Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2877/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, İddiaçı2 qanuni təmsilçisi X1 və nümayəndəsi Əhmədov Radiq Söhrab oğlunun, Cavabdeh Bakı şəhəri 51 nömrəli notariat ofisinin nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 51 nömrəli notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 51 nömrəli notariat ofisinə qarşı “icra qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 nömrəli notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 8İ- 3887 reyestr nömrəli və xx xxx 2020-ci il tarixli, 8İ-3979 reyestr nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsinə əsasən illik 10% dərəcəsi ilə 24 ay müddətinə 750.000 (yeddi yüz əlli min) manat, 19011-0166/074455 nömrəli kredit müqaviləsinə əsasən illik 3% dərəcəsi ilə 24 ay müddətinə 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları məbləğində kreditin verilməsi razılaşdırılmış, təminat olaraq zaminlik və ipoteka müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin 5.1-ci bəndinə əsasən kreditin qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə xx xxxxxx 2021-ci il müəyyən edilmiş, bank tərəfindən 750.000 (yeddi yüz əlli min) manat kreditin ödənişi üçün cədvəl təqdim edilmişdir. Bakı şəhəri 51 nömrəli notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş 81- 3979 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydinə əsasən tələbkar “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxtələbi ilə Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 18, mənzil 1 ünvanında qeydiyytada olan ipoteka qoyan İddiaçı1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən, ümumi sahəsi 167,70 kv.metr olan qeyri-yaşayış sahəsinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dollarıtutma yönəldilməlidir. Bakı şəhəri 51 nömrəli notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş 8İ-3887 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydinə əsasən tələbkar “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxtələbi ilə ipoteka qoyan “Ayaz Mexanizasiya” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ipoteka predmeti olan AZ10V-516 qeydiyyat nişanlı, CAT-336D markalı ekskavator, AZ10V-517 qeydiyyat nişanlı, CAT CS64 markalı yolbasan, Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 18, mənzil 1 ünvanında qeydiyyatda olan ipoteka qoyan X2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində istifadədə olan 0.02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144,80 kv.metr yaşayış, 164,70 kv.metr köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 136 kv.metr olan xüsusi mülkiyyətli 21 nömrəli mənzilə öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dollarıborc üzrə tutma yönəldilməlidir. Hər iki icra qeydi Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevin icraatındadır, hazırda icra qeydi üzrə icra hərəkətləri keçirilməkdədir. Hər iki icra qeydində göstərilmişdir ki, vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları məbləğində borc üzrə tutma yönəldilməlidir. Amma yuxarıda göstərilən kredit müqavilələrinin 5.1-ci bəndinə əsasən kreditin qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə xx xxxxxx 2021-ci il müəyyən edilmişdir.Göründüyü kimi, 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dollarıməbləğində borc heç bir halda vaxtında ödənilməmiş borc ola bilməzdi,bu isə öz növbəsində borcun mübahisəsiz olduğunu təsdiq etmir,belə olan halda isə xüsusi notarius Üzeyir Kərimovin icra qeydlərinin verilməsi üçün heç bir qanuni əsası olmamışdır, buna görə də icra qeydləri ləğv edilməlidir. Müvafiq normativ sənədlərdən göründüyü kimi, icra qeydinin verilməsi zamanı notarius borclunun həmin tələbdən irəli şələn öhdəliyi icra etməməsini yoxlamalı, icra qeydi borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır.Lakin notarius qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq kreditin qaytarılması üçiin son müddətin tərəflərin qarşılıqlı razılaşmaya əsasən xx xxxxxx 2021-ci il müəyyən olunmasına (madddə 5.1)baxmayaraq borcun mübahisəsiz olduğunu araşdırmamış, (və ya bilərəkdən araşdırmamış) icra müddəti çatmamış öhdəlik üzrə icra qeydləri vermişdir. Bununla yanaşı bildirir ki, tələbkar “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, qanunsuz verilmiş icra qeydinə əsas olmuş kredit müqavilələrinin ləğv edilməsini və kredit borcunun tutulmasını xahiş etmiş, (e-2-2(113)-1742/2020) bu isə onu göstərir ki, bank icra qeydlərinin qanunsuz verilməsini bildiyinə görə eyni məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, Bakı şəhəri 51 nömrəli notariat ofisinin xüsusi notariusu X10 tərəfindən aparılmış xx xxx 2020-ci il tarixli 8İ-3887 reyestr nömrəli və xx xxx 2020-ci il tarixli 8İ-3979 reyestr nömrəli icra qeydlərinin qanunvericiliyin tələblərinə uyğun verilməməsi iddiaçıların hüquqlarını pozduğuna görə ləğv edilməlidir. “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti mülki üş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnümayəndəsi X11 iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri 51 nömrəli notariat ofisinin xüsusi notariu-su tərəfindən xx xxx 2020-ci il tarixdə ipoteka saxlayan bankın müraciətinə əsasən İddiaçı2nə (ipoteka qoyan) məxsus ipoteka predmeti olan AZ10V-516 qeydiyyat nişanlı “CAT-336D” markalı ekskovatora, AZ10V-517 qeydiyyat nişanlı “CAT CS64” markalı yolbasana tutma yönəldilməsi barədə 8İ-3887 reyestr nömrəli; xx xxx 2020-ci il tarixdə İddiaçı1 (ipoteka qoyan) məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 57 ünvanında yerləşən və ümumi sahəsi 167,7 kv.metr olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi barədə 8İ-3979 reyestr nömrəli icra qeydləri aparılmışdır. İddiaçı icra qeydinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması ilə aparıldığını göstərmiş və bunu icra qeydinin aparılmasına əsas olmuş borcla bağlı məhkəmə mübahisəsinin olması ilə əsaslandırmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcunmübahisəsiz olduğunu təsdiq etdiyivə bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılması üçün iddiaçının göstərdiyi kimi, borcla bağlı mübahisənin olub-olmamasını deyil, borcun mübahisəsiz olmasının məhz təqdim edilən sənədlərlə təsdiq olunması tələbini müəyyən edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 9-cu hissəsinə görə borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndəril-məsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Siyahının 1-1-ci bəndində göstərilən sənədlər notariusa təqdim olunursa, bu, haqqında icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir və digər şəxslərin borcun mübahisəli olub-olmamasına dair subyektiv münasibətindən asılı olmayaraq icra qeydinin aparılması üçün əsasdır. İcra qeydinin aparılması üçün notariusa təqdim olunan sənədlərdən görünür ki: 1) tərəflər arasında qeyd olunan əmlaklara dair notarial qaydada təsdiq edilmiş sonrakı ipoteka müqaviləsi bağlanmış; 2) həmin müqavilə (bankın ipoteka hüququ) daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış; 3) ipoteka ilə təmin olunan öhdəlik vaxtında icra olunmadığı üçün bank “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri sifarişli məktubla ipoteka qoyanlara göndərmiş; 4) ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər müvafiq dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. Odur ki, icra qeydi aparılarkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması barədə iddia ərizəsində göstərilənlər əsassızdır. İddiaçılar iddia ərizəsində borcun mübahisəsiz olmadığım əsaslandırmaq üçün həmin borcun yarandığı kredit müqavilələrinin 5.1-ci bəndində kreditin qaytarılmasının son müddətinin xx xxxxxx 2021-ci il müəyyən olunduğuna və bu müddətin hələ başa çatmadığına istinad etmişdir ki, bu da tamamilə əsassızdır. Belə ki, icra qeydi borcun qaytarılması barədə deyil, ipoteka predmetinə tutma yönəldilməsi barədə aparılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 38.1-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin aparılması üçün əsas öhdəliyin son icra müddətinin başa çatması vacib deyil, ipotekaya tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hər hansı halın mövcud olması və siyahının 1-1-ci bəndində göstərilən sənədlərin notariusa təqdim edilməsi kifayətdir. İddiaçılar icra qeydinin qanunsuz olduğunu göstərsələr də, bunu sübut edə bilməmişlər. Odur ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Bu baxımdan, iddiaçılar İddiaçı1 və “İddiaçı2“ Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhəri 51 nömrəli notariat ofisinin xüsusi notariusu X8 qarşı icra qeydlərinin ləğv olunması tələbi barədə iddiasının təmin olunmaması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 və nümayəndəsi Əhmədov Radiq Söhrab oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnümayəndəsi X6 iddia ərizəsinə təqdim etdiyi yazılı etirazına yazılı münasibət bildirərək qeyd etmişdir ki, müvafiq etirazda göstərilir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsində “icra qeydləri” yalnız borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərin təqdim olunduğu halda aparılıır və “borcun mübahisəsizliyi” borcu təsdiq edən sənədlərin notariusa təqdim olunması ilə məhdudlaşır və sənədlərin təqdim olunması borcun “mubahisəsiz”liyi faktını təsdiq edir və bu “icra qeydi”nin aparılması üçün əsasdır. Lakin, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda “icra qeydi”nin verilməsi üçün “borcu təsdiq edən sənədlərin təqdim olunması”ndan əlavə notarius tərəfindən “borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsininin yoxlanılması” da şərt kimi irəli surulur. Başqa sözlə, borclunun öhdəliyi icra etməməsinin yoxlanılması həmin borc məbləğinin mübahisəsiz olmasını subut əhəmiyyətli materiallarla öz təsdiqini tapmalı olmasını müəyyən edir. “Borcun mübahisəsizliyi” borcun mübahisə predmeti olub-olmamasını, borclu tərəfindən “mubahisələndirilməsi” huququnun olmamasını və ya mübahisə etmək imkanlarının qanunla müyyən olunmuş qaydada başa çatmasının subut əhəmiyyətli materiallarla təsdiqini nəzərdə tutur. Belə subut materiallarına “borcun” məhkəmə qaydasında müəyyən olunması faktını isdiq edən sənədlər: məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, borcun mubahisəsizliyinə dair tərəflərin “barışıq sazişi”ni və ya “icraata xitam verilməsi”nə dair qanuni qüvvəsini almış məhkəmə qərarları və sairə ola bilər; yəni elə sənədlər ki, həmin borc məbləğinə dair borclu tərəfindən “borc məbləği” mubahisələndirilməmiş olsun və ya borc məbləğini mübahisə edə bilmək imkanları tükənmiş olsun. Yaxud “müqavilə üzrə müəyyən ediliş öhdəliyin icra müddəti bitmiş olsun” və s. Halbuki, bu məsələ üzrə Bakı şəhərinin ayrı-ayrı dörd məhkəməsində “borc məbləği” və onun tutulması ilə bağlı məsələlər iddiaçı tərəfindən mubahisələndirilmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən həmin mübahisə üzrə “ekspertiza aparılması” barədə qərar qabul olunmuşdur. Buna görə də, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsində qeyd olunan “borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərin” təqdim olunması anlayışı məhdud formada tək tələbkar tərəfindən borcu müəyyən edən sənədlərin təqdim olunmasını nəzərdə tutmur, borc məbləğinin mübahisəsiz olmasının və notarius tərəfindən yoxlanılmalı olmasını nəzərdə tutur. Qeyd olunan sübutların olmadığı halda kreditor tərəfindən notariusa təqdim olunan borc sənədləri yalnız borcun mövcud olması faktını təsdiq edir. Onun mubahisəsizliyini təsdiq edə bilməz. Çünkü borcun mubahisələndirilməsi və ya borcun mübahisəsiz olması borclu tərəfin həmin sənədlərdə borc tələbinə, borcun miqdarına və borcla yanaşı cərimə, dəbbə pulu və digər tutmaların yönəldilməsinə münasibətindən asılı olaraq müəyyənləşdirilə bilər. Çünkü mübahisə etmək huququ subyektiv huquqdur. Hər bir şəxsin subyektiv huququ ona qarşı yönələn və onun huquq və azadlıqlarının pozulması hissəsində onun özü tərəfindən mübahisələndirilə bilən huquqdur və bu mübahisələndirmə heç bir kəs və orqan tərəfindən məhdudlaşdırıla bilməz. Ona görə də qarşı tərəfin öz etirazında göstərdiyi “mubahisəsiz”liyin yalnız təqdim olunan sənədlərlə kifayət hesab olunması və həmin sənədlər əsasında notariusun icra qeydi verə bilmək səllahiyyətinin olması kimi irəli sürdüyü dəlillər nə məntiqi, nə də huquqi baxımdan əsaslı hesab oluna bilməz. Cavabdeh ikinci bir məsələni irəli sürərək, qeyd edir ki, “ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin aparılması üçün əsas “öhdəliyin son icra müddətinin başa çatması” vacib deyil, ipotekaya tutma yönəldilməsi huququnun yaranmasına əsas halın mövcud olmasıdır. Lakin qanunvericilik müəyyən edir ki, kreditor müqavilədən imtina edib öhdəliyin icra müddəti başa çatmadan onun icrasını tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız ödəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Lakin işin hallarından da göründüyü kimi, kreditor bir hissəsınin icra edilməməsi bəhanəsi ilə öhdəlik üzrə icra etdiyinin bütünlüklə qaytarılması məqsədini güdür və müqavilənin 9.9-cu və 9.10-cu maddələrinə istinad etməklə də notariusa “icra qeydi” verilməsinə dair ərizə verir. Qanunun həmin maddəsindən göründüyü kimi, öhdəliyin icra edilməmiş hissəsinin icrasına onun marağı itməmişdir, əksinə olaraq “icra qeydi” almaqla həmin müqavilələrdən irəli gələn öhdəliklərin bütünlüklə icrasını tələb edir və bu məqsədi güdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.3-cü maddəsinə əsasən əgər öhdəliyin pozulması cüzi olduqda, müqavilədən imtina yolverilməzdir. Həmin Məcəllənin 424-cüq maddəsinə əsasən tərəflər müqavilənin ləğv edildiyi və dəyişdirildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Qeyd olunan əsaslarla və qanunvericilinin tələbi ilə əlaqədar notarius tərəfindən “öhdəliyin icra olunması” məqsədilə “icra qeydi” aparıla bilməzdi. Bu baxımdan hesab edir ki, cavabdehin idia tələbinə etirazı əsassızdır və qəbul oluna bilməz. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunmasına dair məhkəmə qərarının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 qanuni təmsilçisi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 və nümayəndəsi Əhmədov Radiq Söhrab oğlu iddia ərizəsini müdafiə edərək, məhkəməyə təqdim etdiyi iddia tələbinə yazılı əlavəsinin məzmununa uyğun olaraq bildirmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 161-ci maddəsinə görə borcluya bildiriş göndərildikdə və bildirişin verildiyi müddətdə icra olunmadıqda borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa görə icra qeydinin aparılması üçün “Elektron Notariat” informasiya sistemi vasitəsilə elektron qaydada icra olunması üçün göndərir. İcra qeydi 2 (iki) əsasla aparıla bilər: təqdim olunmuş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluluğu olduqda; borcun mubahisəsizliyi notarius tərəfindən müəyyən edildiyi halda. Həmin qanunun 161-ci maddəsində qeyd olunur ki, notarius tərəindən borcun mubahisəsizliyi, tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq olunmuş “borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin “yoxlanılması” ilə müəyyən olunur. Lakin notarius icra qeydi verərkən borclunun müqavilə borclarını icra etməməsini təsdiq edən sənədləri yoxlamaqla yanaşı, pul məbləğinin tutulmasının qanunvericiliyin tələblərinə nə dərəcədə əsas ola bilməsini mülki qanunvericiliyin tələbləri baxımından müəyyən etməli idi: 1.Tərəflər arasında müqavilə ləğv olunmadan və onun ləğv olunmasına dair məhkəmə qərarı qanuni qüvvəsini almadan kredit borcu icraya yönəldilə bilməz. Belə ki, təqdim olunmuş müqavilələrin 9.9-cu və 9.10 -cu maddələrində qeyd olunur ki, “Borclu öz öhdəliklərini icra etmədikdə və müqavilədə nəzərdə tutulmuş müddətdə icra etmədikdə - kreditverenin bu müqaviləni 1.vaxtından əvvəl ləğv etmək, 2.kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda tələbi girovla qoyulmuş əmlaka yönəltmək huququ vardır. 1.Azərbaycan Respublikası Mulki Məcəlləsinin 427.1-ci maddəsinə görə borcun mubahisəsizliyi notariat qaydasında müəyyən otuna bilməzdi və notarius tərəfindən icra qeydi aparıla bilməzdi. Cavabdeh müqavilə üzrə verilmiş kredit məbləğinin və kredit məbləğinə görə pulun ödənilməsini tələb edir. Lakin qanuna görə, müqavilənin ləğvinə dair məhkəmənin qərarı qanuni qüvvəsini alana qədər tərəflərin müqavilə üzrə öhdəlikləri dəyişdirilmiş və ləğv edilmiş hesab olunmur. Tərəflər müqavilənin ləğvi və dəyişdirilməsi anına qədər öhdəlik üzrə icra etdiklərini qaytarılmasını tələb edə bilməzlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsi müəyyən edir ki, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv olunduqda müqavilənin ləğv olunması və dəyişdirilməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya ləğv edilmiş sayılır və eyni zamanda müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək tərəflər müqavilə üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Buna görə də hesab edir ki, vurulmuş zərərərin ödənilməsi və pul tələbinə dair cavabdehin notariata müraciəti və notariat orqanının “pulun ödənilməsi”nə dair verdiyi icra qeydi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3, 424,4.5, 427.1, 443.7, 445.1, 445.5,447.2.2, 448,4, 556, 557-ci maddələrinin, eyni zamanda tərələr arasında bağlanılmış müqavilələrin 1.1-ci və 1.2-ci maddələrinin tələblərinə zidd olmuş, notarius tərəfindən “borcun mubahisəsizliyi” və kreditor tərəfindən təqdim olunmuş sənədlərin “qanunvericiliyin tələblərinə uyğunluğu” araşdırılmamış və buna baxmayaraq, qeyd olunanlar nəzərə alınmadan “borcun tutulması”na dair “icra qeydi” aparılmışdır. 51 nömrəli notariat ofisi tərəfindən “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxərizəsi əsasında aparılmış “icra qeydi” əsassız və qanuni tələblərinə uyğun olmadığından ləğv olunmasına dair məhkəmə qərarının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri 51 nömrəli notariat ofisinin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnümayəndəsi X11 iddia ərizəsini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etiraza əlavə olaraq bildirmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi (maddə 34.1.1);ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəlt-mək hüququ verən şərtinin baş verməsi (maddə 34.1.3);bu Qanunda nəzərdə tutulmuş digər hallarda (maddə 34.1.4).Öhdəliklərin icrası vəziyyətinə dair xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini xx xxxxx 2020-ci il tarixə (tutma yönəldilməsinin başlandığı günə) qədər 169 (bir yüz altmış doqquz) gün gecikdirməklə icra etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.3-cü maddəsinə görə ipoteka müqaviləsində nəzər-də tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərt baş verdiyi halda da ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Tərəflər arasında bağlanmış sonrakı ipoteka müqavilələrinin 9-cu bəndinin (‘‘İpoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi”) 1-ci hissəsinin 9-cu abzasına görə kredit öhdəliyi ödəniş qrafikinə əsasən vaxtında və lazımı qaydada icra edilmədikdə bank krediti və ona hesablanmış faizləri vaxtından əvvəl tələb edərək ipoteka qoyulmuş əmlaka tutma yönəldə bilər. Borcalanın xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini ödəniş qrafikini pozmaqla icra etdiyi mübahisəsizdir. Belə ki, həmin müqavilə üzrə xx xxxxxx 2019-cu ildə ödənilməli olan 20.000 (iyirmi min) manat xx xxxxxx 2019-cu ildə (4 gün gecikmə ilə), xx xxxxxx 2019-cu ildə ödənilməli olan 20.000 (iyirmi min) manat xx xxxxxx 2020-ci ildə (56 gün gecikmə ilə), xx xxxxxx 2020-ci ildə ödənilməli olan 20.000 (iyirmi min) manat xx xxxxxx 2020-ci ildə (24 gün gecikmə ilə) ödənil-miş; xx xxxx 2020-ci ildə ödənilməli olan 37.849,71 (otuz yeddi min səkkiz yüz qırx doqquz manat yetmiş bir qəpik) manat və xx xxxxx 2020-ci ildə ödənilməli olan 37.849,71 (otuz yeddi min səkkiz yüz qırx doqquz manat yetmiş bir qəpik) manat isə ödənilməmiş və ipotekaya tutmanın yönəldilməsinə başlandığı xx xxxxx 2020-ci ilədək həmin ödənişlər üzrə gecikmə günlərinin sayı müvafiq olaraq 57 (əlli yeddi) və 28 (iyirmi səkkiz) gün olmuşdur. xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsi üzrə öhdəlik ödəniş qrafikinə uyğun icra olunmadığı üçün eyni tarixli 19011-0166/074455 nömrəli kredit müqaviləsinin 4.2-ci bəndinə görə bu müqaviləyə əsasən verilmiş 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları məbləğində kredit vaxtından əvvəl tələb oluna bilər. Beləliklə,təqdim olunan sənədlərdən görünür ki, ipoteka predmetlərinə tutma yönəldilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci və 34.1.3-cü maddələrində göstərilən əsaslar mövcud olmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmaması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsinin surətindən və məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən bank borclu şəxsə illik 10% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 750.000 (yeddi yüz əlli min) manat məbləğində kredit vermişdir; “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış xx xxxxxx 2019-cü il tarixli 19011-0166/074455 nömrəli kredit müqaviləsinin surətindən və məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən bank borclu şəxsə illik 3% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları məbləğində kredit vermişdir; “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2-ipoteka qoyan arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455Sİ nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, bu müqaviləyə əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin 2-ci bəndində göstərilən əmlakıipoteka predmetini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir (1.1-ci bənd). Bu müqavilə hazırda müqavilənin 2-ci maddəsində qeyd edilən əmlakın “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə müvafiq olaraq ipoteka saxlayanın xeyrinə sonrakı ipoteka ilə yüklü edilməsinin hüquqi əsaslarını, tərəflərin hüquq və vəzifələrini və mülki-hüquqi məsuliyyətini müəyyən edir (1.2-ci bənd). AZ10V-516 qeydiyyat nişanlı CAT-336D markalı ekskavator (buraxılış ili - 2012, Zavod nömrəsi - KKT01034) sarı rəngli avtomobil. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaşdövləttexnəzarət”in Bakı şəhəri üzrə Dövlət X7 tərəfindən verilmiş xx xxxx 2012-cil tarixli TH seriyalı 020926 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi. İpoteka predmetinə mülkiyyət hüququnu qeydə almış dövlət orqanı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaşdövləttexnəzarət”in Bakı şəhəri üzrə Dövlət X3 (2-ci maddənin A bəndi). AZ10V-517 qeydiyyat nişanlı CAT CS 64 markalı yolbasan (buraxılış ili - 2012, Zavod nömrəsi - C7F00214,) sarı rəngli avtomobil. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaşdövləttexnəzarət”in Bakı şəhəri üzrə Dövlət X7 tərəfindən verilmiş xx xxxx 2012-cil tarixli TH seriyalı 020927 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi. İpoteka predmetinə mülkiyyət hüququnu qeydə almış dövlət orqanı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaşdövləttexnəzarət”in Bakı şəhəri üzrə Dövlət X3 (2-ci maddənin B bəndi). xx xxxxxxxx 2012-ci il tarixli 1209-4679/074455 nömrəli, illik faiz dərəcəsi 30% artıq olmamaq şərti ilə, 60 (altmış) ay müddətinə (xx xxxxxxxx 2017-ci il tarixinədək) “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış kredit limiti müqaviləsi (3.1-ci bəndi); xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış kredit müqaviləsi üzrə illik 10% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətə verilmiş 750.000 (yeddi yüz əlli min) manat və xx xxxxxx 2019-cu il tarixli 19011-0166/074455 nömrəli “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış kredit müqaviləsi üzrə illik 3% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətə verilmiş 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40% məbləğində cərimə (3.2-ci bənd); xx xxxxxx 2019-cu il tarixli 19011-0166/074455 nömrəli kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətinə illik 3% dərəcəsi ilə verilmiş 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları məbləği və ona hesablanacaq faizlər müddətin sonunda, yəni xx xxxxxx 2021-ci il tarixdə borcalan tərəfindən geri qaytarılmalıdır, bir şərtlə ki, kreditverənin borcalana xx xxxxxx 2019-cu il tarixil 19011- 0164/074455 nömrəli kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətində 10% dərəcəsi ilə verdiyi 750.000 (yeddi yüz əlli min) manat məbləğində kredit və ona hesablanmış faizlər borcalan tərəfindən ödəniş qrafikina uyğun olaraq vaxtında və lazımi qaydada kreditverənə qaytarıldıqda (3.3-cü bənd); “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı1-ipoteka qoyan və İddiaçı2-borc alan arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 19011-0164/061008Sİ nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, bu müqaviləyə əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı-ipoteka predmetini 19011-0164/074455 nömrəli xx xxxxxx 2019-cu il tarixli və 19011-0166/074455 nömrəli xx xxxxxx 2019-cu il tarixli kredit müqavilələrindən irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir (1.1-ci bənd). Bu müqavilə hazırda müqavilən 2-ci maddəsində qeyd edilən əmlakın “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə müvafiq olaraq ipoteka saxlayanın xeyrinə sonrakı ipoteka ilə yüklü edilməsinin hüquqi əsaslarını, tərəflərin hüquq və vəzifələrini və mülki-hüquqi məsuliyyətini müəyyən edir (1.2-ci bənd). İpoteka predmeti Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən, ümumi sahəsi 167,7kv.metr olan qeyri-yaşayış sahəsidir (2.1-ci bənd). İpoteka predmetinirı qeydə alındığı rəsmi reyestr: 98 nömrəli reyestr kitabının 9128-ci səhifəsi, reyestr nömrəsi **********25-05301-083003, qeydiyyat nömrəsi **********, xx xxxx 2012-ci il tarixdə qeydiyyat aparılmışdır (2.2-ci bənd). İpoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı X19 tərəfindən verilmiş xx xxxx 2012-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdır (2.3-cü bənd). İpoteka predmetinə mülkiyyət hüququnu qeydə almış dövlət orqanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı X14 (2.4cü bənd). xx xxxxxxxx 2012-ci il tarixli 1209-4679/074455 nömrəli, illik faiz dərəcəsi 30% artıq olmamaq şərti ilə 60 (altmış) ay müddətinə (xx xxxxxxxx 2017-ci il tarixinədək) “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış kredit limiti müqaviləsidir (3.1-ci bənd). xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli, “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış kredit müqaviləsi üzrə illik 10% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətə verilmiş 750.000 (yeddi yüz əlli min) manat və xx xxxxxx 2019-cu il tarixli 19011-0166/074455 nömrəli, “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış kredit müqaviləsi üzrə illik 3% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətə verilmiş 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40% məbləğində cərimə hesablanması nəzərdə tutulmuşdur (3.2-ci bənd). xx xxxxxx 2019-cu il tarixli 19011-0166/074455 nömrəli kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətinə illik 3% dərəcəsi ilə verilmiş 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları məbləği və ona hesablanacaq faizlər müddətin sonunda, yəni xx xxxxxx 2021-ci il tarixdə kreditverənin borcalana xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətində 10% dərəcəsi ilə verdiyi 750.000 (yeddi yüz əlli min) manat məbləğində kredit və ona hesablanmış faizlər borcalan tərəfindən ödəniş qrafikina uyğun olaraq vaxtında və lazımi qaydada kreditverənə qaytarıldığı təqdirdə borcalan tərəfindən geri qaytarılmalıdır (3.4-cü bənd); “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxX5-ipoteka qoyan və İddiaçı2-borc alan arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 19011-0164/255655Sİ nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, Bu müqaviləyə əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı-ipoteka predmetini 19011-0164/074455 nömrəli xx xxxxxx 2019-cu il tarixli və 19011-0166/074455 nömrəli xx xxxxxx 2019-cu il tarixli kredit müqavilələrindən irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir (1.1-ci bənd). Bu müqavilə hazırda müqavilənin 2-ci maddəsində qeyd edilən əmlakın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq ipoteka saxlayanın xeyrinə sonrakı ipoteka ilə yüklü edilməsinin hüquqi əsaslarını, tərəflərin hüquq və vəzifələrini və mülki-hüquqi məsuliyyətlərini müəyyən edir (1.2-ci bənd). Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində istifadədə olan 0,02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, yeddi otaqlı, 144,8 kv.metr yaşayış, 164,7 kv.metr köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evi ipoteka predmetidir. İpoteka predmetinin qeydə alındığı rəsmi reyestr: 106 nömrəli reyestr kitabının 9644-cü səhifəsi, reyestr nömrəsi **********43- 10301, qeydiyyat nömrəsi **********, xx xxxxxx 2008-ci il tarixdə qeydiyyat aparılmışdır. İpoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı X19 tərəfindən verilmiş xx xxxxxx 2008-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdır. İpoteka predmetinə mülkiyyət hüququnu qeydə almış dövlət orqanı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Bakı X14 (2-ci maddənin A bəndi). ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 136 kv.metr olan xüsusi mülkiyyətli 21 nömrəli mənzil ipoteka predmetidir. İpoteka predmetinin qeydə alındığı rəsmi reyestr: 1674 nömrəli reyestr kitabının 153666-ci səhifəsi, reyestr nömrəsi **********54-05301-093021, qeydiyyat nömrəsi **********, xx xxxx 2012-ci il tarixdə qeydiyyat aparılmışdır. İpoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı X19 tərəfindən verilmiş xx xxxx 2012-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdır. İpoteka predmetinə mülkiyyət hüququnu qeydə almış dövlət orqanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Revestri Xidməti Bakı X14 (2-ci maddənin B bəndi). Əsas öhdəlik xx xxxxxxxx 2012-ci il tarixli 1209-4679/074455 nömrəli, illik faiz dərəcəsi 30% artıq olmamaq şərti ilə 60 (altmış) ay müddətinə (xx xxxxxxxx 2017-ci il tarixədək) “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış kredit limiti müqaviləsidir (3.1-ci bənd). xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış kredit müqaviləsi üzrə illik 10% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətə verilmiş 750.000 (yeddi yüz əlli min) manat və xx xxxxxx 2019-cu ii tarixli 19011-0166/074455 nömrəli “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış kredit müqaviləsi üzrə illik 3% dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətə verilmiş 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40% məbləğində cərimə hesablanması nəzərdə tutulmuşdur (3.2-ci bənd); “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas, faiz və cərimə hesablanması haqqında xx xxxxx 2020-ci il tarixli arayışın müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən borclu şəxsin banka 662.862,84 (altı yüz altmış iki min səkkiz yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində əsas, 10.415,26 (on min dörd yüz on beş manat iyirmi altı qəpik) manat məbləğində faiz və 1.154,45 (bir min bir yüz əlli dörd manat qırx beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat məbləğində borcu yaranmışdır; “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış xx xxxxxx 2019-cü il tarixli 19011-0166/074455 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas, faiz və cərimə hesablanması haqqında xx xxxxx 2020-ci il tarixli arayışın müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən borclu şəxsin banka 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı manat qırx bir qəpik) manat məbləğində əsas və 2.571,63 (iki min beş yüz yetmiş bir manat altmış üç qəpik) manat məbləğində faiz olmaqla, cəmi 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz manat dörd qəpik) manat məbləğində borcu yaranmışdır; “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2nə aid hesabdan çıxarışın surətindən və məzmunundan görünür ki, xx xxxxxx 2019-cu ildə ödənilməli olan 20.000 (iyirmi min) manat xx xxxxxx 2019-cu ildə (4 gün gecikmə ilə), xx xxxxxx 2019-cu ildə ödənilməli olan 20.000 (iyirmi min) manat xx xxxxxx 2020-ci ildə (56 gün gecikmə ilə), xx xxxxxx 2020-ci ildə ödənilməli olan 20.000 (iyirmi min) manat xx xxxxxx 2020-ci ildə (24 gün gecikmə ilə) ödənil-miş; xx xxxx 2020-ci ildə ödənilməli olan 37.849,71 (otuz yeddi min səkkiz yüz qırx doqquz manat yetmiş bir qəpik) manat və xx xxxxx 2020-ci ildə ödənilməli olan 37.849,71 (otuz yeddi min səkkiz yüz qırx doqquz manat yetmiş bir qəpik) manat isə ödənilməmiş və ipotekaya tutmanın yönəldilməsinə başlandığı xx xxxxx 2020-ci ilədək həmin ödənişlər üzrə gecikmə günlərinin sayı müvafiq olaraq 57 (əlli yeddi) və 28 (iyirmi səkkiz) gün olmuşdur; “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2nə ünvanladığı xx xxxxx 2020-ci il tarixli “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”in surətindən və məzmunundan görünür ki, ünvanlanmış şəxs barəsində xx xxxxxx 2019-cu il tarixli 19011-0166/074455 nömrəli və 19011-0164/074455 nömrəli borcun (750.000 (yeddi yüz əlli min) manat və 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları ) və ya (AZ10V-516 qeydiyyat nişanlı CAT-336D Ekskavator və AZ10V-517 qeydiyyat nişanlı CAT CS 64 markalı yolbasan avtomobili) mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)-kredit müqaviləsi, girov müqaviləsi mövcuddur. Həmin sənədə görə xx xxxxxx 2019-cu il tarixli razılaşması imzalanaraq kredit xx xxxxxx 2021-ci il tarixədək 750.000 (yeddi yüz əlli min) manat və 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları öhdəliyi yaranmışdır. xx xxxxxx 2019-cu il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi, lazımınca icra edilməməsi, icranın gecikdirilməsi nəticəsində xx xxxxx 2020-ci il tarixinə xx xxxxxx 2019-cu il tarixli 19011-0166/074455 nömrəli və 19011-0164/074455 nömrəli sənədlərdən irəli gələrək 662.862,84 (altı yüz altmış iki min səkkiz yüz altmış iki manat səksən dörd qəpik) manat və 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları (məbləğində əsas borc ödənilməli və ya tələb edilən AZ10V-516 qeydiyyat nişanlı CAT-336D Ekskavator və AZ10V-517 qeydiyyat nişanlı CAT CS 64 markalı yolbasan avtomobili əmlakı alınıb verilməli, sənəddə nəzərdə tutulduğu halda 10.415,26 (on min dörd yüz on beş manat iyirmi altı qəpik) manat və 2.571,63 (iki min beş yüz yetmiş bir dollar altmış üç sent) ABŞ dolları məbləğində çatası faiz və 1.154,45 (bir min bir yüz əlli dörd manat qırx beş qəpik) manat məbləğində dəbbə pulu (cəmi 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları) və ya öhdəliyin icrası əvəzinə razılaşdırılmış əmlak (peşman haqqı) borclu tərəfindən verilməlidir. Borc 20 (iyirmi) gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Tələb haqqında məhkəməyə müraciət notarius tərəfindən icra qeydinin aparılmasını dayandırmır. “Mega Ekspress” Məhdud Məsuliyyətli Cəmiyyəti məktub və bağlamaların daşınma xidmətinin 183167 nömrəli poçt qəbzinin surətindən görünür ki, müvafiq icra qeydi bildirişi xx xxxxx 2020-ci il tarixdə bank tərəfindən göndərilmiş və xx xxxxx 2020-ci il tarixdə X4 tərəfindən şəxsən imza edilməklə qəbul edilmişdir; “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı1 ünvanladığı xx xxxxx 2020-ci il tarixli “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”in surətindən və məzmunundan görünür ki, ünvanlanmış şəxs barəsində xx xxxxxx 2019-cu il tarixli 19011-0166/074455 nömrəli və 19011-0164/074455 nömrəli borcun (750.000 (yeddi yüz əlli min) manat və 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları ) və ya (Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi) mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)-kredit müqaviləsi, girov müqaviləsi mövcuddur. Həmin sənədə görə xx xxxxxx 2019-cu il tarixli razılaşması imzalanaraq kredit xx xxxxxx 2021-ci il tarixədək 750.000 (yeddi yüz əlli min) manat və 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları öhdəliyi yaranmışdır. xx xxxxxx 2019-cu il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi, lazımınca icra edilməməsi, icranın gecikdirilməsi nəticəsində xx xxxxx 2020-ci il tarixinə xx xxxxxx 2019-cu il tarixli 19011-0166/074455 nömrəli və 19011-0164/074455 nömrəli sənədlərdən irəli gələrək 662.862,84 (altı yüz altmış iki min səkkiz yüz altmış iki manat səksən dörd qəpik) manat və 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları (məbləğində əsas borc ödənilməli və ya tələb edilən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi əmlakı alınıb verilməli, sənəddə nəzərdə tutulduğu halda 10.415,26 (on min dörd yüz on beş manat iyirmi altı qəpik) manat və 2.571,63 (iki min beş yüz yetmiş bir dollar altmış üç sent) ABŞ dolları məbləğində çatası faiz və 1.154,45 (bir min bir yüz əlli dörd manat qırx beş qəpik) manat məbləğində dəbbə pulu (cəmi 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları) və ya öhdəliyin icrası əvəzinə razılaşdırılmış əmlak (peşman haqqı) borclu tərəfindən verilməlidir. Borc 20 (iyirmi) gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Tələb haqqında məhkəməyə müraciət notarius tərəfindən icra qeydinin aparılmasını dayandırmır. “Mega Ekspress” Məhdud Məsuliyyətli Cəmiyyəti məktub və bağlamaların daşınma xidmətinin 188166 nömrəli poçt qəbzinin surətindən görünür ki, müvafiq icra qeydi bildirişi xx xxxxx 2020-ci il tarixdə bank tərəfindən göndərilmiş və xx xxx 2020-ci il tarixdə Ramilə Abdullayeva adlı şəxsin çatdırılmasının təmin edilməsi ilə bağlı qeyd öz əksini tapmışdır; “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı1 və İddiaçı2nə ünvanladığı ipoteka predmetinə tutma yönəldilməsi haqqında xx xxx 2020-ci il tarixli 2872 nömrəli bildirişin surətindən və məzmunundan görünür ki, “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxünvanlamış şəxs arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 19011-0166/074455 nömrəli və 19011- 0164/074655 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı2nə 24 (iyirmi dörd) ay müddətinə 750.000 (yeddi yüz əlli min) manat və 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2019-cu il tarixli 19011- 0166/074455 nömrəli və 19011-0164/074655 nömrəli kredit müqavilələrindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi 19011-0164/061008Si nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi banka ipoteka qoyulmuşdur. Bankın ipoteka hüququ xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır (reyestr nömrəsi **********725-05301-083003, qeydiyyat nömrəsi **********). Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəli üzrə dövri olaraq banka ödəməli olduğu-kredit və faiz borclarının həmin cədvələ uyğun ödənilməsini təmin etməmiş və müəyyən olunmuşödəmə müddətləri pozulmuşdur. Borclu şəxsin xx xxxxx 2020-ci il tarixə banka olan borcun məbləği: xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli (AZN) kredit müqaviləsi üzrə 662.862,84 (altı yüz altmış iki min səkkiz yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində əsas kredit borcu, 10.415,26 (on dörd min dörd yüz on beş manat iyirmi altı qəpik) manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 1.154,45 (bir min bir yüz əlli dörd manat qırx beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat məbləğində, 29 avqust2019-cu il tarixli 19011-0166/074455 nömrəli (USD) digər kredit müqaviləsi üzrə 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları məbləğindəəsas kredit borcu, 2.571,63 (iki min beş yüz yetmiş bir dollar altmış üç sent) ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları məbləğindədir. Qeyd olunanlara və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34cü və 36-cı maddələrinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliyin icrasını təmin elmək üçün ipoteka predmeli olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi borclu şəxsin nəzərinə çatdırılmışdır; “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxAzərbaycan Respublikası Abşeron rayonu Dövlət X17 Texniki Nəzarətin təşkili sektoruna ünvanladığı xx xxx 2020-ci il tarixli 2807 nömrəli bilririşin qeydə alınmasına dair ərizənin surətindən və məzmunundan görünür ki, “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış müvafiq kredit xətti müqaviləsinə əsasən bağlanmış kredit müqavilələri üzrə verilmiş kredit məbləğlərinin təminatı kimi borcalana məxsus ipoteka predmeti olan AZ10V-516 qeydiyyat nişanlı, “CAT-336D” markalı ekskavator (buraxılış ili-2012, zavod N-KKT01034, sarı rəngli avtomobil) və AZ10V-517 qeydiyyat nişanlı “CAT CS 64” markalı (buraxılış ili-2012, zavod N-C7F00214, sarı rəngli avtomobil) yolbasana tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir; “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı xx xxx 2020-ci il tarixli 2875 nömrəli bilririşin qeydə alınmasına dair ərizənin surətindən və məzmunundan görünür ki, “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış müvafiq kredit xətti müqaviləsinə əsasən bağlanmış kredit müqavilələri üzrə verilmiş kredit məbləğlərinin təminatı kimi ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən, 167,7 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxx 2020-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən, 167,7 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxx 2020-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 15A nömrəli evin 21 nömrəli mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; Bakı şəhəri 51 nömrəli notariat ofisinin Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx xxx 2020-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, müvafiq notariat ofisində xx xxx 2020-ci il tarixdə aparılmış 8-İ-3887 nömrəli icra qeydi icra olunması üçün sənədlərlə birlikdə göndərilmişdir; Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 icraata başlamaq haqqında xx xxx 2020-ci il tarixli qərarının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri 51 nömrəli notariat kontorunin 8İ-3887 nömrəli, xx xxx 2020-ci il tarixli icra sənədinə əsasən tələbkar “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxtələbi ilə ipoteka qoyan İddiaçı2nə məxsus ipoteka predmeti olan AZ10V-516 qeydiyyat nişanlı, “CAT-336D” markalı ekskavator (buraxılış ili-2012, zavod N-KKT01034, sarı rəngli avtomobil), AZ10V-517 qeydiyyat nişanlı “CAT CS 64” markalı (buraxılış ili-2012, zavod N-C7F00214, sarı rəngli avtomobil) yolbasana, Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 18, mənzil 1 ünvanında qeydiyyatda olan ipoteka qoyan X2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində istifadədə olan 0,02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144,8 kv.metr yaşayış, 164,7 kv.metr köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evinə və ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136 kv.metr olan xüsusi mülkiyyətli 21 nömrəli mənzilə öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları məbləğində borc üzrə tutma yönəldilməlidir. Borcludan tələbkar tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 674.452,55 (altı yüz yetmiş dörd min dörd yüz əlli iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları məbləğində pul tutulmalıdır. Borclular İddiaçı2nə və X2 10 (on) gün müdəttində icranı könüllü olaraq təmin edilməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması qərara alınmışdır; Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 İddiaçı2nə və X2 ünvanladığı tələbin könüllü icrası haqqında xx xxx 2020-ci il tarixli bildirişin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri 51 nömrəli notariat kontorunun 8İ-3887 nömrəli xx xxx 2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir; Bakı şəhəri 51 nömrəli notariat kontorunin 8İ-3887 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydinin surətindən və məzmunundan görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.1ci maddəsinə əsasən həmin ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 21 hüquqi ünvanlı “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxtələbi ilə Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 18, mənzil 1 ünvanında qeydiyyatda olan ipoteka qoyan İddiaçı2nə məxsus ipoteka predmeti olan AZ10V-516 qeydiyyat nişanlı CAT- 336D markalı ekskavator (buraxılış ili-2012, zavod N-KKT01034, sarı rəngli avtomobil), AZ10V- 517 qeydiyyat nişanlı CAT CS 64 markalı (buraxılış ili-2012, zavod N-C7F00214, sarı rəngli avtomobil) yolbasana, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 18, mənzil 1 ünvanında qeydiyyatda olan ipoteka qoyan X2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində istifadədə olan 0,02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, yeddi otaqlı, 144,8 kv.metr yaşayış, 164,7 kv.metr köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evinə və ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136 kv.metr olan, xüsusi mülkiyyətli 21 nömrəli mənzilə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 ( altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları məbləğində borc üzrə) tutma yönəldilməsi, bundan əlavə, borcludan tələbkar tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 674.452,55 (altı yüz yetmiş dörd min dörd yüz əlli iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması ilə bağlı həmin icra qeydi xx xxx 2020 tarixində aparılmışdır; Bakı şəhəri 51 nömrəli notariat ofisinin Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx xxx 2020-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, müvafiq notariat ofisində xx xxx 2020-ci il tarixdə aparılmış 8-İ-3979 nömrəli icra qeydi icra olunması üçün sənədlərlə birlikdə göndərilmişdir; Bakı şəhəri 51 nömrəli notariat kontorunin 8İ-3979 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydinin surətindən və məzmunundan görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.1ci maddəsinə əsasən həmin ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 21 hüquqi ünvanlı “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxtələbi ilə Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 18, mənzil 1 ünvanında qeydiyyatda olan ipoteka qoyan İddiaçı1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən, ümumi sahəsi 167,7 kv.metr olan qeyriyaşayış sahəsinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat va 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları borc üzrə) tutmanın yönəldilməsi ilə bağlı müvafiq qeyd verilmişdir; Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 icraata başlamaq haqqında xx xxxx 2020-ci il tarixli qərarının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri 51 nömrəli notariat kontorunin 8İ-3979 nömrəli, xx xxx 2020-ci il tarixli icra sənədinə əsasən tələbkar “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxtələbi ilə Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 18, mənzil 1 ünvanında qeydiyyatda olan ipoteka qoyan İddiaçı1 məxsus ipoteka predmeti olan ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 167,7 kv.metr olan qeyri-yaşayış sahəsinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dolları məbləğində tutma yönəldilməlidir. Borclu İddiaçı1 10 (on) gün müdəttində icranı könüllü olaraq təmin edilməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması qərara alınmışdır; Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 İddiaçı1 ünvanladığı tələbin könüllü icrası haqqında xx xxxx 2020-ci il tarixli bildirişin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri 51 nömrəli notariat kontorunun 8İ-3979 nömrəli xx xxx 2020-ci il tarixli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir; “Mega Ekspress” Məhdud Məsuliyyətli Cəmiyyəti sürətli poçt daşıması xidmətinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli məktubun məzmunundan görünür ki, həqiqətən də xx xxxxx 2020-ci il tarixdə “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Mega Ekspress” Məhdud Məsuliyyətli Cəmiyyəti sürətli poçt xidməti vasitəsilə (183167) nömrəli qaimə ilə İddiaçı2nə məktub (icra qeydi bildirişi) göndərilmişdir. Qeyd olunan məktubda “Ayaz Mexanizasiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin qeydiyyat ünvanı texniki olaraq səhv qeyd edilməsinə baxmayaraq, “Mega Ekspress” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı ilə “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnümayəndəsinin iştirakı ilə həmin məktub digər məktublarla (183168; 183165 nömrəli qaimələr) birgə Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 18, mənzil 1 ünvanında xx xxxxx 2020-ci il tarixdə Tahir Abdullayev adlı şəxsə təqdim etmişdilər; Azərbaycan Respublikası Vergilr Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən xx xxxx 2016-cı il tarixli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, xx xxx 2006-cı il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmiş İddiaçı2 hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 18, mənzil 1 olmaqla, qanuni təmsilçisi X4 qeyd edilmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki,“Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxİddiaçı2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsinə əsasən illik 10% dərəcəsi ilə 24 ay müddətinə 750.000 (yeddi yüz əlli min) manat və 19011-0166/074455 nömrəli kredit müqaviləsinə əsasən illik 3% dərəcəsi ilə 24 ay müddətinə 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları məbləğində kreditin verilməsi razılaşdırılmış, təminat olaraq zaminlik və ipoteka müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin 5.1-ci bəndinə əsasən kreditin qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə xx xxxxxx 2021-ci il müəyyən edilmiş, bank tərəfindən 750.000 (yeddi yüz əlli min) manat kreditin ödənişi üçün cədvəl təqdim edilmişdir. Bakı şəhəri 51 nömrəli notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş 81- 3979 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydinə əsasən tələbkar “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxtələbi ilə Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 18, mənzil 1 ünvanında qeydiyytada olan ipoteka qoyan İddiaçı1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən, ümumi sahəsi 167,70 kv.metr olan qeyri-yaşayış sahəsinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dollarıtutma yönəldilməlidir. Bakı şəhəri 51 nömrəli notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş 8İ-3887 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydinə əsasən tələbkar “Bank Respublika”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxtələbi ilə ipoteka qoyan “Ayaz Mexanizasiya” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ipoteka predmeti olan AZ10V-516 qeydiyyat nişanlı, CAT-336D markalı ekskavator, AZ10V-517 qeydiyyat nişanlı, CAT CS64 markalı yolbasan, Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 18, mənzil 1 ünvanında qeydiyyatda olan ipoteka qoyan X2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində istifadədə olan 0.02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144,80 kv.metr yaşayış, 164,70 kv.metr köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 136 kv.metr olan xüsusi mülkiyyətli 21 nömrəli mənzilə öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 (altı yüz yetmiş dörd min dörd yüz otuz iki manat əlli beş qəpik) manat və 288.308,04 (iki yüz səksən səkkiz min üç yüz səkkiz dollar dörd sent) ABŞ dollarıborc üzrə tutma yönəldilmişdir. İddiaçı şəxslər İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 51 nömrəli notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 51 nömrəli notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 8İ-3887 reyestr nömrəli və xx xxx 2020-ci il tarixli, 8İ-3979 reyestr nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şəxslər müvafiq icra qeydlərinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması ilə aparıldığını göstərmiş və bunu müvafiq icra qeydlərinin aparılmasına əsas olmuş borcla bağlı məhkəmə mübahisəsinin olması ilə əsaslandırmışdır. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin: 1-ci hissəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; 3-cü hissəsinə əsasən barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; 4-cü hissəsinə əsasən icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; 5-ci hissəsinə əsasən fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; 6-cı hissəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 (iyirmi) gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; 7-ci hissəsinə əsasən elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; 8-ci hissəsinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılması üçün iddiaçının göstərdiyi kimi, borcla bağlı mübahisənin olub-olmamasını deyil, borcun mübahisəsiz olmasının məhz təqdim edilən sənədlərlə təsdiq olunması tələbini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndəril-məsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Siyahının 1-1-ci bəndində göstərilən sənədlər notariusa təqdim olunursa, bu, haqqında icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir və digər şəxslərin borcun mübahisəli olub-olmamasına dair subyektiv münasibətindən asılı olmayaraq icra qeydinin aparılması üçün əsasdır. İcra qeydinin aparılması üçün notariusa təqdim olunan sənədlərdən görünür ki: -tərəflər arasında qeyd olunan əmlaklara dair notarial qaydada təsdiq edilmiş sonrakı ipoteka müqaviləsi bağlanmışdır; -həmin müqavilə (bankın ipoteka hüququ) daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində qeydə alınmışdır; -ipoteka ilə təmin olunan öhdəlik vaxtında icra olunmadığı üçün bank “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri sifarişli məktubla ipoteka qoyanlara göndərmişdir; -ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər müvafiq dövlət reyestrində qeydə alınmışdır. Bu baxımdan qeyd edilməlidir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və müvafiq sənədlər notariat ofisinə bank tərəfindən təqdim olunmuşdur. Qeyd edilənlərdən görünür ki, müvafiq icra qeydləri aparılarkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Həmçinin, iddiaçı şəxslər müvafiq iddia ərizəsində borcun mübahisəsiz olmadığım əsaslandırmaq üçün həmin borcun yarandığı kredit müqavilələrinin 5.1-ci bəndində kreditin qaytarılmasının son müddətinin xx xxxxxx 2021-ci il müəyyən olunduğuna və bu müddətin hələ başa çatmadığına istinad etmişdir. Məhkəmə qeyd edilən tələbi də əsassız hesab edir. Belə ki, xüsusilə qeyd edilməlidir ki, icra qeydi borc məbləğinin qaytarılması barədə deyil, müvafiq ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə aparılmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar: 34.1.1.əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3.ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəlt-mək hüququ verən şərtinin baş verməsi; 34.1.4.bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 (iyirmi bir) təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpotekaya tutmanın yönəldilməsi barədə şikayətə ərizənin daxil olduğu gündən məhkəmə tərəfindən 1 (bir) ay müddətində baxılır; 38.1-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydlərinin aparılması üçün əsas öhdəliyin son icra müddətinin başa çatması vacib deyildir, ipotekaya tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hər hansı halın mövcud olması və siyahının 1- 1-ci bəndində göstərilən sənədlərin notariusa təqdim edilməsi kifayətdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş öhdəliklərin icrası vəziyyətinə dair xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini xx xxxxx 2020-ci il tarixə (tutma yönəldilməsinin başlandığı günə) qədər 169 (bir yüz altmış doqquz) gün gecikdirməklə icra etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.3-cü maddəsinə görə ipoteka müqaviləsində nəzər-də tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərt baş verdiyi halda da ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Tərəflər arasında bağlanmış sonrakı ipoteka müqavilələrinin 9-cu bəndinin (‘‘İpoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi”) 1-ci hissəsinin 9-cu abzasına görə kredit öhdəliyi ödəniş qrafikinə əsasən vaxtında və lazımı qaydada icra edilmədikdə bank krediti və ona hesablanmış faizləri vaxtından əvvəl tələb edərək ipoteka qoyulmuş əmlaka tutma yönəldə bilər. Borcalan şəxsin xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini ödəniş qrafikini pozmaqla icra etdiyi iş materialları ilə öz hüquqi təsdiqini tapmışdır. Belə ki, qeyd edilən müqavilə üzrə xx xxxxxx 2019-cu ildə ödənilməli olan 20.000 (iyirmi min) manat xx xxxxxx 2019-cu ildə (4 gün gecikmə ilə), xx xxxxxx 2019-cu ildə ödənilməli olan 20.000 (iyirmi min) manat xx xxxxxx 2020-ci ildə (56 gün gecikmə ilə), xx xxxxxx 2020-ci ildə ödənilməli olan 20.000 (iyirmi min) manat xx xxxxxx 2020-ci ildə (24 gün gecikmə ilə) ödənil-miş; xx xxxx 2020-ci ildə ödənilməli olan 37.849,71 (otuz yeddi min səkkiz yüz qırx doqquz manat yetmiş bir qəpik) manat və xx xxxxx 2020-ci ildə ödənilməli olan 37.849,71 (otuz yeddi min səkkiz yüz qırx doqquz manat yetmiş bir qəpik) manat isə ödənilməmiş və ipotekaya tutmanın yönəldilməsinə başlandığı xx xxxxx 2020-ci ilədək həmin ödənişlər üzrə gecikmə günlərinin sayı müvafiq olaraq 57 (əlli yeddi) və 28 (iyirmi səkkiz) gün olmuşdur. xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 nömrəli kredit müqaviləsi üzrə öhdəlik ödəniş qrafikinə uyğun icra olunmadığı üçün eyni tarixli 19011-0166/074455 nömrəli kredit müqaviləsinin 4.2-ci bəndinə görə bu müqaviləyə əsasən verilmiş 285.736,41 (iki yüz səksən beş min yeddi yüz otuz altı dollar qırx bir sent) ABŞ dolları məbləğində kredit vaxtından əvvəl tələb oluna bilər. Beləliklə,təqdim olunan sənədlərdən də görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci və 34.1.3cü maddələrində göstərilən əsaslar mövcud olmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı1 və “İddiaçı2“ Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, iddiaçı şəxslər iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, iş materiallarında mövcud olan və məhkəmə araşdırmasında əldə edilmiş müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. İddiaçı şəxslər müvafiq icra qeydlərinin qanunsuz olduğunu göstərsələr də, bunu sübut edə bilməmişlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 51 nömrəli notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 51 nömrəli notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2877/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2877/2020
04.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver