Məhkəmə qərarları › İş №2(005)-2817/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2817/2021

09.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2817/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment-əlavə xərclərə cəlb olunmasına dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3722/2018 saylı,31.07.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan 18.07.2014-cü il tarixdə anadan olmuş Ekici X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Sonradan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-923/2020 saylı,24.02.2020-ci il tarixli qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək, cavabdehdən onun gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir, hal-hazırda Ekici X2 7 yaşı vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət edilmiş aliment məbləği uşağın tələbatlarının ödənilməsinə yetmir. Ekici X6 orta məktəbdə təhsil alır və məsrəfləri artmışdır ,kəskin limfoblast leykemiya xəstəliyindən əziyyət çəkir, hər ay xərc tələb edən qan müayinələrindən keçməlidir. Türkiyədə 6 aydan bir müayinədən keçib müalicə olunmalıdır. Lakin iddiaçı xərcləri qarşılaya bilmir, iki ildir ki, Türkiyəyə uşağı apara bilmir. Cavabdeh övladı ilə maraqlanmır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğini qətnamənin icraatda olduğu Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin məcburi icra tədbirlərindən sonra ödəyir. Ekici X2 bütün qayğısını İddiaçı çəkir və tək qadın olaraq uşağın maddi tələbatlarını ödəməkdə çox çətinlik çəkir. Buna görə də iddaçı cavabdehdən əlavə xərclərin tələb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan 18.07.2014-cü il təvəllüdlü Ekici X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirlərinin ¼ hissəsi miqdarında alimentdən əlavə 150 manat əlavə xərc üçün pul məbləğinin tutularaq, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, birgə nikahından doğulmuş Ekici Pamir X1 limfoblast leykemiya xəstəliyindən əziyyət çəkdiyini və maddi çətinliklər səbəbindən vaxtı-vaxtında müalicə oluna bilməyini bildirdi. Qeyd edilən halları nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03.08.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 372140 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ekici X6 18.07.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3722/2018 saylı,31.07.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 02 iyul 2018ci il tarixdən başlayaraq 18.07.2014-cü il təvəllüdlü Ekici X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 923/2020 saylı 24.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3722/2018 saylı,31.07.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, Cavabdeh qətnamənin qüvvəyə mindiyi gündən başlayaraq, 18.07.2014-cü il təvəllüdlü Ekici X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh bütün gəlirlərinin 1/4 hissəsi miqdarında aliment hesablanaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Milli Hematologiya və Transfuziologiya Mərkəzindən 07.07.2021-ci il tarixdə verilən arayışdan görünür ki, 18.07.2014-cü il təvəllüdlü Ekici X6 2017-ci ildən Milli Hematologiya və Transfuziologiya Mərkəzində “kəskin leykoz” diaqnozu ilə dispanser qeydiyyatdadır və hal-hazırda kiliniki remissiyadadır. “Uşaq hüquqları haqqında” Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 18.07.2014-cü il təvəllüdlü Ekici X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat məbləğində əlavə xərc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05.05.2021-ci il tarixdən başlayaraq, 18.07.2014-cü il təvəllüdlü Ekici X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat məbləğində əlavə xərc İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar