Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2864/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş 28.12.2012-ci il təvəllüdlü X1 üçün yaranmış 4500 (dörd min beş yüz) manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 30.10.2011-ci il tarixdə faktiki nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşlar. Faktiki nikah münasibətindən 2 övladları, 28.12.2012-ci il təvəllüdlü X14 və 06.07.2014-cü il təvəllüdlü X10 anadan olmuşdur. Hər iki övladının məhkəmə qətnaməsi əsasında analarının himayəsinə verilməsinə baxmayaraq, cavabdehlə faktiki olaraq ayrı yaşamağa başladığı vaxtdan, yəni 2019-cu ilin yanvar ayından bu günədək böyük övladı 28.12.2012-ci il təvəllüdlü X11 onun yanında və himayəsindədir. Həmçinin övladı yaşadığı Sabunçu rayonu ərazisində yerləşən 234 nömrəli məktəbdə təhsil alır. Uşağın ananın himayəsinə verilməsi formal xarakter daşıyır. Hətta Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru uşağın ananın himayəsinə verilməsinə dair qətnaməni icra etmək istəsə də, uşaq ona bağlı olduğundan və anasının yanına getmək istəməməsi səbəbindən qətnamənin icrası mümkün olmamış, uşaq anası ilə görüşməkdən, danışmaqdan və onunla birlikdə getməkdən imtina etmişdir. İcra məmuru X22 tərəfindən buna dair 19.02.2021-ci il tarixli akt da tərtib olunmuşdur. Faktiki olaraq ayrı yaşamağa başladıqda övladı 28.12.2012-ci il təvəllüdlü X11 anası ilə qalmaq istəmədiyini bildirərək onun himayəsində yaşamağı üstün tutumuşdur. Məhkəmə qətnaməsi ilə uşaq hazırki iş üzrə Cavabdeh himayəsinə verilsə də, böyük övladı faktiki olaraq bu günki günədək onun yanında və himayəsindədir. Digər övladı 06.07.2014-cü il təvəllüdlü X10 isə cavabdehin himayəsindədir. Qət edilən alimentin məbləğini ödəməyə hazırdır. Digər övladının isə bütün məişət, həkim, qida. Təhsil xərcləri onun tərəfindən qarşılanır. O, bu illər ərzində böyük övladının saxlanılmasında tək iştirak etmişdir. Bu səbədən də həmin dövr üçün aliment tələb olunmamış və nəticədə yığılaraq böyük bir məbləğ təşkil edərək ödənilməsində çətinliklər yaratmışdır. 28.12.2012-ci il təvəllüdlü X1 üçün 4500 manat aliment borcu yaranmışdır. Lakin, maddi vı mənəvi cəhətdən bütün tələbatlarını onun ödədiyi övladı üçün cavabdehə aliment ödəməyi mümkünsüzdür. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X12 çıxışında iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3014/2020 saylı 20.08.2020-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apleyasiya Məhkəməsinin Mülki Kollegiasının 2(103)-14791/2019 nömrəli iş üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2455/2019 nömrəli iş üzrə 01 oktyabr 2019cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, 28.12.2012-ci il təvəllüdlü X4 cavabdehdən alınıb iddiaçının himayəsinə verilməsi, 06.07.2014-cü il təvəllüdlü X5 iddiaçının himayəsində saxlanılması, cavabdehdən 01.02.2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14791/2019 nömrəli iş üzrə 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2455/2019 nömrəli iş üzrə 01 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3350/2020 nömrəli 20 oktyabr 2020-ci il tarixli qərardadından göründüyü kimi həmin dövrdə uşaq tələbilə bağlı yeni əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 16 yanvar 2014-cü il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 28 dekabr 2012-ci il tarixdə Cavabdeh doğulmuş X6 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 16 yanvar 2014-cü il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 21 avqust 2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28.12.2012-ci il tarixdı Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 16 yanvar 2014-cü il tarixdə 142 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. X7, X18, X15, X13 və X8 tərəfindən tərtib edilmiş 08 yanvar 2020-ci il tarixli aktdan görünür ki, 28.12.2012-ci il təvəllüdlü X11 2019-cu ilin yanvar ayından bu günədək atası İddiaçı yanında və himayəsində yaşayır. Abşeron rayon icra və probasiya şöbəsində tərtib olunan 19.02.2021-ci il tarixli aktdan görünür ki, Abşeron rayon icra və probasiya şöbəsinin icraatında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-2455/2019 saylı, 05.11.2020-ci il tarixli icra sənədinə əsasən, 28.12.2012-cu il təvəllüdlü X11 cavabdeh İddiaçı alınıb CavabdehFərzalı qızının himayəsinə verilməsi və 06.07.2014-cü il təvəllüdlü X5 Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. 19.02.2021-ci il tarixdə iş üzrə borclu İddiaçı polis vasitəsi ilə icra şöbəsinə gətirilmişdir. Bu zaman qeyd edilən icra sənədinin icrası ilə bağlı 28.12.2012-ci il təvəllüdlü X4 şöbəyə gətirilməsinin zəruriliyi borcluaya bildirilmiş və uşaq bir müddət sonra qohum vasitəsi ilə şöbəyə gəlmişdir. Tələbkar Cavabdeh ilə övladı X9 arasında ünsiyyət yaratmağa çalışılsa da, aralarında qısa dialoqlardan başqa heç bir ünsiyyət baş tutmamışdır. X11 anası ilə görüşməkdən, danışmaqdan və onunla birlikdə getməkdən imtina etmişdir. X2 ilə aparılmış profilaktik söhbətlər də heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin 02.02.2021-ci il tarixli 120 nömrəli arayışından görünür ki, X16 2019-ci ilin yanvar ayından atası İddiaçı yanında və himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 9-cu bəndinə əsasən, alimenti üzrsüz səbəbdən ödəməyən və ya bununla bağlı icra məmurunun tələblərini yerinə yetirməyən şəxslərə inzibati tənbeh növünü seçərkən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati tənbehin məqsədi inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdən, habelə yeni inzibati xəta törədilməsinin qarşısını almaqdan ibarətdir. Bu baxımdan aliment ödəməyən, habelə pul tələbləri üzrə digər borclular barədə inzibati cərimənin tətbiqinin hansı səmərəsi olması nəzərdən keçirilməli, icra sənədlərinin icrasına real şərait yaradılması üçün daha təsirli vasitələrdən istifadə olunmalıdır. İşin hallarından göründüyü kimi X11 atasının yanında qalsa da müvafiq məhkəmə qətnamələri ilə 28.12.2012-ci il təvəllüdlü X4 cavabdehdən alınıb iddiaçının (anasının) himayəsinə verilməsi qət edilmişdir. Bu səbəbdən də aliment hər iki uşağa görə hesablanmağa başlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3350/2020 nömrəli 20 oktyabr 2020-ci il tarixli qərardadından göründüyü kimi həmin dövrdə uşaq tələbilə bağlı yeni əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilmişdir. Bundan sonra isə Abşeron rayon icra və probasiya şöbəsində 19.02.2021-ci il tarixli akt tərtib olunmuş və həmin aktla X11 anası ilə görüşməkdən, danışmaqdan və onunla birlikdə getməkdən imtina etmişdir. X2 ilə aparılmış profilaktik söhbətlər də heç bir nəticə verməməsi rəsmiləşdirilmişdir. Məhkəmənin qənaətinə görə X4 anasının yanında qalmasının mümkünsülüyü ilə yeni əsasların yaranma ehtimalını ehtiva edən münasibətlərin mövcudluğu və iddiaçının bu akta əsaslanması hazırki tələbin təmin olunmasına əsas vermir. Belə ki, uşağın atanın yanında saxlanmasını təsdiq edən məhkəmə aktı iddiaçı tərəfindən təqdim edilməmişdir. Eyni zamanda X4 anasının yanında saxlanmasına dair məhkəmə aktlarının məcburiliyi hazırki iddia üzrə alimentin məbləğinin azaldılmasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, qeyd edilən qanunvercilik əsasları mövcud olmadığından İddiaçı aliment üzrə borcu ödəməkdən azad olunmasına dair iddiası təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2864/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2864/2021
24.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver