Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2758/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi təzminatın ödənilməsinə dair müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi təzminatın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X12 ilə onun arasında 21 noyabr 2018-ci il tarixində bağlanmış və Notarial qaydada təsdiq edilmiş “Maddi Təminatın ödənilməsinə dair Müqavilənin 01 may 2021-ci il tarixindən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında bağlanmış nikah Nərimanov Rayon Məhkəməsinin 08.02.2016-cı il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Birgə nikahdan doğulmuş uşaqları 14 iyun 1999-cu il təvəllüdlü X4 və 07 noyabr 2000-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Məhkəmənin müəyyən etdiyi alimenti vaxtında və cavabdehin tələb etdiyi məbləğdə ödəməklə 2 dəfə alimentin məbləğinin artırılması barədə tələbinə etiraz etməmişdir. 07 noyabr 2000-ci il təvəllüdlü kiçik qızı yetkinlik yaşına çatdıqdan sonra da onların maddi təminatlarını qarşılamaq məqsədi ilə cavabdehlə 21 noyabr 2018-ci il tarixində notarial qaydada təsdiq olunmuş “Maddi Təminatın ödənilməsinə dair Müqavilə" bağlamışlar. Müqaviləyə əsasən o, 2018-ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin noyabr ayına kimi cavabdehə hər növbəti ayın birinə kimi ayda 600 (altı yüz) manat ödəməyi öhdəmə götürmüşdür. Cavabdeh isə həmin 600 manat pulu uşaqların maddi təminatlarının ödənilməsi üçün xərclənməsini öz öhdəsinə götürmüşdür. Lakin bu müqavilənin icra edilməsinə ehtiyac olmamışdır. Ona görə ki, 2019-cu ilin mart ayınada cavabdeh uşaqlarımla birlikdə yaşamaq üçün mənim yanıma gəldilər. 2020-ci ilin oktyabr ayına kimi bir yerdə yaşamışlar. Bu dövrdə nəinki uşaqlarının eyni zamanda keçmiş həyat yoldaşının da maddi təminat xərclərini o özü çəkmişdir. Cavabdeh 2020-ci ilin oktyabr ayından uşaqlarını da götürərək atası evinə getmişdir. Bu müqaviləni bağlayarkən maddi imkanı yaxşı olmuş və səhhəttində heç bir problem olmamışdır. Hal-hazırda iki dəfə insult keçirmişdir və şəkərli diabetdən əziyyət çəkir. Eyni zamanda kirayədə yaşayır və banklara da kredit borcları var. Ona görə də müqaviləni icra etmək onun maddi imkanları xaricindədir. 22 aprel 2021-ci ildə rəsmi teleqram və məktubla cavabdehə müraciət edərək 29 aprelə kimi Notarusa gəlib qarşılıqlı razılaşmaya əsasən könüllü surətdə müqavilənin ləğv edilməsini bildirsəmdə heç bir cavab verilməmişdir. Ona görə də Notarial qaydada təsdiq edilmiş “Maddi təminatın ödənilməsinə dair müqavilə"nin ləğv edilməsi üçün Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O özü könüllü olaraq uşaqların yetkinlik yaşına çatdıqdan sonra da onların təminatlarını ödəmək üçün hər ay 600 manat ödəməyi öhdəsinə götürmüşdür. İndi isə maddi vəziyyəti ilə əlaqədar olaraq həmin məbləği ödəyə bilmir. Ona görə də hesab edir ki, cavabdehlə aralarında bağlanmış və Notarial qaydada təsdiq edilmiş 21 noyabr 2018-ci il tarixli “Maddi təminatın ödənilməsinə dair Müqavilə"nin ləğv edilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı 02 iyun 2021-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək cavabdeh X12 ilə onun arasında 21 noyabr 2018-ci il tarixində bağlanmış və Notarial qaydada təsdiq edilmiş “Maddi Təminatın ödənilməsinə dair Müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və iddiaya etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh və iddiaçı qismində çıxış edən İddiaçı arasında 21 noyabr 2018-ci il tarixində notarial qaydada Maddi Təminatın ödənilməsinə dair müqavilə bağlamışdır. Müqaviləyə əsasən İddiaçı 2018-ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin noyabr ayına kimi ona yəni X9 hər növbətin ayın birinə kimi ayda 630 (altı yüz)manat ödəməyi öhdəliyinə götürmüşdür. O isə ikinci tərəf olaraq həmin 600 (altı yüz) manat pulu birgə nikahdan olan 14.07.1999 təvəllüdlü X6 və 07.11.2000 təvəllüdlü X2 maddi təminatlarının ödənilməsi üçün xərclənməsini öz öhdəsinə götürmüşdür. Lakin İddiaçı müqavilənin şərtlərinə əməl etməmişdir. Bugünə qədər sadəcə 450 (dörd yüz əlli) manat ödənilmişdir. Onu da qeyd edir ki, müqavilə hər iki qızının on səkkiz yaşı tamam olduqdan sonra qarşı tərəfin öz təklifi və istəyi ilə bağlanmışdır. Aralarında bağlanılan müqavilə Bakı şəhəri 21 saylı notariat konturunun xüsusi notariusu X21 tərəfindən təsdiqlənmişdir. Sonda məcbur olaraq o, 14 oktyabr 2020-ci il Maddi Təminatın ödənilməsinə dair Nizami Rayon məhkəməsinə iddia ərizəsi vermişdir. 03.12.2020 tarixində X28un iştirakı ilə 2(007)-705/2020 saylı iş üzrə iddiaçı qismində məhkəmədə iştirak etmişdir. Eyni zamanda İddiaçı cavabdeh qismində çıxış edib. Hər iki tərəf hakim tərəfindən dinlənilmişdir. Yekun olaraq 01.04.2021 tarixində Nizami Rayon Məhkəməsi X28 tərəfindən onun iddia ərizəsi təmin edilmişdir. İddia ərizəsinə əsasən 21 noyabr 2018-ci il tarixdən 2 mart 2021 tarixinədək 15700 (On beş min yeddi yüz) manat məbləğində pul tutularaq iddiaçı qismində ona (Cavabdeh) ödənilməlidir. Qətnamə ona 04.05.2021-ci il tarixində çatdırılmışdır. İddiaçı bunu bilərək, sözü gedən müqavilənin qüvvədən düşməsi ücün bu dəfə də Nərimanov Rayon Məhkəməsinə müraciət edir. İddiaçı yüksək gəlirə sahib olmasına baxmayaraq heç bir zaman ev almaq arzusunda olmamışdır. Evli olduqları müddətdə onunla bərabər o və uşaqları (X10 vı X7) kirayələrdə qalmışlar. Həm də ən pis şəraitli evlərdə belə 29.12.2014 ildən o, Cavabdeh qızları ilə birlikdə ata evində yaşayır. Rəsmi boşanma isə 08.02.2016-cı ildə Nərimanov rayon Məhkəməsində qət edilmişdir. 15 ay ərzində isə onun və qızlarının bütün xərclərini valideynleri ödəyib. Bu barədə isə İddiaçı öz iddia ərizəsində heç bir şey göstərməmişdir. Onun hər iki valideyni təqaütçüdür və bu günə kimi ona və qızlarına dəstək olurlar. Bu günə qədər İddiaçı şifahi verdiyi heç bir sözü tutmamışdır.Tək ümidi yazılı surətdə və notarial qaydada təsdiqlənmiş maddi təminatın ödənilməsinə dair müqavilədir. Hal-hazırda qızlarının müqavilədə göstərilmiş 600 manat məbləğə (hər ay olmaqla) ehtiyacları var. İddiaçı 26 sentyabr 2020 -ci il tarixdə ona xəsarət yetirmiş və dəfələrlə təhqir etmişdir. Nəticədə burun sümüyüm 2 yerdən sınmış,ağız nahiyəm partlamışdı. Mən onun səhhəti ilə yaxından maraqlanmışdır, hər cür köməklik göstərmişdir. Cavabdeh isə ona xəsarət yetirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan maddi təminatın ödənilməsinə dair 21.11.2018-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22.06.1999-cu il tarixli Bakı şəhəri Nərimanov VVADQ şöbəsində qeydə alınmış 269 nömrəli akt qeydinin pozulmasını Nərimanov Rayon Məhkəməsi qət etmiş və bununla bağlı 06.02.2016-cı il tarixil İş № 2C005)-367/2016 nömrəli Qətnamə çıxarılmışdır. Birgə nikahdan doğulmuş uşaqlarının 14 iyun 1999-cu ildə doğulmuş X11 və 07 noyabr 2000-ci ildə doğulmuş X8) Universitetlərdə təhsil almaları və onların digər maddi təminatlarının ödənilməsi üçün uşaqların atası- İddiaçı 2018-cı ılm noyabr ayından başlayaraq 2023 - cü ilin noyabr ayına kimi hər növbəti ayın 1-nə kimi ayda 600 manat ödənilməsini öz öhdəsina götürür. 2-ci tərəf Cavabdeh isə onun 600 manat oulun uşaqların (14 iyun 1999-cu: ildə doğulmuş X10 və 07 noyabr 2000-ci ildə doğulmuş X7) maiddi təminatlarının ödənilməsi uçun xərclənməsini öhdəsinə götürür. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 22 aprel 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, aralarında 21 noyabr 2018-ci il tarixdə maddi təminatın ödənilməsinə dair Notarial qaydada təsdiq olunmuş müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv olunması üçün 29 aprel 2021 ci il tarixə kimi Notariusa gəlməyi xaiş edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01.014.2021-ci il tarixli 2(007)-705/2021-ci il tarixli qətnaməsinin məzmunundan və surətindən görünür ki, iddia təmin edilərək, cavabdeh İddiaçı 15700 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-349/2020 saylı, 26.11.2020-ci il tarixli hökmünün məzmunundan və surətindən görünür ki, İddiaçı 2020-ci ilin sentyabr ayının 26-da, saat 16:00 radələrində yaşadıqları ünvan 1 ünvanında yerləşən mənziiin qonaq otağında keçmiş arvadı X13 ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı Yunis Abdullayev qəsdən yumruqla iki dəfə sonuncunun sifət nahiyyəsindən vuraraq ona burun sümüyünün qapalı, yerdəyişən sınığı, burun qanaxması, burunun qopması ilə nəticələnən sağlamlığa Az Ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Nəticədə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1ci maddəsinə əsasən İddiaçı üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət edilməsi, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yeıini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti İddiaçı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, İddiaçı təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, İddiaçı məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 432.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında maddi təminatın ödənilməsinə dair 21.11.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İddiaçı 2018-ci ilin noyabr ayından başlayaraq 2023-cü ilin noyabr ayına kimi Cavabdeh hər növbəti ayın birinə kimi ayda 600 (altı yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə həmin 600 manat pulu uşaqların maddi təminatlarının ödənilməsi üçün xərclənməsini öz öhdəsinə götürmüşdür. Lakin sonradan müqavilə şərtlərinin İddiaçı tərəfindən pozulması nəticəsində Cavabdeh ona qarşı Bakı Şəhəri Nizami Rayon Məhkəməsində maddi təminatın ödənilməsinə dair iddia qaldıraraq İddiaçı 21 noyabr 2018- ci ildə onunla bağladığı maddi təminatın ödənilməsinə dair müqavilənin şərtlərinə əməl etməsini təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01.014.2021-ci il tarixli 2(007)-705/2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı 15700 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. Göründüyü kimi hazırda ləğv edilməsi tələb edilən müqavilə digər məhkəmə qətnaməsi ilə mötəbər sübut kimi qiymətləndirilmiş və onun əsasında qətnamə çıxarılaraq İddiaçı 15700 manat məbləğində pul tutulmuşdur. Həmçinin məhkəmə tərəflər arasında müqavilənin bağlanması zamanı qanunvericiliyin normalarının pozulmasına dair hər hansı bir hal aşkar etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “maddi təzminatın ödənilməsinə dair müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi təzminatın ödənilməsinə dair müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2758/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2758/2021
02.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver