Məhkəmə qərarları › İş №2(005)-3380/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3380/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3380/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “kirayə pulunun, maddi ziyanın ödənilməsi və qeyriyaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “kirayə pulunun, maddi ziyanın ödənilməsi və qeyriyaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 2020-ci ilin iyun ayından 2021-ci ilin may ayına kimi ödənilməmiş 9600 manat kirayə pulunun, 3000 manat maddi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi və 65 kv.m-dən ibarət olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini müqavilənin dördüncü vərəqəsinin sonunda qeyd edildiyi kimi Təbriz küçəsinə baxan istiqamətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə onun arasında 31.07.2017-ci il tarixdə 1 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən, 2 mərtəbəli 24 mənzilli yaşayış binasında mənini mülkiyyətində olan 45.5 kv.metrdən ibarət 1 otaqlı qeyri-yaşayış sahəsinə 20 faiz əlavə etməklə 1.8-24 ay müddətinə mülkiyyətçinin, yəni onun sərəncamına verməyi öhdəlik götürmüşdür. Artıq 48 aya yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən götürülmüş öhdəlik bugünkü günə kimi yerinə yetirilməmişdir. Eyni zamanda müqavilənin 2.2.1-ci maddəsinə əsasən Cəmiyyət hər ay ona müvəqqəti yaşayış məqəsədi ilə 800 manat məbləğində pul vəsaiti ödəməyi öhdəlik götürmüşdür. Sözügedən məbləğ 2020-ci ilin may ayına kimi ödənilmiş, o vaxtdan bəri isə ödənilməsi dayandırılmışdır. Bu dövr ərzində sözügedən qeyri-yaşayış sahəsinin icarə haqqının məbləğində artım olmuşdur. Belə ki, o, həmin yaşayış sahəsini yüksək qiymətlə icarayə verməklə aylıq gəlir əldə edirmişdir. Cavabdehin qanunsuz hərəkətləri ucbatından o, həmin gəliri əldə etməkdən məhrum olmuş, bu səbəbdən də əldən çıxmış faydaya görə ona 3000 manat ziyan dəymişdir. 2020-ci ilin iyun ayından 2021-ci ilin may ayına kimi ona 9000 manat borc yaranmışdır. Qeyd edilənlərə əsasən. 23.04.2021-ci il tarixdə cavabdeh “Çarbağ" MMC-yə pretenziya məktubu ünvanlayaraq, 2020-ci ilin iyun ayından 2021-ci ilin may ayına kimi 9000 manat borcun və 65 kv.mdən ibarət olan, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini müqavilənin dördüııeü vərəqəsinin sonunda qeyd edildiyi kimi Təbriz küçəsinə baxan istiqamətdə tez bir zamanda təhvil verilməsini, əks halda məhkəməyə müraciət edəcəyimi bildirmişdim. Aradan 1 aydan çox müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər məhkəmənin iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən-işə onların iştirakı olmadan baxmğı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və İddiaçı məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdeh "xxxx" MMC-nin məhkəmə iclasına gəlməməsi ilə yanaşı işə onun iştirakı olmadan baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və İddiaçı izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “kirayə pulunun, maddi ziyanın ödənilməsi və qeyriyaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar