Məhkəmə qərarları › İş №2(005)-2386/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2386/2024

27.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2386/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2250/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 8864 manat məbləğində alimentin ödənilməsindən azad edilməsi və məhkəmə ilə müəyyən edilmiş alimentin məbləğində dəyişiklik edilərək, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı “aliment tələbi barədə” məhkəməyə iddia ərizəsi vermiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2250/2022 saylı qətnaməsi ilə iddiası qismən təmin edilərək, hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tututlması qət edilmişdir. Aliment məbləği xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bu günki günə bu 2 il üçün 9264 manat məbləğində aliment edir. Həmin alimentdən tərəfindən 400 manatı ödənilmiş, lakin 8864 manat məbləğində pul ödənilməmişdir. Qətnamə qəbul edilən vaxt başqa bir şəxslə ailə həyatı qurmuş və hamilə olmuşdur. Təbii ki, əvvəl hamilə olduğu, sonra isə körpə uşağa qulluq etdiyi üçün üzrlü səbəblərə görə işləyə bilməmişdir. xx.xx.2022-ci il tarixdə X10 adında övladı dünyaya gəlmiş və hazırda uşaq 1 il 4 aylıqdır. Bu yaşda uşaq daimi olaraq ana qayğısına və nəvazişinə ehtiyac duyduğu üçün uşağı tək qoyaraq işə gedə bilməmişdir. Oğlu Amin xəstə olduğu üçün də, daimi olaraq müalicəsi ilə məşğul olur. Bu səbəbdən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənməsində çətinliklər yaranmışdır. Təyin edilmiş alimentin məbləği də onun üçün həddindən artıq yüksəkdir. Cavabdeh, Fövqəladə Hallar Nazirliyində işləyir və kifayət qədər yüksək əmək haqqı alır. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın əsassız olduğunu qeyd edərək, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2250/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. AZ-İİ seriyalı, 534932 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı arasında nikah xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2420 nömrəli akt qeydi tərtib edilmişdir. AZ-İV seriyalı, 827911 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X10 doğulmuşdur; İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir; “TƏBİB” X19 “Bakı Baş Səhiyyə Mərkəzi” X19 “4 nömrəli Qadın” Məsləhətxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X11 xx.xx.2022-ci il tarixdə X3 uşağı doğmuşdur. xx.xx.2022-ci ildə ana və uşaq kafi vəziyyətdə evə yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahda olmaları, onların bu nikahdan iki övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşaqların cavabdehin yanında saxlanılmasını və uşaqların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2250/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı işləmədiyini, aylıq sabit qazancının olmadığını, digər nikahdan dünyaya gəlmiş övladının qayğısına qaldığını bildirərək, müəyyən edilmiş alimentin məbləğinin azaldılmasını və əvvəlki dövrlərdə alimentin ödənilməməsinə görə yaranmış borcun silinməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin qismən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8.7-ci maddəsində qeyd edilir ki,alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, aliment təyin edilməsinə dair qətnamələrdən fərqli olaraq, alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) barədə qətnamələrin ümumi qaydada icra edilməsi, yəni qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli olması müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq qeyd edir ki, iddiaçıdan birgə nikahdan doğulmuş uşaqlarının saxlanılması üçün tutulan aliment cavabdehin aylıq vəzifə maaşı və uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu nəzərə alınaraq, hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində tutulmuşdur. Lakin hazırda iddiaçı işləmədiyi, sabit qazancının olmadığı və digər nikahdan olan övladına da baxmalı olduğu üçün alimentin hər ay hər uşaq üçün 193 manat tutulması mümkün deyildir. Bu isə öz növbəsində məhkəmə qətnaməsinin icrasını mümkünsüz edir və uşaqların mənafeyinə ziddir. Bu halda məhkəmə hesab edir ki, ilk növbədə üzərinə aliment ödəmək öhdəliyi qoyulmuş şəxsin mövcud vəziyyətinə aydınlıq gətirilməlidir. Ailə Məcəlləsinin müddəaları təyin olunmuş alimentin miqdarının tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilmə imkanını təsbit edir. İş üzrə aliment məbləğinin azaldıla bilməsi imkanı da qanunvericilikdə qeyd olunmuş bu hallara müvafiq yaranır. İlk növbədə diqqət yetirilməli faktor iddiaçının ailə vəziyyyətidir. Ailə vəziyyəti ilə bağlı hallar sırasına daxil olan şəxsin nikaha münasibəti, şəxsin öhdəsində yetkinlik yaşına çatmayan uşaqların olması iddiaçının aliment ödəmə qabiliyyətinə təsir göstərir. Müvafiq olaraq bu hallar hazırki iş üzrə də öz əksini tapır və onları iddiaçı X4 Cavabdeh ilə nikaha xitam verib, X7 ilə nikaha daxil olması, o cümlədən, həmin nikahdan dünyaya gələn X5 hələ 1 il 4 aylıq olması, onun azyaşlı və xəstəliyindən irəli gələrək, ana qayğısına və nəvazişinə ehtiyacı olması faktları ilə təsdiq etmək mümkündür. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bu maddə də aliment tutulmayan digər övladların olmasının alimentin azaldılması üçün əsas kimi çıxış edə bilməsi məsələsinə münasibət göstərir. Bu norma dispozitiv xarakterter daşıyır və hüquq subyektinin alternativ davranmaq, manevr etmək imkanını əks etdirir. Yəni iddiaçının X1 mütləq əsas olmamaqla, alimentin azaldılması tələbində nəzərə alına və ya alınmaya bilər ki, işin yekunu mövcud münasibətlərin xarakterindən, işin hallarından asılı olaraq, hakimin qanuna söykənən subyektiv mülahizəsinə uyğun həll edilməlidir. Digər bir faktor kimi maddi vəziyyət çıxış edir ki, o özündə əldə edilən gəlirlərin tələbatların ödənilməsi üçün nə dərəcədə yetərli olması məsələsini ehtiva edir. Bu vəziyyətdə tərəflərin faktiki və potensial gəlir mənbəyinə fikir vermək lazımdır. Həmin halı mövcud iş üzrə tətbiq etsək, müşahidə etmək olar ki, İddiaçı övladı X8 tək qoyaraq, işə gedə bilməməsi və uşağın xəstəliyinə görə müalicəsinə vəsait sərf etməsi ona alimentin ödənilməsi ilə əlaqədar maddi çətinliklər əmələ gətirir. Məhkəmə yuxarıda qeyd edilənləri, 2024-cü il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu, valideynin uşaqları saxlamaq vəzifəsini rəhbər tutaraq hesab edir ki, alimentin məbləği azaldılmalı, hər ay hər uşağa 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində aliment İddiaçı tutularaq, Cavabdeh ödənilməlidir. İddianın 8864 manat məbləğində aliment borcunun ödənilməsindən azad edilməsi hissəsində isə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin müddəalarına əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Buradan həm atanın, həm də ananın uşaqların saxlanmasında bərabər, qarşılıqlı hüquq və öhdəliklərinin mövcudluğu qənaətinə gəlirik. İş üzrə Cavabdeh qanunvericiliyə müvafiq şəkildə xx.xx.2014-cü təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X9 himayəsində saxlayaraq, onların tələbatlarını qarşılayır, yəni uşaqların saxlanılması vəzifəsini icra edir. Cavabdehin bir valideyin kimi, iddiaçının həm aliment ödədiyi, həm də ödəmədiyi dövrlərdə öz öhdəliyini lazımınca yerinə yetirdiyini əsas götürsək, iddiaçının 8864 manat məbləğində aliment borcunun ödənilməsindən azad edilməsi nəinki valideyn kimi ananın uşaqlarını saxlamaq borcuna ziddiyyət təşkil edəcək, həmçinin bu sferada cavabdehin hüquqlarını da pozmuş olacaqdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2250/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, cavabdeh İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2250/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilsin. Dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar