin ləğv edilməsi zamanı tərəflərin öhdəliklərinə xitam verilərək, öhdəliklər üzrə icra edilmişlərin biri-birindən tələb edilməsinin istisna edilməsi yalnız müqavilənin xarakterindən ayrı qaydanın irəli gəlmədiyi hallarda mümkündür. Hazırki halda isə tərəflər arasında bağlanmış müqavilənin xarakterindən cavabdeh tərəfə ödənilmiş pulun iddiaçıya qaytarılması irəli gəldiyindən müqavilənin ləğv edilməsindən sonra da verilmiş borc geri qaytarılmalıdır, əks halda isə cavabdeh tərəf aldığı vəsaiti hesabına əsassız varlanmış şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X5 ilə İddiaçı arasında bağlanmış 01 №-li, 19.03.2006-cı il tarixli payçı müqaviləsi ləğv edilməli, cavabdeh X2 qanuni vərəsəsi olan Cavabdeh 7000 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh tərəf iddiaya etirazının əsası kimi ödənilmiş məbləğin həcmini deyil, ödənişlərin X3 ödənilmədiyini, onun qardaşına ödənilməsini bildirsə də, buna dair hər hansı təkzibedici sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X5 ilə İddiaçı arasında bağlanmış 01 №-li, 19.03.2006-cı il tarixli payçı müqaviləsi ləğv olunmalı, X2 qanuni vərəsəsi olan Cavabdeh 7000 ABŞ dolları (icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X5 ilə İddiaçı arasında bağlanmış 01 №-li, 19.03.2006-cı il tarixli payçı müqaviləsi ləğv olunsun. X2 qanuni vərəsəsi olan Cavabdeh 7000 ABŞ dolları (icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2218/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2218/2021
12.11.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver