Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2236/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 Fondunun cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Nərimanov rayon İcra Şöbəsinə, “Bakı Çinar Soyuducuları" ASC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti X1 Fondu cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Nərimanov rayon İcra Şöbəsinə və “Bakı Çinar Soyuducuları" ASCyə qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən “Bakı Çinar Soyuducuları" ASC-yə məxsus əmlaklarının qiymətləndirilməsinə dair 55 saylı, 03.02.2021-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat"ın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1873/2018 saylı, 06.04.2018-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-487/2016 saylı, 20.10.2016-cı il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmasını,həmçinin qeyd olunan qətnaməyə əsasən faiz borcunun məbləği hissəsində dəyişdirilməsini, yəni faiz borcunun məbləği 180771.66 ABŞ dolları müəyyən edilməsini, əsas,faiz və cərimə borcunun cəmi 501605.93 ABŞ dolları müəyyən edilməsini, həmin məbləğin “Bakı Çinar Soyuducuları" ASC-dən tutularaq “DəmirBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını qət edilmişdir. Nərimanov rayon icra şöbəsinin 4480 199408/2018-15-10 saylı 27.03.2019 tarixli “Qiymətləndiricinin dəvət olunması haqqında” qərarında icra sənədinin icrasını təmin etmək məqsədilə aparılmış icra tədbiri nəticəsində borclu "xxxx" ASC-yə məxsus əmlaklar qeydə alınmışıdır. İcra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Nərimanov rayon İcra şöbəsinin 448C 199408/2018-15-10 saylı 27.03.2019 il tarixli sifariş məktubuna əsasən “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC tərəfindən "xxxx" ASC-yə məxsus əmlaklarını cəmi 358100 (üç yüz əlli səkkiz min yüz) manat dəyərində qiymətləndirilmişdir. “Bakı Çinar Soyuducuları" ASC-yə əmlakların "xxxx" MMC tərəfindən qiymətləndirilməsi barədə 55 saylı, 03.02.2021-ci il tarixli "Əmlakın qiymətləndirilməsi barədə hesabat” ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 25.02.2021-ci il tarixdə daxil olmuşdur. Hesab edirik ki, cavabdeh "xxxx" MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş “Əmlakın qiymətləndirilməsi barədə hesabat” əsassız olduğundan ləğv edilməlidir. Belə ki, "xxxx" ASC-yə əmlakların qiymətləndirilməsi zamanı qiymətləndirici mütəxəssis tərəfindən hansı metod və meyardan istifadə edilməsi qeyd olunmamışdır. Həmçinin bildirmək istəyirik ki, qeyd olunan əmlakların qiymətləndirilməsi nə vaxt, hansı şəraitdə, kim tərəfindən və kimlərin iştirakı ilə qiymətləndirilməsi onlara məlum deyil. İcra işi üzrə tələbkar olmağına baxmayaraq, tələbin yönəldiyi əmlakın qiyməti müəyyən edilərkən bizim iştirakı təmin olunmamışdır. Həmçinin bildirir istəyir ki, Azərbaycan Respublikası “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC tərəfindən “Bakı Çinar Soyuducuları" ASCyə məxsus əmlakların qiymətləndirilməsi barədə hesabat iş üzrə tələbkar “DəmirBank" ASC-yə məlumat verilməmişdir. Göründüyü kimi “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti' MMC tərəfindən "xxxx" ASC-yə məxsus əmlakların qiymətləndirilməsi zamanı səhvə yol verilmişdir və dəyərindən artıq qiymətləndirilmişdir. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Nərimanov rayon İcra Şöbəsinə, “Bakı Çinar Soyuducuları" ASC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdeh və üçüncü şəxslərin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2021-ci il tarixli 49 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, “Bakı Çinar Soyuducuları" ASC-yə məxsus əmlakların Bazar dəyəri 358.000 manat müəyyən edilmişdir. İşdə olan “X4 Mərkəzi”nin 069 nömrəli, 23.08.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, “Bakı Çinar Soyuducuları" ASC-yə məxsus əmlakların Bazar dəyəri 400.000 manat, likvid dəyəri 360.000 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, qiymətləndirilmə aparılarkən qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında iddiaçı qiymətləndirilmə barədə rəyin etibarsız hesab olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.) Həmin Qanunun 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Qanunun qeyd edilən tələblərindən görünür ki, qiymətləndirmənin nəticələri haqqında rəy Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir. Həmin “Qaydalar”ın 2.8-ci bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində peşəkar fəaliyyət normaları qiymətləndirmə normalarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmənin nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq qiymətləndirmə normalarının yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları göstərilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 noyabr 2018-ci il tarixli 158 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, qiymətləndirici tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət olunmuş, onun tələblərinə müvafiq əsaslandırılma aparılaraq mübahisəli obyektin qiyməti təyin edilmişdir. Məhkəmə tərəfindən təkrar olaraq əmlakın bazar qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin olunmuş, bu dəfə əmlakların dəyəri iddia olunandan daha yüksək 400.000 manat, likvid dəyəri 360.000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2021-ci il tarixli 49 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatında göstərilən əmlakların dəyərinin yuxarı göstərilməsi barədə iddiaçının dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 Fondunun cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Nərimanov rayon İcra Şöbəsinə, “Bakı Çinar Soyuducuları" ASC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 Fondunun cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Nərimanov rayon İcra Şöbəsinə, “Bakı Çinar Soyuducuları" ASC-yə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2236/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2236/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver