Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2428/2020 01.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Ədilova Solmaz İmran qızı ərizəçi İddiaçı “aliment borcunun azaldılması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı “aliment borcunun azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru x1 tərəfindən hesablanmış borcun azaldılaraq borcunun 16 manat olmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərkən prosessual qanunvericiliyin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərkən onun formasına və məzmununa və ərazi aidiyyətinə dair qanunla müəyyən edilmiş zəruri tələblərə riayət olunması iddianın məhkəmədə baxılmasının mümkünlüyü baxımından mühüm şərtlərdən biridir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.07.2016-cı il tarixli və 31.05.2017-ci il tarixli icra sənədləri üzrə icra qurumu tərəfindən hesablanmış borc məbləğinin düzgün olmaması mübahisələndirilir. Hesab edirəm ki, hazırki işə iddia icraatı qaydasında baxılması mümkün deyil. Hazırki mübahisəli məsələ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş mülki işlərin davamı olaraq həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətinin (qəbul etdiyi qərarın) yaxud hərəkətsizliyinin qanuniliyi məhkəmədə mübahisələndirilə bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM– nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda İddiaçı izah edilir ki, o, məhkəməyə ərizə ilə müraciət edərkən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru x1 tərəfindən hesablanmış borcun azaldılaraq aliment borcunun 16 manat olmasına dair qərar çıxarılmasını deyil, icra məmurunun alimentin hesablanması ilə bağlı qərarının qanuniliyinin mübahisələndirilməsi ilə bağlı müraciət edə bilər. Bu halda o, icra məmurunun hərəkət yaxud hərəkətsizliyini mübahisələndirməli (yəni həmin hərəkət və ya hərəkətsizlikdən şikayət etməli), bu zaman iddia ərizəsi ilə məhkəməyə müraciət etməməlidir. Şərh olanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM : Ərizəçi İddiaçı “aliment borcunun azaldılması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2428/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2428/2020
01.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver