Məhkəmə qərarları › İş №2(005)-2823/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2823/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2823/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X6 LTD” MMC-nin cavabdehlər Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-yə, “xxxx” MMC Hərrac mərkəzinə və Ləgv Prosesində olan “xxxx” QSC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X6 LTD” MMC cavabdehlər Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-yə, “xxxx” MMC Hərrac mərkəzinə və Ləgv Prosesində olan “xxxx” QSC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X6 LTD” MMC-yə məxsus İSUZU NKR55E markalı, ** AC *** dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilməsi ilə bağlı Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-nin 08.04.2021-ci il tarixli 110 saylı hesabatın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X6 LTD” MMC iddiasını onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisad məhkəməsinin 09.09.2014-cü il tarixli, 2(085)-511 saylı icra vərəqəsinin icrası ilə bağlı Abşeron rayon İcra Şöbəsi tərəfindən “X6 LTD” MMC-yə məxsus İSUZU NKR55E” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi ilə bağlı bizə bildiriş göndərilmədən Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-yə sifariş verilmiş, əmlaka baxış keçirilmədən 900 manat dəyərində qiymətləndirilmişdir. Hansı kı, həmin avtomobilin bazar qiyməti 8500 (səkkiz min beş yüz) manat təşkil edir. Qiymətləndirmə rəyi də bizə təqdim olunmamış, hərracın keçirilməsi ilə bağlı “xxxx” MMC-nin Hərrac Mərkəzinin 15.04.2021 -ci il tarixli, 01/2263 saylı bildirişini aldığdaıı sonra məlumatımız olmuşdur. Bütün bu işlər, kiminsə maraq darəsi çərçivəsində aparılaraq, bizə məxsus əmlakı ucuz qiymətləndirib, özləri üçün almaq məqsədi daşıyır. Avtomobil saz vəziyyətdədir, buraxılışı 2008-ci ildir. Mütəxəssis rəyində isə qiyməti ucuzlaşdırmaq məqsədilə istifadəyə yararsız göstərilmişdir. Ona görə də mütəxəssis rəyi etibarsız hesab edilib, yenidən qiymətləndirmə aparıİmalıdır. İddiaçı “X6 LTD” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X3 iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən-işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və iddiaçı “X6 LTD” MMC-nin nümayəndəsinin məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdehin işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı “X6 LTD” MMC-nin cavabdehlər Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-yə, “xxxx” MMC Hərrac mərkəzinə və Ləgv Prosesində olan “xxxx” QSC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar