Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2428/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçılar İddiaçı1 nümayəndəsi X18, İddiaçı3, X2, İddiaçı6, İddiaçı8, X8, X6, İddiaçı14, İddiaçı15, İddiaçı23, İddiaçı25, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, X6, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27 və İddiaçı28 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı (Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X9, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, X19, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27 və İddiaçı28 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş mənəvi zərərə görə X7 xeyrinə 1500 manat, İddiaçı2 xeyrinə 1300 manat, İddiaçı3 xeyrinə 1500 manat, İddiaçı6 xeyrinə 1200 manat, X2 xeyrinə 1200 manat, İddiaçı5 xeyrinə 1200 manat, İddiaçı7 xeyrinə 1200 manat, İddiaçı8 xeyrinə 1500 manat, X8 xeyrinə 1200 manat, X6 xeyrinə 1200 manat, İddiaçı14 xeyrinə 1200 manat, İddiaçı15 xeyrinə 1200 manat, İddiaçı16 xeyrinə 1200 manat, İddiaçı17 xeyrinə 1300 manat, İddiaçı10 xeyrinə 1200 manat, İddiaçı18 xeyrinə 1200 manat, İddiaçı13 xeyrinə 1200 manat, İddiaçı11 xeyrinə 1200 manat İddiaçı20 xeyrinə 1200 manat, İddiaçı21 xeyrinə 1200 manat, İddiaçı24 xeyrinə 1200 manat, X33 xeyrinə 1200 manat, İddiaçı23 xeyrinə 1200 manat, X13 xeyrinə 1500 manat, İddiaçı25 xeyrinə 1200 manat, İddiaçı26 xeyrinə 1200 manat, İddiaçı27 xeyrinə 1200 manat və İddiaçı28 xeyrinə 1200 manat pul vəsaitinin və ödənilmiş 195 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK tərəfindən 2006-2009-cu illərdə inşa edilmiş ünvan 1 ünvanında yerləşən 240 mənzildən və 10 qeyri-yaşayış sahəsindən ibarət 16 mərtəbəli binanın idarə edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmış və Cavabdeh1 MMMC-nin İdarə Heyətinin sədri kimi qeydiyyatdan keçmişdir. xx.xx.2022-ci il tarixdə binanın 1-ci blokunun sərnişin lifti qırılaraq şaxtaya düşmüş və baş vermiş qəza ilə bağlı Fövqəladə Hallar Nazirliyinin X17 Görülməsi və X40 Agentliyinin əməkdaşları binaya gələrək həm qəza baş verən, həm də binanın digər liftlərinə baxış keçirmiş və akt tərtib edərək liftlərin istismarına aktda qeyd olunan çatışmazlıqlar aradan qaldırılanadək qadağa qoyulmuşdur. Qəza baş verən vaxt MMMC-nin İdarə Heyətinin sədri Cavabdeh1 ölkədən kənarda olmasına baxmayaraq həmin vaxt binanın komendantı Sabir adlanan şəxs həmçinin ona zəng vurmuş digər sakinlərdən qəzanın baş verməsi barədə xəbərdar olmuş, lakin baş vermiş qəzanın aradan qaldırması üçün tədbir görülməsi barədə göstəriş verməmişdir. O hətta ölkəyə qayıtdıqdan sonra binaya gələrək liftin qırılmasında bina sakinlərini ittiham etməyə başlamış, lakin qəzanın aradan qaldırılması üçün İdarə Heyətinin sədri kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Əksinə o və digər bina sakinləri yaranmış acınacaqlı vəziyyətdən çıxış yolu tapmaq üçün öz vəsaitləri hesabına liftlərin təmirini həyata keçirmək üçün ixtisaslaşmış lift şirkətini işə cəlb etmək qərarına gəliblər. Lakin liftlər "xxxx" MTK-nın balansında olduğundan, təmir işlərinin başlanması üçün X40 Agentliyindən müvafiq icazənin alınmasına dair məktubla müraciət etməli olması barədə sakinlər tərəfindən dəfələrlə MTK-nın sədri Cavabdeh2 bildirilsə də, o bunlara məhəl qoymayaraq bilərəkdən liftlərin təmirinə süni maneələr yaratmağa başlamışdır. Baş verən bütün bu hallar binanın sahə mülkiyyətçilərinin haqlı narazılığına və MMMC-nin İdarə heyətinin sədri Cavabdeh1 etimadın tam itirilməsinə səbəb olmuş və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq sahə mülkiyyətçilərinin təşəbbüsü ilə MMMC-nin ümumi yığıncağı çağırılmışdır. Ümumi Yığıncağın xx.xx.2022-ci il tarixli iclasında açıq səsvermə ilə və sahə mülkiyyətçilərinin ümumi səs çoxluğu ilə "xxxx" MMMC-nin yeni idarə heyəti və sədrinin seçilməsi qərara alınmış və həmin qərar Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya qurumlarının Dövlət Reyestrinin xx.xx.2022-ci il tarixli 05/6758/2-14 saylı Çıxarışı ilə təsdiqlənmişdir. Yalnız onların sakinlərin artan narazılığından və məsələnin dövlət orqanları tərəfindən nəzarətə götürülməsi, həmçinin məsələnin mətbuatda geniş işıqlandırılmasından sonra "xxxx" MTK-sədri Cavabdeh2 məcburiyyət qarşısında qalaraq xx.xx.2022-ci il tarixdə təmir işlərinin başlanılmasına icazə verilməsinə dair X40 Agentliyinə məktub ünvanlamış və Agentliyin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə işlərin başlanılmasına icazə verilmişdir. Həmin cavab məktubunda "xxxx" MTK-ya işlər yekunlaşdıqdan sonra Agentliyin əməkdaşlarının liftlərə baxış keçirilməsi üçün məktubla müraciət etməli olduğu bildirilsə də, Cavabdeh2 yenə də qəsdən Agentliyə müraciət etməkdən imtina etmiş, yalnız xx.xx.2022-ci il tarixdə Xətai-17 MMMC-nin yeni idarə heyəti məktubla təmir işlərinin yekunlaşdığı və liflərin MTK-nın balansında olmasına baxmayaraq MMMC-nin binanın idərəetməsi ilə bağlı hüquqlarının olması barədə Agentliyə müraciət etdikdən sonra liftlərinin istismarına xx.xx.2022-ci il tarixdə yəni qadağa qoyulan gündən (xx.xx.2022) düz 46 gün sonra icazə verilmişdir. Liftlərin işləmədiyi həmin bu 46 gün ərzində həmin yaşayış binasının sakinləri olan iddiaçılar işə getmək, övladlarını təhsil müəssisələrinə aparmaq, həkimə, ərzaq məhsulları almaq üçün marketə getmək və digər məqsədlər üçün hər gün dəfələrlə pilləkanları piyada düşüb-çıxmağa məcbur olmuşlar. Bu proses ardıcıl olaraq 46 gün ərzində havanın temperaturunun 30-35 C dərəcə olduğu bir vaxtda davam etmiş və cavabdehlərin səhlənkarlığı ucbatından onlar fiziki çətinliyə və iztirablara məruz qalmışlar. Beləliklə, cavabdehlər Cavabdeh1 və MTK-nın sədri Cavabdeh2 tərəfindən qəsdən sakinlərə fiziki və mənəvi əzab vermək üçün liftin təmirini gecikdirməsi ilə bağlı hərəkətsizlikləri, həmçinin təmir zamanı əvvəlki lift şirkəti tərəfindən liftin detallarının biri-birinə nazik simlə bağladığının və bütün təhlükəsizlik normalarına səhlənkarcasına riayət edilməsi ilə əlaqədar olaraq – yəni, cavabdehlərin birbaşa olaraq təqsirli əməlləri nəticəsində onlara mənəvi zərər dəymişdir və həmin zərərin əvəzi cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddiaçıların bir qismi məhkəməyə ərizə ünvanlayaraq, "xxxx" MTK-nın cavabdeh qismində cəlb edilməsini xahiş etsələr də, sonradan onun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 nümayəndəsi X34, İddiaçı3, X10, İddiaçı6, İddiaçı8, X20, X19, İddiaçı14, İddiaçı15, İddiaçı23 və İddiaçı25 ayrı-ayrılıqda ərizənin məzmununa uyğun izahat verib iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. İddiaçılardan İddiaçı20, İddiaçı26, İddiaçı11, İddiaçı5, İddiaçı7, İddiaçı16, İddiaçı18, İddiaçı10, İddiaçı8, İddiaçı27, İddiaçı22, İddiaçı24, İddiaçı28 və İddiaçı13 ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq qətnamə çıxarılmısını xahiş etmişlər. Digər iddiaçılar İddiaçı2, İddiaçı17 və İddiaçı19 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə prosesində iştirak edən cavabdeh onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. İddiaçı21 məhkəməyə ünvanladığı teleqramda Cavabdeh1 şikayətçi olmadığını və ondan heç bir təzminat istəmədiyini göstərmiş, bununla belə o, məhkəmə iclasında iştirak etmədiyindən həmin ərizəsinin iddiadan qismən və ya ümumən imtinanı nəzərdə tutubtutmamasını müəyyən etmək, eyni zamanda iddiadan imtinanın hüquqi nəticələrinin ona izah edilməsi qeyri-mümkün olmuşdur. Bu səbəbdən məhkəmə iddia tələblərinə həmin iddiaçıya münasibətdə də baxılmasını məqsədə uyğun hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək onun təmin ediməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil yazılı izahat təqdim edərək bildirmişdir ki, iddiaçıların müvafiq iddianı qaldırmaq üçün subyektiv hüquqlara malik olub-olmaması məsələsənin həllini məhkəmənin mülahizəsinə buraxır. İddia ərizəsindən göründüyü kimi, iddia tələbləri çoxmənzilli yaşayış binasının liftinin texniki cəhətdən yararsız hala düşməsi, bu səbəbdən binanın istifadəsində olan liftlərin istifadəsinin Azərbaycan Respublikası FHN-nin müvafiq qurumu tərəfindən qadağan edilməsi, liftlərin təmiri üçün Cavabdeh1 və "xxxx" MTK-nın sədri tərəfindən FHN-nə vaxtında məktubun göndərilməməsi halı ilə əsaslandırılmışdır. Təbii ki, hər şeydən əvvəl iddia tələblərinin əsaslılığı yoxlanılarkən ilk növbədə mənəvi zərərin vurulması faktının mövcudluğu və bundan sonra həmin faktla bağlı irəli sürülmüş tələb üzrə cavabdeh kimi göstərilmiş şəxslərin cavabdehlik daşıya bilməsi məsələsinə aydınlıq gətirilməlidir. Mənəvi zərərin vurulması faktına qiymət verilərkən nəzərə alınmalıdır ki, iddiaçılar binanın istifadəsində olan liftlərin istifadəsinin dayandırılması nəticəsində yüksək mərtəbələrə piyada çıxıb enmələri nəticəsində ayaqlarında və digər orqanlarında müəyyən fəsadların yaranmasını dəlil kimi irəli sürmüşdürlər. Təbii ki, insan orqanizmində baş vermiş hər hansı pataloji dəyişiklik tibbi məsələlərə aid olduğundan bu fakt müvafiq tibb müəssisəsinin arayışı ilə təsdiqlənməli, eyni zamanda təsdiqlənmiş pataloji dəyişiklik və digər fəsadların məhz yüksək mərtəbəyə piyada qalxıb enməyin nəticəsində yaranmasının mümkünlüyü müvafiq ekspert rəyi ilə müəyyən edilməlidir. Nəzərə alsaq ki, piyada hərəkətin insan orqanizminə faydası mövcud tibbi protokollarla öz təsdiqini tapmışdır, belə olan halda qeyd edilən mənəvi zərərin yetirilməsini təsdiq edən sənədlərin sübut qismində məhkəməyə təqdim edilməsi zəruri idi. Eləcə də nəzərə alınmalıdır ki, hər hansı iddiaçının özündə olan hər xəstəliklə bağlı təqdim etdiyi tibbi sənədin də heç bir sübuti əhəmiyyəti olmayacaqdır, çünki tibbi sənədə əsasən hər hansı iddiaçıda hansısa xəstəliyin olması, özlüyündə həmin xəstəliyin onun məhz piyada pilləkənlərlə mənzilə qalxıb-enməsindən yaranması demək deyildir. O ki, qaldı iddia tələbləri üzrə mənafeyini təmsil etdiyi Cavabdeh1 cavabdehlik daşımasına, nəzərə alınmalıdır ki, liftin nasaz vəziyyətə düşməsi zamanı sözügedən binanın idarəçiliyini həyata keçirən "xxxx" MMMC-nin idarə heyətinin sədri kimi onun səlahiyyət müddəti bitmişdir. Səlahiyyəti olmayan şəxsdən, başqa sözlə şəxsdən onun səlahiyyətindən kənar hər hansı vəzifənin tələb edilməsi qanunauyğun olmamaqla bu cür tələbin hüquqi əsası mövcud deyildir. Bununla yanaşı iddia tələbi üzrə "xxxx" MTK yaxud onun qanuni təmsilçisi hər hansı cavabdehlik daşımır. Çünki mənzil qanunvericiliyinə əsasən binanın ümumi əmlakının, o cümlədən liftlərin idarə edilməsi məsələləri məhz "xxxx" MMMC-nin səlahiyyətlərinə aid olmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh1 lift nasaz vəziyyətə düşən zaman “daun” xəstəliyinə görə məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilmiş övladının müalicəsi ilə əlaqədar Türkiyə Respublikasında xəstəxanada olsa da, bu məlumatı alan kimi binaya xidmət göstərən lift şirkəti ilə əlaqə saxalayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün əlindən gələn bütün zəruri tədbirləri görməyə çalışmışdır. Şahidlərin, cavabdehin və FHN-nin məhkəmə iclasında verdiyi izahatlardan məlum olmuşdur ki, həmin vaxt yalnız bir ədəd lift nasaz vəziyyətə düşmüş, hazırda mənəvi zərər tələb edən bir neçə qadın sakinin israrlı tələbi ilə nasaz vəziyyətə düşmüş liftlə yanaşı, digər işlək vəziyyətdə olan liftlərin də istifadəsi qadağan edilmiş və bütün liftlər lentlənərək möhürlənmişdir. Məhkəmə iclasında iştirak edən FHN-nin nümayəndəsi bir daha bu məsələyə aydınlıq gətirərək bildirmişdir ki, yalnız 1 ədəd lift nasaz vəziyyətə düşmüş, digər liftlərin isə istismarına icazə sənədləri olmadığı üçün və sakinlərin tələb etdikləri üçün istifadəsi qadağan edilmişdir. Hətta şahid Vitaliy Əhmədov izahatında bildirmişdir ki, həmin vaxt FHN-nin və lift şirkətinin nümayəndəsi tərəfindən digər liftlərin bağlanmasının məqsədə müvafiq olmaması liftlərin bağlanmasını tələb edən sakinlərin nəzərinə çatdırılsa da, onlar israrla digər liftlərin bağlanmasını tələb etmişdirlər. Göründüyü kimi, hazırda iddia qaldıran şəxslərin əsassız tələbləri ilə binanın istifadəsində olan 6 ədəd liftdən yalnız 1 ədədində aşkar olunmuş nasazlığa görə lüzumsuz olaraq digər 5 ədəd liftin də istifadəsi qadağan edilərək, bina sakinləri arasında süni narazılıq yaradılmışdır. Bununla bağlı cavabdeh Venara Rüstəmova bildirmişdir ki, liftlərin bağlanmasını tələb edən və hazırda ona qarşı iddia qaldıran sakinlər onunla qərəzli münasibətdə olan şəxslərdir və onların məqsədi binanın sakinləri arasında onu nüfuzdan salmaq və gələcəkdə "xxxx" MMMC-nin idarə heyətinə seçilməsinin qarşısını almaq olmuşdur. Liftlərin istismarına icazə sənədlərinin olmaması ilə bağlı Cavabdeh1 bildirir ki, mövcud qaydalara uyğun olaraq hər il liftlərin istismarına FHN-nin müvafiq qurumundan icazə alınmış, həmin icazələr liftlərin texniki pasportuna möhür vurulmaqla təsdiq edilmişdir. Sadəcə olaraq onun "xxxx" MMC-nin idarə heyətinin sədri kimi səlahiyyət müddəti bitdikdən sonra o, liftlərin istismarına icazə sənədlərini yeniləyə bilməmişdir. Bununla bağlı nəzərə alınmalıdır ki, məlum hadisədən sonra "xxxx" MMMC-nin idarə heyətinə hazırda Cavabdeh1 ilə qərəzli münasibətdə olan və ona qarşı iddia qalıdıran şəxslərin təşkilatçılığı yeni tərkibdə üzvlər seçilmişdir. Məhz onların idarəçiliyi dövründə də liftlərin istismarına tam şəkildə icazə alınmamışdır. Bunu məhkəmə iclasında iştirak edən FHN-nin nümayəndəsi bir daha təsdiq etmişdir. İddiaçıların iddia tələbini əsaslandırdığı hallardan biri də "xxxx" MTK-nın liftlərin təmirə buraxılması üçün müvafiq məktubu FHN-nə gec göndərməsi ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, istər "xxxx" MTK, istərsə də Cavabdeh1 tərəfindən liftin nasaz vəziyyətə düşməsi, bəzi sakinlər tərəfindən ona qarşı təxribatın hazırlanması, MMMC-nin idarə heyətinə növbəti seçkinin baş tutmaması ilə bağlı müvafiq qurumlara, o cümlədən FHN-nə dəfələrlə müraciət edilmişdir. Digər tərəfdən hansı qaydalara və qanunvericliyə əsasən nasaz vəziyyətə düşmüş liftin təmiri üçün binanın idarəçiliyinə aidiyyəti olmayan şəxsin - MTK-nın liftlərin təmiri ilə bağlı FHN-nə məktub yazmaq vəzifəsinin olmasını iddiaçılar əsaslandıra bilməmişdir. Hesab edir ki, bu məsələ ilə bağlı "xxxx" MTK hər hansı vəzifə daşımır və bağlanmış liftin təmir üçün açılması yaxud təmir edilməsi barədə məktub yazmaq kimi onun hər hansı öhdəliyi yoxdur. Məhkəmə iclasında FHN-nin nümayəndəsi verilmiş suallar əsasında bu məsələyə aydınlıq gətirib bildirdi ki, bina kimin idarəçiliyindədirsə, MTK-nın idarəçiliyindədirsə MTK, MMMCnin idarəçiliyindədirsə məhz MMMC tərəfindən də məktubla liftlərin təmirə buraxılması üçün FHN-nə müraciət edilməli, bundan sonra FHN möhürlü lentləri açmalı və müvafiq lift şirkəti tərəfindən liftlər təmir edilməlidir. Bununla belə sakinlərin və rayon prokurorluğunun xahişi nəzərə alınaraq, liftlərlə bağlı binada yaranmış problemin aradan qaldırılması naminə "xxxx" MTK tərəfindən qeyd edilən məzmunda məktub FHN-nə göndərilmişdir. Beləliklə də iddiaçılar iddia tələblərini əsaslandıra bilmədikləri və mənafeyini təmsil etdiyi cavabdeh həmin tələblər üzrə cavabdehlik daşımadığı üçün iddia tələbləri təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssis qismində iştirak edən nümayəndəsi X49 bildirmişdir ki, onların əməkdaşları 06 sentyabr 2022-ci il tarixdə şikayət əsasında göstərilən ünvana gediblər. Baxış keçirilən zaman texniki sazlığa cavab verməyən, həmçinin sənədləşməsi olmayan liftlər aşkar edilib. Həmin vaxt da vətəndaşların və MTK-nın nümayəndəsinin iştirakı ilə akt tərtib olunub. Baxış keçiriləndən sonra bütün liftlər bağlanılmışdır. Sonradan 3 ədəd lift sınaqdan keçirilib, çatışmazlıqlar aradan qaldırılıb və istismara yararlı vəziyyətə gətirilib. Bir neçə liftdə müqavilə müddəti bitdiyindən bağlanmışdır. Şkiflər iş prosesi zamanı yeyilir. Aktdan da tərtib olunduğu kimi liftdə şkiflər yeyilmişdir. Liftin dayanmadan 1-ci mərtəbəyə düşməsinin səbəbi şkifin yeyilməsidir. Liftin istismarına icazə üçün MTK, MMMC yaradılıbsa MMMC müraciət edir. Ondan sonra ixtisaslaşdırılmış müəssisə gəlir, əlavə yüklə sınaq aparılır və nəticəsi barədə pasporta yazılır. Əvvəllər liftlərin istismarına icazəsinin olub-olmaması barədə məlumatı yoxdur. Lakin həmin il üçün istismara icazəsi olmamışdır. Ona görə də liftlərin hamısı bağlanılıb. Sınaqdan keçirilmiş 3 liftin də istismar icazəsinin vaxtı bitmişdir. Liftlərin istismar icazəsi olmadan işlədilməsinin səbəbini bilmir. Liftin qırılmasına kənar şəxslərin müdaxiləsinin olub-olmaması ilə bağlı da məlumatı yoxdur. Liftə cavabdeh şəxs liftin şaxtasının qapılarını bağlamalıdır və açar özündə olmalıdır. Həmçinin şaxtanın açarının biri də təmirçilərdə olmalıdır. Burada isə qapısı açıq olmuşdur, cavabdeh şəxs olmadığından kim istəsə girər, kim də istəsə müdaxilə edə bilərdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2, o cümlədən Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq qeyd edilən proses iştirakçılarının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X24 və X40 Agentliyinin xx.xx.2022-ci il tarixli, xx/xx-06763 saylı məktubunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli 3 girişli yaşayış binasının istismarı qadağan edilmiş 6 ədəd (3 ədəd sərnişin və 3 ədəd yük) liftdə təmir işləri müddətində möhürün müvəqqəti açılmasına aşağıdakı şərtlərlə icazə verilir: 1) Liftlərdə aparılacaq təmir işlərinin müddəti (başlama və bitmə tarixləri) barədə Agentliyə məlumat verilməlidir: 2) Təmir zamanı texniki təhlükəsizlik tələblərinə əməl olunmalıdır; 3) Liftlərin təmirdən sonra sınağı aparılaraq yenidən istismara buraxılmasında Agentliyin nümayəndəsinin iştirakı təmin edilməlidir. Eyni zamanda nasazlıqlar tam aradan qaldırılmadan liftlərin istismar edilməsinə və istismar zamanı baş verə biləcək qəza və bədbəxt hadisələrə görə "xxxx" MTK məsuliyyət daşıyır; - Azərbaycan Respublikası FHN Sənayedə X24 və Dağ-X1, qaldırıcı və energetika qurğularında X24nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişləri V.Bədəlov, R.Cəfərov, "xxxx" MTK-nın nümayəndəsi Sabir Məmmədov, "xxxx" MMC-nin lift üzrə elektromexaniki Vitalik Əhmədov və "xxxx" MTK-ya məxsus yaşayış binasının bir qrup sakinlərinin – X11 (giriş 1, mənzil 52), İddiaçı15 (giriş 1, mənzil 44), X14 (giriş 1, mənzil 73) imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, onların iştirakları ilə xx.xx.2022-ci il tarixdə FHN-nin “Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 çevik reaksiya İdarəsi”nə sakinlər tərəfindən daxil olmuş şikayət araşdırılmış və araşdırma zamanı müəyyən olunmuşdur ki, göstərilən ünvanda "xxxx" MTK-ya məxsus 3 girişli, 16 mərtəbəli yaşayış binasında 6 ədəd “Moqilyov lift istehsalı zavodu”nun istehsalı olan sərnişin liftləri quraşdırılaraq istismara verilmişdir. Liftlərə müqavilə əsasında servis xidmətini "xxxx" MMC-nin mütəxəssisləri göstərirdilər. Amma "xxxx" MMC-nin rəhbərliyinin verdiyi məlumata görə, müqavilənin müddəti bitdiyindən "xxxx" MMC-nin mütəxəssisləri liftlərə xidmət göstərmirlər. 1-ci girişdə 2 ədəd sərnişin liftləri istismar olunur. Yükgötürmə qabiliyyəti 450 kq olan sərnişin lifti 1-ci girişin sakinləri tərəfindən 1-ci mərtəbəyə çağırılan zaman lift kabinəsi 1-ci mərtəbədə dayanmadan taxta çalasında buferə çırpılmışdır. Hazırda liftin istismarı elektromexanik tərəfindən dayandırılmışdır. Liftə baxış zamanı müəyyən olunmuşdur ki, benozaparıcı şkif yeyilmişdir. Əks yük qurğusunun şaxta çatasında buferi yoxdur. Liftdəki çatışmazlıqlar tam aradan qaldırılaraq, liftin təhlükəsiz istismarı bərpa olunanadək liftin istismarı qadağan olunur. Eyni zamanda "xxxx" MTK-nın rəhbərliyindən tələb olunur ki, liftlərə servis xidməti göstərilməsi üçün lisenziyası olan ixtisaslaşdırılmış lift idarəsi ilə servis müqaviləsi bağlanılsın. Liftlərin texniki sənədlərində dövri istismarına icazə verilməyibdir. Göstərilən çatışmazlıqlar aradan qaldırılanadək liftlərin istismarı qadağan olunur. Baş verə biləcək qəza və bədbəxt hadisəyə görə, "xxxx" MTK-nın rəhbərliyi və cavabdeh şəxlər məsuliyyət daşıyırlar; - "xxxx" MTK tərəfindən Azərbaycan Respublikası FHN-nin Sənayedə X24 və X40 Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 23/19 ünvanda yerləşən, 16 mərtəbəli, 3 girişli binada istismar olunan 3 ədəd sərnişin, 3 ədəd yük liftinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası FHN Sənayedə X24nə nəzarət müfəttişliyinin əməkdaşları tərəfindən qadağa qoyulmuşdur. X32 adlanan şirkət tərəfindən, yalnız və yalnız əsaslı şəkildə təmir edilməsi üçün qadağanın müvəqqəti götürülməsinə icazə verilməsi xahiş edilmişdir; - xx.xx.2021-ci il tarixli texniki-xidmət müqaviləsindən görünür ki, “İcraçı” Cavabdeh3 MMC sifarişçinin balansında olan binada quraşdırılmış 6 ədəd Yq/q 630 kq 3 ədəd yük lifti və Yq/q 450 kq 3 ədəd sərnişin liftinə texniki xidmət göstərilməsini, “Sifarişçi” "xxxx" MMMC-nin direktoru Cavabdeh1 isə müvafiq haqqın ödənilməsini öhdəsinə götürmüşdür; - Qiymət razılaşma protokolunun surətindən görünür ki, 6 ədəd liftə texniki xidmət göstərilməsi xidmətinin dəyəri cəmi 650,04 manat müəyyən edilmişdir; - "xxxx" MMMC-nin idarə heyətinin sədri İddiaçı14 tərəfindən Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Sənayedə X24 və X40 Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 2319 ünvanında yerləşən 16 mərtəbəli 3 girişli yaşayış binasının istismarı qadağan edilmiş 6 ədəd liftdən (3 ədəd sərnişin, 3 ədəd yük lifti) 3 ədəd yük liftlərində 01 oktyabr 2022-ci il tarixindən başlayaraq “X25” MMC tərəfindən təmir işlərinə başlanılmış və xx.xx.2022-ci il tarixdə təmir işləri yekunlaşmışdır. Göstərilənləri nəzərə alaraq, təmir işləri başa çatmış 3 ədəd yük liftlərinin təmirdən sonra sınağının aparılaraq yenidən istismara buraxılmasında Agentliyin nümayəndələrinin iştirakını qısa zamanda təmin edilməsi xahiş edilmişdir. Eyni zamanda "xxxx" MTK tərəfindən tikilmiş adı çəkilən çoxmənzilli yaşayış binasının birgə idarə edilməsi, binanın ümumi əmlakının istismarını, ona sahibliyi və ondan istifadə ilə bağlı yaradılmış Xəlai-17 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2019-cu il tarixdə 1119-MM6-0148 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyinin Qeyri-kommersiya Qurumlarının Dövlət Reyestrində qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışının surətindən görünür ki, xx.xx.2019-ci il tarixdə qeydiyyata alınmış "xxxx" MMMC-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli, idarə heyətinin xx.xx.2022-ci il qərarlarına əsasən hazırkı qanuni təmsilçisi kimi İddiaçı14 qeydə alınmışdır, əvvəlki qanuni təmsilçisi isə Cavabdeh1 olmuşdur; - X21, İddiaçı2, X26, İddiaçı14 və X18 imzaları ilə təsdiq edilmiş iltizamın surətindən görünür ki, X21 xx.xx.2022-ci il tarixində Bakı şəhəri, S.Ə.Şirvani 78 ünvanında yerləşən binanın liftlərinin təmiri ilə əlaqədar olaraq adları çəkilən sakinlərin iştirakı ilə binanın yük liftlərinin təmiri, ehtiyat hissələrinin alınması və quraşdırılması müqabilində 3840 manat məbləğində pul vəsaiti qəbul etmişdir; - X21, İddiaçı2, X26, İddiaçı14, X34, X27 və X15 imzaları ilə təsdiq edilmiş qəbzin surətindən görünür ki, X21 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, S.Ə.Şirvani 78 ünvanında yerləşən binanın liftlərinin təmiri ilə əlaqədar olaraq adları çəkilən sakinlərin iştirakı ilə binanın yük liftlərinin təmiri, ehtiyat hissələri avadanlıqlarının müqabilində 3500 manat məbləğində ilkin ödənişi qəbul etmişdir; - "xxxx" MTK-nın sədri Cavabdeh2 tərəfindən müxtəlif dövlət orqanlarına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həmin məktubda "xxxx" MMMCnin səlahiyyət müddəti bitmiş idarənin yenidən formalaşdırılması üçün ümumi yığıncağın keçirilməsində çətinliklər yaranmasını, bu səbəbdən binanın idarə edilməsinin mümkün olmaması əsas göstərilərək sakinlərlə söhbətlər aparılması və müştərək cəmiyyətin idarə heyətinin seçilməsi üçün zəruri tədbirlər görülməsi xahiş edilmişdir; - "xxxx" MTK-nın sədrinin nümayəndəsi Cavabdeh1, "xxxx" MMMC-nin sədr səlahiyyətlərini idarə edən X2, 33№-li mənzilin sakini X12, X22 və X16 imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanda yerləşən çoxmənzilli yaşayış binasında istifadədə olan 3 ədəd sərnişin, 3 ədəd yük Moqilyov tipli liftlərinin (qeydiyyat nömrələri: 115615, 115616, 115617, 115618, 115619,115620) texniki pasportları "xxxx" MMMC-nin sədri vəzifəsini icra edən X5 təhvil verildi. Hər bir texniki pasport 37 vərəqdən ibarətdir; - Bakı Şəhəri Nərimanov Məhkəməsinin 2(005)-753/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMMC-nin Cavabdeh1 qarşı “qanunsuz sahiblikdən məhrum etmə, əmlak və pul” tələbinə dair ilkin iddia tələbinin rədd olunması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X43, X37, X38, X44, Qasımova E|narə Məmməd qızı, X35, X36, X39 və X23 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “mülkdən çıxarılma və mülkün təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin rədd olunması, iddiaçı Cavabdeh1 "xxxx" MMMCyə qarşı “ümumi yığıncağının protokolunun; etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunması, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2022-ci il tarixli ümumi yığıncağın növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi, ünvan 5 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış sahəsinin 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokun altında yerləşən 31 nömrəli avtomobil qarajının "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən alınıb Cavabdeh1 təhvil verilməsi, 602 manat hüquqi xidmət haqqı və 100 manat dövlət rüsumu cəmi 702 manat məhkəmə məsrəflərinin cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minməmişdir; - Şahid qismində dindirilmiş (cavabdeh tərəfindən) X28 ifadəsində bildirmişdir ki, mühafizəçi Kərim ona zəng edərək liftin işləmədiyini bildirmişdir. O özü mexanikdir. Lift xarab idi, FHN əməkdaşları və Zaur adlı şəxslə yuxarı motorxanaya qalxıblar, o həm də şaxtaya düşüb, baxıblar ki, xarab olub. Mühafizəçidən motorxananın açarını almışdı. Amma ora çatanda görüblər ki, qıfıl sınıqdır. O, qıfılın sınıq olduğunu FHN-nin əməkdaşına bildirib. Liftin xarab olan hissəni təzəsi ilə əvəz ediblər. FHN əməkdaşları gələndə bildiriblər ki, vətəndaşların ərizəsi var, lifti yoxlamaq üçün bağlamalıdırlar. Digər liftlər işləyirdi. İ blok sakinləri deyib ki, “bizim lift bağlanırsa, hamısı bağlansın”. O səbəbdən akt yazıldı. Aktı oxuduqdan sonra imza edib. Aktda onu Cavabdeh3 MMC-nin əməkdaşı kimi qeyd etdiklərini görüb, lakin sənəd başdan dəyişməməsi üçün imza edib. O Cavabdeh3 MMC-nin əməkdaşı deyil, əvvəllər orada işləmişdir. O, əvvəllər Venera xanımla işləyib və kömək üçün çağırılmışdı. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçılar "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləridirlər. Həmin binanın idarə edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmış və Cavabdeh1 həmin cəmiyyətin İdarə Heyətinin sədri seçilmişdir. xx.xx.2022-ci il tarixdə binanın 6 liftindən birində qəza baş vermiş və bu səbəblə Fövqəladə Hallar Nazirliyinin X17 Görülməsi və X40 Agentliyi tərəfindən liftlərin istismarına nasazlıqlar aradan qaldırılanadək qadağa qoyulmuşdur. Cavabdeh tərəfindən təqdim edilmş müqaviləyə əsasən, liftlərə daha əvvəl texniki-xidmət göstərən Cavabdeh3 MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə xitam verilməsi səbəbindən "xxxx" MMMC ilə “X25” MMC arasında “Liftlərə texniki xidmətin göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış, həmin MMC tərəfindən liftlərdə sazlama işləri aparılmış, xx.xx.2022-ci il tarixdə Xətai-17 MMMC-nin yeni idarə heyətinin sədri FHNnin X17 Görülməsi və X40 Agentliyinə müvafiq məktubla müraciət edərək təmir işlərinin yekunlaşdığını bildirmiş, xx.xx.2022-ci il tarixdə - yəni 46 gün sonra adı çəkilən Agentlik tərəfindən liftlərinin istismarına qoyulan qadağa götürülmüşdür. İddiaçıların iddiasına görə, cavabdehlərin vəzifələrini lazımınca etməməsi nəticəsində binanın liftində baş verən qəzaya görə bütün liftlərin istismarına qadağa qoyulmuş, cavabdehlər bundan sonra da vəzifələrini icra etməyərək liftlərin təmiri istiqamətində tədbirlər görməmiş, onların səhlənkarlığı və qərəzi nəticəsində liftlərin yenidən istismara verilməsi süni şəkildə yubadılmış və yalnız 46 gün sonra istismara verilmişdir. Bu müddət ərzində isə onlar pilləkanları piyada qalxmalı olmuş, fiziki və mənəvi əziyyətlərə düçar olmuşlar. İddia tələbinin yönəldiyi cavabdehlər iddiaçıların sakini olduqları çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədilə yaradılmış və binanı inşa etmiş mənzil-tikinti kooperativinin sədri, həmin binanın sakinlər tərəfindən birgə idarə edilməsi məqsədilə yaradılan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin keçmiş sədri və liftlərə daha əvvəllər müqavilə əsasında texniki-xidmət göstərmiş MMC-dir. Məhkəmə ilk növbədə iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə bağlı hissələri üzrə hüquqi təhlil aparmağı məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıların cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid hissələrdə irəli sürdükləri faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iş materiallarından cavabdehlərdən Cavabdeh2 həmin yaşayış binasının tikintisi məqsədilə yaradılmış və onu inşa etmiş "xxxx" mənzil-tikinti kooperativinin sədri olduğu müəyyən edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə, mənzil tikinti kooperativlərinin yaradılmasının məqsədi başlıca olaraq binaların tikintisi və (və ya) yenidənqurulması kimi müəyyən edilmişdir. Kooperativin mövcudluğu binada yaşayış və qeyri-yaşayış sahələrinin Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə yalnız müəyyən vaxt dövrü ilə şərtləndirmişdir (maddə 109.1). Belə ki, binada mövcud olan yaşayış və qeyri yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququnun mənzil tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi imperativ şərt kimi müəyyənləşdirilmişdir (maddə 109.5). Ümumiyyətlə qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Ümumi yığıncaq binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir (maddə 141.3). Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir (maddə 141.2). İşin mübahisə doğurmayan hallarından da göründüyü kimi, iddiaçıların sakini olduqları ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmiş, binadakı yaşayış (mənzil) və qeyri-yaşayış sahələrinin müvafiq müqavilələr əsasında sakinlərə verilməsi təmin edilmiş, xx.xx.2019-cu il tarixdə "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmışdır. Beləliklə, "xxxx" MTK xx.xx.2019-cu il tarixdən etibarən sözügedən çoxmərtəbəli yaşayış binasındakı fəaliyyətini (faktiki mövcudluğunu) yekunlaşdırmış və həmin tarixdən etibarən binanın idarə edilməsi "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə ötürülmüşdür. Başqa sözlə, xx.xx.2022-ci il tarixdə binanın liftində baş vermiş qəza zamanı "xxxx" MTK həmin binanın idarəsində ümumiyyətlə iştirak etməmişdir. Qeyd edilənlər isə, "xxxx" MTK-nın sədri kimi Cavabdeh2 məsuliyyətini istisna edir. Cavabdeh1 gəldikdə isə, onun xx.xx.2019-cu il tarixdə yaradılmış "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin sədri seçildiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, o, məhz xx.xx.2019-cu il tarixdə həmin cəmiyyətin idarə heyətinin sədri seçilmiş və səlahiyyət müddəti də mənzil qanunvericiliyinin tələblərinə görə, iki il (xx.xx.2021-ci il tarixədək) olmuşdur. Başqa sözlə, binanın liftində baş vermiş qəza zamanı Cavabdeh1 mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin sədri kimi səlahiyyət müddəti bitmiş və bu səbəblə o, həmin binanın idarə edilməsi vəzifəsinin daşıyıcısı olmamışdır. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 127-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir (m. 127.1). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər (m. 127.2). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti ən azı üç üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasından nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir (m. 127.3). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti öz tərkibindən cəmiyyətin idarə heyətinin sədrini seçir (m. 127.4). Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh2 (həmin yaşayış binasının tikintisi məqsədilə yaradılmış və onu inşa etmiş "xxxx" mənziltikinti kooperativinin sədri) və Cavabdeh1 (həmin binanın sakinlər tərəfindən birgə idarə edilməsi məqsədilə yaradılan "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin keçmiş sədri) iddiaçıların iddia tələbinə cavab verməli olan subyektlər kimi qəbul edilməsi mümkün deyildir. Həmçinin iddia ərizəsinin məzmunundan və tərəflərin izahatından görünür ki, binanın liftində baş vermiş qəza zamanı Cavabdeh1 ölkə hüdudları xaricində olmuş, onun ölkəyə qayıtmasından sonra isə, MTK tərəfindən müvafiq məktublarla aiiyyəti qurumlara müraciət edildiyi, başqa sözlə istifadəsinə qadağa qoyulmuş liftlərin saz vəziyyətə gətirilməsi istiqamətində addımlar atıldığı müəyyən edilir. Belə ki, iş materiallarından göründüyü kimi, "xxxx" MTK-nın sədri Cavabdeh2 xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək bildirmişdir ki, Binanın idarəçilik məsələlərinin həyata keçirilməsi üçün təsis edilmiş "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin qanunla müəyyən olunmuş 2 illik səlahiyyət müddəti bitmiş, lakin idarə heyətinin və mənzil tikinti kooperativinin bina sakinlərinə dəfələrlə rəsmi və şifahi bildirişlər ünvanlanmasına baxmayaraq bir qrup şəxslərin təbliğat və hərəkətləri nəticəsində yeni idarə heyətinin seçilməsi üçün təyin edilən iclasda yetərsay olmadığından iclasın keçirilməsi baş tutmamışdır. Bu səbəbdən binanın idarəçiliyində, eləcə də kommunal haqların yığılmasında və kommunal xidmətlərin göstərilməsində problemlər yaranmışdır. Hazırda binada idarəçilik işləri göstərilən səbəblərdən iflic vəziyyətinə düşmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun apardıqları müayinə zamanı binaya xidmət göstərən liftlərin qəzalı vəziyyətdə olması müəyyən edilərək, liftlərin fəaliyyəti dayandırılmışdır. Bir qrup şəxslərin bina sakinlərinə etdiyi qanunazidd çağırışlar nəticəsində sakinlər kommunal haqları ödəmir, eləcə də kommunal xidmətlərin təşkil edilməsi, o cümlədən liftlərin fəaliyyətinin bərpa edilməsi üçün zəruri maddi xərclərin ödənilməsində iştirak etmək istəmir. Belə bir arzuolunmaz nəzarətsizlik vəziyyətində hər hansı bir səbəbdən, eləcə də təxribat xarakterli hərəkətlər nəticəsində bina sakinlərinin həyat və sağlamlıqlarının təhlükə altına alınması istisna olunmur. Binada yaranmış problemlərin aradan qaldırılmasının əsas yolu qanunla nəzərdə tutulmuş qaydada mənzil mülkiyyətçilərinin ümumi yığıncağının keçirilərək idarə heyətinin formalaşdırılmasıdır. Lakin qeyd etdiyi səbəblərdən ümumi yığıncağın təşkil edilməsi mümkün olmamışdır. O, səlahiyyətli nümayəndənin göndərilməsini, bina sakinləri ilə binanın idarəçiliyi və saxlanması məsələlərinin qanunla nəzərdə tutulmuş qaydada təşkil olunmasının vacibliyi haqqında söhbətlər aparılmasını mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin seçilinəsi üçün tədbirlərin görülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin vətəndaş Cavabdeh2 xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, sözügedən çoxmənzilli binanın ümumi əmlakının saxlanması və sakinlər üçün normal mənzil-kommunal xidmətlərinin təmin edilməsi, eləcə də "xxxx" MMMC-nin fəaliyyətinin həyata keçirilməsi məqsədilə qaldırılan məsələyə Mənzil Məcəlləsinin müddəalarına uyğun sözügedən cəmiyyət iştirakçılarının ümumi yığıncağında baxılaraq həll olunması məqsədəuyğun hesab olunur. Eləcə də "xxxx" MTK-nın sədri Cavabdeh2 Azərbaycan Respublikası FHN-nin Sənayedə X24 və X40 Agentliyinə xx.xx.2022-ci il tarixili müraciətindən görünür ki, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 23/19 ünvanda yerləşən, 16,mərtəbəli, 3 girişli, binada istismar olunan 3 ədəd sərnişin, 3 ədəd yük liftinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası FHN Sənayedə X24nə nəzarət müfəttişliyinin əməkdaşları tərəfindən qadağa qoyulduğu bildirilmiş və X32 adlanan şirkət tərəfindən, yalnız və yalnız əsaslı şəkildə təmir edilməsi üçün qadağanın müvəqqəti götürülməsinə icazə verilməsi xahiş olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, liftlərin işləməməsi, istismarına icazə verilməməsi ilə bağlı problemlər, çoxmənzilli binanın ümumi əmlakının saxlanmasını, sakinlər üçün normal mənzil-kommunal xidmətlərinin təmin edilməsini həyata keçirən, səlahiyyət müddəti bitmiş "xxxx" MMMC-nin idarə heyətinin, onun sədrinin qanunamüvafiq qaydada seçilməməsi ilə bağlı yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, sakinlər (iddiaçıların əksəriyyəti) məhkəmə iclasında iddia verməkdə əsas məqsədlərini, binanın cavabdeh tərəfindən təhvil verilməməsi, çıxarış ala bilməmələri ilə əlaqələndirmiş, bina təhvil veriləcəyi halda iddialarını geri götürəcəklərini bildirmişlər. Məhkəmənin qənaətinə görə, iddia tələbləri digər Cavabdeh3 MMC-yə münasibətdə də əsaslı deyildir. Belə ki, tərəflərin izahatlarından həmin cavabdehin "xxxx" MMMC ilə bağlanan müqavilə əsasında binadakı liftlərə vaxtilə texniki qulluğu həyata keçirdiyi müəyyən edilmişdir. Başqa sözlə, məhz "xxxx" MMMC ilə Cavabdeh3 MMC arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. Göründüyü kimi, iddiaçılar məhz "xxxx" MMMC və Cavabdeh3 MMC arasındakı müqavilədən irəli gələn öhdəliklərin (Cavabdeh3 MMC tərəfindən) lazımınca icra etməməsinə əsaslanmaqla Cavabdeh3 MMC-yə qarşı iddia qaldırmışlar. Məhkəmə qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “müqavilə üçüncü tərəflər üçün hüquq və öhdəliklər yaratmır” (“pacta tertiis nec nocent nec prosunt”) prinsipinə əsasən müqavilə ilə tərəflər öz sərbəst və azad iradə ifadələri ilə özləri üçün hüquq və vəzifələr əmələ gətirirlər. Müqavilə üzrə hüquq və vəzifələr nisbi xarakter daşımaqla üçüncü şəxlərə qarşı irəli sürülə bilməz. Mülki Məcəllənin 14.2.1-ci və 386.1-ci maddələrinə əsasən müqavilə, öhdəliyin meydana gəlməsi əsaslarının ən başlıcası olaraq müəyyən edilmişdir. Müqavilədən irəli gələn öhdəliyin tərəfləri kreditor və borclu olur. Tərəflərdən biri digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (MM maddə 387.2). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, hətta Cavabdeh3 MMC müqavilədən irəli gələn öhdəliklərini pozmuş olsa belə, ona qarşı müvafiq iddianı məhz həmin müqavilə üzrə kreditor irəli sürə bilərdi. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, X6, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27 və İddiaçı28 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiaları təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, X6, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27 və İddiaçı28 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2428/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2428/2023
18.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver