Məhkəmə qərarları › İş №2(005)-2672/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2672/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2672/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sucəddin oğlundan kirayə haqqı borcu olaraq 1598,04, (min beş yüz doxsan səkkiz manat, dörd qəpik) manat, avtomobilə vurulmuş zərərə görə 590 (beş yüz doxsan) manat, istifadə edilmiş yanacağa görə 49,56 (qırx doqquz manat əli altı qəpik) manat, toplam 2237,60 (iki min iki yüz otuz yeddi manat, altmış qəpik) manat pulun (. avtomobil kirayə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında bağlanılmış avtomobil kirayə müqavilələrinə əsasən İddiaçı MMC –nin mülkiyyətində olan Ford Focus markalı, AzH1029390 dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən kirayəyə götürülmüşdür. Qeyd edilən avtomobil müqavilə şərtlərinə uyğun olaraq cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh qeyd edilən kirayə müqavilələrinə əsasən yaranmış kirayə haqqı borcunu tam olaraq ödəməmiş və ödəməməkdə davam edir. Cavabdehə borcunun ödənilməsi ilə bağlı dəfələrlə müraciətlər edilmiş və borcunun ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh yazılı olaraq borcunu ödəyəcəyini bilidirsə də bu günədək tələb edilən borcunu ödəməmişdir. Cavabdehin avtomobil kirayə müqavilələrinə görə 1598,04 (min beş yüz doxsan səkkiz manat, dörd qəpik) manat, avtomobilə vurulmuş zərərə görə 590 (beş vü/. doxsan) manat, yanacağa görə 49,56 (qırx doqquz manat əli altı qəpik) manat, toplam 2237,60 (iki min iki yüz otuz yeddi manat, altmış qəpik) manat İddiaçınə borcu vardır. Azərbaycan Respublikası Qanunverciliyinin tələbinə əsasən cavabdeh kirayə müqavilələri üzrə, kirayə haqqı borcunu, vurulmuş zərəri və istifadə etmiş olduğu yanacağın haqqını İddiaçınə ödəməyə öhdəlik daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin elektron poçt ünvanına 07.06.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbini tam qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiasının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan avtomobilin təhvil formasına əsasən Cavabdeh “Ford Focus” markalı, H029390 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhvil almışdır. İş materiallarında olan 12.03.2021-ci il tarixli hesab fakturadan görünür ki, “Ford Focus” markalı, H029390 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kirayə haqqına görə ümumilikdə 213.39 manat ödəniş edilmişdir. İş materiallarında olan 30.01.2021-ci il tarixli hesab fakturadan görünür ki, “Ford Focus” markalı, H029390 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kirayə haqqına görə ümumilikdə 1050 manat ödəniş edilmişdir. İş materiallarında olan 14.04.2021-ci il tarixli hesab fakturadan görünür ki, “Ford Focus” markalı, H029390 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kirayə haqqına görə ümumilikdə 590 manat ödəniş edilmişdir. İş materiallarında olan 28.02.2021-ci il tarixli hesab fakturadan görünür ki, “Ford Focus” markalı, H029390 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kirayə haqqına görə ümumilikdə 1050 manat ödəniş edilmişdir. İş materiallarında olan, 11.03.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borcunun qısa bir zamanda ödənilməsi halda borcun alınması tələbi ilə məhkəməyə müraciət ediləcəyi Cavabdeh nəzərinə çatdılmışdır. İş materiallarında olan 14.04.2021-ci il tarixli mühasibatlıq arayışından görünür ki, Cavabdeh 14.04.2021-ci il tarixə 2237.6 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutları və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh tərəfindən iddia tələbi qəbul edildiyindən və o bu barədə məhkəməyə yazılı ərizə təqdim etdiyindən, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdehlə İddiaçı MMC arasında bağlanılmış avtomobil kirayə müqavilələrinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan Ford Focus markalı, AzH1029390 dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən kirayəyə götürülmüşdür. Cavabdeh tərəfindən qeyd edilən kirayə müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir, belə ki, yaranmış kirayə haqqı borcunu tam olaraq ödəməmişdir. İddiaçı qeyd edir ki, Cavabdeh 14.04.2021-ci il tarixə 2237.6 manat məbləğində borcu yaranmışdır. Cavabdeh məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddia tələbini tam olaraq qəbul etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, yəni kirayə haqqı borcu olaraq 1598.04 (bir min beş yüz doxsan səkkiz manat, dörd qəpik) manat, avtomobilə vurulmuş zərərə görə 590 (beş yüz doxsan) manat, istifadə edilmiş yanacağa görə 49.56 (qırx doqquz manat əlli qəpik) manat, ümumilikdə 2237.6 manat məbləğində pul Cavabdeh Sucəddin oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sucəddin oğlundan 1598,04 (bir min beş yüz doxsan səkkiz manat, dörd qəpik) manat, avtomobilə vurulmuş zərərə görə 590 (beş yüz doxsan) manat, istifadə edilmiş yanacağa görə 49,56 (qırx doqquz manat əlli qəpik) manat, ümumilikdə 2237,6 manat və 30 manat dövlət rüsumu İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar