Məhkəmə qərarları › İş №2(005)-2718/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2718/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2718/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və Əmanətlərin Sığortalanması Fonduna qarşı (ləğv prosesində olan Cavabdeh3 ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: hərracın etibarsızlığı; ipotekanın ləğv olunması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və Əmanətlərin Sığortalanması Fonduna qarşı (ləğv prosesində olan Cavabdeh3 ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələri barədə protokolun və ipotekanın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və Əmanətlərin Sığortalanması Fonduna qarşı (ləğv prosesində olan Cavabdeh3 ASC və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələri barədə protokolun və ipotekanın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin “İpoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün” hərracın yekunları barədə 29/02 saylı xx.xx.2022-ci il tarixli Protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsinə və mərhumə anasına məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.1152 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı bağ sahəsinin xx.xx.2013-cü il tarixli, 148/2 saylı ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişinin və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Apellyasiya məhkəməsi mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik gedən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X23 kredit borcunun tutulması, tutmanın ona və cavabdeh mərhumə anam Qüdrət Əsgərovaya məxsus ipoteka predmetlərinə yönəldilməsi, o cümlədən, həmin əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya məhkəməsi Mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik gedən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 2(103)-1735/2020 saylı iş üzrə 11 fevral 2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X8 aid hissədə (kredit borcu üzrə tutmanın həmin şəxsə məxsus ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində) ləğv edilmiş, həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Sözügedən qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 5760/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarı ilə iddiaçı ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1735/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixi Qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı apellyasiya məhkəməsinin 2(103)-1735/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən mərhumə anama məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3185 ünvanında xüsusi mülkiyyətdə olan 0.1152 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı bağ sahəsinin hərrac vasitəsi ilə satılması üçün Sumqayıl şəhəri üzrə icra idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə müvafiq Sifariş verilmiş, sonradan həmin icra orqanının xx.xx.2021-ci il tarixli, 15064/45 saylı məktubu ilə zərurət aradan qalxdığı üçün əmlakıma dair hərracın dayandırması xahiş edilmişdir. Həmçinin qeyd edim ki, eyni icra sənədinə əsasən, Abşeron rayon İcra və Probasiya şöbəsinin 17/75-8İ263 saylı xx.xx.2021-ci il tarixli Sifariş məktubuna əsasən X7 məxsus ilkin satış qiyməti 122000 manat olan Abşeron rayonu Məmmədli kəndində 0.7161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin açıq hərracdan satılması "xxxx" MMC-yə həvalə edilmişdir. Sözügedən sifarişin həyata keçirilməsini təmin edərək tərəfimizdən xx.xx.2021-ci il tarixdə ilkin, xx.xx.2021-ci il tarixdə təkrar hərrac keçirilmişdir. Təəssüf ki, anama sözügedən hərracın keçirilməsinin nəticələri barədə hər hansı bir məlumat təqdim edilməmişdir. Qeyd etməyi zəruri hesab ediıəm ki, Əmanətlərin Sığortalanması Fondunun **********025 saylı, xx.xx.2021 -ci il tarixli məktubuna əsasən, Azərbaycan respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Notariat kontoruna “İpotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə” ərizə ilə müraciət edərək ləğv prosesində olan Cavabdeh3 ASC ilə X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 048 saylı kredit müqaviləsinin təminatı kimi sonuncuya məxsus Abşeron rayonu, Məmmədli kəndində 0.7161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2013-cü il tarixli, 048/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi bildirmiş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən X7 məxsus Abşeron rayonu, Məmmədli kəndində 0.7161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2013-cü il tarixli 048/1 saylı ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişin və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir. Göründüyü kimi, Bakı Apellyasiya məhkəməsinin 2(103)-1735/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X7 məxsus Abşeron rayonu, Məmmədli kəndində 0.7161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2013-cü il tarixli, 048/1 saylı ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildiriş və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmiş və yuxanda qeyd edilən əsaslarla sözügedən ipotekaya xitam verilmişdir. Mərhumə anam X9 qeyd edilən məzmunda Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin anam qoca və xəstə olduğundan məhkəmə iclaslarına gedə bilməmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Nərgiz Tağıyevanın xx.xx.2023-cü il tarixli 2(005)-1502/2023 saylı Qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Həmin ərəfədə yəni, anamın iddia ərizəsi Nərimanov rayon məhkəməsinin icraatında ola- ola, LPO Cavabdeh3 ASC-nin ləğvcdicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh "xxxx" MMC-yə qarşı “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Toğrul Axundov tərəfindən iddianın təmin edilməməsinə dair xx.xx.2024-cii il tarixli, 2(004)-5194/2023 iş üzrə qətnamə çıxarılmışdır. İddiaçı qeyd edilən Qətnamədən Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmişdir. Bakı Apellyasiya məhkəməsi nəzərə almışdır ki, hər iki tərəf hüquqi şəxsdir, məhz bu səbəbdən mülki işi aidiyyatı üzrə Bakı Kommersiya məhkəməsinə göndərmişdir. Bakı Kommersiya məhkəməsinin xx.xx.2024-cü il tarixli (hakim X13), 2-2(113)-3445/2024 saylı Qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Onu da qeyd etmək istəyir ki, X10 xx.xx.2021-ci ildə ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun icraçı direktoru Tural Piriyevə ərizə ilə müraciət edərək LPO Cavabdeh3 ASC-nin hesabına 50 min manat pulu ödəməyi təklif etmiş və ödəmişdir. Bank ilə mövcud qanunvericiliyin tələblərinə zidd olaraq iş icra icraatı mərhələsində ola-ola X23 50000 manat ödəməsini əsassız olaraq nəzərə alıb yerdə qalan borcunun ödənilməsini tələb etmək əvəzinə qeyri-qanuni olaraq onun mülkiyyətində olan torpaq sahəsinin ipoteka yüklülüyündən azad olunmasına dair məktub vermişdir. Belə olduqda borc alanın mülkiyyəti ipoteka yüklülüyündən azad olunursa mərhumə anama məxsus torpaq sahəsi də ipoteka yüklülüyündən azad olunmalıdır. Çünki bankdan pulu məhz X11 götürmüş, həmin puldan anama verməmişdir. İş bütün məhkəmə instansiyalarını keçmişdir, anamın ondan pul almasına dair heç bir sənəd və sübut yoxdur. Həmçinin qeyd etmək istəyirəm ki, Cavabdeh3 X25 məxsus 77000 manat dəyəri olan torpaq sahəsinin satılmasını tələb etmiş olsaydı, cəmdə yəni 127000 manat artıqlaması ilə tam ödənilmiş olardı. X28 Cavabdeh3ın əməkdaşları ilə əlbir olaraq öz torpaq sahəsini ipoteka yüklülüyündən “azad etdirəndən sonra” məndə olan məlumatlara görə 400000 manata satmış, lakin özünün özünün banka olan borcunu tam ödəməmişdir. Beləliklə, mənim “hərracın nəticələri barədə protokolun və ipotekanın ləğv olunması” tələbinə dair iddiam tam əsaslıdır.” İddiaçı xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı iddia ərizəsinə əlavə təqdim edərək, "xxxx" MMC-nin “İpoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün” hərracın yekunları barədə 29/02 saylı, xx.xx.2022-ci il tarixli Protokolunun və onun nəticəsinin etibarsız hesab edilməsinə və mərhumə anası X14ma məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi 3185 ünvanında xüsusi mülkiyyətimdə olan 0,1152 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı bağ sahəsinin xx.xx.2013-cü il tarixli, 148/2 saylı ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişinin, ipoteka yüklülüyünün dövlət qeydiyyatının və ləğv prosesində olan "xxxx" ASC-nin adına verilmiş Çıxarışın ləğv edilməsinə dair Qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs bildirmişdir ki, digər borclularla şərikli olaraq pul götürmüşdürlər, onlar borcun ödənilməsindən yayınmaq üçün bu yollara əl atırlar. Digər borclular onunla yox, atası ilə tanış idilər. Lakin əmlak öz adına olduğu üçün kredit müqaviləsi onunla bağlanmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə digər cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi 3185 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2010-cu il tarixdə X2 adına qeydə alınmışdır. - Bakı Hərrac Mərkəzi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 353/21 saylı 24 sentyabr 2021-ci il tarixli məktubdan (oferta) görünür ki, kredit borcu olan X5 və X2 əmlakı keçirilən hərraclar zamanı satılmamışdır. AR Mülki Məcəlləsinin 405.2 maddəsinə və “İpoteka haqqında” AR qanunun 43.7,43.8 maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə bağlanılması banka təklif olunmuş, xx.xx.2021 il tarixədək əmlakı almadığı halda işin sifarişçi icra şöbəsinə geri qaytarılacağı bildirilmişdir. - "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi 3185 ünvanında yerləşən sahənin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə, yəni 41437 manata "xxxx" ASC tərəfindən əldə olunması məqsədilə alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və s. barədə göstəriş verilməsini xahiş etmişdir. -Sumqayıt şəhər İcra İdarəsi tərəfindən Bakı Hərrac Mərkəzi MMC-yə ünvanlanmış 15064/45 saylı xx.xx.2021 il tarixli məktubdan görünür ki, həmin məktubda Cavabdeh1 icraatında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1735/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X6 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3185 ünvanında xüsusi mülkiyyətdə olan 0.1152 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı bağ sahəsinin hərrac vasitəsi ilə satılması üçün xx.xx.2021-ci il tarixdə müvafiq sifariş verildiyi qeyd edilmiş və zərurət aradan qalxdığı üçün bu əmlaka dair hərracın dayandırılması xahiş edilmişdir. -16 may 2022-ci il tarixli 29/02 saylı hərracın yekunları barədə protokol ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Saray bağlar massivi 3185 ünvanında yerləşən torpaq sahəsi 41437,50 manat məblğinə ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə olunmasına dair protokol tərtib olunmuş, protokol Hərrac Mərkəzi trəfindən imzalansa da, Zaminbank ASC (nümayəndəsi) tərəfindən imzalanmamışdır. - Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 268/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun X3 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh "xxxx" MMC-yə qarşı protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. -Bakı Apeliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2247/2024 sayli xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı LPO Cavabdeh3 ASC-nin ləğvedicisı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apeliyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-268/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3445/2024 saylı qərardadından görünür ki,iddiaçının ərizəsi təmin edilərək, iddiaçı LPO Cavabdeh3 ASCnin (X3 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdeh "xxxx" MMC-yə qarşı protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və alqı- satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. - Bakı Hərrac Mərkəzi tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış 353/21 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X6 məxsus əmlakın xx.xx.2021 il tarixində ilkin hərracı və xx.xx.2021-ci il tarixində təkrar hərrac keçirilmiş, lakin Sumqayıt şəhər üzrə icra idarəsinin 15064/45 saylı xx.xx.2021 il tarixli məktubu ilə iş üzrə icraat dayandırılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi 3185 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2023-cü il tarixdə ləğv prosesində olan Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmışdır. - AZ-İİ seriyalı 447701 saylı ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X9 22 avqust 2024-cü il tarixdə vəfat etmişdir. - 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 01 may 2025-ci il tarixli məktubu ilə müəyyən olunur ki, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə xx.xx.2024-cü ildə vəfat etmiş X2 (FİN: 2HK0SG4) oğlu-İddiaçı “mirasın qəbul edilməsi barədə” ərizə ilə müraciət etmişdir və mirasqoyan X2 vərəsəsidir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, üçüncü şəxsin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. -43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. -43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. - 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. - 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. - 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X7, X6 və Əsgərov Qoşqar Cahan oğluna qarşı iddiası qismən təmin edilmiş, X24 kredit müqaviləsi üzrə 97928 manat əsas, 9211,03 manat faiz borcu olmaqla, cəmi 107139,03 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması; tutmanın ilkin satış qiyməti 122000 manat müəyyən edilməklə X25 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.7161 ha torpaq sahəsinə, ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə Qüdrət Əsgərovaya məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3185 ünvanında xüsusi mülkiyyətdə olan 0.1152 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı bağ sahəsinə və ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə Qoşqar Əsgərova məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-3185 ünvanında mülkiyyətində olan 0.1113 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 49.84 kv.m. yaşayış, 33.06 kv.m. köməkçi sahədən ibarət bağ evinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun Banka ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 11 fevral 2020-ci il tarixli qətnaməsi iləapellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X24 kredit borcunun tutulması, tutmanın ona və cavabdeh Qüdrət Əsgərovaya məxsus ipoteka predmetlərinə yönəldilməsi, o cümlədən, həmin əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1735/2020 saylı iş üzrə 11 fevral 2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X8 aid hissədə (kredit borcu üzrə tutmanın həmin şəxsə məxsus ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində) ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5760/2020 saylı qərarları ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1735/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hisəddə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1735/2020 nömrəli iş üzrə 11 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən, X24 kredit müqaviləsi üzrə cəmi 107139,03 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması; tutmanın ilkin satış qiyməti 122000 manat müəyyən edilməklə X25 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.7161 ha torpaq sahəsinə, ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə Qüdrət Əsgərovaya məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3185 ünvanında xüsusi mülkiyyətdə olan 0.1152 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı bağ sahəsinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun Banka ödənilməsi qət edilmişdir (qətnamə qeyd olunan hissədə-Qüdrət Əsgərovaya münasibətdə dəyişdirilmədən saxlanılmışdır). Qeyd olunan məhkəmə aktının icrası kimi Cavabdeh1 32/5 saylı xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən əmlakın cavabdeh "xxxx" MMC tərəfindən hərracı keçirilmiş və nəticə olaraq 16 may 2022-ci il tarixdə əmlak ipoteka saxlayan Bank tərəfindən əldə olunmuşdur. Bununla razılaşmayan İddiaçı hərracın nəticələrinin etibarsız hesab edilməsi, bankın adına verilmiş çıxarışın ləğv edilməsi və s. ilə bağlı məhkəməyə müraciət etmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir, İddiaçı onun vərəsəsidir. Mülki Məcəlləyə əsasən, qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi əsasında kredit borcunun tutulmasının X7 və X6 məxsus ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifarişlə hazırki iş üzrə cavabdeh hərrac təşkilatına müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra cavabdeh hərrac təşkilatı tərəfindən ipoteka predmeti olan əmlaka dair ilkin və təkrar hərraclar təşkil olunmuşdur. Hazırki mülki iş üzrə ipoteka predmeti olan əmlakın keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması – hərracın baş tutmaması səbəbindən mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri qanunvericiliyə uyğun olaraq 25% azaldılaraq 41437,50 manata ipoteka saxlayan banka təklif olunmuş və bu barədə hərracın yekunları barədə protokol tərtib olunmuşdur. Bundan sonra əmlak xx.xx.2023-cü il tarixdə ləğv prosesində olan Cavabdeh3 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3185 ünvanında yerləşən əmlakın açıq hərracda satılması "xxxx" MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halların təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracın nəticələrinin etibarsızlığına dəlalət edən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığından icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir. Bununla yanaşı məhkəmə tərəfindən tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, bank ilə digər borclu X10 arasında olan razılığa əsasən banka edilmiş ödəniş nəticəsində X3 mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,7161 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yüklülükdən azad edilmişdir. Məhkəmə iddiaçının bununla bağlı - “X3 mülkiyyətində olan əmlak ipoteka yüklülüyündən azad edildiyindən digər əmlakın üzərində olan yüklülüyün dövlət qeydiyyatının da ləğv edilməli olması və s.” dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillər mərhum ipoteka qoyan X6 məxsus olmuş Sumqayıt şəhəri, Saray bağlar massivi, 3185 ünvanında yerləşən əmlakın ipoteka yüklülüyünün ləğv edilməsini şərtləndirmir. Mülki Məcəllənin 139-1.1.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan mənzilə dair hərrac təşkilatı tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokola əsasən, ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh3 ASC-nin adına əmlaka dair hüquqları xx.xx.2023-cü il tarixdə dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Məhkəmə iddianın "xxxx" MMC tərəfindən keçirilmiş hərraca dair protokolun və nəticələrinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair ləğv prosesində olan Cavabdeh3 ASC-nin adına ********** saylı qeydiyyat nömrəsi, **********66 nömrəli reyestr nömrəsi ilə aparılmış çıxarış qeydinin ləğv edilməsi əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması, ipoteka yüklüllüyünün götürülməsi və s. üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə iddiaçının bankın işçiləri barədə xüsusi qərardadın çıxarılmasına dair vəsatəti ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir. İşdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə iddiaçının tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, hazırki işdə cavabdehin və ya başqa şəxslərin hərəkətlərində cinayət əlamətləri aşkara çıxarılmadığından xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və Əmanətlərin Sığortalanması Fonduna qarşı (ləğv prosesində olan Cavabdeh3 ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “"xxxx" MMC-nin “İpoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün” hərracın yekunları barədə 29/02 saylı, xx.xx.2022-ci il tarixli Protokolunun və onun nəticəsinin etibarsız hesab edilməsinə və mərhumə anası X14ma məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi 3185 ünvanında xüsusi mülkiyyətimdə olan 0,1152 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı bağ sahəsinin xx.xx.2013-cü il tarixli, 148/2 saylı ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişinin, ipoteka yüklülüyünün dövlət qeydiyyatının və ləğv prosesində olan "xxxx" ASC-nin adına verilmiş Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və Əmanətlərin Sığortalanması Fonduna qarşı (ləğv prosesində olan Cavabdeh3 ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “"xxxx" MMC-nin “İpoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün” hərracın yekunları barədə 29/02 saylı, xx.xx.2022-ci il tarixli Protokolunun və onun nəticəsinin etibarsız hesab edilməsinə və mərhumə anası X14ma məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi 3185 ünvanında xüsusi mülkiyyətimdə olan 0,1152 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı bağ sahəsinin xx.xx.2013-cü il tarixli, 148/2 saylı ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişinin, ipoteka yüklülüyünün dövlət qeydiyyatının və ləğv prosesində olan "xxxx" ASC-nin adına verilmiş Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar