Məhkəmə qərarları › İş №2(005)-2503/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2503/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2503/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclasında iştirak edən Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 və Cavabdeh1nə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 və Cavabdeh1nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə vəsatət ünvanlayaraq Cəlilabad Rayon Məhkəməsinin icraatında olan e-2-(073)-878/2024 nömrəli işin xx.xx.2024-cü il tarixdə icraata götürülməsini nəzərə alaraq, hazırki mülki işin Cəlilabad Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı “cavabdehlər İddiaçı və X2 ünvan 2 ünvanda 0.11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130.00 kv.m olan yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmasına, həmin torpaq sahəsi və yaşayış sahəsinin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsinə, iddianın verilməsi üçün ödənilmiş 100.00 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi” barədə xx.xx.2024-cü il tarixli iddia ərizəsi Cəlilabad rayon məhkəməsinin icraatına götürülmüşdür (iş № e-2(073)- 878/2024, hakim Elxan Əmirəliyev). Bundan sonra yuxarıda qeyd olunan məhkəmə icraatını uzatmaq məqsədilə Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, Cavabdeh1nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” xahiş edilmişdir. Məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi, habelə prosessual qənaət prinsipinə riayət etmək üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 "xxxx" ASC-nin hazırki mülki iş üzrə üçüncü şəxs qismində iştirak etdiyini və icraatın birləşdirilməsi ilə bağlı vəsatət təqdim etmək hüququnun olmadığını, işlərin birləşdirilməsinə etiraz etdiyini bildirərək vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı vəsatətə müvafiq məzmunda izahat verərək bildirmişdir ki, onlar iddiaçıya qarşı Cəlilabad Rayon Məhkəməsində iddia qaldırdıqdan sonra iddiaçı hazırkı iddianı qaldırmışdır. Hər iki iş bir-birindən asılı olan işlərdir. İşlərə ayrı-ayrılıqda baxılması prosessual qənaət prinsipinə ziddir. Vəsatətin təmin edilərək mülki işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və üzrlü səbəbdən gəlməmələrini təsdiq edən hər hansı sübut təqdim etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, hazırda iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılma, həmin torpaq sahəsi və yaşayış sahəsinin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi tələbinə dair Cəlilabad Rayon Məhkəməsinin icraatında e-2(073)-878/2024 saylı mülki iş vardır. İddia ərizəsi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 və Cavabdeh1nə qarşı “hərracın nəticələrinin və hərrac protokolunun etibarsızlığı” tələbinə dair iddia ərizəsi isə xx.xx.2024-cü il tarixində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına qəbul etmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 və Cavabdeh1nə qarşı “hərracın nəticələrinin və hərrac protokolunun etibarsızlığı” tələbinə dair mülki iş ilə Cəlilabad Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılma, həmin torpaq sahəsi və yaşayış sahəsinin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi tələbinə dair e-2(073)-878/2024 saylı mülki iş bir-biri ilə əlaqədardır. Onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə iddiaçı tərəfin üçüncü şəxsin müvafiq vəsatəti vermək hüququ olmamasına dair etirazı ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə məzmunundan da göründüyü kimi, qeyd edilən vəsatətin verilməsi təşəbbüsünə yalnız məhkəmə deyil, işdə iştirak edən şəxslər də malikdir. İşdə iştirak edən şəxslərin tərkibi isə Mülki Prosessual Məcəllənin 46-cı maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Beləliklə, hazırda Cəlilabad Rayon Məhkəməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında bir-biri ilə bağlı olan, tərəflərin eyni olduğu, predmetini eyni daşınmaz əşyaların təşkil etdiyi iki mülki iş vardır ki, bunlara ayrı-ayrılıqda baxılması işin vaxtında və obyektiv araşdırılması imkanlarını məhdudlaşdıracaqdır. Bu isə ədalət mühakiməsinin maraqları ilə ziddiyyət təşkil edir. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərardadlarından yalnız Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Hazırki iş üzrə qərardaddan şikayət verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 və Cavabdeh1nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(005)-2503/2024 saylı mülki iş Cəlilabad Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılma, həmin torpaq sahəsi və yaşayış sahəsinin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi tələbinə dair e-2(073)-878/2024 saylı mülki işlə bir icraatda birləşdirilməli və mülki iş Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264 və 395-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 və Cavabdeh1nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(005)-2503/2024 saylı mülki iş Cəlilabad Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılma, həmin torpaq sahəsi və yaşayış sahəsinin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi tələbinə dair e- 2(073)-878/2024 saylı mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar