Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2397/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Bakı şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh hüquqlara əsasən xx.xx.2017-il tarixdə və xx.xx.2019-cu il tarixdə Tuncay Məmmədovun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın üçdə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “aliment” tələbinə dair ərizəyə əlavə təqdim edərək xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşına çatana qədər əlavə 100 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehla 2016-cı ildə ailə qurub,bu izdivacdan xx.xx.2017-ciildə Emil Məmmədov və xx.xx.2019-cu il tarixdə Tuncay Məmmədov adlı iki övladları dünyaya gəlmişdir.Artıq 2 ildən artıq bir müddətdir ki, Cavabdeh onları atib getmiş və üzərinə düşən məsuliyyətdən yayınaraq,övladlarına heç bir maddi və mənəvi yardım göstərməmişdir.Övladları ehtiyac çatışmamazlığından əziyyət çəkirlər.İddiaçı heç bir yerdə işləmir.Evdar qadındır. Ehtiyacların ödənilməsi üçün dəfələrlə ataya müraciət olunsa da,o çox laqeyd yanaşmış,övladlarına maddi və mənəvi dəstək olmamısdır.Vədlər verməyinə baxmayaraq,heç bir kəlməsi öz əksini tapmamışdır.İddiaçı uşaqlarının ehtiyaclarını ödəmək üçün yaşayış yeri,gəlir yeri yoxdur.Övladları az yaşlı olduğu üçün onları qoyub işləyəbilmir. Məhkəmə iclasında iddiaçı X7 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasında iştriak etməmiş, bu barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Masallı Regional ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci ildə X2 rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 147 № ilə qeyd edilmişdir. Ona AZ-İİİ№ 880069 saylı doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası 5 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu ildə X1 rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 148 № ilə qeyd edilmişdir. Ona AZ-İV№ 397065 saylı doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Masallı Regional ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 02.2017-ci il tarixli AZ-İ 319749 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası 5 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ 383707 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Beləliklə, məhkəmədə iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin faktiki nikahından xx.xx.2017-ci il təvəllüdlü X11,xx.xx.2019-cu il təvəllüdlü X9 adlı övladları var. Uşaqların atası Cavabdehdur, tərəflər hazırda ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaqlar isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı övladının maddi tələbatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin daimi iş yeri olduğundan və əmək haqqı aldığından aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə tələblərinə uyğun olaraq aylıq qazancından tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə alimentin tutulmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən ərarvad bir-birlərinə kömək etmədikdə, köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, iddiaçının 17 dekabr 2019-cu il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək cavabdehdən 100 manat alimentin tutulması tələbinə hüquqi qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaiti olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Lakin cavabdehin əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulacağını, nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən əlavə hər ay 100 manat məbləğində alimentin tutulması cavabdehin maddi durumunun nəzərə alınması baxımından ədalətli deyildir və bu tələb qismən, 50 (əlli) manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 50 manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixindən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2022-ci ilədək 50 (əlli) manat miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2397/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2397/2022
28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver