Məhkəmə qərarları › İş №2(005)-263/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-263/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-263/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “qiymətləndirmə hesabatının etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qiymətləndirmə hesabatının etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona məxsus ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin qiymətləndirilməsinə dair 128 nömrəli xx xxxx 2020-ci il tarixli hesabatının etibarsız sayılması və sözügedən mənzilin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4548/2020 nömrəli, xx xxxxx 2019-cu il tarixli icra sənədində müəyyən edilən borc Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilə yönəldilmişdir. Qeyd olunan əmlakın hərracda satılması üçün Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Cəbiyev xx xxxx 2020-ci il tarixdə qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 128 nömrəli xx xxxx 2020-ci il tarixli hesabatında ona məxsus ünvan 2 ünvanında yerləşən 93 nömrəli mənzilə 59.000 (əlli doqquz min) manat qiymət qoymuşdur. Bununla bağlı qeyd edilməlidir ki, mənzilə qoyulan qiymət onun real bazar dəyərindən dəfələrlə aşağıdır və bu qiymətlə əmlakının hərraca çıxardılmasına etiraz edir. Belə ki, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslərdən, eləcə də “Bina.az” və “Tap.az” kimi əmlak alqı-satqı saytlarından aldığı məlumata görə evin minimum dəyəri 75.000 (yetmiş beş min) manat təşkil edir. Həmçinin qeyd edilməlidir ki, ümumiyyətlə əmlaka qiymət qoyularkən ona heç bir məlumat verilməmiş və əmlaka baxış keçirilərkən onun iştirakı olmamışdır. Bu baxımdan da, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti öz hesabatında evin dəyərini aşağı göstərməklə onun hüquqlarını pozmuşdur. Ona məxsus mənzilin düzgün qiymətləndirilməməsi ilə bağlı icra məmuru Aqil Cəbiyevə dəfələrlə müraciət edərək yenidən qiymət qoyulmasını xahiş etsə də, sonuncu onun əsaslı müraciətlərinə baxmamışdır. Buna görə də, onun öz hüquqlarının bərpa edilməsinin başqa üsulu qalmamışdır. X4 mülki iş üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin qiymətləndirilməsinə dair 128 nömrəli xx xxxx 2020-ci il tarixli hesabatının ləgv edilm\si və sözügedən mənzilin ilkin satış dəyərinin 75.000 manat müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Binəqədi Rayon icra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, icra sənədinə əsasən ünvan 3 ünvanında yerləşən 55 nömrəli mənzilinə görə ödənilmiş 36699,08 manatın ½ hissəsi yəni 18349,54 manat, cavabdehin “xxxx” QSC-də saxlancda olan 3000 manatının ½ hissəsi yəni 1500 manat, cavabdehin işdən çıxmadı ilə əlaqədar “xxxx” QSCdən aldığı 18317,43manatının ½ hissəsi-9158,7 manat cəmi 29008,24 manat cavabdeh İddiaçı alınaraq tələbkar X3 verilməlidir. Qeyd olunan qərara əsasən borclu İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin qiymətləndirilməsinə dair “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətindən qiymətləndirici təyin edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli 128 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 59.000 manat təşkil etmişdir; Məhkəmə tərəfindən yenidən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin bazar dəyəri 75.000 (yetmiş beş min) manat müəyyən olunmuşdur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, icra sənədinə əsasən ünvan 3 ünvanında yerləşən 55 nömrəli mənzilinə görə ödənilmiş 36699,08 manatın ½ hissəsi yəni 18349,54 manat, cavabdehin “xxxx” QSC-də saxlancda olan 3000 manatının ½ hissəsi yəni 1500 manat, cavabdehin işdən çıxmadı ilə əlaqədar “xxxx” QSC-dən aldığı 18317,43manatının ½ hissəsi-9158,7 manat cəmi 29008,24 manat cavabdeh İddiaçı alınaraq tələbkar X3 verilməlidir. Qeyd olunan qərara əsasən borclu İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin qiymətləndirilməsinə dair “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətindən qiymətləndirici təyin edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli 128 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 59.000 manat təşkil etmişdir. Məhkəmə tərəfindən yenidən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin bazar dəyəri 75.000 (yetmiş beş min) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Göründüyü kimi, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmlakın qiymətləndirilməsi zamanı bazar qiymətləri və digər obyektiv amillər nəzərə alınmamış, əmlak standartlara uyğun qiymətləndirilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin qiymətləndirilməsinə dair 128 nömrəli xx xxxx 2020-ci il tarixli hesabatı ləğv edilməli və əmlakın ilkin satış qiyməti 75.000 (yetmiş beş min) manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 93 nömrəli mənzilin qiymətləndirilməsinə dair 128 nömrəli xx xxxx 2020-ci il tarixli hesabatı ləğv edilsin və əmlakın ilkin satış qiyməti 75.000 (yetmiş beş min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar