Məhkəmə qərarları › İş №2(005)-2565/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2565/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2565/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “aliment” tələbinə dair, Birləşdirilmiş icraat üzrə İddiaçı Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 qarşı “aliment” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh2, 2024-cü il tarixinə qanunla nəzərdə tutulmuş ölkə üzrə 270 manat yaşayış minimumu, hər ay sabit pul məbləğində aliment tutularaq, iddiaçının saxlanılması ücün xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının torpaqların bütövlüyü uğrunda gedən 1-ci Qarabağ döyüşlərində iştirak edərək, yaralanmış və yaralanmağı nəticəsində sonradan eplepsiya xəstəliyinə tutulub əmək qabiliyyətini itirmişdir. Pandemiya dövründə bu səbəbə görə həkimlər vaksin vurmağa imtina etmişlər. Mediasiya prosesinin tətbiqi barədə iddiaçıya verilmiş blankı dolduraraq, öz təklifini cavabdehin ünvanına xx.xx.2023-cü il tarixində, poçt vasitəsi ilə göndərmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən, cavabdeh xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən tərtib olunmuş təklifini almışdır və heç bir cavab onun təklifinə bildirməmişdir. 10 saylı Mediasiya təşkilatı, ilkin Mediasiya sessiyası barədə bildirişi xx.xx.2024-cü il tarixində hər iki tərəfə göndərərək, tərəflərin görüşünü xx.xx.2024-cü il tarixinə saat 14:00 təyin etmişdir. Cavabdeh tərəf, 10 saylı Mediasiya təşkilatı tərəfindən, təyin olunmuş vaxt da görüşə gəlmədiyindən, 10 saylı Mediasiya təşkilatı ("Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən arayış tərtib olunaraq xx.xx.2024-cü il tarixində iddiaçıya təqdim olunmuşdur.) Əmək qabiliyyətini itirdiyindən məhkəməyə müraciət edib Eyni zamanda İddiaçı Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1994-cİ il təvəllüdlü Qubadov Elxan oğlundan, 2024-cü il tarixinə qanunla nəzərdə tutulmuş ölkə üzrə 270 manat yaşayış minimum, hər ay sabit pul məbləğində aliment tutularaq, iddiaçının saxlanılması üçün xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının torpaqların bütövlüyü uğrunda gedən, 1-ci Qarabağ döyüşlərində iştirak edərək, yaralanmışdır və yaralanmağı nəticəsində sonradan eplepsiya xəstəliyinə tutulub əmək qabiliyyətini itirmişdir. Pandemiya dövründə bu səbəbə görə həkimlər vaksin vurmağa imtina etmişlər. Mediasiya prosesinin tətbiqi barədə ona verilmiş blankı dolduraraq, öz təklifini cavabdehin ünvanına xx.xx.2024-cü il tarixində, poçt vasitəsi ilə, göndərmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsas olaraq, cavabdeh xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən tərtib olaraq, cavabdeh xx.xx.2024-cü il tarixində iddiaçı tərifindən tərtib olunmuş təklifi almışdır və heç bir cavab onun təklifinə bildirməmişdir. 10 saylı mediasiya təşkilatı, İlkin Mediasiya sessiyası barədə bildirişi xx.xx.2024-cü il tarixində hər iki tərəfə göndərərək, tərəflərin görüşünü xx.xx.2024-cü il tarixinə saat 17:00 da görüşə gəlməmişdir. (‘Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən arayış tərtib olunaraq xx.xx.2024-cü il tarixində mənə təqdim olunmuşdur.) İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddianın əsassız olduğunu bildirib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının əmək qabiliyyətli olmamasını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud olmadığını, materiallarında olan xx.xx.2010-cu il tarixli iddiaçı ilə onun keçmiş həyat yoldaşı və qaynanası arasında bağlanan müqavilədən görünür ki, iddiaçı övladlarına münasibətdə aliment ödəmək üçün cavabdehlərin anasının aliment tələb etməməsinə məcbur etdiyini, bununla da, iddiaçı valideyn kimi hüquqlarında sui-istifadə etdiyini, bundan əlavə, hazırda iddiaçının hər 2 nikahdan biri yetkin yaşına çatmayan olmaqla, 6 övladı olduğunu, belə olan halda, iddiaçının yalnız 2 övladından yaşayış minimumu həddində aliment tələb etməsini qanunvericiliyə zidd olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, İddiaçı baş beyin üzvi xəstəliyi və epilepsiya xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və s. diaqnozu qoyulub. İş materiallarında olan Azərbaycan Respublikasının ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 119/2009 saylı qətnaməsinə əsasən İddiaçı xx xxxxxx 1992-ci il tarixdə anadan olmuş X8, xx xxxx 1994-cü il tarixdə anadan olmuş X12 və 22 fevral 1997-ci il tarixdə anadan olmuş X13 münasibətdə valideynlik hüququndan məhrum edilməsi, İddiaçı X9 qarşı X17 ilə birgə nikahlarından xx xxxxxx 1992-ci il tarixdə anadan olmuş X18, xx xxxx 1994-cü il tarixdə anadan olmuş X20 və 22 fevral 1997-ci il tarixdə anadan olmuş X21 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00- dan 16:00-dek ünsiyyətdə olması barəsində qarşılıqlı iddiası rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2788/2009 saylı, 07 avqust 2009-cu il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Nərimanov Rayon Məhkəməsinin 16 mart 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi, X6 İddiaçı qarşı xx xxxxxx 1992-ci il tarixdə anadan olmuş Rüstəm, xx xxxx 1994-cü il tarixdə anadan olmuş Rüfət və 22 fevral 1997-ci il tarixdə anadan olmuş Eston adlı uşaqlarına münasibətdə valideynlik hüquqlarından məhrum edilməsi barədə iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı xx xxxxxx 1992-ci il tarixdə anadan olmuş X18, xx xxxx 1994-cü il tarixdə anadan olmuş X20 və 22 fevral 1997-ci il tarixdə anadan olmuş X21 ilə hər ay 2 dəfə 2-ci və 4-cü həftənin bazar günləri saat 14:00dan 16:00-dək görüş vaxtı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan 01 aprel 2010-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki: Müqavilənin 2-ci bəndinə əsasən İddiaçı, X3 məxsus olan yuxarıda göstərilən ünvanda yerləşən mənzildə qeydiyyatdadır. Həmin mənzildən qeydiyyatdan çıxmağı və mənzili boşaltmağı öhdəsinə götürür. 15000 ABŞ dolları (bugünkü ekvivalent manatla kurs üzrə 12076 AZN) məbləğində pulu kompensasiya olaraq Abbasova S.A. qızından aldıqdan sonra gələcəkdə X4 və X10 qarşı yuxarıda göstərilən mənzilə dair heç bir iddiası olmayacaq. Müqavilənin 3-cü bəndinə əsasən X2 Səidəxanım Allahyar qızına məxsus olan yuxarıda göstərilən ünvanda yerləşən mənzildə qeydiyyatdadır, keçmiş həyat yoldaşı İddiaçı həmin mənzildən qeydiyyatdan çıxmağına razılıq verdiyinə görə kompensasiya olaraq X18, X20 və X13 görə məhkəmə yolu ilə kəsilmiş alimentdən və yaranmış aliment borcundan və gələcəkdə aliment tələbi iddiasından imtina edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)- 1992/2022 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, iddiaçı X22 ilə Cavabdeh1 arasında xx.xx.2019-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alınmış və 10 nömrə akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2020-ci il təvəllüdlü X14 anası X11 himayəsində qalması, Cavabdeh1 xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər 193 (yüz doxsan üç) manat aliment tutularaq X15 ödənilməsi qət olunmuşdur. Beləliklə, tərəflərin izahatı, mülki işin materialları ilə müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının oğludurlar. İddiaçı hazırda işsizdir, aldığı təqaüd kifayət etmədiyi üçün cavabdehlərdən maddi köməklik etməsini gözləyir, ancaq cavabdehlər bundan imtina edir. Ona görə də iddiaçı onun xeyrinə cavabdehdən aliment tutulmasını xahiş edir. Cavabdehlər isə iddia tələbini qəbul etmr. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 82.5-ci maddəsinə əsasən valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. 82.6-cı maddəsinə əsasən uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. Məhkəmə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçının keçmiş həyat yoldaşı X17, onun anası X3 məxsus olan, iddiaçının da qeydiyyatda olduğu evdən kompensasiya ödənilməklə çıxmasının əvəzində İddiaçı övladları - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 görə aliment tələb etməkdən imtina etmişdir. Nəticə etibarilə iddiaçı öz valideynlik vəzifələrini yerinə yetirməmiş, övladlarının yetkinlik yaşına çatanadək olan dövrdə onların saxlanmasına maddi yardım göstərməmiş, aliment ödəməmişdir. Üstəlik də məhkəmə araşdırması zamanı iddiaçı özünün saxlanmasını tələb etdiyi övladlarının, yəni cavabdehlərin maddi vəziyyəti ilə bağlı hər hansı mötəbər sübut, dəlil təqdim etməmişdir. Belə olan halda, məhkəmə hazırki mübahisəli hala Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.5-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, işin faktiki halları ilə qanunun dispozisiya şərtləri uzlaşmadığından iddia tələbi əsassızdır və təmin edilə bilməz. Bu səbəbdən məhkəmə iddia tələbini əsassız hesab edir və iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, dövlət rüsumu Dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Birləşdirilmiş iş üzrə İddiaçı Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə dövlət rüsumu Dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar