Məhkəmə qərarları › İş №2(005)-2531/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2531/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2531/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «ipotekaya qoyulmuş əmlakın girovdan azad edilməsi öhdəliyi qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Brand Credit BOKT” MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X19 Olmayan Kredit Təşkilatı" Bərdə filialı ilə iddiaçı arasında bağlanmış 16 iyun 2015-ci il tarixli 24/Bz-15 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən 59.8 4 kv.m yaşayış, 24.64 kv.m yardımçı, 84.48 kv.m ümumi sahədən ibarət 5 otaqlı mənzilin ipotekadan (yüklülükdən) azad olunması barədə "X19 Olmayan Kredit Təşkilatı” üzərinə İpoteka qoyulmuş əmlakın girovdan azad edilməsi öhdəliyi qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Bərdə rayon Məhkəməsinə müraciət edilmiş və Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2772/2021 saylı Qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə sasən (149.2.4-1. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat;) iddia ərizəsi geri qaytarılmışdır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu üçün Mediasıya müraciət barədə müvafiq sənədlər ərizəyə əlavə edilir. Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 00660 saylı arayışından görünür ki, qarşı tərəf “X19 Olmayan Kredit Təşkilatı” 15.04.202-ci il tarixdə saat 12:00-da təyin edilmiş mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Təkrar Bərdə rayon Məhkəməsinə müraciət edilmiş və Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021 )-1832/2022 saylı Qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinin tələblərinə sasən iddia ərizəsi geri qaytarılmışdır. Bərdə rayonu Türkmən kənd sakini X11 ilə “X19 Olmayan Kredit təşkilatının Bərdə filialı arasında bağlanmış 16 iyun 2015-ci il tarixli 24/Bz-15 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 28 % olmaqla 15.000(on beş min) kredit verilmişdir. X5 ilə "X19 Olmayan Kredit Təşkilatının Bərdə filialı arasında bağlanmış 16 iyun 2015-ci il tarixli 24/Bz-15 saylı zaminlik müqaviləsinə əsasən, iddiaçı həmin kredit üzrə zamin qismində çıxış etmişdir. Onunla “X19 Olmayan Kredit Təşkilatının Bərdə filialı arasında bağlanmış 16 iyun 2015-ci il tarixli 24/Bz-15 saylı ipoteka müqaviləsinə əsasən iddiaçıya ünvan 1 ünvanda yerləşən 59.84 kv.m yaşayış, 24.64 kv.m yardımçı, 84.48 kv.m ümumi sahədən ibarət 5 otaqlı mənzil kreditin təminatı olaraq ipoteka qoyulmuşdur. 06 iyul 2015ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Bərdə şəhər Ərazi İdarəsində ipoteka qoyulmuş əmlak dövlət qeydiyyatı aparılmış, həmin tarixdə DƏDRX tərəfindən bu barədə yüklülük Çıxarışı (seriya RX №0692924) təqdim edilmişdir. Bundan sonra göstərilən kreditin ödənişində gecikmələr yaranmış və “X19 Olmayan Kredit Təşkilatı tərəfindən iddiaçıya, X11 və X3 qarşı Bərdə rayon Məhkəməsində (İş №2(021)-421/2017) “Kredit borcunun ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi" barədə iddia qaldırılmışdır. Problemli kredit Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşdüyü üçün Məhkəmə baxışı dayandırılmışdır. 30 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu ıl tarixli 551 nömrəli Fərmanın tələblərinə əsasən kredit restrukturizasiya olunmuşdur. Kreditin restrukturizasiya olunması barədə “X19 Olmayan Kredit Təşkilatı” Bərdə Filialı ilə X11 və X7 arasında 04/RM-19 saylı güzəştli kredit müqaviləsi (restrukturizasiya) və zaminlik kredit müqavilələri imzalanmışdır. “X19 Olmayan Kredit Təşkilatı" ilə X12 arasında 04/RM-19 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi bağlanmş və yuxarıda göstərildiyi kimi həmin müqavilələrin tərəfləri “X19 Olmayan Kredit Təşkilatı” ilə X11 (əsas müştəri qismində), X7 (zamin qismində) olmuş, tərəflər arasında yeni öhdəliklər yaranmışdır. Bunan sonra iddiaçı ipoteka qoyulmuş əmlakın yüklülükdən azad olunması barədə dəfələrlə həm rəsmi, həmçinin şəxsən “X19 Olmayan Kredit Təşkilatı”na müracətlər etməyinə baxmayaraq həmin təşkilat qanunsuz olaraq iddiaçının əmlakının girovdan azad olunmasından imtina etmişdir. İddiaçının müraciətləri ilə bağlı “X19 Olmayan Kredit Təşkilatı" tərəfindən X9 ünvanlanmış 13 mart 2020-ci il tarixli BC-BOKT-107/2020 saylı məktubda göstərilir ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən X10 16 iyun 2015-ci il tarixdə restrukturizasiya olunmuş və girov müqaviləsinin bağlanması üçün İddiaçı yeni girov müqaviləsinin bağlanması üçün müraciət edilsə də BOKT-a yaxınlaşmamışdır. Həmçinin məktubda göstərilir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiyası nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faız və dəbbə pulu (cərimə və peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası 6.5. (kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtələrdən daha ağır şərtlər müəyyən edilə bilməz) bəndinə istinadən BOKT tərəfindən yeni güzəştli kredit müqaviləsinin şərtlərini ağırlaşdırmadan mənzilin girovda qalması şərti ilə bağlanmışdır. İddiaçı məxsus evin girovdan azad olunması yeni güzəştli kredit müqaviləsi tam ödənildikdən sonra həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yeni güzəştli kredit müqaviləsi imzalanması əvvəlki əsaslandığı kredit müqaviləsinin qüvvədən düşməsi deməkdir və yeni bağlanmış güzəştli kredit müqaviləsi üzrə iddiaçı heç bir hüquqi öhdəlik daşımır. Mülkiyyət sahibi olaraq əmlakının təkrar girov qoyulması iddiaçının razılığı olmadan, notariat qaydada təsdiq olunmadan mümkün deyil. Həmçinin iddiaçı ilə “X19 Olmayan Kredit Təşkilatının Bərdə filialı arasında bağlanmış 16 iyun 2015-ci il tarixli 24/Bz-15 saylı ipoteka müqaviləsinin 13cü bəndində göstərilir ki, “tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə şəkilində bu müqaviləyə dəyişikliklər və əlavələr oluna bilər. Müqavilələr qüvvəyə mindiyi gündən bu müqavilənin tərkib hissəsi hesab edilir". “Müqaviləni dəyişdirmək və ya ona əlavələr etmək sahəsində tərəflərin bütün hərəkətləri yazılı formada aparıldıqda və ya notarial qaydasında təsdiq edildikdən və dövlət qeydiyyatından keçdikdən sonra qüvvəyə minir". “X19 Olmayan Kredit Təşkilatı” ilə X11 arasında 04/RM-19 saylı kredit (restrukturizasiya) müqaviləsi zaminlik müqaviləsi olmuş və bununla bağlı iddiaçı ilə X19 Olmayan Kredit Təşkilatının Bərdə fililı arasında bağlanmış 16 iyun 2015-ci il tarixli 24/Bz-15 saylı ipoteka müqaviləsi qüvvədən düşmüş hesab edilməli və mənzil girovdan azad olunmalıdır. Əks halda iddiaçı Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutlmuş mülkiyyət hüququ pozulmuş olur. Belə ki, digər şəxslərin (“X19 Olmayan Kredit Təşkilatı” ilə X11 arasında 04/RM-19 saylı kredit (restrukturizasiya) müqaviləsi) iddiaçının əmlakı üzərində heç bir sərəncam vermək hüququ yoxdur. Əlavə olaraq restrukturizasiya olunmuş kredit üzrə (əmlakım qanunsuz girovda saxlanıldığı üçün) ödənişlərdə fasilə yaranmış, bu şəbədən X19 Olmayan Kredit Təşkilatının müraciəti əsasında xx.xx.2021-ci il tarixdə Bərdə regional ASAN xidmət mərkəzində Notariat Kontorundan 9266 saylı icra sənədi alınmışdır. Göstərilən icra sənədində, həmçinin Bərdə rayon İcra və Probasiya şəbəsinin xx.xx.2021ci il tarixli “İcraya başlamaq haqqında" qərarda, bundan başqa Bərdə rayon İcra və Probasiya şəbəsinin cavabdehlərə ünvanladığı “tələbin könüllü ödənilməsi haqqında” bildirişdə cavabdeh kimi X12 ilə X7 göstərilmişdir. Yəni qeyd edilən icra sənədi üzrə iddiaçının heç bir öhdəliyi yoxdur. Hazırda göstərilən icra vərəqi üzrə ödənişlər razılaşdırılmış qrafik üzrə aparılır. Bundan başqa X19 Olmayan Kredit Təşkilatının borclulara ünvanladığı xx.xx.2021-ci il tarixli 279 saylı Pretenziyasında göstərilir ki, X19 Olmayan Kredit X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/RM-19 saylı kredit müqaviləsinə əsasən S.T.İsayevə illik 1 % olmaqla beş il müddətinə 7775 manat keredit verilmişdir. xx.xx.2019-cu il tarixli 04/RM-19 saylı zaminlik müqaviləsinə əsasən X1 Sadiq Tahir oğlunun öhdəliyini icra etmək üçün məsuliyyəti öz üzərinə götürməklə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Hazırda göstərilən icra vərəqi üzrə ödənişlər razılaşdırılmış qrafik üzrə aparılır. Bütün bunlar göstərir ki, iddiaçının əmlakı qanunsuz olaraq girovda saxlanılır, əmlakın qanunsuz girov saxlanılması cəvabdeh X19 Olmayan Kredit Təşkilatı tərəfindən qanunsuz təziq vasitəsi kimi istifadə edilməklə iddiaçının qanunla nəzərdə tutulmuş hüququları pozulur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdim edilmiş sübutları və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan X19 Olmayan Kredit Təşkilatı ilə X11 arasında xx.xx.2015-ci il tarixli, 24/BZ-15 saylı kredit müqaviləsindən görünür ki, borc verən tərəfindən 36 ay müddətinə illik 28% olmaqla 15.000 (on beş min) kredit verilməsi borc alan tərəfindən müəyyən olunmuş müddət ərzində kredit borcunu ödənilməsi öhdəliyi götürülmüşdür. İş materiallarında olan X19 Olmayan Kredit Təşkilatı ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli girov müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən, 84,48 kv.m ümumi, 59,84 kv.m yaşayış və 24,64 kv.m köməkçi sahədən ibarət 5 otaqlı ev X19 Olmayan Kredit Təşkilatı ilə X11 arasında xx.xx.2015-ci il tarixli, 24/BZ-15 saylı kredit müqaviləsinin təminatı olaraq girov qoyulmuşdur. İş materiallarında olan X19 Olmayan Kredit Təşkilatı ilə X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/RM-19 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, borclu X11 ilə X19 Olmayan Kredit Təşkilatı arasında 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) 7775 manat qalıq məbləğinin ödəməsi məqsədi ilə 7775 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə Əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə müəyyən edilən öhdəliklərin təminatı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ipoteka və zaminlik müqaviləsi ilə müəyyən olunur. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən bir neçə təminat formasının hansından istifadə etməsi kreditorun müstəsna hüququdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, X19 Olmayan Kredit Təşkilatı ilə X11 arasında xx.xx.2015-ci il tarixli, 24/BZ-15 saylı kredit müqaviləsində görünür ki, borc verən tərəfindən 36 ay müddətinə illik 28 % olmaqla 15.000(on beş min) kredit verilmişdir. Bundan sonra verilmiş kredit müqaviləsinin təminatı olaraq, iddiaçı ilə cavabdeh arasında girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən, 84,48 kv.m ümumi, 59,84 kv.m yaşayış və 24,64 kv.m köməkçi sahədən ibarət 5 otaqlı ev X19 Olmayan Kredit Təşkilatı ilə X11 arasında xx.xx.2015-ci il tarixli, 24/BZ-15 saylı kredit müqaviləsinin təminatı olaraq girov qoyulmuşdur. Bundan sonra tərəflər arasında xx.xx.2019-cu il tarixli 04/RM-19 nömrəli kredit (restrukturizasiya) müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə bağlandığı üçün iddiaçı daha əvvəl bağlanmış girov müqaviləsi üzrə ipoteka predmeti olan əmlakını girovdan azad edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərinə əsasən bu məcəlləyə ziddi olmadığı halda müqavilə bağlayaraq aralarında müəyyənləşdirimiş öhdəlik münasibətləri üzrə mübahisələr bağlanmış müqavilə üzrə razılaşdırılmış hallara uyğun həll edilməlidir. Hazırda göründüyü kimi bağlanmış xx.xx.2015-ci il tarixli, 24/BZ-15 saylı kredit müqaviləsinin təminat olaraq hazırki iş üzrə tərəflər arasında eyni tarixli ünvan 3 ünvanında yerləşən, 84,48 kv.m ümumi, 59,84 kv.m yaşayış və 24,64 kv.m köməkçi sahədən ibarət 5 otaqlı evin girov qoyulması razılaşdırılmışdır. Qeyd olunan kredit müqaviləsinin icrasının təminatı olaraq bağlanmış müvafiq müqavilə olmasını iddia edən iddiaçı daha sonra X19 Olmayan Kredit Təşkilatı ilə X11 arasında bağlanmış xx.xx.2019cu il tarixli 04/RM-19 nömrəli kredit (restrukturizasiya) müqaviləsinin təminatı olaraq ona məxsus evin girovda qalmasını qanunsuz hesab etmişdir. Qeyd olunan halla razılaşmayan məhkəmə bildirir ki, X19 Olmayan Kredit Təşkilatı ilə X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/RM-19 nömrəli kredit (restrukturizasiya) müqaviləsi Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu ıl tarixli 551 nömrəli Fərmanın tələblərinə əsasən bağlanmışdır. Həmin müqavilə üzrə (kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtələrdən daha ağır şərtlər müəyyən edilə bilməz) bəndinə istinadən BOKT tərəfindən yeni güzəştli kredit müqaviləsinin şərtlərini ağırlaşdırmadan mənzilin girovda qalması şərti ilə bağlanması nəzərdə tutulmuşdur. Hazırda iddiaçının niyyəti yuxarıda göstərilən əsaslar üzrə bağlanmış restrukturizasiya müqaviləsinin bağlanması halı üzrə ilkin kredit müqaviləsi üzrə verilmiş kreditin təminatı olaraq girov qoyulmuş ona məxsus fərdi yaşayış evinin girovdan azad edilməsidir. X15 Bank Olmayan Kredit Təşkilatı ilə X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/RM-19 nömrəli kredit (restrukturizasiya) müqaviləsində ünvan 3 ünvanında yerləşən, 84,48 kv.m ümumi, 59,84 kv.m yaşayış və 24,64 kv.m köməkçi sahədən ibarət 5 otaqlı evin girovdan azad edilməsi barədə hər hansı bənd nəzərdə tutulmamışdır. Əksinə həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə müəyyən edilən öhdəliklərin təminatı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ipoteka və zaminlik müqaviləsi ilə müəyyən olunur. Məhkəmə qeyd olunan halları qanuni hesab edərək, hazırda iddiaçı tərəfindən iddia tələbinin əsaslı olması üçün göstərdiyi müvafiq əsaslandırmada maddi hüquq normalarına edilmiş istinadlara uyğun hesab etmir. Eyni zamanda iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı tələbin əsassız olması barədə gəlinmiş nəticəni təkzib edəcək hərhansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «ipotekaya qoyulmuş əmlakın girovdan azad edilməsi öhdəliyi qoyulması» barədə tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «ipotekaya qoyulmuş əmlakın girovdan azad edilməsi öhdəliyi qoyulması» tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar