Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2333/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı Cavabdeh qarşı uşağın ölkədən getməsinə icazə verilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin artırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın ölkədən getməsinə icazə verilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi zamanı qanunvericliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə geri qaytarmalıdır. Hazıki iddia tələbləri iki müstəqil tələbdən - uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin artırılması və uşağın ölkədən getməsinə icazə verilməsi tələbindən ibarətdir. Bu tələblərin bir-biri ilə bağlılığı yoxdur. Məhkəmə tərəfindən iki tələb üzrə araşdırılmalı olan hallar fərqlidir. Qeyd edilən iki fərqli tələbə birlikdə baxılması məhkəmənin işə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində işə mahiyyəti üzrə baxaraq, tam və hərtərəfli məhkəmə araşdırması aparıldıqdan mahiyyəti üzrə yekun aktın qəbul edilməsinə əsassız maneələr yaradacaqdır. Beləliklə, məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşağın ölkədən getməsinə icazə verilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin artırılması tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı uşağın ölkədən getməsinə icazə verilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin artırılması tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2333/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2333/2024
29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver