Məhkəmə qərarları › İş №2(005)-2539/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2539/2020

19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2539/2020 19.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından iki övladları-xx xxxxxxxx 2004-cü il təvəllüdlü X7 və xx xxxxxx 2012-ci il təvəllüdlü X8 anadan olmuşlar. Ailə həyatı qurduqdan sonra cavabdehlə ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Cavabdehin zərərli vərdişləri olduğundan aralarında tez-tez mübahisələr baş verir və onlar bir-biri ilə yola getmirdilər. Artıq xeyli müddətdir ki, cavabdeh evə gəlmir, uşaqları ilə maraqlanmır, uşaqlarının gündəlik maddi tələbatlarının ödənilməsindən boyun qaçırır. Alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2019-cu il üçün uşaqlar üçün yaşayış minimumu 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlə birgə nikahlarından olan övladları xx xxxxxxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment tutularaq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azər-bay-can Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasəniddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon VVADQ Şöbəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 106516 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx xxxxxx 2004-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2004-cü il tarixdə 488 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əzizova soyadı verilmişdir; Bakı şəhəri Nərimanov Rayon VVADQ Şöbəsi tərəfindən xx xxxxxxx 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 519399 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 2004-cü il tarixdə 1501 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2012-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 965256 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2012-ci il tarixdə 2078 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon VVADQ Şöbəsində xx xxxxxx 2004-cü il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahlarından xx xxxxxxxx 2004-cü il təvəllüdlü X7 və xx xxxxxx 2012-ci il təvəllüdlü X8 anadan olmuşlar. xx xxxxxxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini İddiaçı məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiatələbiqisməntəmin edilərək,Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Belə ki, İddiaçı tərəfindən Cavabdeh rəsmi işləməsinə və aylıq sabit gəlirə malik olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırki mübahisə üzrə aliment ödəməli olan valideynin qazancını müəyyən etmək mümkün deyildir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdənhər ay hər uşaq üçün 170(bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170(bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, aliment İddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yənixx xxxx 2020-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı xx xxxx 2020-ciil tarixdən hesablansın. Qalanhissədəiddiatəminolunmasın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar