Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2783/2023 07.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 550 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı noyabr ayının əvvəlləri 2021-ci ildən 2022-ci ilin sentyabr ayının 15-nə qədər elektrik işlərini yerinə yetirmişdir. "xxxx" Firmasına məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, 2-ci Sosial evlər şəhərciyi bina 41 üzrə öhdəliyinə götürdüyü işləri yerinə yetirmiş və təhvil vermişdir. Şəxsiyyət vəsiqəsini verməsinə baxmayaraq sonradan məlum olub ki, onun adına müqavilə yoxdur və onu aldadaraq işlədiblər. Həmçinin şirkətin icraçı direktoru Məmmədov Asəf, Şirkətin direktorunun müavini Pənah müəllim onlara dəfələrlə söz veriblər ki, onlar işləyib təhvil versinlər, onların pulları veriləcəkdir. İddiaçının ərizəsi əsasında Cavabdeh qismində cəlb edilmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək "xxxx" Firmasının cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o, əvvəlcə "xxxx" Firmasında işləmiş, daha sonra oradan çıxmış, Cavabdeh rəhbərliyi altında "xxxx" Firmasının sifarişi əsasında təmir-tikinti işlərini həyata keçirmişlər. Binada elektrik işlərinin görülməsi barədə Yasər ilə razılığa gəlmişlər. İşləri görməyinə baxmayaraq, Yasər onların pullarının hamısını verməmiş, 550 manat borcu qalmışdı. Onlar 2021-ci ilin noyabr ayından 2022-ci ilin sentyabr ayının 15-nə qədər orada işləmişlər. Onun kimi bir neçə nəfərin də pulu Yasər tərəfindən ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" Firması (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, HİF/2020/HV/12/01 saylı müqavilədən görünür ki, podratçı müqavilədə müəyyən edilmiş işləri yerinə yetirməyi, sifarişçi isə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" firmasının Hövsan qəsəbəsində inşa etdiyi 41/46 №li binaların layihə rəhbəri Məmmədli Kənan, mühəndis elektriki Talıbov Yaşar, 41 və 44 №li binaların baş icraçısı Orucov Etibar, sahə elektriki Qasımlı Elnur, subpodratçının nümayəndəsi Mustafayev Mirsəməd görülmüş elektrik işlərinə baxış keçirmiş və heç bir problem aşkar edilmədiyini imzaları ilə təsdiq etmişlər; İddiaçı göndərilmiş X5 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2022-ci lin yanvar ayından xx.xx.2022-ci il tarixədək hüquqi şəxs Cavabdeh tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyindən, sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir; Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə Hövsan qəsəbəsində birlikdə işləmişdir. Onlar birlikdə elektrik işləri görmüşlər. Bina "xxxx" Firmasına məxsusdur, podratçı isə Cavabdehdir. Onlar Yasərin pul vermədiyini gördükdə işləri dayandırıblar. Şirkətin məsul işçiləri onlara bildiriblər ki, işlərini tamamlasınlar və pul barəsində narahat olmasınlar. Onlar işlərini bitirdikdən sonra onlara bildiriblər ki, onlar Cavabdehlə müqavilə bağlamışlar və pullarını ondan istəməlidirlər. Daha sonra məlum olub ki, Cavabdeh onlarla rəsmi şəkildə müqavilə bağlamamışdır. Onlar müqavilələri olmadığını öyrəndikdən sonra Əmək Müfəttişliyinə müraciət ediblər. Onlar da Cavabdeh barəsində cərimə tətbiq edib. Bundan sonra Yasər onlara bildirib ki, şikayət etdikləri üçün onlara pulu verməyəcəkdir; Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, onlar iddiaçı ilə Hövsan qəsəbəsində birlikdə işləmişlər. Onlar birlikdə elektrik işlərini görmüşlər. Onları Yasər işlətmiş və pullarını verməmişdir. Onlar işlərini yarımçıq saxladıqları zaman "xxxx" Firmasının işçiləri onlara deyiblər ki, işləri tamamlasınlar və daha sonra pullarını ala bilərlər. X4 müraciət etdikdən sonra Cavabdeh cərimə edilmişdir. Bundan sonra Yasər onlara deyib ki, onlara pulu verməyəcək. Ancaq məhkəmə qaydasında ondan pulu ala bilərlər. Onlar da hər biri ayrılıqda məcbur qalaraq məhkəməyə iddia ərizələri vermişlər. Yasər, İddiaçı 550 manat pul borclu qalmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" Firması ilə Cavabdeh arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Cavabdeh müqavilə üzrə podratçı olmaqla, müqavilədən irəli gələn elektrik işlərinin yerinə yetirilməsi üçün İddiaçı ilə razılaşmışdır. Sonradan tərəflər arasında münasibətlər gördüyü işlərin cavabdeh tərəfindən tam ödənilməməsi səbəbindən pozulmuşdur. İddiaçı gördüyü işlər müqabilində cavabdehin ona ödəməli olduğu pul məbləğini tam ödəmədiyinə istinad edərək, ödənilməli olan 550 manat pulun məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 442 və 448.1-ci maddələri). Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddələrin məzmunundan göründüyü kimi öhdəlik münasibətlərinin iki əsas tərəfi mövcuddur: borclu və kreditor. Tərəflər arasında öhdəlik münasibətlərinə görə, hər iki tərəf aralarındakı razılaşmanın hüquqi xarakterinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Qanunverici kreditorun öhdəliklərini icra etməməsi nəticəsində borcluya ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ verir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar, o cümlədən şahid ifadələrindən görünür ki, cavabdeh iddiaçını əmək müqaviləsi bağlamadan işlətmiş və onun əməyinin qarşılığını tam şəkildə ödəməmişdir. Bu səbəbdən cavabdeh barəsində iddiaçının şikayəti əsasında İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında işlərin görülməsi və onun dəyərinin ödənilməsi ilə bağlı şifahi razılaşma bağlansa da, cavabdeh həmin razılaşmaya əməl etməmişdir. Belə ki, işlərin iddiaçı tərəfindən qüsursuz təhvil verilməsi sənədləşdirilmişdir, bu hal onun tərəfindən təqdim edilmiş akt ilə təsdiq olunur. Nəticə etibarilə iddiaçı öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh onun gördüyü işlərin dəyərini ödəməmiş, bununla da öz öhdəliklərini pozmuşdur. Bu, həmçinin "xxxx" Firmasının nümayəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatlarla, eləcə də iddiaçının X1 etdiyi müraciət və şahid ifadələri ilə təsdiq olunur. Halbuki mülki qanunvericilik şifahi və ya yazılı olmasından asılı olmayaraq müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Məhkəmə hesab edir ki, müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidir. Öhdəliyin məbləğinə gəlincə qeyd olunmalıdır ki, iddiaçı gördüyü işlərin müqabilində 550 manat pulun ödənilməli olduğunu bildirir. Bunu həmçinin şahidlər də öz ifadələrində təsdiq etmişlər. Cavabdeh isə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və həmin halı təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı yerinə yetirdiyi işlərin dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 550 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2783/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2783/2023
07.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver