Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2512/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əfəndizadə Mehriban Xalid qızı, Kreditor borclu Gursu Hamit barədə borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, tələbkar - Kreditor ilə borclu - Gursu Hamit arasında xx.xx.2022-ci il tarixili notarial təsdiqli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı - Kreditor Gursu Hamita 15000 (on beş min) ABŞ dolları pul vəsaiti borc vermişdir. Borc alan isə öz növbəsində xx.xx.2022-ci il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürüb. Həmçinin xx.xx.2022-ci il tarixili notarial təsdiqli kredit müqaviləsinə əsasən, Tələbkar Borcluya 10000 (on min) ABŞ dolları məbləğində pul borc verib, "Borc alan" isə krediti xx.xx.2022- ci il tarixədək qaytarmağı öhdəsinə götürüb. Öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdən 8 aydan çox vaxt keçməsinə baxmayaraq cavabdeh - Gursu Hamit tərəfindən heç bir ödəniş olunamamış və hazırda 25000 (iyirmi beş min) ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən borclu Gursu Hamitdən 25000 ABŞ dolları borcun tutularaq tələbkar Kreditor ödənilməsi; Ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun və 2000 (iki min) manat vəkil xidmət haqqının Borclu - Gursu Hamitdən tutularaq tələbkar Kreditor ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2-ci maddəsinə əsasən məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; 276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; 276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; 276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 279.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir; 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz; 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2, 279.2.3-ci maddələrinə əsasən bundan başqa, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina üçün əsasdır. Məhkəmə hesab edir ki, AR MPM-in 276-cı maddəsində göstərilən əsasların olmaması, borclunun əcnəbi olması, borcun xarici xalyuta (ABŞ dolları) ilə alınması əsası ilə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275- 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor borclu Gursu Hamit barədə borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi ərizəçi Kreditor qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2512/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2512/2023
31.05.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver