Məhkəmə qərarları › İş №2(005)-2420/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2420/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2420/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat kontoru və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat kontoru və Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19.03.2010-cu il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2008-ci il tarixdə birgə nikah dövründə Badamdar qəsəbəsi ünvanında yerləşən reyestr nömrəsi **********49 olan 0,06 ha torpaq sahəsi almışlar. 2009-cu ildə də həmin torpaq sahəsi üzərində tikinti işləri başlamış və 5 mərtəbəli şəxsi binanın inşası ilə bitmişdir. 2011-ci ilin noyabr ayı o, X7 boşanmışdır. X18 2014-cü ilin iyun ya iyul aylarında Qasımlı (Qurbanova) Bəturə Məmmədağa qızı ilə ailə qurmuşdur. X18 2020-ci ildə rəhmətə getmişdir. X18 vəsiyyətnamə ilə mülkiyyətində olan əmlaklardan birini 23.09.2015-ci il tarixdə oğulları X12 vəsiyyət etmişdir. Hazırda 28 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Qeyd edilən vərəsəlik işi üzrə əmlakların dairəsi müəyyən edilərkən müəyyən əmlakların banklarda yüklü edildiyi, bəzilərinin digər şəxslərin adlına rəsmiləşdirildiyi, hazırki əmlakın isə satıldığı bəlli olmuşdur. Belə ki, birgə nikahda alınan əmlaklardan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən əmlak və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanınlid Ənvər oğlunun qardaşı Cavabdeh2 adında olduğu məlum olmuşdur. Əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, 19.03.2010-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən X18 onun mülkiyətində olan torpaq sahəsini Cavabdeh2 etibarnamə əsasında satmışdır. Alqı-satqı müqaviləsindən görünür ki, X18 9 saylı notariat kontorunda elə həmin notariat kontorunda 19.04.2008-ci il tarixli etibarnamədən istifadə edərək alqı-satqı müqaviləsi bağlamışdır. Həmin ərəfədə artıq onların məhkəmədən nikahın pozulmasına dair mübahisəsi var idi. Ona aydın olmuşdur ki, 2009-cu il tarixdən başlayan boşanma mübahisısi həmin vaxt guya ailənin vəkili və dostu olan Cəfərov Cəfər adlı vəkil tərəfindən süni surətdə uzadılaraq məhkəmə nə üçün iki il sonra 2011-ci ilin noyabr ayında başa çatmışdır. Bu müddətdən istifadə edən X18 adına olan əmlakları aradan çıxararaq sənədlə 0,06 faktiki isə 0.09 ha torpaq sahəsi sotu 40000 manata, üzərində isə 5 mərtəbəli binanı bazar qiyməti ilə milyon manatdan artıq olduğu halda cəmi 24030 manata qardaşına satmışdır. Onun bundan xəbəri olmuş olsa idi, nə nikah dövründə, nə də nikahın pozulmasına dair məhkəmə mübahisəsi dövründə belə bir alqı-satqıya imkan verməzdi. Etibarnamə isə torpaq sahəsinin sənədləşdirilməsi və adına alması məqsədi ilə verilmişdir. X18 etibarnamədən istifadə edərək belə bir alqı-satqı etmişdir. Əvvəldə qeyd edildiyi kimi X18 2014-cü ilin iyun və yaxud iyul aylarında Qasımlı (Qurbanova) Bəturə Məmmədağa qızı ilə ailə qurmuşdur. Əlbəttə ki, bu alqı-satqıdan məlumatlı olan Qasımlı Bəturə əmlakı yenidən öz nəzarətinə qayıtması üçün 22.01.2018-ci il tarixdə bacısının həyat yoldaşı X8 adına alqı-satqı edilmişdir ki, milyondan artıq dəyəri olan torpaq və üzərində 5 mərtəbəli bina ucuz bir qiymətə alqı-satqı edildiyinə şübhə etmir. X18 2014-cü ilin iyun-iyul aylarında Bəturə Qasımlı ilə ailə qurana qədər birgə nikahdan olan övladları ataları ilə həmin evdə yaşayıblar. X18 həmişə hazırki mübahisəli villaının uşaqlarına aid olduğunu, sənədləşdirildikdən sonra uşaqları arasında böləcəyini ona bildirmişdir. Xalid Qasımov vəfat etdikdən sonra bəlli olur ki, həmin etibarnamə əsasında Badamdarda ona məxsus torpaq sahəsini qardaşı Cavabdeh2 adına rəsmiləşdirib və həmin ərazidə torpaq sahəsinin bir sotunun qiyməti (2010-cu il nəzərdə tutulur) 40000 manat təşkil etdiyindən 9 sot torpaq necə 24030 manata 9 saylı notariat kontorunda alqı-satqı olunub. Xalid Qasımovun vəfatından sonra övladları vərəsəlik işi ilə əlaqədar 29.08.2020-ci il tarixdə Bakı şəhəri 28 saylı notariat ofisinə müraciət etdikdə əmlakların dairəsinə dair arayış aldıqdan sonra bəlli olur ki, həmin villa yenə də məqsədli olaraq hansı yollarla qardaşı Cavabdeh2 adından Bakı şəhəri14 saylı notariat kontorunda X9 adına alqı-satqı olaraq rəsmiləşdilib. Həmin ev Səbail rayonu ərazisində yerləşsə də, nədənsə Nəsimi rayonu ərazisində alqı-satqı edilib. X19, Xalidin sonrakı həyat yoldaşı Bəturə Məmmədağa qızının bacısının həyat yoldaşıdır. X5 tərəfindən X.Ə,Qasımovla onun birgə nikahdan olan 3 övladının heç nəyə nail olmamasını məqsədli şəkildə gerçəkləşdirmişdir. Bütün bu alqıp-satqı müddətlərində və son bir neçə ilədək uşaqları həmin mübahisəli mənzildə yaşamışlar. Bu müddət ərzində dırnaq arası mülk sahibləri olan nə Elşən, nə də Qadir heç vaxt deməmişlər ki, bir milyondan artıq dəyəri olan mülkü onlar almışdır, evi tərk edin. Halbuki həqiqətən də dəyəri milyondan artıq əmlakı olan şəxs gəlib mənzilinə sahib çıxmalı idi. Qeyd edilən mübahiəli mənzil hazırda X5 tərəfindən kirayə verilir, sonuncu özü isə həmin villanın ərzisində yerləşən kiçik fərdi evdə yaşayır. Daha sonra keçmiş həyat yoldaşı X.Qasımova məxsus Novxanı qəsəbəsində yerləşən 3 mərtəbəli bağ evinin kimdənsə şəxsi olaraq borc alaraq, rəsmi borc müqaviləsinə əsasən yüklənməsini Bəturə Məmmədağa qızının məqsədli şəkildə təşkil etdiyini güman edir. Orda da vəkil Cəfərov Ceyhunun iştirakı ilə keçirilən məhkəmə mübahisəsinin nəticəsi olaraq əmlakın dəyəri olduğundan qat-qat ucuz qiymətləndirilməklə hazırda tələbkarın mülkiyyətinə keçmişdir. Daha bir ev Badamdar qəsəbəsində yerləşən 4 mərtəbəli villa həyət evi, hansı ki, atası tərəfindən oğlu X11 notariat qaydada vəsiyyətnamə ilə verilmişdir. Bəlli olmuşdur ki, həmin evdə "xxxx" MMC tərəfindən Atabank ASC-nin Nərimanov filialından götürülmüş kredit üçün girov qoyularaq yüklü edilmişdir. Həmin təşkilatın sahibi X1r ki, o da Salyan rayonundan olaraq Bəturə Məmmədağa qızının həmyerlisidir. Onun tərəfindən mübahisəli torpaq sahəsinin satılmasına dair heç bir razılaşma olmamışdır. Torpaq sahəsinin alınması məqsədi ilə etibarnamə verilmişdir, lakin iradəsi olmadan məhkəmədə nikahın pozulmasına dair mübahisə getdiyi bir vaxta milyonluq əmlak 24000 manata satılaraq addan ada keçirilmişdir. Bu onun və uşaqlarının razılığının olmadan edilən alıq-satqı müqaviləsidir. Bu alqı-satqı əməliyyatlarından vərəsəlik işi açılarkən məlumatı olmuşdur. Xalid Qasımov rəhmətə gedənədək hazırki mübahisəli əmlakda yaşamış, uşaqları da onunla orada qalmış, hətta sonradan evləndiyi X4 hal-hazıradək həmin ünvanda yaşayır. Torpaq sahəsi və üzərindəki binanın satıldığı iki nəfərdən nə Elşən, nə də Qadir bir gün belə həmin villada yaşamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia müddətinin bərpa edilməsinə dair ərizə təqdim edərək, iddiaçının qeyd edilən alqı-satqıdan 28.01.2021-ci il tarixli arayışı aldıqdan sonra məlumatı olduğunu və buna görə iddia müddətinin bərpa edilərək iddia tələbinin təmin olunmasını məhkmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının izahatını və çıxışını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan satıcı X6 (adından 19.04.2008-ci il tarixdə Bakı şəhəri 9 saylı kontoru tərəfindən təsdiq edilmiş 7-E-22/8106 saylı etibarnaməyə əsasən X18 çıxış edir) alıcı Cavabdeh2 arasında bağlanan AN-İ ******* nömrəli 19 mart 2010-cu il tarixli alqısatqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəriŞ Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsini tam alıcının mülkiyyətinə verir. Satıcı torpaq sahəsini 24000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X2 mülkiyyətindədir. Bununla bağlı 27.06.2008-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reestr kitabının 40619 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 13.03.2010-cu il tarixli 11/6266 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X2 mülkiyyətindədir. Torpaq sahəsi 95.0 kv metrdən artıqdır. Torpaq sahəsinin üzərində 15.0x18.0=270.0 kv.m tikintialtısı olan 3 mərtəbəli və mansardlı yaşayış evi mövcuddur. İş materiallarında olan 19 aprel 2008-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 tərəfindən X13 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etmək və həmin əmlak üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq haqqında əqdləri bağlamaq, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə vermək hüququ verilmişdir. Etibarnamə 20 il müddətinə verilmişdir. İş materiallarında olan Səadət Sarayı tərəfindən verilmiş Vİİ-JQ № 292250 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X6 14 yanvar 1996-cı il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağanması haqqında akt qeydləri kitabında 14 yanvar 1996-cı il tarixdə 96 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan X10 18 mart 2010-cu il tarixli ərizəsindən görünür ki, o, arvadı X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. İş materiallarında olan Cavabdeh2 18 mart 2010-cu il tarixli ərizəsindən görünür ki, X18 ilə X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin 24030 manata satılması barədə razılığa gəlmişlər. Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 28 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən **********49 reyestr nömrəli 0,06 ha torpaq sahəsi Bakə şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 29.12.2017-ci il tarixli 4Ə-986 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 22.01.2018-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. Həmçinin ünvan 3 ünvanında yerləşən bağ evi və onun yerləşdiyi 0,0847 ha torpaq sahəsi 26.08.2016-cı il tarixində, Qəbələ rayonu, Qəmərvan kəndində yerləşən 0.9 ha həyətyanı torpaq sahəsi 08.05.2008-ci il tarixində, Şamaxı rayonu, Günəşli kəndində yerləşən 0,87 ha və 0.36 ha kəns təsəürrüfatı təyinatlı torpaq sahələri 24.10.2007-ci il tarixində, Şamaxı şəhərində yerləşən 5,37 kənd təssərrfüatı təyinatlı torpaq sahəsi 24.05.2006-cı il tarixində X10 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********27 saylı, 22.06.2021-ci il tarixli məlumatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 0,06 ha torpaq sahəsinin X10 adına qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan maddənin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin tətbiqi isə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasını, məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasını, sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericliyin tələblərinə uyğun olduğundan və iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini ötürdüyündən, həmçinin iddiaçı müddətin bərpa edilməsinə dair ərizəsinə müddətin ötürülməsinin üzrlü səbəbləri barədə sübut əlavə etmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat kontoruna və Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar