Məhkəmə qərarları › İş №2(005)-2645/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2645/2021

02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2645/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi”nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, övladı 07 fevral 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay 175 manat miqdarında sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 27 noyabr 2016-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində nikah rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan 07 fevral 2018-ci il təvəllüdlü X2 övladı anadan olmuşdur. Ailədə xırda söz söhbətlər olsa belə heç zaman iddiaçı boşanma fikrində olmamışdır. Heç bir səbəb olmadan cavabdeh özünə məxsus əşyaların yığaraq 2019-cu ilin sentyabr ayında evi tərk etmişdir. Həmin vaxtdan bu günə kimi təməlli olaraq evə qayıtmamışdır. 2020-ci ilin mart ayının təxminən 6 və yaxud 7 olardı ki, cavabdehin nikahı məhkəmə qaydasında pozmasını qohumlar vasitəsilə xəbər tutmuşdur. Nərimanov rayon məhkəməsində nikahın pozulması barədə 2019-cu ilin noyabr ayından cavabdehin iddiası olsa belə cavabdehin ünvanına, nədə ki əl telefonuna bildiriş gəlməmişdir. Məhkəmə gedişindən xəbər olmamış, 3 ay vaxt verilmiş, sonra isə iştirakı olmadan cavabdehin ərizəsi təmin olunaraq nikah pozulmuşdur. Faktiki məhkəmə qətnaməsini rəsmi qaydada alması barədə Nəriman rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir. Təxminən 09 mart 2020-ci ildə Məhkəməyə müraciət edərkən iddiaçının nikahın pozulması barədə 05 mart 2020-ci il tarixli qətnaməsindən çıxarış təqdim olunmuşdur. İddiaçı qeyd edir ki, övladı azyaşlı olduğu üçün işləyə bilmir. Faktiki işsizdir. İddiaçı da istəyir ki, yeganə övladı normal,sağlam şəkildə yaşasın. valideynin qayğısından istifadə etsin. Buna isə hazırda nail olmaq mümkün deyildir. Belə olan halda cavabdehin övladna baxımsızlıq göstərməsi iddiaçını məhkəməyə müraciət etməyə vadar etmişdir. 31.05.2021-ci il tarixdə İddiaçı məhkəməyə dəftərxana vasitəsi ilə teleqram göndərərək himayəsində az yaşlı övldadının olmasını nəzərə alaraq məhkəmə baxışının onun iştirakı olmadan iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 19.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Masallı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 19.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1991-cü ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. ASAN3 tərəfindən 01 iyun 2018-ci il tarixdə verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küç

34. M 10, m.2 ünvanında qeydiyyatdadır. 16.02.2018-ci il tarixli AZ-İV№081773 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X2 07.02.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 935 nömrə ilə qeyd edilmişdir. 21.04.2021-ci il tarixli AZ-İ№382118 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Nərimanov rayon məhkəməsinin 05.03.2020-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 146 nömrə ilə qeyd edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-409/2020 nömrəli 05.03.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh ilə Tağızadə (Əbilova) Səma Şahin qızı arasında 27.11.2016-cı ildə 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 2280 nömrəli akt qeydi ilə rəsimlşdirilmiş nikah pozulmuş və 07.02.2018-ci il təvəllüdlü X2 (anası) Tağızadə (Əbilova) Səma Şahin qızının yanında saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə münasibətindən 07.02.2018-ci il təvəllüdlü X2 doğulmuşdur. İddiaçı uşaqın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində alimentin tutulmasını xahiş edir. İddiaçı övladının və özünün maddi təlabatını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması 27.01.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 07.02.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı ödənilməli, alimentin tutulma vaxtı qanunla müəyyən edilmiş qaydada iddianın məhkəməyə daxil olduğu və ya alimentin tutulması barədə ərizənin verilməsi vaxtından hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 07.02.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Alimentin tutulması vaxtı 26.04.2021-ci il tarixindən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar