Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2871/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X5 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı “sığorta müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh Sığorta Şirkətinə qarşı “sığorta müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya müqavilə əsasında sığorta şirkəti tərəfindən 44390 (qırx dörd min üç yüz doxsan) avro məbləğində kompensasiya ödənilməsi haqda qətnamə çıxarılmasını və Respublika Sığorta fonduna və Maliyyə Nazirliyinin Sığortaya nəzarət idarəsinə xəbərnamə xarakterli vəsastət qaldırılmasını xahiş etmişdir. Cavabdeh Sığorta Şirkəti yazılı vəsatətlə müraciət edərək, iddia ərizəsinin aidiyyət qaydaları pozulmaqla verildiyini, bu səbəbdən də mülki işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçı İddiaçı nümayəndəsi və vəkili X2 vəsatətin təmin olunmasına etiraz etmədi və mülki işin baxılmasından ötrü ərazi aidiyyəti üzrə göndərilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan müəyyən olunur ki, Cavabdeh Sığorta Şirkətinin rəsmi qeydiyyat ünvanı ünvan 1ırki mübahisənin iddia icraatı qaydasında baxıldığını, Azərbaycan Respublikası MPM-nin 35, 36, 149 və 152-ci maddələrinin müvafiq maddələrinin tələblərini nəzərə aldıqda, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasının mümkün olmadığı müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh Sığorta Şirkətinin rəsmi qeydiyyat ünvanı ünvan 2espublikası MPM-nin 149-150-ci maddələrinə uyğun olaraq iddia ərizəsinin mümkünlüyünü yoxlayıb, məhkəmə tərəfindən əsaslı olaraq icraata qəbul edilmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehin rəsmi qeydiyyatı Bakı Şəhəri Nərimanov rayonu inzibati ərazisində yerləşmir. Belə olduğu təqdirdə məhkəmə mülki işin aidiyyəti üzrə baxılması üçün Cavabdeh Sığorta Şirkətinin rəsmi qeydiyyatda olduğu ünvan üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Cavabdeh Sığorta Şirkətinə qarşı “sığorta müqaviləsi üzrə mübahisələr” tələbinə dair 2(005)-2871/2023 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2871/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2871/2023
20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver