Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2814/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı Qədimova (Orucova) Nuranə Firdovsi qızının iştirakı ilə, İddiaçı Qədimova (Orucova) Nuranə Firdovsi qızının Cavabdeh qarşı “əlavə xərclərə cəlb olunma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qədimova (Orucova) Nuranə Firdovsi qızı Cavabdeh qarşı “əlavə xərclərə cəlb olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşağın zəruri müalicəsi üçün əlavə xərclərə cəlb edərək axırıncıdan onun xeyrinə sabit pul məbləğində hər ay 200 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2015-ci il tarixdə X3 anadan olmuşdur. Nərimanov rayon məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaq onun himayəsində saxlanılmış və cavabdehdən onun xeyrinə aliment tutulması qət edilmişdir. Həmin vaxtdan cavabdehin işlədiyi təşkilatdan müəyyən edilmiş aliment ona ödənilsə də, cavabdeh yenə də uşağın tərbiyəsində iştirak etmir. Uşağın səhhətində problemlər olduğu üçün tez-tez həkimlərə müraciət etməli olur. Uşaq anadan olan vaxtdan həkim nəzarətindədir, özü işləyə bilmir, maddi vəziyyəti çox aşağıdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçı ilə birgə nikahdan doğulmuş övladı sağlamdır,hər hansı sıradan kənar xəstəliyi(hamı üçün normal sayılan mövsümi soyuq dəymələr və digər xırda nasasızlıqlar xaric) yoxdur.Birgə yaşadığı 3 il ərzində də uşağın səhhəti normal olmuşdur.Hazırda iddia ərizəsinə əlavə olunmuş tibbi sənədlər də uşağın sağlam olmasını göstərir,analiz nəticələri norma daxilindədir.Beləliklə iddiaçı tərəfindən MPM-nin 77.1 maddəsi pozulmuş,iddia sübut olunmamışdır.İddiaçı dəfələrlə ərizəsində maddi imkansızlıqdan şikayət edir,halbuki,o daha əvvəl övladla bağlı mübahisədəİH Qəyyumluq şöbəsində 3 otaqlı mənzili olması,yaxşı maddi vəziyyəti olmasını qeyd etmişdir.Bundan başqa iddiaçı iddiada göstərdiyi ünvanda olan mənzil,müasir,abad yaşayış kompleksindədir. Orada mənzillərin qiyməti 60.000 manatdan başlayır,kirayəsi isə ayda 400 manat və daha bahadır. Məhkəmə iclasında iddiaçı Qədimova (Orucova) Nuranə Firdovsi qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək, cavabdeh tərəfin etirazını nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 5 saylı ASAN xidmət Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ № 676914 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə X3 doğulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2016-cı ildə 69 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ 343813 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Qədimova (Orucova) Nuranə Firdovsi qızı ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixində 281 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, qeyd olunan tarixdə Qədimli Qəhrəman üçün “Referans klinik laboratoriya Mərkəzinə və Poliklinik”ə 2 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, qeyd olunan tarixdə Qədimli Qəhrəman üçün “Referans klinik laboratoriya Mərkəzinə və Poliklinik”ə 87 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, qeyd olunan tarixdə Qədimli Qəhrəman üçün “Referans klinik laboratoriya Mərkəzinə və Poliklinik”ə 35 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, qeyd olunan tarixdə Qədimli Qəhrəman üçün “Referans klinik laboratoriya Mərkəzinə və Poliklinik”ə 174 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, qeyd olunan tarixdə Qədimli Qəhrəman üçün “Referans klinik laboratoriya Mərkəzinə və Poliklinik”ə 50 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, qeyd olunan tarixdə Qədimli Qəhrəman üçün “Referans klinik laboratoriya Mərkəzinə və Poliklinik”ə 107 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan ambulator xəstənin tibbi vərəqəsinən çıxarışdan görünür ki, X1 müayinəsi zamanı müəyyən olunmuşdur: ildə bir dəfə EXO müayinəsi məshələt görülür, qanın ümumi analizi zamanı insulin normadan aşağıdır, ildə bir dəfə qanda şəkər və insulin səviyyəsinə diqqət edilməlidir. Uşaqda yuxarı tənəffüs yollarının kəskin infeksiya əlamətləri- rinit, burun tutqunluğu var. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İN-X/O-298/2019 saylı AR İqtisadiyyat Nazirliyinin verdiyi arayışdan görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixindən AR İqtisadiyyat Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin Regionlarla iş sektorunun məsləhətçisi vəzifəsinə işə qəbul edilib, hal-hazırda həmin şöbənin Regionlarla iş sektorunun baş məsləhətçi vəzifəsində işləyir. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, X1 yetkinlik yaşına çatana qədər Cavabdeh alimentin tutulması qət olunmuşdur. Uşağın səhhətində problemlər olduğu üçün iddiaçı Qədimova (Orucova) Nuranə Firdovsi qızı tez-tez həkimlərə müraciət etməli olur və onun ümumi müayinə və müalicəsinə mütəmadi olaraq pul tələb olunur. İldə bir dəfə EXO müayinəsi olunmalı, qanda şəkər və insulin səviyyəsinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, valideynlər hər ikisi uşaqlarını saxlamağa borclu olduğundan iddia təmin edilməli, Cavabdeh hər ay sabit pul məbləğində 100 (bir yüz) manat əlavə xərclərə dair çəkilən pul məbləği iddiaçı Qədimova (Orucova) Nuranə Firdovsi qızının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 əlavə çəkilən xərclərə görə sabit pul məbləğində hər ay 100 ( bir yüz) manat Cavabdeh iddiaçı Qədimova (Orucova) Nuranə Firdovsi qızının xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2814/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2814/2020
07.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver