Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2519/2023 29.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, “Hünər İnşaat” firmasının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1600 manat pulun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci ildən 2022-ci il sentyabr ayına qədər elektrik işlərini yerinə yetirmişdir. “Hünər İnşaat” firmasına məxsus ünvan 1 ünvanında öhdəliyinə götürdüyü işləri yerinə yetirərək, təhvil vermişdir. Bu barədə akt da tərtib edilmişdir. Buna baxmayaraq bu günə qədər alacağı 1600 (min altı yüz) manat ödənilməyib. Sonraan məlum olmuşdur ki, adına heç müqavilə mövcud deyil və onu aldadaraq işlədiblər. Həmin firmanın icraçı direktoru Məmmədov Asəf, şirkət direktorunun müavini Pənah müəllim dəfələrlə söz versələr də, pul ödənilməyib. Daha sonra iddiaçı X9 məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək, Cavabdeh2 da mülki işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yazılı ərizə təqdim edərək, hazırki iş üzrə əsl Cavabdeh2 olduğundan cavabdeh “Hünər İnşaat” firması ilə onun heç bir əmək münasibəti olmadığını, bu səbəbdən də əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş edərək, iddia tələbini müdafiə etdiyini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, шş materiallarında olan 27 fevral 2023-cü il tarixli MŞB/9/2023-00357 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, X9 İMS-də iştirak etmiş, “Hünər İnşaat” firmasının nümayədəsi isə iştirak etməmişdir. İş materiallarında olan 01 dekabr 2020-ci il tarixli Podrat müqaviləsindən görünür ki, “sifarişçi” “Hünər İnşaat” firması və “podratçı” X3 arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən yaşayış kompleksinin 41 və 44 saylı binalarının tikintisi çərçivəsində dəmir-qəlib və beton işlərində elektrik borularının çəkilməsi, mənzillərin ümumi elektrik montaj işləri, zirzəmidə olan işıqlanma avadanlıqlarının elektrik işləri, 1-ci mərtəbədə olan giriş işıqlanma avadanlıqlarının elektrik işləri, sayğac, liftin kabeli, torpaqlanma, magistral xətlərin elektrik işləri, pilləkən qəvəsinin və texniki mərtəbənin işıqlanması işləri və elektrik otağı üzrə elektrik işlərini yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçıya müqavilədə razılaşdırılmış haqqı ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan “Hünər İnşaat” firmasının 08 iyun 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı heç vaxt “Hünər İnşaat” firmasının işçisi qismində fəaliyyət göstərməmiş, onunla əmək müqaviləsi bağlanmamış və ona əmək haqqı borcu yoxdur. İddiaçı iddia ərizəsində qeyd etdikləri araşdırma zamanı öz təsdiqini tapmamışdır. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli **********7 nömrəli X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X6 və qeyrilərinə ünvanlanmış məktubundan görünür ki, sizin və digərlərinin (X9, X8, Nəsirov ƏKDər Firudin oğlu və X18) fiziki şəxs Cavabdeh2 (VÖEN **********) məxsus sahibkarlıq obyektində əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə etdiyiniz müraciətə Bakı şəhər idarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar Cavabdeh2 ünvanına Sizə aid olan müvafiq sənədlərin təqdim olunması məqsədi ilə xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktub göndərilmiş (ünvan 3ünvançı ünvanda yoxdur” qeydi ilə məktub geri qaytarılmışdır. Fləmçinin həmin məktub Cavabdeh2 tərəfindən təqdim olunmuş mailto:vaserbavramov.elektrik@qmail.comElektron ünvan email ünvanına da göndərilmişdir. Eyni zamanda araşdırmaya təqdim etdiyiniz izahatlarınızda Siz və X9 2022-ci ilin yanvar ayından xx.xx.2022-ci il tarixədək, X8 və X7 isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vəzifəli şəxs Cavabdeh2 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuşdur. Bu səbəbdən vəzifəli şəxs Cavabdeh2 barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar edilmişdir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci ildən 2022-ci il sentyabr ayına qədər Cavabdeh2 tapşırığı əsasında elektrik işlərini yerinə yetirmişdir. Həmin işlərin müqabilində alacağı 1600 (min altı yüz) manat pul ona ödənilməmişdir. X13 Xidməti Bakı şəhəri idarəsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 2022-ci ilin yanvar ayından xx.xx.2022-ci il tarixədək vəzifəli şəxs X2 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuşdur. Hazırda iddiaçı ona ödənilməmiş 1600 manat məbləğində əmək haqqının ödənilməsini xahiş edir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, Cavabdeh2 ilə İddiaçı arasında əmək münasibətləri yaranmadığından, hazırki mübahisə mülki qanunvericiliyin normalarına əsasən həll olunmalıdır. Məhkəmə, İddiaçı iddia tələbləri üzrə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı ilə Cavabdeh2 arasında əmək müqaviləsi bağlanmamış, əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmamış, bununla da əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilmişdir. Nəticə etibarilə, İddiaçı ilə Cavabdeh2 arasında əmək münasibətləri yaranmamışdır. Lakin işin mübahisəsiz hallarına əsasən iddiaçı X10 Cavabdeh2 tapşırığı əsasında 2022-ci ilin yanvar ayından xx.xx.2022-ci il tarixədək kimi işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb olunmuş, görülən işlərin müqabilində isə ona ödənilməli olan 1600 manat pul ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı X4 əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) görülməsinə cəlb edilməsi müəyyən edilmiş, bununla da iddiaçı göstərdiyi xidmətin qarşılığında pul vəsaitini ala bilmədiyindən, sonuncu cavabdeh tərəfindən ona dəymiş ziyanın əvəzini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh2 İddiaçı xeyrinə 1600 manat pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 İddiaçı xeyrinə 1600 (min altı yüz) manat pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2519/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2519/2023
29.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver