Məhkəmə qərarları › İş №2(005)-2369/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2369/2020

31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2369/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş pul məbləğinin və gəlirlərin bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəməiclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabına əldə edilmiş Binəqədi rayonu, 6-cı mkr. İ.Cümşüdov küçəsində yerləşən, icarəyə ayrılmış qarajin altındakı 34 kv.m torpaq sahəsindən ibarət qeyri-yaşayış sahəsinin Bələdiyyəyə qaytarılması üçün Dadaşova Şəlaləyə verdiyi 40.000 manatın və bərpa – təmir, avadanlıq üçün xərclədiyi 30.000 manatın yarısı, o cümlədən 2017-ci ilin ortalarından bu günə qədər cavabdeh tərəfindən hər ay üçün 500 manat məbləğində alınmış 15.000 manat icazə haqqının yarısı, Azərfon MMC ilə bağlanmış müqaviləyə görə 2017-ci ilin ortalarından bu günə qədər hər il üçün 3000 manatdan alınmış icarə haqqının (7500 manat) yarısı, ümumilikdə 46250 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 1997-ci ildə rəsmi nikaha daxil olmuşdur. xx.xx.2011-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. O, cavabdehlə birgə nikah dövründə müəyyən əmlaklar əldə elmişdir. Rəsmi boşandıqdan sonra Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3383/10 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Abşeron Rayonu, Fatmayi kəndində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsinin ½ hissəsinə onun mülkiyyət hüququ tanınaraq ½ hissəsinin ona verilməsi, həmin torpaq sahəsinin digər ½ hissəsinin Cavabdeh mülkiyyətində saxlanılaraq həmin hissənin Cavabdeh verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində istifadədə olan 0,5625 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada 42 kv.m. ümumi, 32 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 saylı mənzilin ½ hissəsinə onun, həmin mənzilin digər ½ hissəsinin Cavabdeh mülkiyyətinə verilməsi, göstərilən torpaq sahəsinin və mənzillərin ½ hissənin onun, digər ½ hissəsinin isə Cavabdeh adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatının aparılması və tərəflərin hər birinə 1/2 hissədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir. Həmin işə apellyasiya instansiyasında baxılarkən cavabdehlə məhkəmədən kənar razılığa gəlib, yenidən ailəni bərpa edib birlikdə yaşamaq üçün barışdıqlarına görə iddiaçı Cavabdeh iddiadan imtina etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli qərardadı ilə iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3383/10 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. O vaxtdan etibarən 6 il birlikdə yaşayıb ümumi təsərrüfatı birgə idarə etmişlər. Cavabdeh ilə barışıb birgə yaşadığı üçün də cavabdeh alimentin ödənilməsindən imtina etmiş və buna görə də Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qərardadı ilə Səmədovanm aliment tələbindən imtinası qəbul edilmiş, alimentlə bağlı icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdehlə barışıb birgə yaşadığı üçün xx xxxx 2012-ci ildə Nərimanov rayonu, Mayakovski küçəsi, 15 saylı evin, 13 saylı mənzilinə cavabdehi pasport qeydiyyatına saldırmışdır. Məhkəmədə barışıb birlikdə 6 il yaşadıqdan sonra yenidən cavabdeh Səmədova uşaqları da götürüb atasının ona bağışladığı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 77 kv.m. olan, 2 otaqlı mənzilə köçmüşdür.Cavabdehlə yenidən ailəni bərpa etmək üçün dəfələrlə cəhd etsə də, o valideynlərinin yanında qalmağı üstün tutmuş, ailəni yenidən bərpa etmək mümkün olmamış, ailəmiz dağılmışdır. Artıq ayrı yaşayırlar və bir daha barışmaqları mümkün deyil. Hesab edir ki, ailəni bərpa edə bilmirsə, min bir zəhmətlə əldə etdiyi əmlakları qanuna uyğun olaraq bərabər şəkildə bölünməlidir. Cavabdehlə birgə nikah dövründə olduğu vaxt eldə etdiyi əmlaklardan biri də Binəqədi rayonu, 6-cı mkr. İ.Cümşüdov küçəsində yerləşən icarəyə ayrılmış qarajın altındakı 34 kv.m torpaq sahəsidir. Həmin torpaq sahəsi Bələdiyyə qərarı ilə X1 icarəyə verilmişdi. O, həmin torpaq sahəsini Şəlalə Dadaşovanın ərindən almaq istəmiş, lakin onlar bildirmişlər ki, həmin torpaq sahəsi Bələdiyyə qərarı ilə Şəlalə Dadaşovaya icarəyə verilmişdir və ona görə də onlar birbaşa torpağı sata bilməzlər. Həmin torpaq sahəsinə icarədən imtina etmələri üçün o, Şəlalə Dadaşovanın əri X2 40 000 (qırx min) manat pul vermiş, onlar da icarədən imtina etmişlər və onun təşəbbüsü ilə notariusda etibarnamə ilə həmin torpaq sahəsi xx.xx.2008-cı ildən 2030-cu ilədək Cavabdeh adına bələdiyyə qərarı ilə icarəyə verildi. Həmin torpaq sahəsində yerləşən qarajı o, söküb yenidən inşa edib, təmir etdirmiş, xeyli vəsait qoymuş və orada qeyri-yaşayış sahəsi (maşın yuma yeri) tikmişəm. Həmin sahədə avtoyuma məntəqəsinin inşa edilməsi, təmir edilməsi və avadanlıqla təchiz edilməsi üçün ümumilikdə 30 000 (otuz min) manat məbləğində pul xərcləmişdir. Qeyd olunan bütün təmir-bərpa işlərini 2008-ci ildə birgə nikah dövründə başa çatdırmışdır. Elə həmin dövrdən də orada avtoyuma məntəqəsi fəaliyyət göstərmiş, hazırda da həmin obyekt işləyir, 500 manata icarəyə verilib və illərdir ki, icarə haqqını da cavabdeh alır. Həmin obyektin alınması, tikilməsi və icarəyə verilməsi onun zəhməti və vəsaiti hesabına əldə edilmişdir ki, bunun əlavə sübuta ehtiyacı yoxdur. Çünki cavabdeh 180 manat əmək haqqı ilə bunların heç birini edə bilməzdi, həmçinin qanunvericiliyin tələbinə əsasən birgə nikah dövründə kimin vəsaiti hesabına eldə edilməsindən asılı olmayaraq qazanılan bütün əmlak bərabərdir. Lakin baxmayaraq ki, onun vəsaiti hesabına və birgə nikah dövründə əldə edilmişdir, o, mülkiyyətçi kimi hüquqlarından məhrum olmuşdur. Həmçinin, həmin avtoyuma məntəqəsinin üzərində "xxxx" MMC tərəfindən yüksək hündürlüklü antena qurğusunun quraşdırılması üçün cavabdehlə “xxxx” MMC arasında adına 2011-ci ilin may ayında müqavilə bağlanmış (çünki həmin sahə onun adına idi) və həmin müqaviləyə əsasən 3000 (üç min) manat illik icarə haqqı ödənilir ki, həmin vəsaiti də cavabdeh mənimsəyir. Halbuki həmin qurğunun quraşdırılması, müqavilənin bağlanması birgə yaşadığımız dövrdə, onun iştirakı və təşəbbüsü ilə həyata keçirilmişdir. Onlar 2011-ci ilin aprel ayından barışıb birlikdə yaşadığıları dövrdə həmin qurğunun quraşdırılmasına görə müqavilə üzrə ödənilən məbləği Kapital Bankın 2 saylı Səbail filialında açdırdığım hesabdan özü çəkmişdir. Həmin vəsaiti biz birgə yaşadıqları üçün ailə üçün xərcləmişlər. Bu da onu göstərir ki, onlar həmin dövrdə birgə yaşayıb, təsərrüfatı birgə idarə etmişlər. Lakin hazırda həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə edilən və üzərindəki antena qurğusundan əldə edilən bəhər yalnız cavabdeh tərəfindən mənimsənilir. Ona görə də Binəqədi rayonu, 6-cı mkr. İ.Cümşüdov küçəsində yerləşən, icarəyə ayrılmış qarajın altındakı 34 kv.m torpaq sahəsindən ibarət qeyri-yaşayış sahəsinə birgə nikah dövründə qoyduğu vəsait hesablanaraq cavabdehlə onun arasında bərabər şəkildə bölünməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə xx.xx.2011-ci il tarixdə boşansalar da 2016-cı ilin sentyabr ayına qədər bir yerdə yaşamış ümumi təsərrüfatı birgə idarə etmişlər. İddiaçı ilə onun arasında artıq əmlak bölgüsü olmuşdur. Barışıq sazişindən 9 il keçib və bundan sonrakı müddət ərzində hər hansı bir tələb olmamışdır. İ və digər yuxarı instansiya məhkəmələri iddia müddətinin tətbiqini tanımışlar və təkrar eyni məsələyə dair mübahisəyə baxılmasını mümkün hesab etməmişlər. İddiaçı iddiası rədd edilmişdir. Binəqədi rayonu, 6-cı mkr. İ.Cümşüdov küçəsində yerləşən, icarəyə ayrılmış qaraj ona icarəyə verilən zaman artıq mövcud idi, qarajın təmiri üçün 40.000 manat xərclənə bilməz. Odur ki, bu əsaslarla və iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Əliyev Loğman ifadə verərək bildirdi ki, İddiaçı 2007-ci ildən tanıyır. Həmin torpaq sahəsi qaraj kimi istifadə olunmuş, lakin 2008-ci ildən sonra iddiaçı orada avtoyuma məntəqəsi inşa etmiş və o həmin ərazidə usta kimi fəaliyyət göstərmişdir. Rizvan ona təmir işlərinə görə usta haqqı olaraq 6000 manat vermişdir. Məhkəmə iclasında şahid X5 oğlu ifadə verərək bildirdi ki, Binəqədi rayonu, 6-cı mkr, İ.Cümşüdov küçəsində yerləşən icarəyə qarajı iddiaçıya 40.000 manat dəyərində satmışdır. Həmin torpaq sahəsi bələdiyyə qərarı ilə arvadı X1 icarəyə verilmişdi. Həmin torpaq sahəsindən Şəlalə Dadaşova icarədən imtina etdi və notariusda etibarnamə ilə torpaq sahəsi Cavabdeh adına bələdiyyə qərarı ilə icarəyə verildi. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirdi ki, İddiaçı ilə ailəvi dostdur. Mübahisəli avtoyuma məntəqəsi inşa edilərkən orada nəzarətçi işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayonu bələdiyyəsinin №91 saylı xx xxxxx 2008-ci il tarixli qərarından görünür ki, X1 ayrılmış 6-cı mkr, İ.Cümşüdov küçəsində yerləşən 34 kv.m qarajın altında torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna qaytarılmış və torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ№ 301668 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2011-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-526/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək iddia tələbində digər tələblərilə yanaşı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, i.Cümşüdov küçəsindı yerləşən, icarəyə ayrılmış qarajın altındakı 34 kv.m torpaq sahəsindən ibarət qeyri-yaşayış sahəsinə istifadə hüququnun bərabər şəkildə tanınması, həmin sahədən əldə olunan gəlirin bərabər şəkildə cavabdehlə bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 29005)-2844/2019 saylı qətnaməsilə iddia təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 29005)-2844/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 29005)-2844/2019 saylı qətnaməsi ləğv edilərək iddia təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4474/2020 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-526/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə iclasında tərəflərin dindirilməsi və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Bununla belə tərəflərin verdiyi ifadədən məlum olmuşdur ki, nikah pozulduqdan sonra 2016-cı ilin sentyabr ayınadək onlar birlikdə yaşamışlar. Bu hal Bakı Apellyasiya Məhkəməsinin 2(103)-526/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsində də öz əksini tapmışdır. İddiaçı Binəqədi rayonu, 6-cı mkr. İ.Cümşüdov küçəsində yerləşən, icarəyə ayrılmış qarajin altındakı 34 kv.m torpaq sahəsindən ibarət qeyri-yaşayış sahəsinin Bələdiyyəyə qaytarılması üçün Dadaşova Şəlaləyə verdiyi 40.000 manatın və bərpa – təmir, avadanlıq üçün xərclədiyi 30.000 manatın yalnız şahid ifadələrinə əsaslanmaqla cavabdehdən tutulmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı 2017-ci ilin ortalarından bu günə qədər cavabdeh tərəfindən hər ay üçün 500 manat məbləğində alınmış 15.000 manat icazə haqqının yarısı, Azərfon MMC ilə bağlanmış müqaviləyə görə 2017-ci ilin ortalarından bu günə qədər hər il üçün 3000 manatdan alınmış icarə haqqının (7500 manat) yarısını tələb etsə də bununla bağlı sübutları təqdim etməmişdir. Cavabdeh tərəf iddia ərizəsinə etirazda və məhkəmədə onların ayrılmasından 9 ildən çox müddətin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və bilməli olduğu gündən hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İddia tələbinin “Binəqədi rayonu, 6-cı mkr. İ.Cümşüdov küçəsində yerləşən, icarəyə ayrılmış qarajin altındakı 34 kv.m torpaq sahəsindən ibarət qeyri-yaşayış sahəsinin Bələdiyyəyə qaytarılması üçün Dadaşova Şəlaləyə verdiyi 40.000 manatın və bərpa – təmir, avadanlıq üçün xərclədiyi 30.000 manatın yarısının iddiaçıya ödənilməsinə dair” hissəsində məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən xərclərin bilavasitə özü tərəfindən çəkildiyini iddia etdiyinə görə həmin vaxtdan, yəni 2008-ci ildən məlumatlı olmuşdur. Şahid ifadələrindən də müəyyən edilmişdir ki, iddiaçı həmin xərclərin çəkilməsini 2008-ci ildə etmişdir. İşin hallarından göründüyü kimi nikah pozulduqdan sonra 2016-cı ilin sentyabr ayınadək tərəflər birlikdə yaşamışlar. Ayrıldıqdan sonra iddiaçının cavabdehə qarşı mübahisəli qarajın cavabdehə icarəyə verilməsi və təmirilə bağlı hər hansı tələbi də olmamışdır. Halbuki iddiaçı cavabdehdən 2016-cı ildən ayrıldıqdan sonra da hazırki iddia tələbilə məhkəməyə müraciət edə bilərdi, lakin etməmişdir. Digər tərəfdən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-526/20 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallardan göründüyü kimi tərəflər arasında xx.xx.2011-ci il tarixli barışıq sazişi mövcuddur. Həmin barışıq sazişində hazırki mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr. İ.Cümşüdov küçəsində yerləşən, icarəyə ayrılmış qarajin altındakı 34 kv.m torpaq sahəsindən ibarət qeyri-yaşayış sahəsinə dair razılaşma mövcud deyildir. Mübahisəli obyektə görə 2008-ci ildə iddiaçının mübahisələndirdiyi çəkilən xərclərin tələb etməsi, həmin qaraja və xərclərə görə tərəflər arasında xx.xx.2011-ci il tarixli barışıq sazişinin mövcud olmaması, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəsinin verilməsi, tərəflərin ayrıldıqdan sonra, yəni 2016-cı ilin sentyabr ayından 3 illik müddət ərzində iddiaçının hazırki iddia ilə mübahisəli qaraja dair çəkilən xərclərə dair tələbinin olmaması Ailə Məcəlləsinin 36.9-cu maddəsinə uyğun olaraq iddia müddətinin tətbiqini istisna etmir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, “Binəqədi rayonu, 6-cı mkr. İ.Cümşüdov küçəsində yerləşən, icarəyə ayrılmış qarajin altındakı 34 kv.m torpaq sahəsindən ibarət qeyri-yaşayış sahəsinin Bələdiyyəyə qaytarılması üçün Dadaşova Şəlaləyə verdiyi 40.000 manatın və bərpa – təmir, avadanlıq üçün xərclədiyi 30.000 manatın yarısının iddiaçıya ödənilməsinə dair” hissəsində iddia 3 illik iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İddia tələbinin “2017-ci ilin ortalarından bu günə qədər cavabdeh tərəfindən hər ay üçün 500 manat məbləğində alınmış 15.000 manat icazə haqqının yarısı, Azərfon MMC ilə bağlanmış müqaviləyə görə 2017-ci ilin ortalarından bu günə qədər hər il üçün 3000 manatdan alınmış icarə haqqının (7500 manat) yarısının iddiaçıya ödənilməsinə dair” hissəsində məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-526/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən göründüyü kimi həmin mülki iş üzrə də iddiaçı digər tələblərilə yanaşı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, i.Cümşüdov küçəsində yerləşən, icarəyə ayrılmış qarajdan əldə olunan gəlirin cavabdehlə bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və həmin qətnamə ilə tələbə münasibət bildirilmişdir. Hazırki iddiadan görünür ki, 2017-ci ilin ortalarından bu günə qədər Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, i.Cümşüdov küçəsində yerləşən, icarəyə ayrılmış qarajdan əldə olunan gəlirin cavabdeh tərəfindən ödənilməsini məhkəmədən xahiş edir. İcarə əsasında gəlirlərin əldə edilməsi davamlı münasibətləri əks etdirdiyindən, iddiaçı həmin iddiadan fərqli olaraq hazırki günə qədər əldə edilmiş gəlirin yarısını tələb etdiyindən, eyni zamanda hazırki tələbində gəlirin əldə edilməsilə bağlı sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilmə ehtimalını nəzərə alaraq məhkəmə iddiaya müvafiq məhkəmə qətnaməsilə hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. Bununla belə iddiaçı 2017-ci ilin ortalarından bu günə qədər cavabdeh tərəfindən hər ay üçün 500 manat məbləğində alınmış 15.000 manat icazə haqqının yarısını, Azərfon MMC ilə bağlanmış müqaviləyə görə 2017-ci ilin ortalarından bu günə qədər hər il üçün 3000 manatdan alınmış icarə haqqının (7500 manat) yarısını tələb etsə də, cavabdeh tərəfindən gəlir götürülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin və Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş pul məbləğinin və gəlirlərin bölünməsi tələbi”nə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar