Məhkəmə qərarları › İş №2(005)-2782/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2782/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2782/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının, İbrahimova Ramilə Namiq qızının katibliyi, Cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 oglunun iştirakı ilə, İddiaçı Məhiyəddin oğlunun cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məhiyəddin oğlu cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Məhiyəddin oğlunun cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta hadisəsi nəticəsində istismara yararsız vəziyyətə düşmüş, sığorta olunmuş, **-PV-*** dövlət qeydiyyat nişanlı “KİARİO” markalı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan 2.300 (iki min üç yüz) manat məbləğində sığorta ödənişinin sığorta olunar şəxs kimi ona ödənilməsi vəzifəsinin cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə həvalə edərək, həmin məbləğin və 1.180 (bir min bir yüz səksən) manat məbləğində dəbə pulunun cavabdehdən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Məhiyəddin oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti ilə “AZ. KİA MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan xx xxxxxxx 2018 ci il tarixli müqaviləyə görə “Kia Rio” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta təminatı verilmişdir. Bundan başqa, həmin avtomobil İddiaçı istifadəsində olmuşdur. xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokola görə “DAEWOO ESPERO” markalı **-SM-*** qeydiyyat nişanlı avtomobil “Kia Rio” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu zaman “DAEWOO ESPERO” markalı **-SM-*** qeydiyyat nişanlı avtomobili idarə edən X12 yol nəqliyyat hadisəsinin törədilməsində təqsirkar bilinərək Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X2 verdiyi xx xxx 2020-ci il tarixli qərarına görə İddiaçı idarə etdiyi “Kia Rio” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma zamanı təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Eyni zamanda, Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortalanması üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış tərtib edilmişdir. Bu arayışın 1.2-ci bəndinə görə “DAEWOO ESPERO” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X10 olmuş, X12 avtomobilin sürücüsü olmuşdur. Arayışın 2.1.2-ci bəndinə görə əmlakına zərər vurulan mülkiyətçi “AZ. KİA MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla, hadisə zamanı avtomobili idarə edən şəxs X1r. İddiaçı idarə etdiyi avtomobilin qabaq hissəsi zədələnmişdir. Cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti ilə “AZ. KİA MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə uyğun olaraq “AZ. KİA MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyəti sığorta hadisəsinin baş verdiyini səbəb gətirərək, xx xxxx 2020-ci il tarixdə cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə məktubla müraciət edərək xx xxx 2020-ci il tarixdə H.Aslanov küçəsi ilə M.Hüseynov küçəsinin kəsişdiyi yerdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı **-PV-*** dövlət qeydiyyat nişanlı “KİA RİO” markalı avtomobilə maddi ziyan dəyməsini bu səbəbdən avtomobilin təmirini təmin etmək və dəymiş maddi zərərin ödənilməsini istəmişdir. Eyni zamanda yol nəqliyyat hadisəsi baş verdiyi gün xx xxx 2020-ci il tarixdə cavabdeh sığorta hadisəsinin baş verməsinə dair xəbərdar edilmişdir. Bundan başqa, xx xxx 2020-ci il tarixdə H.Aslanov küçəsi ilə M.Hüseynov küçəsinin kəsişdiyi yerdə baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin rəisinə müraciət edərək hadisə ilə bağlı toplanmış sənədlərin verilməsini istəmişdir. Göründüyü kimi, sığorta hadisəsi baş vermişdir, cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə və qanuna müvafiq olaraq **-PV- *** dövlət qeydiyyat nişanlı “KİA RİO” markal avtomobilə dəymiş maddi ziyanı ödəməlidir. Lakin cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti xx xxxx 2020-ci il tarixli məktubu ilə sığorta hadisəsi barədə onlara 24 (iyirmi dörd) saat ərzində xəbər verilmədiyini bəhanə edərək sığorta ödənişi etməkdən imtina etmişdir. Sığorta şəhadətnaməsinə görə sığorta müddəti xx xxxxxxx 2018-ci ildən xx xxxxxxx 2021-ci illəri əhatə etməklə sığorta haqqı 1.043,46 (bir min qırx üç manat qırx altı qəpik) manat məbləğində təşkil edir. Bundan başqa İddiaçı hər ay xx xxx 2020-ci il tarixdən yol nəqliyyat hadisəsindən sonra müqaviləyə uyğun olaraq avtomobil işləmədiyi və gəlir gətirmədiy halda “AZ. KİA MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyətinə 590 (beş yüz doxsan) manat məbləğində pul ödəyir. Bu səbəbdən cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti İddiaçı Məhiyəddin oğluna 2.300 (iki min üç yüz) manat məbləğində sığorta müqaviləsi üzrə dəymiş zərəri və 1.180 (bir min bir yüz səksən) manat məbləğində dəbbə pulunu ödəməlidir. İddiaçı Məhyəddin oğlu iddia tələbinin həcminin artıqılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Məhiyəddin oğlunun cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta hadisəsi nəticəsində istismara yararsız vəziyyətə düşmüş, sığorta olunmuş, **-PV- *** dövlət qeydiyyat nişanlı “KİA RİO” markalı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan 3.540 (üç min beş yüz qırx) manat məbləğində sığorta ödənişinin sığorta olunar şəxs kimi ona ödənilməsi vəzifəsinin cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə həvalə edərək, həmin məbləğ və 2.400 (iki min dörd yüz) manat məbləğində dəbə pulu olmaqla, cəmi 5.940 (beş min doqquz yüz qırx) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək qeyd edilmişdir ki, “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti ilə “Kia Motors AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx xxxxxxx 2018-ci il tarixdə MC********** nömrəli sığorta müqaviləsi bağlanmış və “Kia Rio” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta şirkəti tərəfindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş hadisə barədə raportda həmin avtonəqliyyat vasitəsinin xx xxx 2020-ci il tarixdə qəzaya uğradığı və bu barədə “AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2020-ci il tarixdə məlumat verildiyi qeyd edilmişdir. Beləliklə, hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və ya hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı hal mövcud olmadığı halda hadisə barədə cəmiyyətə dərhal deyil, hadisədən 4 (dörd) gün sonraməlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin922.1-ci maddəsinə əsasənsığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “Kia Motors AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış sığorta şəhadətnaməsinə əlavə edilmiş “Avtomobil nəqliyyatı vasitələrinin X6”nın 12.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan sonra mümkün olan ən qısa müddət ərzində, lakin 24 (iyirmi dörd) saatdan gec olmamaq şərtilə sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.Əlavə olaraq qeyd edilməlidir ki, zərər dəymiş “Kia Rio” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra hadisə yerindən aparılmaqla, sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs həmin Məcəllədə göstərilən hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.5-ci maddəsinə əsasən zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bununla da, yuxarıda göstərilənlər nəzərə alınaraq hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi xx xxx 2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin verilməsi haqqında cəmiyyətin qərarı qanuni və əsaslı olduğu üçün İddiaçı “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul və dəbbə tələbinə dair” iddiasının rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 oglu iddia tələbini qəbul etməyərək, İddiaçı Məhiyəddin oğlunun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılıb, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı Məhiyəddin oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı Məhiyəddin oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 Qeydiyyat və İmtahan İdarəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş AD seriyalı 357270 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2017-ci il buraxılışlı “Kia Rio” markalı **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobil “Az. Kia Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur; “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti ilə “Kia Motors AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli MC********** nömrəli sığorta müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqavilə ilə “Kia Rio” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta şirkəti tərəfindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir; Az. Kia Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 21 nömrəli vəkalətnamənin məzmunundan görünür ki, X3 və İddiaçı Məhiyəddin oğluna müvafiq cəmiyyət tərəfindən “Kia Rio” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsinə dair xx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək etibarnamə verilmişdir; Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinin polis kapitanı X5 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolun və TP seriyalı ******* nömrəli xx xxx 2020-ci il tarixli qərarının surətindən və məzmunundan görünür ki, xx xxx 2020-ci il tarixdə saat 15:00-da H.Aslanov-M.İbrahimov küçələrinin kəsişməsində “DAEWOO ESPERO” markalı **-SM-*** qeydiyyat nişanlı avtomobil “Kia Rio” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu zaman “DAEWOO ESPERO” markalı **- SM-*** qeydiyyat nişanlı avtomobili idarə edən X12 yol nəqliyyat hadisəsinin törədilməsində təqsirkar bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələri ilə 60 (altmış) manat məbləğində cərimə edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə tərtib edilmiş xx xxx 2020-ci il tarixli arayışın məzmunundan görünür ki, “DAEWOO ESPERO” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X10 olmuş, X12 avtomobilin sürücüsü olmuşdur (1.2-ci bənd). Əmlakına zərər vurulan mülkiyətçi “AZ. KİA MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla, hadisə zamanı avtomobili idarə edən şəxs X1r. İddiaçı idarə etdiyi avtomobilin qabaq hissəsi zədələnmişdir (2.1.2-ci bənd); “Kia Motors AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq qüsur aktının surətindən və məzmunundan görünür ki, “Kia Rio” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3.470,47 (üç min dörd yüz yetmiş manat qırx yeddi qəpik) manat məbləğində ziyan dəymişdir; “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin “Kia Motors AZ” Məhdud Məsuliyyətinə ünvanladığı xx xxxx 2020-ci il tarixli AS-20/886 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti ilə “Kia Motors AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx xxxxxxx 2018-ci il tarixdə MC********** nömrəli sığorta müqaviləsi bağlanmış və “Kia Rio” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta şirkəti tərəfindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş hadisə barədə raportda həmin avtonəqliyyat vasitəsinin xx xxx 2020-ci il tarixdə qəzaya uğradığı və bu barədə “AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2020-ci il tarixdə məlumat verildiyi qeyd edilmişdir. Beləliklə, hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və ya hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı hal mövcud olmadığı halda hadisə barədə cəmiyyətə dərhal deyil, hadisədən 4 (dörd) gün sonraməlumat verilmişdir. “Kia Motors AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış sığorta şəhadətnaməsinə əlavə edilmiş “Avtomobil nəqliyyatı vasitələrinin X6”nın 12.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan sonra mümkün olan ən qısa müddət ərzində, lakin 24 (iyirmi dörd) saatdan gec olmamaq şərtilə sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Bununla da, yuxarıda göstərilənlər nəzərə alınaraq, hadisə ilə bağlı sığota ödənişinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, baş vermiş hadisə üzrə təqsirkar “DAEWOO ESPERO” markalı **-SM-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü olduğundan və həmin avtomobilin mülki məsuliyyəti icbari qaydada “xxxxxxxxxxxxxxxxxx” X13 Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış olduğundan sığorta ödənişini qarşı tərəfin mülki məsuliyyətini sığortalamış sığortaçıdan alınması tövsiyyə edilmişdir; xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Məhiyəddin oğlu müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir; 924.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir; 933.1.3-cü maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdəndir; 935.1.1-ci maddəsinə əsasən zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir; Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti ilə “Kia Motors AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx xxxxxxx 2018-ci il tarixdə MC********** nömrəli sığorta müqaviləsi bağlanmış və “Kia Rio” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta şirkəti tərəfindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş hadisə barədə raportda həmin avtonəqliyyat vasitəsinin xx xxx 2020-ci il tarixdə qəzaya uğradığı və bu barədə “AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2020-ci il tarixdə məlumat verildiyi qeyd edilmişdir. Beləliklə, hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və ya hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı hal mövcud olmadığı halda hadisə barədə cəmiyyətə dərhal deyil, hadisədən 4 (dörd) gün sonraməlumat verilmişdir. “Kia Motors AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış sığorta şəhadətnaməsinə əlavə edilmiş “Avtomobil nəqliyyatı vasitələrinin X6”nın 12.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan sonra mümkün olan ən qısa müddət ərzində, lakin 24 (iyirmi dörd) saatdan gec olmamaq şərtilə sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Bununla da, yuxarıda göstərilənlər nəzərə alınaraq, hadisə ilə bağlı sığota ödənişinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq, baş vermiş hadisə üzrə təqsirkar “DAEWOO ESPERO” markalı **-SM-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü olduğundan və həmin avtomobilin mülki məsuliyyəti icbari qaydada “xxxxxxxxxxxxxxxxxx” X13 Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış olduğundan sığorta ödənişini qarşı tərəfin mülki məsuliyyətini sığortalamış sığortaçıdan alınması tövsiyyə edilmişdir. İddiaçı Məhyəddin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Məhiyəddin oğlunun cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta hadisəsi nəticəsində istismara yararsız vəziyyətə düşmüş, sığorta olunmuş, **-PV-*** dövlət qeydiyyat nişanlı “KİA RİO” markalı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan 3.540 (üç min beş yüz qırx) manat məbləğində sığorta ödənişinin sığorta olunar şəxs kimi ona ödənilməsi vəzifəsinin cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə həvalə edərək, həmin məbləğ və 2.400 (iki min dörd yüz) manat məbləğində dəbə pulu olmaqla, cəmi 5.940 (beş min doqquz yüz qırx) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, cavabdeh sığorta şirkəti tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə (sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir) və “Kia Motors AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış sığorta şəhadətnaməsinə əlavə edilmiş “Avtomobil nəqliyyatı vasitələrinin X6”nın 12.1-ci maddəsinə əsasən (sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan sonra mümkün olan ən qısa müddət ərzində, lakin 24 (iyirmi dörd) saatdan gec olmamaq şərtilə sığortaçıya və ya onun nümayəndəsinə xəbər verilməlidir) hadisə ilə bağlı sığota ödənişinin verilməsindən haqlı olaraq imtina olunmuşdur. Eyni zamanda, “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti ilə “Kia Motors AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx xxxxxxx 2018-ci il tarixdə MC********** nömrəli sığorta müqavilə üzrə İddiaçı Məhiyəddin oğlu tərəf olmadığından, müvafiq iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən İddiaçı Məhiyəddin oğlunun iddiası rədd edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Məhiyəddin oğlunun hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Məhiyəddin oğlunun cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi isə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məhiyəddin oğlunun cavabdeh “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar