Məhkəmə qərarları › İş №2(005)-2759/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2759/2020

07.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2759/2020 07.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Ədilova Solmaz İmran qızı İddiaçı Cavabdeh qarşı “ qalıq aliment borcunun ödənilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “ qalıq aliment borcunun ödənilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızları Vəliyeva Nuranə üçün xx.xx.2019-cu ildə Nərimanov Rayon Məhkəməsinin təyin etdiyi 160 manat pul məbləğinin hər ay fasiləsiz göndərməyini və göndərdiyi alimentin yəni 150 manatın üzərindən qalan 10 manatın hər ay hesablanaraq ödənilməsinin tələb edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərkən prosessual qanunvericiliyin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərkən onun formasına və məzmununa və ərazi aidiyyətinə dair qanunla müəyyən edilmiş zəruri tələblərə riayət olunması iddianın məhkəmədə baxılmasının mümkünlüyü baxımından mühüm şərtlərdən biridir. İddia ərizəsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun ödənilməsi tələb olunur. Hesab edirəm ki, hazırki işə iddia icraatı qaydasında baxılması mümkün deyil. Hazırki mübahisəli məsələ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş mülki işin davamı olaraq, əgər buna əsas yaranırsa, həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətinin (qəbul etdiyi qərarın) yaxud hərəkətsizliyinin qanuniliyi məhkəmədə mübahisələndirilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM– nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda İddiaçı izah edilir ki, o, Cavabdeh tərəfindən icra sənədinin tam icra edilməməsi ilə əlaqədar məcburi icra tədbirlərinin görülməsi üçün müvafiq icra və probasiya şöbəsinə müraciət etməli, razı qalmadığı təqdirdə isə məhkəmədə icra məmurunun hərəkət yaxud hərəkətsizliyini mübahisələndirməlidir. Şərh olanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı “ qalıq aliment borcunun ödənilməsinin təmin edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar