Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2525/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İlkini iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Daşdəmirova İddiaçı nümayəndəsi və vəkili X3, İlkin iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X8 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı Daşdəmirova İddiaçı ilkin iddia üzrə Cavabdeh1 və Cavabdeh3 MTK-nə qarşı “alqı-satqı müqaviləsinin ləğvi tələbi” nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılqlı iddia üzrə cavabdeh Daşdəmirova İddiaçı qarşı “vicdansızcasına əsassız iddia verildiyi üçün kompensasiyanın ödənilməsi tələbi” nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı Daşdəmirova İddiaçıilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “alqı-satqı müqaviləsinin ləğvi tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş yaşayış evin 65 saylı mənzilə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK arasında xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış mübahisəli mənzilin Cavabdeh2 adına keçrilməsinə dair (alqı-satqı) müqaviləsinin ləğv olunmasını, qarşılıqlı iddia ərizəsi üzrə isə iddiaçı Cavabdeh1 qarşılqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşdəmirova İddiaçı tərəfindən vicdansızcasına iddia tələbi irəli sürməsi səbəbindən, 15000 (on beş min) manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq qarşılqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx xxxxxxx 2000-ci il tarixdə rəsmi qeyd edilmiş nikaha daxil olmuşlar. Cavabdehlə birgə ailə münasibətlərindən xx xxxx 2001-ci il təvəllüdlü X4, xx xxxxxxx 2004-cü il təvəllüdlü X7 və xx xxxxxx 2015-ci il təvəllüdlü X9 adlı övladları doğulmuşlar. Cavabdehlə ailə münasibətləri korlandığından Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahları pozulmuş, onlar hazırda ayrılıqda yaşamaqla birgə təsərrüfat aparmırlar.Birgə nikah dövründə Cavabdeh3 MTK tərəfindən ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş yaşayış evin 65 saylı mənzil Cavabdeh1 tərəfindən kredit hesabına alınsa da, guya X2 imzaladığı Cavabdeh3 MTK-nin №0l\005 saylı xx xxxxxxxx 2015-ci il tarixli maliyyə arayışına və həmin tarixli 05 saylı orderə əsasən mənzil alıcısı keçmiş qayınatası Cavabdeh2 qeyd olunur, müvafiq mənzilə dair alqı-satqı (və ya podrat) müqaviləsinin surəti isə onlara bu günə təqdim edilməyib.Halbuki, Novruzov Rövşən İmran oğlunun xx xxxxxx 2019-cu il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizəsinə əsasən, Cavabdeh3 MTK ilə onların aralarında bağlanmış müqavilə əsasında və adı çəkilən MTK tərəfindən ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş və əvvəl Rövşən Novruzova məxsus olmuş 65 saylı mənzili sonradan adının və soyadını bildiyi Cavabdeh1 satılmışdır. Cavabdeh3 MTK-ya yazılan ərizə də 65 saylı mənzilədair müqavilənin pozulmasına və Cavabdeh1 adına rəsmilləşdirilməsinə etirazlarının olmadığını bildirmişdir. Mənzilin alqı-satqısı zamanı da Cavabdeh1 söhbət əsnasında həmin mənzili özü və ailəsi üçün aldığını bildirmişdir.Cavabdeh3 MTK-nin elektrik enerjisinin ödəniş qəbzlərindən müəyyən olunur ki, 2015-ci ildən 2017-ci ilin iyul ayı daxil olmaqla həmin elektrik enerjisinin abunəçisi kimi məhz Cavabdeh1 qeydiyyata alınmış və bu ödənişlər məhz Cavabdeh1 adından aparılmışdır. Cavabdeh3 MTK tərəfindən ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş yaşayış evinin 65 saylı mənzili Cavabdeh2 adına hər hansı hüquqi ilə keçrilməsinə onun razılığı olmayıb. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırlmışdır ki, ilkin iddia tələbi üzrə iddiaçı və hazırki iddia tələbi üzrə cavabdeh Daşdəmirova İddiaçı xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə Nərmanov rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 məhəllə 945 ünvanında yerləşən yaşayış evinin 65 nömrəli mənzilinə dair cavabdehlər - "Cavabdeh3" MTK, Cavabdeh1 və X5 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış mübahisəli mənzilin Cavabdeh1 adına keçirilməsinə dair (alqı-satqı) müqaviləsinin ləğv olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İlkin iddia tələbi üzrə iş məhkəmənin icraatına götürülərək baxış iclası keçirilmiş və ilkin məhkəmə baxışı xx.xx.2020-ci il tarixə təyin edilmişdir.Daşdəmirova İddiaçı tərəfindən belə bir formada iddia tələbinin irəli sürülməsi vaxtı ilə tərəflər arasında bu mübahisəyə hüquqi cəhətdən qiymət verildiyi, mənzilin ona məxsus deyil, atası Cavabdeh2 aid olması və s., bu kimi digər hüquqi və faktiki hallar barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını məhkəmədən gizlətməyə çalışmışdır. Belə ki, aralarında olan nikah münasibətlərinə xitam verilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Həmin qərarlardan biri də, Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-283/2018 nömrəli qətnaməsidir. (qətnamənin kserosurəti iddia ərizəsinə əlavə olunmuşdur). Qətnamə İlə mübahisəli mənzilə Daşdəmirova İddiaçı 2/3 hissədə bölünərək onun hüquqlarının tanınması tələbi rədd edilmişdir. Həmçinin, o da təsdiq olunmuşdur ki, sözügedən mənzil Cavabdeh1 tərəfindən yox, Cavabdeh2 tərəfindən MTKdan alınmış və ümumiyyətlə Cavabdeh1la əvvəllər və hazırda hər hansı bir müqavilə imzalanmamış və MTK-da ona məxsus əmlak olmamışdır. Göstərilən hallar məhkəmə prosesləri zamanı "Cavabdeh3" MTK- nın məhkəməyə ünvanlandığı xx.xx.2017-ci il tarixli, 01/024 nömrəli rəsmi məktubu ilə də təsdiq olunmuşdur. Ümumiyyətlə, təkcə qeyd edilən mənzilin deyil, digər tələblər üzrə birgə nikah dövründə əldə edilmiş pul vəsaitlərinin də rədd edilməsi həmin qətnamə ilə öz təsdiqini tapmışdır. Nəticə etibarı ilə, mübahisəli mənzilin birgə nikah dövründə əldə edilməməsi faktı məhkəmənin qətnaməsi ilə konkret olaraq təsdiqini tapdığından, həmin mənzilə dair hissədə hüquqların tanınması rədd edilmiş və qətnamə ilə müəyyən olunmuşdur ki, mənzil X1 məxsusdur. Nərimanov rayon Məhkəməsinin qətnaməsindən İddiaçı Daşdəmirova tərəfindən müvafiq qaydada apellyasiya və kassasiya şikayətləri verilməsinə baxmayaraq, Bakı Apeliyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8667/2018 nömrəli qətnaməsi ilə mənzilə aid olan hissədə Nərimanov rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Daha sonra isə, AR-nın Ali Məhkəməsi də xx.xx.2019-cu il tarixli, 2( 102)-1523/2019 nömrəli Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlamışdırsa yuxarıda qeyd olunanlarla bərabər, İddiaçı Daşdəmirova Bakı şəhəri, Nərimanov rayon Prokurorluğuna da müraciət etmişdir. Ancaq Prokurorluq tərəfindən araşdırma aparılmış və tərəflər arasında məsələnin mülki qaydada həll olunması, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mövcudluğu və bu kimi digər hallara görə İddiaçı Daşdəmirovanın müraciəti baxılmamış saxlanılmışdır. Daha sonra, İddiaçı Nərimanov rayon Məhkəməsinin adı çəkilən qətnaməsinin qanuni qüvvəyə mindiyini bilə-bilə, qəsdən yenidən Cavabdeh1 qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən guya onun adına köçürülmüş pul vəsaitlərini ümumi əmlak qismində onun arasında bölünməsi, pul vəsaitinin ona ödənilməsi və s., digər tələblər barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Baxmayaraq ki, hazırki, iddia tələbi üzrə olan mənzil barədə olduğu kimi, "xxxx" ASC ilə bağlı da müəyyən edilmişdir ki, hər hansı bir pul vəsaiti nikah dövründə əldə edilməmiş, İddiaçı bunu sübuta yetirə bilməmiş, əksinə Cavabdeh1 verdiyi etirazın əsaslandığı faktlar sübuta yetirilir. Lakin Daşdəmirova İddiaçı belə bir iddia tələbi ilə yenidən Nərimanov rayon Məhkəməsinə müraciət etməsi artıq onun qəsdən bilə-bilə ona qarşı qərəzssiz, eləcə də heç bir hüquqi əsası olmayan iddiaların verməsindən xəbər verir. Qeyd edilən iddia tələbi də Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3692/2019 nömrəli qətnaməsi ilə rədd edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-1964/2020 nömrəli qətnaməsi ilə də qüvvədə saxlanılmışdır.İndi də, Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş mənzilə dair tələblər irəli sürmüşdür.Beləliklə, cavabdeh tərəfindən ümumi birgə nikah dövründə əldə edilmiş əmlaklar adından qəsdən, hər dəfə heç bir hüquqi əsası olmayan iddia ərizələri ilə məhkəməyə müraciət etməklə ona qarşı vicdansızcasına iddia irəli sürmüş və bu səbəbdən də normal olaraq gündəlik fəaliyyətini davam etdirə bilmir. Çünki İddiaçı Daşdəmirova bilir ki, buiddia tələbləri üzrə vaxtı ilə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcudur, bu məsələyə hüquqi qiymət verilmiş, buna baxmayaraq, qəsdən yenidən iddia tələbləri ilə çıxış etməkdə davam edir. Belə çıxır ki, hər dəfə bir iddia tələbi irəli sürməklə ömürboyu məhkəmə müstəvisində olmalıdır. Nəticədə gündəlik həyat tərzinin pozulması, istər maddi, istərsə də mənəvi cəhətdən ziyan vurmasına gətirib çıxarır və heç bir hüquqi əsası olmayan iddia tələbləri ilə məhkəmələrə gəlməyini istəyir. Ancaq bu əsassız iddia tələbləri olmasa idi, onun maddi və mənvi iztirab çəkməyi nə olmayacaqdı, nə də ki, vaxtının boş itirilməsinə gətirib çıxarmayacaqdı. Bunun üçün AR-nın MPM-nin 120-ci maddəsi məhkəmənin vicdansızcasına əsassız iddia vermiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilməsi barədə səlahiyyətverici bir forma müəyyən etmişdir. Qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəməyə etiraz ərzəsi ilə müraciət edərək iddiaçı Daşdəmirova İddiaçı tərəfindən Cavabdeh1 və digələrinə qarşı mübahisəli mənzilə dair xx.xx.2015-ci il tarixdə bağlanmış mübahisəli mənzilin Cavabdeh2 keçrilməsinə (alqısatqı) müqaviləsinin ləğv olunmasına dair iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, verilmiş ilkin iddia tələbi qanunverciliyn tələbləri baxımından düzgün olmadığından, vaxtı ilə tərəflər arasında mübahisəli mənzilin birgə nikah dövründə əldə olunmamasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin mövcud olması və.s.bu kimi digər xüsusatlara görə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır. Daşdəmirova İddiaçı bu formada iddia irəli sürməsi, vaxtı ilə tərəflər arasında mübahisəyə hüquqi cəhətdən qiymət verildiyi, mənzilin ona aid olmaması, Cavabdeh2 məxsusluğu və.s. bu kimi digər hüquqi və faktiki hallar barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını hazırki iş üzrə məhkəmədən gizlətməyə çalışmışdır. Belə aralarında olan nikah mübasibətlərinə xitam verilməsi və və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Həmin qərarlardan biri də, Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-283/2018 nömrəli qətnaməsidir. Qətnamə ilə mübahisəli mənzilə Daşdəmirova İddiaçı iddia tələbləri, yəni 2/3 hissədə bölünməsi iddiası rədd edilmişdir. O da təsdiq olunmuşdur ki, sözügedən mənzil iddiaçı tərəfindən deyil, Cavabdeh2 tərəfindən MTK-dan alınmış və ümumiyyətlə mənimlə əvvələr və hazırda hər hansı bir müqavilə imzalanmamış və MTK-da mənə məxsus hər hansı əmlak yoxdur. Qeyd edilən məlumatlar vaxtı ilə məhkəmə prosesləri zamanı Cavabdeh3 MTK tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 01/024 nömrəli rəsmi məktubunda da öz əksini tapmışdır. Ümumiyyətlə, təkcə qeyd edilən mənzilin deyil, digər tələblər üzrə birgə nikah dövründə əldə edilmiş pul vəsaitlərinin də rədd edilməsi həmin qətnamə ilə müəyyənləşmişdir. Nəticə etibarı ilə qeyd edilən mənzilin birgə nikah dövründə əldə edilməməsi faktı məhkəmənin qətnaməsi ilə konkret olaraq təsdiqini tapdığından, həmin mənzilə dair hissədə hüquqların tanınması rədd edilmiş və qətnamə ilə müəyyən olunmuşdur ki, mənzil Cavabdeh2 məxsusdur. İddiaçı Nərimanov rayon Məhkəməsinin adı çəkilən qətnaməsinin qanuni qüvvəyə mindiyini bilə-bilə qəsdən yenidən iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC tərəfindən guya iddiaçının adına köçürlümüş pul vəsaitlərini ümumi əmlak qismində Cavabdeh1la onun arasında bölünməsi və.s.digər tələblər barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Baxmayraq ki, hazırki iddia tələbi üzrə olan mənzil barədə olduğu kimi, “xxxx” ASC ilə bağlı da müəyyən edilmişdir ki, hər hansı bir pul vəsaiti nikah dövründə əldə edilməmiş, İddiaçı bunu sübuta yetirə bilməmiş, əksinə A.Daşdmirov tərəfindən verdiyi etirazın əsaslandığı faktlar sübuta yetrilmişdir. Ancaq sonradan Daşdəmirova İddiaçı belə bir iddia tələbi ilə yenidən Nərimanov rayon Məhkəməsinə müraciət etməsi artıq onun qəsdən bilə-bilə Cavabdeh1 qarşı qərəzsiz eləcə də heç bir hüquqi əsası olmayan iddiaların verilməsindən xəbər verir. Qeyd edilən iddia tələbi də Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 3692/2019 nömrəli qətnaməsi ilə rədd edilmiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-1964/2020 nömrəli qətnaməsi ilə də qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı Daşdəmirova İddiaçı nümayəndəsi və vəkili X10 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərərk qarşılqlı iddia tələbinin təmin, ilkin iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2525/20 saylı qərardadı ilə ilkin iddia üzrə iddiaçı Daşdəmirova İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbi üzrə iddiaya Cavabdeh2 aid hissədə xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk və qarşılqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş və ünvan 3 mənzl 86 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Daşdəmirova İddiaçı xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Cavabdeh3 MTK tərəfindən verilmiş xx xxxxxxxx 2015ci il tarixli, 05 nömrəli orderin surətindən görünür ki, Cavabdeh2 1(bir) nəfər ailə tərkibi özü olmaqla Həsən Əliyev küçəsi 33, məhəllə 945-də yerləşən, ev 33, blok 1, mərtəbə 16, sahəsi 126 kv.m olan 16, sahəsi 126 kv.m.olan 2 otaqlı 65 saylı mənzil ailə üzvü olaraq özü yaşamaq hüququna malikdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2015-ci il tarixli 01/005 nömrəli maliyyə arayışının surətindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 33, məhəllə 945-də “Cavabdeh3 MTK” tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci blokunun 16-cı mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 126 m2 olan 65 saylı mənzilin dəyərini tam ödəyərək MTK-ya borcu qalmamışdır. İş materiallarına əlavə edilmiş Novruzov Rövşən İmran oğlu tərəfindən xx xxxxxx 2019-cu il tarixli 8İ-8507 nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh3 MTK ilə aralarında bağlanmış müqavilə əsasında ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş və əvvəl ona məxsus olmuş 65 saylı mənzili sonradan adını və soyadını bildiyi Cavabdeh1 satmışdır. Cavabdeh3 MTK-ya yazdığı ərizə də 65 saylı mənzilə dair müqavilənin pozulmasına və Cavabdeh1 adına rəsimləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Mənzilin alqı-satqısı zamanı da Cavabdeh1 söhbət əsasında həmin mənzili özü və ailəsi üçün aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2525/20 saylı qərardadından görünür ki, ilkin iddia üzrə iddiaçı Daşdəmirova İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbi üzrə iddiaya Cavabdeh2 aid hissədə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün qarşılqlı iddia üzrə iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)-283/2018 saylı qətnamənin surətindən görünür ki, ünvan 7 mənzil 65 ünvanında yerləşən mənzilin cavabdehə məxsus olması, eyni zamanda onun adına “xxxx” ASC-də hesabının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh1 adına hər hansı bir əmlak mövcud deyil, onun adına əvəllər və hazırda Cavabdeh3 MTK-da hər hansı bir əmlak mövcud deyil, onun adına əvvəllər və hazırda Cavabdeh3 MTK-da hər hansı bir müqavilə rəsimləşdirilməmişdir. Həmin qətnamə ilə S.Daşdəmirovanın əmlakın bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(103)-8667/2018 saylı qətnaməsindən görünür ki, Daşdəmirova İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni tamamilə ləğv edib iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayət qismən təmin edilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-283/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi “birgə nikah dövründə əldə edilmiş avtomobilin bölünməsinin təmin edilməməsi” hissəsində ləğv edilməklə həmin hissədə iddia təmin edilmiş, Cavabdeh1 2.750 (iki min yeddi yüz əlli) manat alınaraq iddiaçı Daşdəmirova İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tairxli 2(102)-1523/2019 saylı qərarı ilə Daşdəmirova İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən verdiyi kasassiya şikayəti üzrə işə baxaraq kasassiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3692/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Daşdəmirova İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın (pul vəsaitinin) bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunmuş əmlak “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehin adına köçürülmüş pul vəsaitinin ər-arvadın ümumi əmlak qismində onunla Cavabdeh1 arasında bölünməsi, yetkinlik yaşına çatmayan və azyaşlı uşaqlarının onun yanında qalmaları nəzərə alınmaqla həmin pul vəsaitinin üzərində 2/3 hissəsinin onun payı, 1/3 hissəsinin isə Cavabdeh1 payının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və ilk iddiaçı Daşdəmirova İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın (pul vəsaitinin) bölgüsü” tələbinə dair ilkin iddia ərizəsi rədd edilərək iddiaçı Cavabdeh1 cavabdeh Daşdəmirova İddiaçı, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və “Ekspressbank” Açıq Səhmdar Cəmiyyətinə qarşı “birgə nikah dövründə yaranmış ümumi borcun bölünməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(103)- 1964/2020 saylı qətnaməsi ilə iş üzrə iddiaçı Daşdəmirova İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri ilə ilk iddia üzrə iddiaçı Daşdəmirova İddiaçı və ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3692/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun xx xxxx 2019-cu il tarixli məktubundan göründüyü kimi Daşdəmirova İddiaçı Nərimanov rayon prokurorluğuna müraciət etmiş və ona şikayətilə bağlı keçmiş əri Cavabdeh1 qarşı verdiyi iddia üzrə müxtəlif instansiyalarda məhkəmə baxışının predmeti olması, qeyd olunan işlər üzrə məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə qəbul edilməsi bildirilmiş, narazı qaldığı təqdirdə yuxarı prokurora, məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2015-ci il tarixli AN-0517605 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, mülki iş üzrə digər Cavabdeh2 Abdullla oğlu ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 45.05 kv.m, yaşayış sahəsi 31.03 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən alıcı X6 daşınmaz əmlakı 69.000 manat (altmış doqquz min manat sıfır qəpik) qiymətinə sataraq alıcı da həmin qiymətə mənzili almışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AK-1/26537 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, ünvan 9 ünvanda yerləşən mənzil Cavabdeh2 Abddulla oğluna məxsusdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, mülki iş üzrə digər Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İİ107556 nömrəli, xx.xx.2020-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 975 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzilin əldə olunması üçün ödənilmiş pul vəsaiti vaxtı ilə Cavabdeh1 atası Cavabdeh2 mülkiyyətində olmuş, ünvan 10 ünvanında yerləşən 40 nömrəli mənzilin satılması və bununda müqabilində hazırki mübahisə predmeti üzrə olan mənzilin əldə olunması ilə həyata keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3692/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş hallardan aydın olmuşdur ki, “Cavabdeh3 MTK”-dan xx xxxxxxxx 2015-ci il tarixli 05 nömrəli orderi və xx xxxxxxxx 2015-ci il tarixli maliyyə arayışı əsasında Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 33, məhəllə 945-də inşa edilən 16 mərtəbəli, 1-ci blok, 16-cı mərtəbədə yerləşən 2 otaqlı, sahəsi 126 kv.m olan 65 saylı mənzili dəyərini tam ödəməklə almışdır. İddiaçı yeni əsaslarla Novruzov Rövşən İmran oğlu tərəfindən xx xxxxxx 2019-cu il tarixli 8İ-8507 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə Cavabdeh3 MTK ilə aralarında bağlanmış müqavilə əsasında ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş və əvvəl ona məxsus olmuş 65 saylı mənzili sonradan adını və soyadını bildiyi Cavabdeh1 satması, Cavabdeh3 MTK-ya yazdığı ərizədə 65 saylı mənzilə dair müqavilənin pozulmasına və Cavabdeh1 adına rəsimləşdirilməsinə etirazının olmadığını bildirməsini əsas gətirərək ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş yaşayış evin 65 saylı mənzilə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK arasında xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış mübahisəli mənzilin Cavabdeh2 adına keçrilməsinə dair (alqı-satqı) müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə, məhkəmədə tərəflərin izahatından, onların iş üzrə təqdim etdiyi sübutlar əsasında mülki işin materiallarından göründüyü kimi iddiaçı yeni əsaslarla Novruzov Rövşən İmran oğlu tərəfindən xx xxxxxx 2019-cu il tarixli 8İ-8507 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə Cavabdeh3 MTK ilə aralarında bağlanmış müqavilə əsasında ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş və əvvəl ona məxsus olmuş 65 saylı mənzili sonradan adını və soyadını bildiyi Cavabdeh1 satması, Cavabdeh3 MTK-ya yazdığı ərizədə 65 saylı mənzilə dair müqavilənin pozulmasına və Cavabdeh1 adına rəsimləşdirilməsinə etirazının olmadığını bildirməsini əsas gətirərək ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş yaşayış evin 65 saylı mənzilə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK arasında xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış mübahisəli mənzilin Cavabdeh2 adına keçrilməsinə dair (alqı-satqı) müqaviləsinin ləğv olunmasını xahiş etsə bu əsaslarla bağlı sübut təqdim edə bilməmişdir. Əkisnə olaraq cavabdeh tərəf mübahisəli mənzilin əldə olunması üçün ödənilmiş pul vəsaiti vaxtı ilə Cavabdeh1 atası Cavabdeh2 mülkiyyətində olmuş, ünvan 10 ünvanında yerləşən 40 nömrəli mənzilin satılması və bununda müqabilində hazırki mübahisə predmeti üzrə olan mənzilin əldə olunması ilə həyata keçirilməsi ilə izah etmişdir. Bu hal Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3692/2019 saylı qətnaməsindən müəyyən edilmiş hallarla da öz təsdiqini tapmışdır ki, “Cavabdeh3 MTK”dan xx xxxxxxxx 2015-ci il tarixli 05 nömrəli orderi və xx xxxxxxxx 2015-ci il tarixli maliyyə arayışı əsasında da mübahisəli mənzili Cavabdeh2 almışdır. Məhkəmənin qənaətinə görə ünvan 9 ünvanda yerləşən mənzil Cavabdeh2 Abddulla oğluna məxsusdur və birgə nikah dövründə əldə edilməmişdir. İlkin iddia üzrə iddiaçının “müqavilənin ləğv edilməsi” tələbinə münasibətdə məhkəmə hesab edir ki, müqavilənin ləğvi üçün ilk növbədə onun Mülki Məcəllənin 421.1-ci maddəsində müəyyən edilən meyarlara cavab verməsi aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2018-ci il tarixliQərarında 421-ci maddəsinin məzmununa da aydınlıq gətirilmişdir. X14 qeyd edilir ki, müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Plenum Qərarında o da qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır:1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə;2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir;3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Göründüyü kimi mülki qanunverilcilik müqavilənin ləğv edilməsini tələb etmə təşəbbüsünü yalnız həmin müqavilə tərəflərinin subyektiv hüququ kimi müəyyən etmişdir. Hazırki işin hallarından görünür ki, İddiaçı müqavilə tərəfi olmadığı halda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK arasında xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış müqavilənin ləğvini tələb etməkdədir. Sadalanan əsaslardan çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılması əsas şərtdir. Məhkəməyə iddia tələbini müdafiə edən tərəfin bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması onun yoxlanılmasını, sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə eyni zamanda qarşılıqlı iddia tələbini də əsassız hesab edir. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılqlı iddia üzrə cavabdeh Daşdəmirova İddiaçı tərəfindən vicdansızcasına iddia tələbi irəli sürməsi səbəbindən, 15000 (on beş min) manat məbləğində kompensassiyanın ondan tutulmasını irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qarşılıqlı iddia tələbindən göründüyü kimi Mülki Məcəlləsinin 386-cı maddəsində müəyyən edilmiş iddiaçının tələb etmə hüququnun qanuni əsaslarını müəyyən edən hallar qarşılıqlı iddia ərizəsində mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, ilkin və qarşılqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı Daşdəmirova İddiaçı ilkin iddia üzrə Cavabdeh1 və Cavabdeh3 MTK-nə qarşı “alqı-satqı müqaviləsinin ləğvi tələbi” nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılqlı iddia üzrə cavabdeh Daşdəmirova İddiaçı qarşı “vicdansızcasına əsassız iddia verildyi üçün kompensassiyanın ödənilməsi tələbi” nə dair qarşılqlı iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2525/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2525/2020
19.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver