Məhkəmə qərarları › İş №2(005)-273/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-273/2022

09.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-273/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4044 manat məbləğində vurulmuş zərər, avtomobilin evakuatorla daşınması üçün ödədikləri 80 manat xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 4154 manat pulun tutulub iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, İddiaçı1 məxsus olan, İddiaçı2 etibarnamə ilə idarə etdiyi “HYUNDAİ i30” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Babək prospekti ilə üzü şəhər istiqamətində hərəkətdə olarkən əlavə yolla hərəkət edən “TOYOTA YARİS” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcı keçmə qaydalarını pozaraq iddiaçının avtomobilinin qabaq sol tərəfindən vuraraq toqquşmuşdur. Hadisə yerinə DYPİ-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişdirlər. “TOYOTA YARİS” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 barədə inzibati tənbeh tədbiri seçilmişdir. AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin TP ******* saylı , xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Yol nəqliyyatı hadisəsi cavabdehin təqsiri üzündən baş verməsi onun barəsində tərtib edilmiş inzibati məsuliyyət barəsində protokolla, yol-nəqliyyat hadisəsinin sxemilə və izahatlarla bir daha təsdiq edilir. İddiaçı iddia ərizəsində qeyd edir ki, ona məxsus olan “HYUNDAİ i30” markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi zamanı maşına maddi ziyan dəymişdir. xx.xx.2021-ci il tarixdə “X7 Service” rəsmi avtoservis tərəfindən tərtib edilmiş Qüsur aktına əsasən onun idarə etdiyi avtomobilə 4044 (dörd min qırx dörd) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh2 yol nəqliyyat hadisəsi zamanı təqsirli bilinsə də, iddiaçıya məxsus olan avtomobilə dəymiş maddi ziyanı ödəməkdən yayınmışdır. İddia ərizəsində qeyd edilmişdir ki, “TOYOTA YARİS” markalı, **- TM-*** dövlət qeydiyyat nişanlı avtomobil digər Cavabdeh1 mülkiyyətində olmuş, ona görə də yüksək təhlükə mənbəyinin mülkiyyətçisi kimi o da məsuliyyyət daşıyır. Məhkəmə iclaslarında İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında: xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli “X7 Service”-in qüsur aktından aktından görünür ki, “HYUNDAİ i30” markalı, **-XY-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş zərərin ümumi həcmi 4044 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 013701 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin istiqamətində daşınmasına görə 30 manat, xx.xx.2021-ci il tarixli 013702 nömrəli qəbzinin surətindən görünür ki, avtomobilin daşınması üçün 50 manat ödənilmişdir. Cavabdeh2 izahatından görünür ki, o xx.xx.2021-ci il tarixdə, saat 18:30 radələrində hadisə baş verən zaman “TOYOTA YARİS” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili, həmin nəqliyyat vasitəsinə etibarnamə ilə sahiblik edən X2 yanında idarə etmişdir. X2 izahatından görünür ki, o, Cavabdeh2 dediklərini təsdiq edir. xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli etibarnamələrin surətlərindən görünür ki, Cavabdeh1 X3 “TOYOTA YARİS” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam verilməsinə dair səlahiyyətləri vermişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, “Hyundai i30” minik markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin istifadəyə yararlı vəziyyətə gətirilməsi uçün 1410 manat tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2022-ci il tarixli, 9/3004 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Hyundai i30” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1410,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh2 idarə etdiyi “Toyota Yaris” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 məxsus olan və etibarnamə ilə İddiaçı2 tərəfindən idarə olunan “Hyundai i30”markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Həmin hal tərəflərin izahatı və iş materialları ilə təsdiq olunur. Bu hal təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə Cavabdeh2 mülki hüquqi məsuliyyəti yaranmışdır. İddia tələbindən göründüyü kimi iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsini tələb edərkən həmin maddi zərəri 4044 manat məbləğində qiymətləndirmişdir. Bu tələblərinin təsdiqi üçün də “X7 Servise” tərəfindən hazırlanmış, xx.xx.2021-ci il tarixli qüsur aktını məhkəməyə təqdim etmişlər. Lakin məhkəmə, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktı ilə "xxxx" MMC–nin hesabatını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2022-ci il tarixli, 9/3004 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini müqayisəli şəkildə təhlil edib, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, vurulmuş zərər məbləğinin əvəzi qismində cavabdehdən iddiaçıların xeyrinə məhz bu rəydə göstərilmiş 1410 manat məbləğində pul tutulmalıdır. Həmçinin mülki işin materiallarında olan qəbzlərin surətləri ilə müəyyən olunmuşdur ki, “Hyundai i30” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin daşınması üçün iddiaçı tərəfində 80 (səksən) manat məbləğində xərc çəkilmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır və təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya dəymiş ziyanı qarşılamaq Cavabdeh2 üzərinə düşür. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 İddiaçı1 məxsus avtomobilə ziyan vurmuşdur. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh2dur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Digər Cavabdeh1 tərəfindən “Toyota Yaris” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, onun üzərində sərəncam vermək hüququ etibarnamə əsasında X3 verilmişdir. Yəni, X4 qanuni əsaslarla sözügedən avtomobilə sahiblik etmişdir. İnzibati tənbeh barədə qərardan da göründüyü kimi, hadisə baş verən vaxt etibarnamə üzrə sahiblik edən şəxs, yəni X4 avtomobildə olmuş, Cavabdeh2 onun yanında avtomobili idarə etmişdir. Bu səbəbdən də onun barəsində AR İXM-nin 332-ci maddəsi ilə tənbeh tətbiq edilməmiş, yalnız İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Beləliklə, Cavabdeh1 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 tərəfindən iddiaçıya məxsus «HYUNDAİ i30 » markalı, **-XY-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş maddi zərərin əvəzi olaraq 1410 manat dəymiş ziyan və 80 manat avtomobilin daşınmasına görə ödənilmiş pulu əvəzi olmaqla, cəmi 1490 manat məbləğinin və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, 10,74 manat dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh2 tutularaq, 100 manat məbləğində pul "xxxx" MMC-nin (VÖEN**********, AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD200093, VÖEN**********, müxbir hesab AZ37NABZ********************, SWİFT AİİBAZ2X) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 tərəfindən iddiaçıya məxsus «Hyundai i30» markalı, **-XY-*** dövlət qeydiyyat nömrəli avtomaşına dəymiş maddi zərərin əvəzi olaraq 1410,00 (bir min dörd yüz on) manat dəymiş ziyan və 80 manat avtonəqliyyat vasitəsinin evakuatorla daşınmasına görə ödənilmiş pulu əvəzi olmaqla, cəmi 1490,00 (bir min dörd yüz doxsan) manat məbləğinin və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, 10,74 manat dövlət rüsumu Cavabdeh2 İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 tutularaq, 100 manat məbləğində pul "xxxx" MMC-nin (VÖEN**********, AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD200093, VÖEN**********, müxbir hesab AZ37NABZ********************, SWİFT AİİBAZ2X) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar