Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2721/2020 25.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək son 3 il ərzində Cavabdeh tərəfindən İddiaçı ödənilməmiş sabit pul məbləğində aliment - 2017-ci ilin avqust ayının 1-dən 2017-ci ilin dekabr ayının 31-dək 5 ay ərzində ayda 136.6 azn olmaqla 683 manat, 20 İ 8-ci ilin yanvar ayının 1-dən 2018-ci ilin dekabr ayının 31-dək 12 ay ərzində ayda 154 manat olmaqla 12 ay üçün 1848 manat, 2019-cu ilin yanvar ayının 1-dən 2019-ci ilin dekabr ayının 31-dək 12 ay ərzində ayda 160 manat olmaqla 12 ay üçün 1920 manat, 2020-ci ilin 7 ayı üçün yanvar ayının 1-dən iyul ayının 31-dəkayda 170 manatdan olmaqla 1.190 manat, ümumilikdə 3 il (36 ay) ərzində 5641 manat sabit pul məbləğində aliment və xx xxxxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün sabit pul məbləğində ayda 170 manat olmaqla alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edəsiniz. İddiaçı məhkəməyə dəftərxana vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək,son 3 il ərzində Cavabdeh tərəfindən İddiaçı ödənilməmiş sabit pul məbləğində aliment - 2017-ci ilin avqust ayının 1-dən 2017-ci ilin dekabr ayının 31-dək 5 ay ərzində ayda 136.6 azn olmaqla 683 manat, 20 İ 8-ci ilin yanvar ayının 1-dən 2018-ci ilin dekabr ayının 31-dək 12 ay ərzində ayda 154 manat olmaqla 12 ay üçün 1848 manat, 2019-cu ilin yanvar ayının 1-dən 2019-ci ilin dekabr ayının 31-dək 12 ay ərzində ayda 160 manat olmaqla 12 ay üçün 1920 manat, 2020-ci ilin 7 ayı üçün yanvar ayının 1-dən iyul ayının 31-dəkayda 170 manatdan olmaqla 1.190 manat, ümumilikdə 3 il (36 ay) ərzində 5641 manat sabit pul məbləğində aliment və xx xxxxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün sabit pul məbləğində ayda 170 manat olmaqla alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və qızı X1 yox X2 oxunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 2011-ci ildə qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Birgə münasibətlərindən xx xxxxxx 2013cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər normal ər-arvad münasibətlərində yaşamışlar, sonradan münasibətləri pozulmuşdur. Cavabdeh onları tərk edərək çıxıb getmiş və bircə dəfə də olsun övladı ilə maraqlanmamışdır. Uşaqları doğulduqdan sonra ona atalıq hüququnu versə də, bir dəfə də olsun onun maddi xərcləri, səhhəti və tərbiyəsi ilə maraqlanmamışdır. Övladına tək başına baxa bilmədiyi üçün ondan pul tələb etdiyinə görə onunla olan əlaqəsini tamamilə kəsmişdir. Cavabdeh öz istəyi ilə aliment ödəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X9 izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2013-cü il tarixdə verilmiş AZ-İİİ № 059131 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxxxx 2013-cü il tarixdə doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ev 18, mənzil 22-də qeydiyyatdadır. Beləliklə, məhkəmədə tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflərin birgə münasibətindən xx xxxxxx 2013-cü il təvəllüdlü X7 doğulmuş, tərəflərin münasibətləri pozulmuş, az yaşlı uşaqları isə iddiaçı ilə birlikdə yaşayır. İddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 3 illik alimentin ödənilməməsinə görə 5641 manat məbləğində və cavabdehdən hər ay hər uşaq üçün 170 manat məbləğində sabit alimentin tutulmasını xahiş edir. İddiaçı övladının və özünün maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə iddiaçı tərəf cavabdehdən son 3 il ərzində aliment tələb etməsinə dair sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, son 3 il ərzində Cavabdeh tərəfindən İddiaçı ödənilməmiş sabit pul məbləğində aliment - 2017-ci ilin avqust ayının 1-dən 2017-ci ilin dekabr ayının 31-dək 5 ay ərzində ayda 136.6 azn olmaqla 683 manat, 20 İ 8-ci ilin yanvar ayının 1-dən 2018-ci ilin dekabr ayının 31-dək 12 ay ərzində ayda 154 manat olmaqla 12 ay üçün 1848 manat, 2019-cu ilin yanvar ayının 1-dən 2019-ci ilin dekabr ayının 31-dək 12 ay ərzində ayda 160 manat olmaqla 12 ay üçün 1920 manat, 2020-ci ilin 7 ayı üçün yanvar ayının 1-dən iyul ayının 31-dək ayda 170 manatdan olmaqla 1.190 manat, ümumilikdə 3 il (36 ay) ərzində 5641 manat aliment hissəsində iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı tərəf məhkəmə iclasında cavabdehdən son 3 il ərzində aliment tələb etməsinə dair sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində -170 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat miqdarında aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulma vaxtı xx.xx.2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2721/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2721/2020
25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver