Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2408/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 verdiyi 4500 manat, “xxxx” ASC-nin 8 saylı filialına ödədiyi 4300 manat olmaqla ümumilikdə 8800 manat təşkil edən pul vəsaitinin, eləcədə 30 manatlıq dövlət rüsumunun cavabdeh X2 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, borc məbləğindən qalıq qalmış 3830 manat pulunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, özünün adma olan “Mersedes Benz” 190 markalı, ** SV *** qeydiyyat nişanlı avtomobilini ona satmaq məqsədi ilə ondan ümumilikdə 9.000 (doqquz min) manata yaxın pul almışdır. Belə ki, həmin məbləğin 4.500 manatını 2007-ci ilin noyabr ayının əvvəllərində, şəxsən cavabdehin özünə, 4300 manatı isə cavabdehin həmin avtomobili girov qoyaraq, “xxxx” ASC-nin 8 saylı filialından götürdüyü kreditə görə banka olan borcunun əvəzi olaraq 13 (on üç) ay ərzində həmin banka ödəmişdir. Cavabdeh avtomobilə görə ona özünün 29.10.2007-ci il tarixli etibarnaməsini vermişdir ki, həmin etibarnamənin də müddəti 28.06.2012-ci il tarixdə bitmişdir. Avtomobillə qəza hadisəsi törədildiyindən avtomobilin sənədləri aidiyyəti inzibati orqan tərəfindən (DYPİ) alınmışdır. Həmin hadisə ilə bağlı əməliyyatın başa çatdırılması ilə əlaqədar avtomobil ona qaytarılsa da, avtomobilin sənədlərinin ona qaytarılması mümkünsüz hesab edilmişdir. Səbəb olaraq isə ya avtomobilin texniki sənədi adına olan şəxsin (yəni Cavabdeh) gəlməli olduğu ya da ki, onun avtomobili almağına hüquq verən sənədi təqdim etməyi tələb olunmuşdur. Avtomobil onun istifadəsindədir, lakin cavabdeh tərəfindən verilmiş etibarnamənin qüvvədə olduğu 28.06.2012-ci il tarixə olan müddət bitdiyindən nə avtomobili idarə edə bilir, nə də ki, avtomobil üzərində sərəncam vermək kimi hər-hansı hüququ həyata keçirə bilmir. Cavabdehin isə ünvanı barədə məlumatlı olsa da onun orada yaşamadığından və onun faktiki yaşadığı yerini bilmədiyindən avtomobili öz adına keçirməyi mümkün deyildir. Cavabdehin ona verdiyi etibarnaməsi də cavabdehin avtomobili ona satması anlamına gəlir. Cavabdehin özü isə nə avtomobilin onun sərəncamına verilməsini təmin edir nə də ki, onun cavabdehə verdiyi pullarını ona qaytarmır. Halbuki, cavabdeh onun qarşısında öhdəlik götürərək, banka olan borcu ödənildikdən dərhal sonra avtomobili onun adına sənədləşdirəcəyinə söz vermişdir. Lakin həmin öhdəlik bu günkü günə qədər də təmin edilməmişdir. Hesab edir ki, cavabdehin bu hərəkəti mülki hüquq pozuntusu hesab edilməli və cavabdehin ona qarşı yol verdiyi hüquqazidd hərəkəti nəticəsində ona vurulmuş zərər cavabdehin hesabına ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbinin əsassız olduğunu bildirdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən 31.08.2006cı il tarixdə verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1948-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 ünvan 1 ünvanında qeydiyyatdadır; İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 17.06.2014-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1959-cu il tarixdə Qazax şəhərində anadan olmuş Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır; İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3678/2014 nömrəli 12 avqust 2014-cü il tarixli Qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “daşmar əşyaya mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan ƏN-İ seriyalı 104806 nömrəli 29 oktyabr 2007-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh avtomobil üzərində hüquqlarını həyata keçirməyi İddiaçı etibar etmiş və etibarnamənin müddəti 28.06.2012-ci il tarixdə bitmişdir. İş materiallarında olan “xxxx” ASC-nin 8 saylı filialı tərəfindən verilmiş 945/904 nömrəli 18.11.2008-ci il tarixli məktubdan görünür ki, Bank ilə fiziki şəxs Cavabdeh ( Ş/V AZE 20*******. Ünvan: ünvan 2, 22.08.2006-cı il tarixində Nərimanov RPİ tərəfindən verilib) 232 nömrəli Girov müqaviləsi bağlanmışdır. Bu Müqavilə əsasında girov qoyulan əmlak Bankın fiziki şəxs Cavabdeh verdiyi kreditin, habelə kredit Müqaviləsinə uyğun olaraq hesablanan ssuda faizlərinin ödəniləcəyinin təminatı olmuşdur. Fiziki şəxs Cavabdeh tərəfindən kredit məbləği tam ödənilmiş və 11 noyabr 2008-ci il tarixində Banka müraciət edərək ona məxsus (MERCEDES BENZ- 190 Tip.Sedan .Ban WDB2010241F553180, mühərrik **********5075, buraxılış ili 1988, boz metallik, qeydiyyat nişanı **-SV-***) avtomobilin girovdan azad olunmasına dair sərəncam verməsini X11 İdarəsindən xahiş edirlər. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunmur. Belə olan təqdirdə məhkəmə iddiaçının iddia tələbi kimi istinad etdiyi “cavabdeh onun qarşısında öhdəlik götürərək, banka olan borcu ödənildikdən dərhal sonra avtomobili onun adına sənədləşdirəcəyinə söz vermişdir” və s. hallara hüquqi qiymət verərək hesab edir ki, bu izahatlar yalnız formal mülahizələrə və iddiaçının özünün yazılı ifadələrinə əsaslanmışdır ki, məhkəmə araşdırması zamanı da həmin faktlar öz təsdiqini tapmamışdır. Digər tərəfdən cavabdehin yaşadığı ünvanda olmaması səbəbindən avtomobili öz adına qeydiyyata keçirə bilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki işdə olan “xxxx” ASC-nin 8 saylı filialının məktubundan görünür ki, 11 noyabr 2008-ci il tarixində Cavabdeh Banka müraciət edərək ona məxsus avtomobilin girovdan azad olunmasına dair sərəncam verilməsini xahiş etmişdir. Eyni zamanda göründüyü kimi, iddiaçıya avtomobilə dair etibarnamə 29 oktyabr 2007-ci il tarixdə verilmiş, həmin etibarnamənin müddəti 28.06.2012-ci il tarixdə bitmişdir. Bu baxımdan iddiaçı tərəfindən ötən müddət ərzində avtomobilin alqı-satqısına dair hər hansı müraciətin edildiyi iş materiallarından müəyyən olunmur. Üstəlik də işin mübahisəsiz hallarından göründüyü kimi həmin mübahisəli avtomobil hazırda iddiaçının sahibliyindədir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X6 cavabdeh X7 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2408/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2408/2021
20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver