Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2441/2020 25.06.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı Kreditor «xxxxxxxxxxx» MMC-nin Borclu qarşı borcun ödənilməsi tələbinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor «xxxxxxxxxxx» MMC Borclu kreditorun xeyrinə 2292 manat əsas borcun və 20 manat dövlət rüsumunun tutulması haqqında məhkəmə əmrinin verilməsi haqqında ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 277.1-ci maddəsinə görə məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 278.2.3-cü maddəsində isə göstərilmişdir ki, ərizədə borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer göstərilməlidir. Hazırda məhkəməyə təqdim olunmuş ərizədə Borclu işdə olan vəsiqənin surətindən görünür ki, borclu ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə aidiyyat qaydaları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.3-cü maddəsinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır və bu qərardaddan şikayət verilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor «xxxxxxxxxxx» MMC-nin Borclu kreditorun xeyrinə 2292 manat əsas borcun və 20 manat dövlət rüsumunun tutulması haqqında məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2441/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2441/2020
25.06.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver