Məhkəmə qərarları › İş №2(005)-240/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-240/2025

03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-240/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı nikahın pozulması,uşaqların ananın yanında saxlanılması,aliment və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Müşfiq oğlundan ona hədiyyə olunan ona məxsus 1 ədəd üzük- 4 qram – dəyəri 560 manat,1 ədəd sep( 2 qr) və klon (2,23 qr .)- 4,23 qramdəyəri 600 manat, 1 ədəd qolbaq 10 qram dəyəri 1400 manat və 1 ədəd sırğa - 7 qramdəyəri 980 manat olan qızıl-zinət əşyaları alınaraq ona verilməsi,məhkəməyə müraciət edərkən 60 manat mediasiya xərci, dövlət rüsumu olaraq 50 manat,14 saylı Vəkil Bürosunun hesabına ödənilən 300 manat, həmçinin qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün ekspertizaya ödənilən 300 manat ümumillikdə 710 manat cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı qeyd edir ki, Cavabdeh ilə 28 iyun 2008- ci ildə nikaha daxil olmuşlar.Birgə nikahdan xx.xx.2019-cu ildə Bakı şəhərində X2 və 26 iyun 2022- ci ildə Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Yekaterinburq şəhərində X1 anadan olmuşlar. Cavabdehlə münaibətləri pozulmuşdur. Artıq bir neçə aydır ki, ailə kimi yaşamırlar, hər biri ayrı- ayrı ünvanlarda yaşayırlar.Ailənin bərpası mümkün deyildir. Ayrıldıqdan sonrada uşaqlar onun himayəsindədirlər.Cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi yardım etmir. Bundan başqa qeyd edir ki, cavabdehlə nikaha daxil olarkən, cavabdeh tərəfindən ona aşağıdakı qızıl- zinət əşyaları hədiyyə edilmişdir. 1. üzük- 4 qram - dəyəri 560 manat 2.sep( 2 qr) və klon (2,23 qr.)- 4,23 qram- dəyəri 600 manat 3. qolbaq 10 qram- dəyəri 1400 manat 4. sırğa – 7 qram- dəyəri 980 manat Toy zamanı ona hədiyyə olunan qeyd edilən qızıl- zinət əşyalarını cavabdeh götürmüş və ona qaytarmır. Dəfələrlə ondan qızıllarını tələb etsə də, o bundan imtina etmişdir. Ona görə də qızıl tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materialları: Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş, Bakı 20 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00114 nömrəli arayışa əsasən,nikahın pozulması,aliment,uşaqların ananın himayəsində qalması,qızıl-zinət əşyalarının geri qaytarılması tələbi üzrə ilkin medasiya sessiyasında İddiaçı Eyvaz qızı iştirak etmiş və 60 manat mediasiya haqqı ödəmişdir. Cavabdeh Müşfiq oğlu ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş, 29 noyabr 2024-cü il tarixli 0153 nömrəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli 2(005)-2814/2024 saylı qərardadın icrası ilə bağlı rəyinə əsasən, qızıl-zinət bazarda bu cür əşyaların zinət əşyası kimi satış qiyməti ilə xammal kimi alış qiymətinin fərqlilik göstərdiyini nəzərə alaraq, təqdim olunan siyahı və fotoşəkillərə əsasən 4 adda qızıl-zinət əşyasının hal-hazırda nəzəri qaydada orta bazar qiyməti Alış qiyməti: 3785 (üç min yeddi yüz səksən beş) manat Satış qiyməti: 2750 (iki min yeddi yüz əlli) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş,Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(005)-2637/2024 saylı qərardada əsasən,İddiaçı Cavabdeh Müşfiq oğluna qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması" barədə tələbi üzrə mülki iş ayrıca icraata ayrılmış, İddiaçı Cavabdeh Müşfiq oğluna qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə yeni nömrə verilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və flaşkartda olan görüntülərdən müəyyən olunur ki, İddiaçı toy mərasimində üzük, qızıl boyunbağı, qızıl qolbaq və sırğa hədiyyə edilmişdir. “Whatsapp” sosial ani ismarıc xidməti vasitəsilə aparılan yazışmaların mətnindən görünür ki, “Xaqani Nar” adı ilə qeyd edilən nömrəyə “Qızılımı hara qoymusan kimə vermisən de gedib nə qədərə vermisən alım qalıbsa əgər” məzmununda mesaj göndərilmiş buna cavab olaraq qarşı tərəf “ qızılı verəcəm barışsan” məzmunlu cavab vermişdir. İş materiallarına əlavə edilmiş,xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı vəkillik xidmətinə görə 14 saylı Vəkil Bürosunun hesabına 300 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş,Ödəniş qəbzindən görünür ki,idiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqlar ıəmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrəəldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iddia tələbinin əsasını tərəflər arasında ər-arvad arasında hədiyyə edilmiş, əşyaların cavabdeh tərəfindən qaytarılmaması təşkil etmiş və cavabdehin həmin əmlakların iddiaçıya qaytarılmaması səbəbindən o, hazırkı iddia tələbini irəli sürmüşdür. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2, Ailə Məcəlləsinin 32.1; 34-cü maddələri təşkil edir. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir;

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. 4.Başqa şəxsin sahibliyinin qanunsuz olması;

5. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdimüəyyən əşya) olmalıdır; 6.Əşyanın mülkiyyətçisi və faktiki sahibi bir-biri ilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalıdır. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalarmüəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Bu zaman həm də nəzərə alınmalıdır ki, tələbin əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir, həmçinin, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfin izahatlarını, mülki işin materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi bu hissədə qismən əsaslıdır və bu səbəbdən qismən təmin edilməlidir. Belə ki mülki işin materiallarında olan foto və video görüntülərdən, tərəflərin arasında olan danışığın əksindən məlum olur ki, iddia predmetini təşkil edən qızıl-zinət əşyaları iddiaçıya hədiyyə olaraq alınmış, tərəflərin arasında münasibətlər pozulmuş və əşyalar onun sahibliyinə qaytarılmamışdır. Azərbaycan Respublikası Ailə Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.Qızıl–zinət əşyaları cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının dəyəri olan dəyəri cavabdehdən tutularaq iddiaçı verilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş ekspertiza rəyinə əsasən qızıl-zinət əşyalarının alış və satış qiymətləri müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, tələb edilən 1 ədəd üzük- 4 qram – dəyəri 600 manat,1 ədəd sep( 2 qr) və klon (2,23 qr .)- 4,23 qram- dəyəri 634.5 manat, 1 ədəd qolbaq 10 qram dəyəri 1500 manat və 1 ədəd sırğa - 7 qram- dəyəri 1050 manat olan qızıl-zinət əşyalarının əşyaların dəyəri ilə bağlı məsələyə qiymət verərək, belə nəticəyə gəlir ki, mütəxəssis tərəfindən həmin əşyaların dəyəri ilə bağlı verilən rəy daha inandırıcı olmaqla realdır. Mütəcəssis rəyini şöbhə altında qoyan, onu təkzib edən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə tərəflərin izahatlarına və yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan tam təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14.2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, tələb edilən 1 ədəd üzük - 4 qram – dəyəri 600 manat,1 ədəd sep ( 2 qr) və klon (2,23 qr .) - 4,23 qram- dəyəri 634.5 manat, 1 ədəd qolbaq 10 qram dəyəri 1500 manat və 1 ədəd sırğa - 7 qram- dəyəri 1050 manat olan qızıl-zinət əşyaları; qızıl-zinət əşyaları natura mövcud omadığı təqdirdə qızıl-zinət əşyalarının dəyəri Cavabdeh Müşfiq oğlundan alınaraq İddiaçı verilməli, məhkəmə xərcləri ilə bağlı məsələ həll edilməli, İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci, 50 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsi üçün ödənilən 300 manat, ekspertizanın həyata keçirilməsi üçün ödənilən 300 manat, ümumillikdə 710 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh Müşfiq oğlundan İddiaçı məxsus 1 ədəd üzük- 4 qram (dəyəri 560 manat) ,1 ədəd sep( 2 qr) və klon (2,23 qr .)- 4,23 qram (dəyəri 600 manat), 1 ədəd qolbaq 10 qram (dəyəri 1400 manat) və 1 ədəd sırğa - 7 qram (dəyəri 980) manat olan qızıl-zinət əşyaları alınaraq İddiaçı verilsin. Qızıl-zinət əşyaları natura mövcud olmadığı təqdirdə qızıl-zinət əşyalarının dəyəri Cavabdeh Müşfiq oğlundan alınaraq İddiaçı verilsin. Mülki iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu, mediasiya xərci qismində ödənmiş 60 (altmış) manat pul vəsaiti, hüquqi yardım göstərilməsi üçün ödənilən 300 manat, ekspertizanın həyata keçirilməsi üçün ödənilən 300 manat Cavabdeh Müşfiq oğlundan İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar