Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2509/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı CavabdehMMC-yə “mənəvi zərərə görə kompensasiyanın tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənəvi zərərə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Çinar-Trans" Məhdud Məsuliyyətli Cəmiyyətindən 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, “Çinar-Trans" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X16 təqsiri üzündən əri Kəmaləddin Abdullayev avtobusla vurulduğundan, sonra da üzərindən keçilərək, həyat üçün təhlükəli olan xəsarətlər yetirildiyindən faciəvi şəkildə həlak olmuşdur. Belə ki, İlham Qasımov cavabdehin işçisi olaraq 202 nömrəli marşrut xətti üzrə 1-31 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi əsasında ona təhkim olunmuş “Daewoo BS 090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu 12 dekabr 2012-ci il tarixdə, saat 06.45-də radələrində həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan X10 vermiş, nəticədə sonuncu həmin gün saat 07 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuınunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vasiqəsini özündə saxlamalıdır kimi tələblərini pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Daewoo BS 090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu Təbriz küçəsi ilə A.Nemətulla küçəsi istiqamətindən Ə.Rəcəbli küçəsi istiqamətində hərəkət üçün nəzərdə tutulmuş hərəkət istiqamətində yolun sağ tərəfində yerləşən avtobus dayanacağından Ə.Rəcəbli küçəsi istiqamətində hərəkətə başladaraq. A.Nemətulla küçəsinə doğru hərəkət edə bilməsi üçün yolun hərəkət istiqamətlərini bir-birindən ayıran təhlükəsizlik adacığına doğru hərəkət edib, həmin adacığın geriyə dönmə üçün nəzərdə tututmuş hissəsindən deyil, dönməyə icazə verilməyən yerindən geriyə dönərək, A.Nemətulla küçəsi istiqamətində hərəkət etmək üçün saatda 10 kilometr sürətlə irəliləyən zaman “Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi, habelə həmin qanunun 50-ci maddəsinin l-ci hissəsinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərini pozaraq, Təbriz küçəsi ilə A.Nemətulla küçəsi istiqamətindən Ə.Rəcəbli küçəsi istiqamətində hərəkət üçün nəzərdə tutulmuş hissəsində, yolun hərəkət istiqamətlərini birbirindən ayıran təhlükəsizlik adacığındar. 6 metr aralı məsafədə yolu keçən piyada X5 avtobusun qabaq hissəsi ilə vurduqdan sonra sonuncu yıxıldığından, idarə etdiyi avtobusun sol təkəri ilə onun üzərindən keçməklə, zərərçəkmiş şəxs piyada X1 sağ yanaq nahiyyəsinin, boynunun sağ yan səthinin, sağ dirsək oynağının arxa səthinin, sağ budun ön səthinin, sol budun iç-bayır səthinin, sağ kürək nahiyyəsinin, sağ sağrının yuxarı bayır kvadratının və sol baldırın sınıqları, sol çiyin qurşağının yuxarı və arxa səthinin, döş qəfəsinin sol yarısının ön səthinin, sağ budun arxa səthinin, sağ kürəkaltı nahiyyənin, belin yuxarı hissəsinin və sağ bel nahiyyəsinin qançırları, sol qulaq seyvanının sırğalığınm cırılmış yarası, başın dərialtı yumşaq toxumalarına qansızma. kəllə tağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasının ə/ilməsi, beyin toxumasına və mədəciklərinə qansızma, hər iki körpücük sümüyünün sınığı, sol İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, sağ İİ1-X qabırğaların, döş sümüyünün sınığı, ağ ciyər toxumalarına qansızma kimi həyat üçün təhlükəli və ölümü ilə birbaşa səbəbli əlaqədə olan ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və hadisədən sonra mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi baş verdikdə zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və hadisə yerinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözləməli olmasına dair "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, törətdiyi ərinin ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Cinayət hadisəsini törədən X2 Rayon Məhkəməsinin 15 dekabr 2014-cü il tarixli 1(005)-16/2014 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2. maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 264-cÜ maddəsi ilə ona bəraət verilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2015-ci il tarixli 1 (103)-211/15 nömrəli hökmü ilə Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2014-cü il tarixli 1(005)-16/2014 nömrəli hökmü qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilmiş, Gündüz Məhərrəmov həmin maddə ilə do təqsirli bilinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli 1 (102)- 1289/16 nömrəli qərarı ilə Gündüz Məhərrəmov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Hökm 13 fevral 2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həyat yoldaşı həm Sumqayıt şəhərində kimya zavodunda işləmiş, həm də özünə məxsus «Qazel» markalı avtomobili ilə fərdi qaydada yük daşımaqla məşğul olmuşdur. Onun aylıq qazancı təxminən 800-850 manat olmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(005)-16/2014 nömrəli hökmünün 4-cü səhifəsinin 2-ci abzasında zərərçəkmişin hüquqi varisi qismində ifadəsi yazılmış X11. 5-ci səhifəsinin 2-ci abzasında şahid qismində ifadəsi yazılmış X19 həyat yoldaşının Sumqayıt şəhərində kimya zavodunda işləməsini və fərdi qaydada yük daşımasını təsdiq edirlər. “Çinar-Trans" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X21 202 nömrəli marşrut xətti üzrə 1-31 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi əsasında ona təhkim olunmuş “Daewoo BS 090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu qanunsuz olaraq həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan X10 verdiyinə görə ərimin ölməsinə səbəb olan cinayət hadisəsi törənmişdir. Qeyd olunan fakt həm Gündüz Məhərrəmovun, həm X16 ifadələri ilə, həm də 1-31 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi ilə təsdiq olunur. Belə ki, cavabdeh tərəfindən verilmiş həmin yol vərəqində sürücü qrafasında “X21", idarə etdiyi nəqliyyat vasitəsi (markası, dövlət qeydiyyat nişanı) qrafasında “Daewoo BS 090, **-TG-***" qeyd olunmuşdur. Yəni nəqliyyat vasitəsini Gündüz Məhərrəmova cavabdehin işçisi qanunsuz olaraq sürücülük hüququ olmayan başqa bir şəxsə vermiş və onun mülki hüquq pozuntusu törətməsi nəticəsində 20 illik həyat yoldaşı faciəvi şəkildə ölmüşdür. Qeyd olunan fakt həm Gündüz Məhərrəmovun, həm X16 ifadələri ilə, həm də 1-31 dekabr 2012-ci il tarixədək Bakı və Abşeron ərazisində etibarlı olan 01 nömrəli yol vərəqi ilə təsdiq olunur. Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2014-cü il tarixli 1(005)-16/2014 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2015-ci il tarixli 1(103)-211/15 nömrəli qanuni qüvvə minmiş hökmləri hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X12 məhkəmə-tibbi ekspertizasının 29 dekabr 2012-ci il tarixli, 97 nömrəli rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir - sağ yanaq nahiyyəsinin, boynunun sağ yan səthinin, sağ dirsək oynağının arxa səthinin, sağ budun ön səthinin, sol budun önbayır səthinin, sağ kürək nahiyyəsinin, sağ sağrının yuxarı bayır kvadrantının və sol baldırın sıynqlan, sol çiyin qurşağının yuxarı və arxa səthinin, döş qəfəsinin sol yarısının ön səthinin, sağ budun arxa səthinin, sağ kürəkaltı nahiyyənin, belin yuxarı hissəsinin və sağ bel nahiyyəsinin qançırları, sol qulaq seyvanının sırğalığının çırılmış yarası. Meyitin daxili müayinəsi zamanı başın dərialtı yumşaq toxumalarına qansızma. kəllə tağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi, beyin toxumasına və mədəciklərinə qansızma, hər iki körpücük sümüyünün sınığı, sol 1İ-Uİ-1V-V-Vİ-Vİİ-Vİİİ- İX-X qabırğaların, sağ İİİ-X qabırğaların, döş sümüyünün sınığı, ağ ciyər toxumalarına qansızma. Göstərilən xəsarətlər həyatidir, mərhumun ölümündən bir az əvvəl güclü küt zərbə təsirindən törənmişdir və hərəkətdə olan avtonəqliyyat vasitəsinin qabarıq hissələri ilə vurulma, sonra isə onun üzərindən keçilməsi zamanı əmələ gələ bilərdi və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vura xəsarətlərin əlamətlərini daşıyır. X3 ölümünə səbəb avtonəqliyyat hadisəsi zamanı kəllə sümüklərinin sınması nəticəsində inkişaf edən, baş beyin toxumasının əzilməsi, beyin toxuma və mədəciklərinə qansızma olmuşcur. Ölüm meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Rəyi oxuyarkən belə xəsarətlərin sayından və meyitin düşdüyü vəziyyətdən adamın əhvalı pisləşir. Düşünün gözünün önündən getməyən o meyiti görmək ona nələr yaşadır. Cavabdehin işçisinin hüquqazidd hərəkətləri və baş verən hadisə nəticəsində uşaqlarının atası, ailəni dolandıran, onun üçün əziz insan olan əri öldüyünə görə ona mənəvi zərər dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ailəni dolandıran, yaxın qohumunun - ərinin faciəvi şəkildə ölməsindən sonra davamlı iztirablara məruz qalır. Həvat yoldaşını bir daha görə bilməyəcəyini dərk etdiyindən acizlik çəkir, sarsıntı, iztirab keçirir. 20 illik birgə yaşadığı əziz insan faciəvi səkildə ölmüşdür. Bir qadın olaraq həyatının məhv olduğunu hər gün düşünmək iztirablarını təzələyir. Hər gün Kəmaləddini görmək istəyi, bunun mümkün olmayacağını dərk edən qəlbindəki, ağlındakı ümidsizlik, acizlik, köməksiz vəziyyət ona rahatlıq verməyərək, baş vermiş hadisəni unutmağa qovmur, ömrünün sonunadək tək qalacağı, bu yükü necə çəkəcəyi, ömrünün necə olacağının qevri-müəyyənliyi həyatının normal ahəngini pozmuş, yasana sevincini azaltmışdır. Elə bil onun üçün zaman getmir, sanki hadisə dünən baş veribdir. Çəkdiyi nigarançılıq, ruhi sarsıntı və iztirablar yüngülləşmək bilmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Qaraqoyunlu kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məktubunda qeyd olunur: Ağsu rayon Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Sizin 19 mart 2022-ci il tarixli 171 nömrəli sorğunuza cavab olaraq bildirir ki, 12 fevral 1971-ci il tarixdı doğulmuş X6 vəfat etdiyi 12 dekabr 2012-ci il tarixədək Ağsu rayonun Musabəyli kəndində qeydiyyatda olmuş və aşağıdakı tərkibdən ibarət ailə üzvləri qalmışdır: həyat yoldaşı X14 xx.xx.1972, oğlu X7 xx.xx.1993, qızı Nərimanova (Abdullayevə) Aytən Kəmaləddin qızı xx.xx.1995. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1289/2016-cı il tarixli qərarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X13 CM (19.04.013-cü il tarixədək qüvvədə olan) 263.2 və 263.4-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2012-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nərimaov rayonu, Təbriz küçəsinin “Nəriman Nərimanov” adına kinoteatrının qarşısına düşən yol hissəsində Azərbaycan Respublikasının Qanununun 37 ci maddəinin 1-ci hissəsinin 1-ci bəndinin mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini özündə saxlamalıdırkimi tələblərini pozmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan (Daewoo BS 090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu Təbriz küçəsi iilə A.Nemətulla küçəsi istiqamətindən Ə.Rəcəbli küçəsi istiqamətində hərəkət üçün nəzərdə tutulmuş hərəkət istiqamətində yolun sal tərəfində yerləşən avtobus dayanacağından Ə. Rəcəbli küçəsi istiqamətində hərəkətə balladaraq, A.Nemətulla küçəsinə doğru hərəkətedə bilməsi üçün yolun hərəkət istiqamətlərini birbirindən ayıran təhlükəsizlik adacığjna doğru hərəkət edib həmin adacığın geriyə dönmə üçün nəzərdə tutulmuş hissəsindən deyil, dönməyə icazə verilməyən yerindən geriyə dönərək A.Nemətulla küçəsi istiqamətində hərərkət etmək üçün saatda 10 kilometr süfətlə irəliləyən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar kimi, habelə həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddi qədər azaltmaq üçün mümkün olan təsiriləri görməlidir kimi tələblərini pozaraq, Təbriz küçəsi ilə A.Nemətulla küçəsi istlamətindən Ə.Rəcəbli küçəsi istiqamətində hərəkət üçün nəzərdə tutulmuş hərəkət hissəsində, yolun hərəkət istiqamətlərini bir-birindən ayıran təhlükəsizlik adacığından 6 metr aralı məsafədə yolu keçən piyada Abdullayev Kən aloddin Abduləhəd oğlunu avtobusun qalaq hissəsi ilə vurduqdan sonra, sonuncu yıxıldığından idarə etdiyi avtobusun sol təkəri ilə onun üzərindən keçməklə ehtiyatsızlıqdan zərərçəkən iş şəxs piyada X1 sağ yanaq nahiyəsinin, boynunun sağ yan səthinin, sağ dilək oynağının arxa səthinin, sağ budun ön sothinir sol budun ön-bayır səthinin, sağ kürək naiiyəsinin, sağ sağrının yuxarı bayır kvadratımı və sol baldırın sıyrıqlan, sol çiyin qıağmın yuxarı və arxa səthinin, döş qəfəsinin so yarısının ön səthinin, sağ budun arxa səfiinin, sağ kürəkaltı nahiyənin, belin yuxarı hissəsiı in və sağ bel nahiyəsinin qançırları, sol qı»q seyvanının sırğalığının cırılmış yarası, başın c ərialtı yumşaq toxumalarına qansızma, kələ tağı və əsası sümüklərinin sınığı, baş beyin toxı masının əzilməsi, beyin toxumasına və r iiəciklərinə qansızma, hər iki körpücük sümüyür in sınığı, sol ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qalırğa larin, sağ lll-X qabırğaların, döş sümüyünün sınığı, ağ ciyər toxumalarına qansızma kirli həyat üçün təhlükəli və ölümü ilə birbaşa səbət li əlaqədə olan ağır zərər vurmaya aid zəfcr vurmaqla ölməsinə səbəb olaraq yol-hərək iti və nəqliyyat vasitələrinin istismarı qaldalarını pozmuşdur. Bundan başqa, «Daewo BS090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X13 hadisədən sonra "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi baş verdikdə zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi Yardım" maşını çağırmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və hadisə yerinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözlən əlil olduğu halda bu tələbləri pozaraq, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozması səbəbindən Azərbaycan Respublikası CM-in 263-cü maddəsində nəzərdə tutulmuş, nəticənin baş verdiyi halda yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, X4 Respublikası Cinayət Məcəlləsinin 26 J.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmiş dir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs X8 əməlləri üzrə təqsirli bilindiyi C M-in 264-cü maddəsi ümumi ittihamdan çıxırılmışdır. Belə ki, qeyd olunan hadisə üzrə CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət hadisəsinin baş verməsi öz təsdiqini tapmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və İ.M.Murquzovdan ibarət tərkibdə 13 fevral 2015-ci il tarixli hökmü ilə Bata şəhəri Nərimanov Rayon Məhkəməsi tarixli hökmü təqsirləndirilən şəxs X10 CM-in264-cü maddəsi ilə bəraət verilməsinə aid hissədə ləğv edilmiş, X13 CM-in 264- cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, təqsirləndirilən şəxs X8 müdafiəçisinin apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmündən narazı qalan məhkum G.F.Məhərrəmov verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2015-ci il tarixli hökmü ləğv edilsin və cinayət işi yenidən baxılması üçün yeni apellyasiya baxışına qaytarılması, Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1289/2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2015-ci il tarixli X13 haqqındakı hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, "xxxx" MMC-nin işçisi X21 idarə etdiyi nəqliyyat vasitəsini qanunsuz olaraq sürücülük hüququ olmayan Gündüz Məhərrəmova vermiş və X3 ölümünə səbəb olmuşdur. İddianın əsasını, cavabdehin işçisinin hüquqa zidd əməli nəticəsində X3 vəfat etməsi nəticəsində arvadı İddiaçı stress, narahatlıq, mənəvi sarsıntı keçirməsi səbəbindən ona mənəvi zərər dəydiyindən pul təzminatı ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15 dekabr 2014-cü il tarixli, 1(1005)-16/2014 saylı hökmünə əsasən cavabdeh X8 əməli öz təsdiqini tapmış və onun təqsirli bilinməsinə dair qərar çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 20000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında aşağıdakı nəticəyə gəlinmişdir: -Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir; - məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə baxılarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi vahid məhkəmə təcrübəsinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Belə ki, MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məcəllənin 1114.1-ci maddəsinə müvafiq olaraq, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Beləliklə məhkəmə araşdırması zamanı sübuta yetir ki, "xxxx"MMC-nin işçisi Qasımov Nurəli oğlu idarə etdiyi nəqliyyat vasitəsini qanunsuz olaraq sürücülük hüququ olmayan Gündüz Məhərrəmova vermiş və X3 ölümünə səbəb olmuşdur. Məhkəmə araşdırması zaman işin mübahisəsiz halları ilə müəyyən edilir ki, X6 12 fevral 1971-ci il təvəllüdlü olmuş, xx.xx.1972-ci il təvəllüdlü X14 onun həyat yoldaşı olmuşdur. Onların iki övladı xx.xx.1993-cü il təvəllüdlü X7 və xx.xx.1995-ci il təvəllüdlü Nərimanova (Abdullayevə) Aytən Kəmaləddin qızı vardır. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçının ərinin ölümü ilə əlaqədar sarsıntılar keçirməsi, onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar istisna edilmir. Məhkəmə bu kimi halları, nəzərə alıb hesab edir ki, CavabdehMMC-dən 20000 (iyirmi min) manat məbləğində pul İddiaçı xeyrinə mənəvi zərər kimi kompensasiya tutulmasını əsaslı və qanuni hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. CavabdehMMC-dən 20000 (iyirmi min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2509/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2509/2022
13.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver