Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2443/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzil üzərindəki yüklülüyün qaldırılması” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzil üzərindəki yüklülüyün qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: Tələb: İddiaçı Cavabdeh qarşı “ipoteka dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil üzərindəki ipoteka dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil üzərindəki yüklülüyün qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abdullayeva Rəmziyyəyə qarşı iki dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və iddiaları təmin olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7961/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, X2 93.750 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul vəsaiti tutularaq iddiaçıya verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2 (006)-1986/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, X2 5.000 ABŞ dolları və 10.000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun əvəzi olaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-1336/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə borclu X4 məxsus, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur. Hər iki məhkəmə təsdiq olunan pulları indeksasiya etmişdir. Ümumilikdə 130.386 manat və 5000 ABŞ dolları təsdiqlənmişdir. xx.xx.2021-ci il tarixdə borclu vəfat etmişdir. Buna görə, iddiaçı cavabdehin oğlu X7 qarşı miras əmlakın faktiki qəbulu faktının müəyyən olunması tələbinə dair ərizə ilə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4390/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh X6 mərhum anası Abdullayeva Rəmziyyədən miras qalmış ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin faktiki qəbul etməsi faktı müəyyən edilmişdir. Bütün proseslərdən sonra iddiaçı çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş və verilən cavabdan məlum olmuşdur ki, X4 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69,6 kv.m olan 3 otaqlı 16 saylı mənzilə dair fiziki şəxs Cavabdeh ilə Bakı şəhəri 6 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli 3m 570 reyestrli ipoteka müqaviləsi bağlamışdır. xx.xx.2018-ci il tarixdə tərəflərin ərizələrinə əsasən, ipoteka müqaviləsi ləğv edilmişdir. Bununla əlaqədar olaraq, həmin daşınmaz əmlakların üzərindəki yüklülük qeydiyyatının götürülməsi barədə sərancam verilməsini xahiş edilmişdir. Tərəfindən müəyyən edilmişdir ki, həmin müraciət ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69,6 kv.metr olan 3 otaqlı 16 saylı mənzil hissəsində icra olunmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin müraciətinə cavab olaraq xx.xx.2025-ci il tarixdə bildirdiyi məlumatda “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmə qərarı ilə əsasında qeydiyyat orqanı tərəfindən ləğv edildiyi bildirilmişdir. Bununla yanaşı 2010-cu ildə, eyni vaxtda ikinci mənzil - ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 96,2 kv/m, 2 otaqlı 65 saylı mənzilə münasibətdə də Cavabdeh ilə ipoteka müqaviləsinə bağlamışdır. Həmin mənzil üzərindəki yüklülük qeydiyyatı götürülmüşdür. İddiaçıya aid olan isə həll edilməmişdir. Müraciət əsasında İdarədən cavab verilmişdir ki, digər mənzilə görə rüsum ödənilmədiyi üçün, qeydiyyatda qalmış, bununla bağlı ya ipoteka saxlayana, ya da məhkəməyə müraciət edilməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. İddiaçı Cavabdeh zəng edərək, çıxarış ala bilməsi üçün dövlət rüsumunun ödənilməsini xahiş etsə də, Cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Binəqədi Rayon İcra Şöbəsi tərəfindən də məhkəməyə müraciət edilmiş, lakin, müraciət təmin edilməmiş və qeyd edilmişdir ki, bu hala qiymət verilməsi məsələsi icra icraatı çərçivəsində deyil, işin hallarından asılı olaraq mülki qaydada iddia ərizəsi ilə, ya da inzibati məhkəmələrdə iddia icraatı qaydasında mümkündür. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddia ərizəsinə dair hər hansı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Ötən məhkəmə iclaslarında iştirak edən Cavabdeh hazırki iddia tələbinin əvvəllər mövcud olmuş başqa mübahisəyə söykəndiyini əsas gətirərək, iddia tələbini qəbul etmədiyini bildirmişdir. İş materialları: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil tam mülkiyyət hüququ əsasında X4 məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli, 10/16602 nömrəli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışından göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, 37a nömrəli binada yerləşən 16 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və mənzil üzərində xx.xx.2010-cu il tarixə olan məlumata əsasən, məhdudiyyət və yüklülük qeydə alınmamışdır. - X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, reyestrdə 3M-570 nömrə ilə qeyd edilmiş ipoteka müqaviləsinə əsasən, Cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixdə X4 xx.xx.2011-ci il tarixədək 130.000 manat borc verilməsi, X3 Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda xx.xx.2010-u il tarixdə 3M-569 saylı reyestrlə rəsmiləşdirilmiş borc müqaviləsi üzrə və bu müqavilədə göstərilən öhdəliklərin təminatı olaraq, ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.6 kv.m olan 3 otaqlı 16 saylı mənzili və ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 96.2 kv.m olan 2 otaqlı 65 saylı mənzili xx.xx.2011-ci il tarixədək Cavabdeh ipoteka qoyması nəzərdə tutulmuşdur. - Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2010-cu il tarixli, 506 və 507 saylı məktublardan göründüyü kimi, X3 ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.6 kv.m olan 3 otaqlı 16 saylı mənzili və ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 96.2 kv.m olan 2 otaqlı 65 saylı mənzili Bakı şəhəri 6 saylı Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli, 3M-570 reyestrli ipoteka müqaviləsinə əsasən, fiziki şəxs Cavabdeh ipoteka qoyduğu bildirilmiş və həmin mənzillər üzərinə qadağa qoyulması barədə sərəncam verilməsi xahiş olunmuşdur. - Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2010-cu il tarixli, ********* nömrəli ərizədən göründüyü kimi, X3 ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.6 kv.m olan 3 otaqlı 16 saylı mənzili Bakı şəhəri 6 saylı Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli, 3M-570 reyestrli ipoteka müqaviləsinə əsasən, fiziki şəxs Cavabdeh ipoteka qoyduğu bildirilmiş və həmin mənzillər üzərinə qadağa qoyulması barədə sərəncam verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil üzrə xx.xx.2011-ci il tarixədək xeyrinə ipoteka yüklülüyü edilən şəxs Cavabdehdur. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1986/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən, İddiaçı cavabdeh X4 qarşı “borc müqaviləsinin ləğv edilməsi və pulun qaaytarılması” tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh X2 5000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə) və 10.000 manat məbləğində pul, habelə iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, ümumillikdə 5000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə) və 10.030 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş və qətnamənin xx.xx.2016-cı il tarixdə qüvvəyə mindiyi bildirilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, borclu X4 məxsus ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-567/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1986/2016 saylı, xx.xx.2016cı il tarixli icra vərəqəsi üzrə İddiaçı ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1986/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə borclu X2 alınaraq tələbkar İddiaçı verilməli olan 10.000 manat indeksasiya edilməklə (10.000 x 115,6 : 100 = 11560 – 10.000 = 1560 : 12 x 9 = 1170 + 10.000 = 11.170) 11.170 manat həcmində icra olunması qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkəməsinin 8(001)-1425/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7961/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı xeyrinə cavabdeh X2 tutulmalı olan 93750 manat məbləğində pul vəsaitinin indeksasiyasının aparılaraq, 119156 manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. - X5 tərəfindən ünvan 6 ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən göründüyü kimi, o, Cavabdeh ilə arasında Bakı şəhəri 6 saylı Notariat Ofisində bağlanmış xx.xx.2010-cu il tarixli, 3M/569 reyestrli borc müqaviləsini, Cavabdeh borclu olduğu 130.000 manat məbləği tam şəkildə qaytadığı üçün borc müqaviləsinin təminatı üçün bağlanmış xx.xx.2010-cu il tarixli, 3M/570 reyestrli ipoteka müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. - Cavabdeh tərəfindən ünvan 6 ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən göründüyü kimi, o, X5 ilə arasında Bakı şəhəri 6 saylı Notariat Ofisində bağlanmış xx.xx.2010-cu il tarixli, 3M/569 reyestrli borc müqaviləsini, X5 borclu olduğu 130.000 manat məbləği tam şəkildə qaytadığı üçün borc müqaviləsinin təminatı üçün bağlanmış xx.xx.2010-cu il tarixli, 3M/570 reyestrli ipoteka müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. - Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 774 nömrəli məktuba əsasən, X3 ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 69.6 kv.m olan 3 otaqlı 16 saylı mənzili və ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 96.2 kv.m olan 2 otaqlı 65 saylı mənzili Bakı şəhəri 6 saylı Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli, 3M-570 reyestrli ipoteka müqaviləsinə əsasən, fiziki şəxs Cavabdeh ipoteka qoyduğu, xx.xx.2018-ci il tarixdə tərəflərin ərizələrinə əsasən, ipoteka müqaviləsinin ləğv edildiyi bildirilmiş və həmin daşınmaz əmlaklar üzərindəki yüklülük qeydiyyatının götürülməsi barədə sərəncam verilməsi xahiş olunmuşdur. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4390/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, cavabdeh X6 mərhum anası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 16 saylı mənzili faktiki qəbul etməsi faktının müəyyən olunması qət edilmişdir. - ünvan 7 ünvanlanmış xx.xx.2025-ci il tarixli, X66 saylı məktuba əsasən, Bakı şəhəri 6 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 3m-570 reyestr nömrəli ipoteka müqaviləsinin və ona əlavə olunmuş sənədlərin təsdiq olunmuş kserosurətlərinin ünvanına göndərildiyi, ipoteka müqaviləsinin xx.xx.2018-ci il tarixdə ləğv olunduğu, əmlakın ipotekadan azad olunması barədə məlumatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-B-00xx-xx/2025 saylı məktuba əsasən, ipoteka saxlayan tərəfindən idarəyə müraciət olunduqda və ya ipotekanın dövlət qeydiyyatının ləğvi ilə bağlı müvafiq məhkəmə qərarı idarəyə rəsmi qaydada daxil olacağı təqdirdə, ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iclasında işin faktiki hallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnamələri ilə X2 iddiaçının xeyrinə borc pul vəsaitinin tutulması qət edilmiş, qətnamənin icrasının təmin olunması məqsədilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə X3 mülkiyyətində olan mübahisəli ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, X5 ilə Cavabdeh arasında olan borc münasibətlərinin təminatı məqsədi ilə xx.xx.2010-cu il tarixdə reyestrdə 3M-570 nömrə ilə qeyd edilmiş ipoteka müqaviləsi bağlanmış, xx.xx.2010-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil xx.xx.2011-ci il tarixədək Cavabdeh xeyrinə ipoteka ilə yüklü edilmiş, xx.xx.2018-ci il tarixdə tərəflərin ərizələrinə əsasən həmin ipoteka müqaviləsi ləğv edilmiş, lakin hazırda X3 mülkiyyətində olan mübahisəli 16 saylı mənzilin Cavabdeh xeyrinə hələ də yüklü olduğu aşkar olunmuşdur. X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mərhumun oğlu X9 tərəfindən mübahisəli 16 saylı mənzilin miras əmlak kimi faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka borclunun kreditor qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Deməli, ipoteka müqaviləsi əsas müqavilə üzrə icra edilməyən və ya lazımınca icra edilməyən öhdəliyin icrasını təmin etmək məqsədilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. 273-cü maddəsinə əsasən, girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. 294.2-ci maddəsinə əsasən, girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddəsinə əsasən, Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 10.1-ci maddəsinin tələbinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 15-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İpotekanın dövlət qeydiyyatı ləğv edildikdə ipoteka kağızı bu Qanunla müəyyən edilmiş qaydada ləğv edilir. 30.6-cı maddəsinə əsasən ipoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 48.1.1, 48.1.2, 48.1.3, 48.1.4 və 48.1.5-ci maddələrinə əsasən, ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və bu Qanunla nəzərdə tutulmuş digər hallarda hallarda xitam verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 20.4. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mərhum X5 ilə İddiaçı arasında borc münasibətlərinin olması işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Həmin borc münasibətlərindən irəli gələrək məhkəmə qərarlarının icrası mərhələsində R.Abdullayevanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil üzərinə 2016-cı ildə həbs qoyulmuşdur. Qeyd edilən mənzil mərhumun hazırkı iş üzrə Cavabdeh ilə olan borc münasibətlərinin təminatı kimi R.Abdullayeva tərəfindən Cavabdeh qarşısında ipoteka ilə yüklü edilmişdir. Sonuncular arasında borc münasibətləri üzrə öhdəliklər icra edildiyi üçün 2018-ci ildə ipoteka müqaviləsi də ləğv edilmişdir. Lakin iddiaçıya borclu olan R.Abdullayeva 2021-ci ildə vəfat etmiş, borcun ödənilməsi məqsədi ilə həbs qoyulmuş mübahisəli mənzil isə hələ də cavabdeh qarşısında ipoteka ilə yüklü qalmışdır. Sözügedən mənzil mərhum R.Abdullayevanın oğlu D.Abdullayev tərəfindən miras əmlak olaraq qəbul edilmişdir. Hazırda iddiaçı mərhumun ona olan borcunun ödənilməsinin təmini olaraq görülmüş tədbir kimi ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil üzərinə həbs qoyulsa da, lakin mənzil üzərindən cavabdehin xeyrinə qoyulmuş ipoteka yüklülüyü götürülmədiyindən, mənzilin satılmaqla məhkəmə qərarlarının icrası təmin olunmur. Bu baxımdan məhkəmə hesab edir ki, hazırda iddiaçı mübahisəli mənzilin ipoteka ilə yüklülüyünün qaldırılması üçün iddia irəli sürməkdə haqlı olmuşdur. Mübahisəli mənzil iddiaçıya məxsus olmasa da, yaxud ipoteka müqaviləsi üzrə hər hansı tərəf olmasa da, artıq ləğv edilmiş, heç bir hüquqi qüvvəsi olmayan ipoteka müqaviləsi üzrə mənzil üzərində yüklülüyün qalması, onun məhkəmə qərarları əsasında almalı olduğu pul vəsaitini almasına, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasız qalmasına səbəb olur. Qeyd edilən yüklülüyün aradan qaldırılması həm iddiaçının 10 ilə yaxın müddətdir artıq xeyrinə tutulmuş pul vəsaitini ala bilməsinə, həmçinin qüvvədə olan məhkəmə qərarlarının icrasına şərait yaradacaqdır. Bundan başqa, qeyd edilməlidir ki, mübahisəli mənzilin üzərində ipoteka yüklülüyünün qalmasına dair heç bir qanuni əsas mövcud deyil. Çünki, mənzilin ipoteka ilə yüklü edilməsinə əsas verən ipoteka müqaviləsinin təminat altına aldığı borc müqaviləsi üzrə borcalanın borcverən qarşısında icra edilməmiş öhdəliyi qalmamışdır. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.6-cı maddəsinin məzmunundan məlum olduğu kimi, ipoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Bununla yanaşı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinin tələblərinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Lakin, hazırki vəziyyətdə tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından məlum olur ki, ipoteka saxlayan qismində çıxış edən Cavabdeh ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ərizə verməkdən haqsız olaraq imtina etmişdir. Belə olan halda, ipoteka predmeti olan mübahisəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində ipoteka ilə yüklü olaraq qalması hazırki mülki iş üzrə iddiaçının xeyrinə çıxarılmış məhkəmə aktlarının icrasına maneəçilik törətməklə, bərpa olunmuş hüquqlarının həyata keçirilməsinə məhdudiyyət yaradır. Bu səbəbdən, mübahisəli mənzilə dair yüklülüyün aradan qaldırılması iddiaçının məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırılması hüquqlarının təmin olunmasına xidmət edəcəkdir. Digər tərəfdən, əmlakın yüklülükdən azad edilmə məsələsi inzibati orqanın səlahiyyət dairəsinə aid olan hərəkət və ya hərəkətsizliyi ilə bağlı olan məsələ olsa da, qeyd edilən inzibati orqanın müvafiq yüklülüyü sözügedən ipoteka müqaviləsi əsasında aparmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respubliaksı Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, mərhum X1 Etibar Əzim oğlu qarşısında ipoteka ilə təmin edilmiş öhdəliklərini icra etdiyindən və qanunvericiliyin tələblərinə uyğun bağlanmış ipoteka müqaviləsinə xitam verildiyindən, iddiaçının ipoteka predmetini təşkil edən mübahisəli mənzilə dair yüklülüyün qaldırılması barədə tələbi əsaslı və qanunauyğun olduğundan, təmin olunmalıdır. Nəticə: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzil üzərindəki yüklülüyün qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil yüklülükdən azad edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil ipoteka yüklülüyündən azad edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2443/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2443/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver