Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-288/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 100.000 (yüz min) manat məbləğində vurulmuş mənəvi ziyanın, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2013-cü ildə rəsmi nihaka daxil olmuşlar. Tərəflərin birgə nikahından övladları dünyaya gəlməmişdir. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş, kəskin xarakter daşımışdır. Tərəflər arasında sonuncu dəfə mübahisə xx.xx.2018-ci il tarixdə Ülkər Hüseyinbəylinin əsassız olaraq Nurlanı təhqir etməsi nəticəsində baş vermişdir. Cavabdeh uzun müddətdir davam edən təhqir və şəxsiyyəti alçaldan hərəkətlərindən cana gələn İddiaçı bu hadisədən sonra yaşadıqları mənzili tərk etmiş, ondan boşanacağını bildirmişdir. Bunu gözləməyən Cavabdeh sonuncunu peşman etmək üçün onu bir növ cəzalandırmaq fikrinə düşmüş və ertəsi gündən başlayaraq əməliyyata başlamışdır. İlk gündən maşın qaçırma, oğurluq və s. barədə iddiaçını bir neçə orqana şikayət etmişdir. Cavabdehin niyyəti İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlaklardan özünün xeyrinə imtina etməyə məcbur etmək olmuşdur. Lakin bu əsassız şikayətlər heç bir nəticə verməmişdir. Bundan sonra, İddiaçı onun hiylələrinə uymadığını görəndə cavabdeh Ülkər daha dərinə gedərək, onu cinayət törətməkdə ittiham etməyə, şər, böhtan etməyə başlamışdır. Belə ki, xx xxxx 2018-ci il tarixdə Cavabdeh Nərimanov RPİ-nin 17-ci PB-nə ərizə ilə müraciət edərək, xx xxxx 2018-ci il tarixdə saat 20:00-da yaşadığı mənzildə həyat yoldaşı İddiaçı təpiklə onun qarın nahiyyəsinə zərbə vurmasını və bunun nəticəsində hamiləliyinin pozulması ilə bağlı yalanlarla dolu şikayət ünvanlamışdır. Cavabdeh hüquqşünas olaraq ilk baxışda yeriyə bilən hamiləliyinin pozulması hiyləsini ağıllı düşünmüş və inandırıcı olması üçün ginekoloq rəfiqəsinin köməyindən yararlanmışdır. Belə ki, həmin rəfiqəsinin köməyi ilə saxta arayış hazırlayaraq onu polis orqanına vermişdir. Nəticədə faktla bağlı xx.xx.2018-ci il tarixdə Nərimanov RPİ-də İddiaçı barəsində AR CM-nin 126.1-ci maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır. xx xxxx 2018-ci il tarixdə isə saat 17:00-da Bakı şəhəri Nərimanov rayon X7 Şöbəsinin baş müstəndqi P.N.Məmmodov tərəfindən İddiaçı şübhəli şəxs qismində tutulmuşdur, azadlıqdan məhrum edilmişdir. xx.xx.2018-ci il tarixdə isə İddiaçı barəsində təqsirləndirilən şəxs qismində tanınması barədə qərar qəbul edilmişdir. Heç bir təqsiri olmadığı halda, İddiaçı barəsində cinayət işinin açılması, araşdırmanın aparılması və onun özünün tutulması iddiaçının əsəb gərginliyi, əsəb sarsıntısı yaşamasına, mənəvi iztirab keçirməsinə, güclü ruhi həyəcan, qorxu, stress keçirməsinə səbəb olmuşdur. Cavabdeh şər və böhtanla dolu şikayətləri əsasında və verdiyi uydurma izahatlar nəticəsində iddiaçının başına gələnlər onu bütün tanışları, qohumları, dostları, yaxınları arasında rüsvay etmişdir ki, bu da onun kəskin əsəb sarsıntısı yaşamasına, əsəb gərginliyinin dərinləşməsinə, biabır olmasına səbəb olmuşdur, ona mənəvi ziyan vurmuşdur. Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, İddiaçı heç bir təqsiri olmadığı halda əli qandallı vəziyyətdə 2 nəfər polis əməkdaşının müşayiəti ilə qatı cinayətkar kimi, bir neçə dəfə Nərimanov rayon Məhkəməsinə gətirilmişdir. Heç bir günahı olmadığı halda, İddiaçı əli qandallı vəziyyətdə olması nəticəsində nəinki o özü, onun bütün yaxınları, tanışları və doğmaları mənəvi iztirab keçirmişlər. Lakin sonda haqq öz yerini tapdı. Müstəntiq tərəfindən məhkəməyə müraciət edilərək iddiaçının barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun həbsə salınması xahiş edilsə də, Nərimanov rayon Məhkəməsinin 30.06.20İ8-ci il tarixli 4(005)-340/2018 saylı qərarı ilə İddiaçı barəsində həbs qətimkan tədirinin seçilməsi barədə vəsatətin və təqdimatın təmin edilməməsi, rədd edilməsi qərar alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 4( 103)- 342/2018 saylı qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətinin təmin edilməməsi, xx.xx.2018-ci il tarixli qərarın dəyişdirilmədən saxlanması qərara alınmışdır. Nərimanov RPİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə, İddiaçı əməlində Azərbaycan Respublikası CM-mn 126.1-ci maddəsinə nəzərdə tutulan cinayət əməlinin əlamətləri olmadığından həmin hissə üzrə barəsində cinayət təqibinə xitam verilməsi, həmçinin İddiaçı qəsdən Cavabdeh sağlamlığına yüngül zərər vurmaqla həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsi faktı öz təsdiqini tapmadığından həmin hissə üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Ü.Hüscynovanın yalan ifadə verməsi və yalan xəbərçilik etməyinə görə onun barəsində AR CM-nin 296-cı maddəsinə əsasən cinayət işinin ayrılması qərara alınmışdır. Göründüyü kimi, cavabdehin niyyəti baş tutmamış, İddiaçı həbsə salınmamışdır. Lakin bütün bu 48 saat ərzində iddiaçının azadlığının məhdudlaşdırılması məsələsi onu mənəvi cəhətdən sarsıtmış, stress yaşatmışdır. Odur ki, cavabdeh yeni hiylə qurmaq və iddiaçını öz aləmində “cəzalandırmaq” fikrinə düşür. 2018-ci ilin iyul ayında yeni şikayət ərizəsi və uydurma hallarla bağlı Suraxanı rayon Polis İdarəsinə müraciət edərək, İddiaçı anası Pərvanənin yanında olan zaman, ona məxsus KİA markalı **-GU-*** dövlət qedyiyyat nişanlı minik avtomaşınını Yeni Suraxanı qəsəbəsi, ünvan 1 mənzil 6 ünvanında istəyən zaman anası Pərvanı və Nurlanın onu ölümlə hədələyərək, birdə həmin ünvana gələrsə onu öldürəcəkləri ilə hədələdiklərini bildirmişdir. İddiaçı bu dəfə Suraxanı rayon Polis İdarəsinə dəvət edilmiş və cavabdehin verdiyi ifadənin yalan olduğunu, heç bir hədə-qorxu etmədiyini, bunu sübut edəcək kamera görüntülərinin qeydə alındığını və həmin görüntünü təhqiqat araşdırmasına təqdim edə biləcəyini bildirmişdir. Suraxanı rayon Polis İdarəsinin 31-ci PB-nin xx.xx.2018-ci il tarixli qərarı ilə toplanmış material üzrə heç bir cinayət hadisəsinin olmadığına görə iddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin diqqətinə çatdırıram ki, cavabdeh bu gün də iddiaçı barəsində yalan və uydurma hallarla dolu şikayət ərizələri, iddia ərizəsi yazaraq çoxsaylı dövlət orqanlarına, məhkəməyə, polis, prokurorluq orqanlarına müraciət etməkdə davam edir, İddiaçıı tutduracağı, onu peşman edəcəyi ilə hədələyir. Cavabdehin artıq iki ildən çoxdur ki davam edən bu hərəkətləri nəticəsində İddiaçı nəinki qohumları, tanışları, yoldaşları, doğmaları arasında rüsvay olmuş, onun özü əsəb gərginliyi, stress, mənəvi iztirab keçirmiş, ağır vəziyyətə düşmüşdür. Dəfələrlə polis orqanlarına uydurma hallarla bağlı çağırılması, iş vaxtını itirməsi, onun şəxsi işində problemlərin yaranmasına, özünün əsəb gərginliyi keçirməsinə gətirmiş, bu vəziyyət onu təngə gətirmişdir. Hesab edirik ki, cavabdehin artıq 2 ildən çox davam edən bu qanunazidd əməlləri nəticəsində iddiaçıya 100.000 manat məbləğində mənəvi ziyan vurulmuşdur və bugün də vurulmaqda davam edir. Cavabdeh Ülkər Hüseynli Nurlandan boşanması faktı ilə razılaşmaq istəmir, o bilməlidir ki, zorla şantajla ailə olmaz. Cavabdeh Hüseyin qızını artıq dayandırmaq vaxtı çatıb. Heç kəs səbəb və əsas olmadan başqa şəxsi ittiham edə, hədələyə bilməz. Həmin şəxsin uydurduğu yalanların iddiaçıya yaşatdıqlarına görə vurulmuş mənəvi ziyanı ödəməlidir. Odur ki, cavabdehdən iddiaçıya yaşatdığı mənəvi iztirab və əsəb sarsıntısına görə 100.000 manat məbləğində mənəvi ziyanın vurulmasına görə pul tutulmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. xx.xx.2018-ci il tarixli “X4-Bakı” MMC-nin X9 epkrizindən görünür ki, “birinci sonsuzluq” səbəbi ilə klinkaya müraciət etmiş 1986-cı il təvəllüdlü Ülkər Hüseyinbəyli və 1985 ci il təvəllüdlü İddiaçı tibbi göstərişə əsasən və “İstək və arzuları” nəzərə alınaraq İVF proqramı tətbiqinə qərar verilmiş və transfer işləmindən 11 gün sonra qanda b-Hcg analizi vasitəsilə hamiləlik nəticəsi neqativ olmuşdur. Nərimanov Rayon X7 Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvələr məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 mənzil 6 ünvanında pasport qeydiyyatında olan və yaşayan, təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona, Azərbaycan Respublikası CM-nin 126.1 maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 4(005)-340/2018 saylı qərarı ilə İddiaçı barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməyərək İddiaçı məhkəmə iclasından dərhal buraxılması qərara alınmışdır. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vətəndaş X2 və vətəndaş İddiaçı müraciətləri ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 4(103)-341/2018 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Nərimanov Rayon X7 şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri olmadığınan həmin hissə üzrə barəsinə cinayət təqibinə xitam verilməsinə qərar verilmişdir. Məhkəmə sorğusu əsasında Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 241/2018 saylı ekspert rəyinin nəticəsindən görünür ki, 1986-cı il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərə və qərarda göstərilən suallara uyğun komissya nəticəyə gələrək vətəndaş Cavabdeh xx.xx.2018-ci ildə məhkəmə-tibbi ekspertizası zamanı onun bədənində hər-hansı xəsarət və ya onun izi aşkar edilməmişdir. xx.xx.2018-ci ildə ilkin ekspertiza zamanı göbəkdən aşağı xarici cinsiyyət üzvlərini əhatə edən bir ədəd qançır olması qeyd edilmişdir. Qeyd edilən xəsarət küt yaranma mexaniziminə malik olmaqla, yetirilmə müddəti xx.xx.2018-ci il tarixə uyğun tarixə gələ bilər, dərəcəsinə görə sağlamlığın qıssa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu 2,3,4 vətəndaş Ü.H.Hüseyinbəylinin adına tərtib edilmiş tibbi sənədlərdə onun hamilə olmasını və hamiləliyinin süni surətdə pozulmasını təsdiq edən tibbi kriteriyalar müəyyən edilməmişdir. Belə ki, təqdim edilən tibbi kartda qeyd edilən “18 həftəlik” hamiləlik yalnız zərərçəkmişin sözlərinə əsasən müəyyən edilmiş, onun pozulmasını təsdiq edən hər-hansı tibbi sənəd mövcud deyildir. Zərərçəkmiş hamilə olduğu təqdirdə belə onun hamiləliyinin bu müddətdə (İ yarısı) həmin xəsarət nəticəsində pozulması mümkün deyildir. Belə ki, bu müddətdə uşaqlıq çanaq sümükləri ilə tam mühafizə olunduğundan onun pozulması üçün daha ciddi xəsarət olmalı idi. Ekspert tərəfindən 500 saylı rəydə hamiləliyin travma nəticəsində pozulması qənaətinə gəlməsi tam əsaslandırılmamışdır. Belə ki, Ü.H.Hüseyinbəylinin hamilə olması heç bir tibbi sənəddə öz təsdiqini tapmamış və müayinəni aparmış mama-ginekoluqun isə mütəxəssis kimi cəlb edilərək həmin məlumatlara istinad etməsi ekspertizanın aparılması qaydalarına zidd olduğu qeyd edilmişidir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 mənzil 6 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə Cavabdeh şikayəti əsasında Nərimanov RPİ-nin 17-ci PB-nə müraciət edərək mənzildə həyat yoldaşı İddiaçı təpiklə onun qarın nahiyyəsinə zərbə vurmasını və bunun nəticəsində hamiləliyinin pozulması ilə bağlı şikayət ünvanlamışdır. Cavabdeh hamiləliyinin pozulması ilə bağlı da arayış təqdim etmiş və bu əsaslarla faktla bağlı xx.xx.2018-ci il tarixdə Nərimanov RPİ-də İddiaçı barəsində AR CM-nin 126.1-ci maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır. xx xxxx 2018-ci il tarixdə isə saat 17:00-da Bakı şəhəri Nərimanov rayon X7 Şöbəsinin baş müstəndqi P.N.Məmmodov tərəfindən İddiaçı şübhəli şəxs qismində tutulmuşdur, ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə ona ittiham elan edilmiş, xx.xx.2018-ci il tarixdə isə İddiaçı barəsində təqsirləndirilən şəxs qismində tanınması barədə qərar qəbul edilməklə həbs qismində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət və təqdimat verilmiş, lakin Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 4(005)-340/2018 saylı qəarı vəsatət və təqdimat təmin edilməyərək İddiaçı məhkəmə iclas zalından dərhal azad edilmişdir. Həmin Qərar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh polis orqanlarına saxta sübutlar təqdim etməsilə bağlı onun xx xxxx 2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əsassız olaraq tutulmasına görə mənəvi zərərin əvəzini cavabdehdən tələb etməkdədir. İlk növbədə məhkəmə cavabdehin mülki məsuıiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün onun təqsirlilik meyarlarına cavab verən hüquqi aspektdən tədqiq edilmiş sübutların qiymətləndirilməsini məqbul hesab edir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli cinayət işi üzrə əməlin hissəvi xitam edilməsi, cinayət əməlinin tövsif edilməsi və aiddiyatı üzrə göndərilməsi haqqında qərardan da göründüyü kimi 18 həftəlik hamiləliyin travmatik xarakterli pozulması və s. ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya dair əsaslar öz təsdiqini həmin iş üzrə tapmamışdır. Bu hal həmin cinayət işi üzrə məhkəmə tibbi-ekspertizasının iş materiallarında olan xx.xx.2018-ci il tarixli 241/2018 saylı ekspert rəyilə də öz təsdiqini tapmışdır. Həmin rəydən görünür ki, Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə onun hamilə olmasını və hamiləliyin süni surətdə pozulmasını təsdiq edən tibbi kriteriyalar müəyyən edilməmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 4(005)-340/2018 saylı qərarı və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarlarından da göründüyü kimi Cavabdeh həqiqətə uyğun olmayan polis orqanlarına təqdim etdiyi sənəd və şikayəti İddiaçı xx xxxx 2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əsassız olaraq tutulması ilə nəticələnmişdir. Məhkəmə müvafiq məhkəmə aktı ilə müəyyən edilmiş belə halların bir daha təsdiqlənməsinə və əlavə araşdırılmasına zərurətin olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin mülki məsulıiyyət yaradan hərəkətlərini məhkəmə iclasında sübuta yetirmişdir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X8 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X8 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X8 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə cavabdehin təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə mənəvi ziyana dair iddia iddiaçının tutulduğu müddət nəzərə alınmaqla 500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehdən tutulmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi ziyana görə və mülki iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 İddiaçı xeyrinə vurulmuş mənəvi ziyana görə 500 (beş yüz manat) məbləğində pul və mülki iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-288/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-288/2021
08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver