Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2351/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdeh "xxxx" Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə MMC-yə qarşımənzilin qiymətləndirilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu, D.Bünyatzadə küçəsində istifadə olan 0,06 ha torpaq sahəsində yerləşən 13 nömrəli 9 mərtəbəli binanın 4-cü girişində 1-ci mərtəbəsində 81, 32 kv.m ümumi 63, 32 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 56 saylı mənzilin 105 min manata qiymətləndirilməsi rəyini ləğv edib və mənzilin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, Bakı şəhəri Yasamal Raoyn Məhkəməsinin 2(004)-82/2021 saylı xx.xx.2021-ci il tarixli qətqaməsi ilə kredit müqaviləst üzrə borc tələbi Bakı şəhəri Yasamal rayonu, D.Bünyatzadə küçəsində istifadə olan 0,06 ha torpaq sahəsində yerləşən 13 nömrəli 9 mərtəbəli binanın 4-cü girişində 1-ci mərtəbəsində 81, 32 kv.m ümumi 63, 32 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 56 saylı mənzilə yönəldilmiş, həmin qətnamə ilə mənzilin dəyəri 150 min manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsi eyni tərəflər arasında, eyni predmetə dair, eyni əsaslarla məhkəmənin aktı (qətnaməsi, qərardadı) mövcud olarsa ikinci icraatın başlanılmasını istisna edilir. Lakin iddiaçı başqa əsaslarla, tələblə məhkəmədə iddia qaldırmağa haqlıdır. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının yenidən mübahisələndirilməsi yalnız müstəsna hallarda mümkündür və birinci instansiya məhkəmələrinin iddia icraatı qaydasında bu tip işlərə yenidən baxmaq səlahiyyəti mövcud deyildir. Belə ki, iş üzrə iddiaçı tərəfin hüquqlarının pozulduğunu hesab etdiyi həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ mövcuddur. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. İddiaçının ipoteka ilə yüklü edilmiş əmlakının dəyəri artıq məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı bu tələbi məhkəmədə yenidən iddia icraatı qaydasında mübahisələndirilə bilməz. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə MMC-yə qarşımənzilin qiymətləndirilməsinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2351/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2351/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver