Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2883/2025 05.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X8 qarşı (açar sözlər: mənəvi zərərin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh X6 iştirakları ilə, İddiaçı cavabdeh X8 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh X8 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 vurulmuş mənəvi zərərə görə 8500 (səkkiz min beş yüz) manat və dövlət rüsumu 105 (yüz beş) manat, ümumilikdə 8605 (səkkiz min altı yüz beş) manat pul tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “cavabdeh X10 2009-cu ildən başlayaraq mütəmadi olaraq məni ictimai yerlərdə təhqir etməyə başlamışdır. Buna səbəb onun Bakı şəhəri Nərimanov rayonu X16 küçəsi 63 ev 2 ünvanda tikdirməyə başladığı binanın mövcud qanunvericiliyə zidd olaraq ara məsafəsi saxlamadan mənim mülkiyyət hüquqlarımı, sağlam ətraf mühitdə yaşama hüquqlarımı kobud şəkildə pozması ilə müşaiyət etməsinə etiraz etməm və onu davranışı ilə bağlı olaraq intizama dəvət etməm olmuşdur. Bildirmək istəyirəm ki, İdrisov Tariyel qanuna zidd hərəkətləri dəfələrlə təkrarladığından və ona qarşı qaldırmış olduğum iddiam Bakı Apellyasiya məhkəməsinin 22 fevral 2011-ci il tarixli 2(103)-626/2011 saylı Qətnaməsi ilə qismən təmin edilərək cavabdeh X2 vurulmuş mənəvi zərər görə 3000 (üç) manat pul tutularaq mənə İddiaçı ödənilməsini qət etmişdir. Bildirmək istəyir ki, X10 xx.xx.2024-cü il tarixdə təxminən saat 19:00 radələrində məni deyilməsi mümkün olmayan ifadələr işlədərək təhqir etmişdir. Tariyel İdrisovun mənə demiş təhqir dolu ifadələrdən sonra kəskin əsəb, gərginlik nəticəsində çox ciddi mənəvi sarsıntı keçirtmişəm. Bu hal məndə iztirab, əziyyət, sarsıntı dolu hisslər yaşatmışdır ki, bu vəziyyətim günlərlə davam etmişdir. Cavabdeh X4 qanunazidd hərəkətlərindən DİN-nin 102 xidməti vasitəsilə şikayət etdim ki, bunun nəticəsində araşdırma aparılaraq onun barəsində protokol tərtib edilərək Nərimanov rayon məhkəməsinə təqdim edilmişdir. Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-2387/2024 saylı Qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. X7 xx.xx.2024-cü il tarixdən hesablanaraq xx.xx.2024-cü il istər DVD diskə olan əks etdirmə və Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-2387/2024 saylı Qərarı ilə sübut olunur. Bakı Apellyasiya məhkəməsinin 22 fevral 2011-ci il tarixli 2(103)-626/2011 saylı Qətnaməsindən, Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-2387/2024 saylı Qərarından da görünür ki cavabdeh X10 qanunazidd davranışlarını davam etdirir. X7 tez-tez məni təhqir etməsi vasitəsilə mənə vurmuş olduğu mənəvi zərəri 8500 məbləğində dəyərləndirirəm.” II. Tərəflərin mövqeləri: Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əİiyev küçəsi, 63 saylı evin 2 nömrəli mənzili cavabdeh T.İdrisovun xüsusi mülkiyyətində olmuşdur. Nərimanov rayon icra hakimiyyəti başçısının 22 may 2008-ci il tarixli, 225 saylı sərəncamı ilə cavabdeh T.İdrisova həmin evin sökülərək yerində yeni binanın tikintisinə icazə verilmişdir. İddiaçı heç bir əsas olmadan 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində iddia qaldıraraq 22 may 2008-ci il tarixli, 225 saylı sərəncamın etibarsız sayılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsinin 12 oktyabr 2012-ci il tarixli qərrarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 13 avqust 2014-cü il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iddia qismən, yəni 22 may 2008-ci il tarixli, 225 saylı sərəncamın etibarsız sayılması hissəsində təmin edilmişdir. Ali Məhkəmənin İİK-nın 9 dekabr 2014-cü il tarixli qərarı ilə T.İdrisovun kassasiya şikayəti təmin olunmayaraq aşağı məhkəmənin qərarı qüvvədə saxlanmışdır. Ali Məhkəmənin məlum qərarının mürəkkəbi qurumamış mənəvi sarsıntı keçirdiyini iddia edən hörmətli İddiaçı dərhal Nərimanov rayon məhkəməsində T.İdrisova qarşı növbəti iddia qaldıraraq T.İdrisovun evinin (tikilinin) sökülməsini tələb etmişdir. Ancaq T.İdrisovun şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edildiyindən həmin iş üzrə icraat dayandırılmışdır. Konstitusiya Məhkəmə Plenumu, apellyasiya və kassasiya məhkəmələrinin T.İdrisova münasibətdə yol verdiyi hüquq pozuntularını aradan qaldırmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarı ilə T.İdrisovun şikayəti təmin olunaraq Ali Məhkəmənin İİK-nın 9 dekabr 2014-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə zidd hesab edilərək qüvvədən düşmüş hesab edilmişdir. Prosessual qanunvericiliyin müvafiq müddəalarına əsasən, mübahisə apellyasiya məhkəməsində təkrar baxılmış və İddiaçı iddiası əsassız olduğu üçün rədd edilmişdir. Ancaq İddiaçı kifayətlənməmiş, əsassız iddialarını davam etdirmiş və kassasiya şikayəti vermişdir. Nəhayət, Ali Məhkəmədə verdiyi iddianın hansı dərəcədə əsassız olduğunu anlayaraq kassasiya şikayətindən imtina etmişdir. Bütün bu dövr ərzində T.İdrisov yeganə yaşayış yerinin inşasını apara bilməmişdir. Bunun yeganə səbəbi İddiaçı qaldırdığı əsassız iddia olmuşdur. Bu dövrdə, tikinti materiallarının bahalaşması və devalvasiyanın olduğunu diqqətə alsaq, İddiaçı davranışlarının T.İdrisova vurduğu zərərin miqdarının hədlərini təsəvvür etmək elə də çətin olmaz. Lakin İddiaçı özünü mehriban qonşu kimi qələmə versə də, müxtəlif inzibati orqanlara əsassız və anonim şikayətlər ünvanlanmağa başlamışdır. Məqsəd, qüvvəyə minmiş məhkəmə aktları ilə qanuniliyi təsdiqlənmiş T.İdrisova məxsus evin inşaatının tamamlanmasına süni maneələr yaratmaq olmuşdur. Bu azmış kimi, İddiaçı bu illər ərzində mütəmadi olaraq cavabdeh T.İdrisova məxsus evə zərər vurmağa da davam etmişdir. Məsələn, İddiaçı öz tərəfindən suları dəfələrlə T.İdrisova məxsus evin zirzəmisinə axıtmışdır (bu barədə Akt əlavə olunur). Bundan başqa, mənəvi iztirab çəkdiyini irəli sürən İddiaçı cavabdeh T.İdrisovun evdə olmamasını fürsət bilib 12 avqust 2024-cü il tarixdə, saat 20:00-21:00 radələrində iki şəxsə pul verərək cavabdeh T.İdrisova məxsus evin bir hissəsini uçurmağa cəhd etmişdir. T.İdrisovun ailə üzvləri (arvadı Şəbinə Faşayeva və azyaşlı qızı Esmanur İdrisova) bundan qorxmuş, ciddi stress keçirmişlər. S.Faşayeva olanları mobil telefonla çəkmiş və bu barədə polisə məlumat vermişdir. İddiaçı ona mənəvi zərər dəydiyini iddia edir. Məsələ ondadır ki, cavabdeh T.İdrisovun onu mütəmadi olaraq təhqir etdiyini irəli sürsə də, hadisənin detallarını, o cümlədən T.İdrisovun təhqiredici davranışlarının nədən ibarət olduğunu açıqlamır. Şübhəsiz, zərər çəkdiyinə dair sübutları da məhkəməyə təqdim edə bilmir. Bu da, təbiidir. Çünki İddiaçı hər hansı mənəvi zərər dəyməmişdir. İddiaçı bir məqsədi var: cavabdeh T.İdrisovu bezdirmək və cavabdehin evinin inşasına mane olmaq. Göründüyü kimi, T.İdrisov deyil, məhz İddiaçı mütəmadi olaraq T.İdrisov və onun ailə üzvlərinin hüquqlarına (şəxsi toxunulmazlıq, mülkiyyət hüququ vs.) qanunsuz müdaxilələr etmişdir. Qaldırdığı əsassız iddiaya görə T.İdrisov öz evinin inşasını vaxtında tamamlaya bilməmiş, ailə üzvləri ilə birlikdə uzun illər yarımçıq tikilidə yaşamağa məcbur olmuşdur. T.İdrisovun hər hansı şəxslə, o cümlədən İddiaçılə hər hansı problemi olmamış, məhz İddiaçı müxtəlif vasitələrlə T.İdrisovun evinin inşasına mane olmağa cəhd etmiş, buna nail ola bilmədikdə isə, özünü barışmış kimi göstərmiş, ancaq ədavət aparmağa davam etmişdir.” Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2011-ci il tarixli 2(103)-626/2011 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov rayon Məhkəməsinin 2(005)-4/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbləri qismən təmin edilməklə X5 vurulmuş maddi ziyana görə 1210 manat, mənəvi zərərə görə 3000 manat, ödənilmiş dövlət rüsumu 5 manat olmaqla cəmi 4215 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)-2387/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 Nazim Adil oğlunu xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu ərazisində nalayiq ifadələrlə təhqir etmişdir. Bununla da X12 barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarı ilə X12 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnsan hüquqlarının və X9 haqqında” Avropa Konvensiyası: Maddə 10.1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Maddə 10.2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. (Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarı) Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli 20 №-li qərarı: 2.2.1. İnsan ləyaqəti qorunur və ona hörmət edilir, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəs işgəncə və əzaba, insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. 2.2.7. Şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir. 2.2.8. Şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. İşgüzar nüfuzu ləkələyən məlumatlar dedikdə isə bu qərarın 2.3.5-ci bəndində göstərilən məlumatlar başa düşülür. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır. 2.2.9. Şəxsin şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən məlumatlardan fərqli olaraq, ifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərin işlədilməsi və hərəkətlərin edilməsini ehtiva edir. 6.2. Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları – maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər. 6.3. Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Belə ki, hüququn müdafiəsi üsulları şəxsiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasına yönəldiyi halda, kompensasiya üsulları həmin pozuntu nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyası vasitələridir. Bəzi hallarda müdafiə üsullarının tətbiqi pozuntunu aradan qaldırmaqla yanaşı, vurulmuş mənəvi zərəri də kompensasiya etdiyindən, şəxsiyyət hüquqlarının müdafiəsi üsulları mənəvi zərərin kompensasiyası üsulu kimi də çıxış edə bilir. 6.4. Bu zaman məhkəmələr zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığını, onun (o cümlədən zərərvuranın) fərdi xüsusiyyətlərini və işin digər əhəmiyyətli hallarını nəzərə alaraq, sadəcə şəxsiyyət hüquqlarının pozuntusunun təsbit edilməsini və ya tələbdə olduğu halda pozuntunun aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, eyni zamanda şəxsiyyət hüquqlarının pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzinin tutulmasını mənəvi zərərin ədalətli kompensasiyası üçün yetərli hesab etməklə, əlavə olaraq mənəvi təzminatın tutulması tələbini rədd edə bilərlər. 6.5. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən iddia tələbindən kənara çıxılmamalı, iddiaçı tərəfindən tətbiqi tələb edilən üsullar və həcm həddi aşılmamaq şərtilə qiymətləndirmə aparılmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd olunmuş maddi hüquq normalarının (Mülki Məcəllə 23.1) tələblərinə əsasən, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Qeyd olunmalıdır ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Bu baxımdan şərəf dedikdə insanın əxlaqi, mənəvi keyfiyyətlərinə, başqa şəxslərə və cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymət anlaşılır. Ləyaqət isə şəxsin özünə, davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. İnsanın şəxsiyyətinə uyğun olmayan, onu alçaldan, nüfuzdan salan və cinayət törətməkdə ittiham edilən ifadələr şəxsin şərəf və ləyaqətini alçatmaqla mənəvi iztirab və sarsıntı keçirməsinə, bununla da mənəvi zərərə məruz qalmasına səbəb ola bilər. Şərəf və ləyaqət şəxsiyyəti xarakterizə edir və böyük ictimai əhəmiyyətə malik olmaqla Konstitusiya ilə qorunur. Konstitusiyanın 46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İddiaçı mənəvi zərərin ödənilməsi barədə hazırki tələb ilə məhkəməyə müraciət etməsinə əsas, cavabdeh X12 tərəfindən onun ünvanına şərəf və ləyaqətini alçaldan sözlər işlədilməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “CD” disklərdə (2 ədəd) olan cavabdeh X12 tərəfindən səsləndirilmiş səs-yazılarında İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələr olub-olmaması aydınlaşdırılmalıdır. Bu halların müəyyən edilməsi, xüsusi bilik tələb edən sualların cavablandırılması məqsədilə məhkəmə tərəfindən mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-2883/2025 saylı qərardadı ilə məhkəmə-linqvistik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2025-ci il tarixli 4/1917 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş CD-R diskdə qeydə alınmış “**********1518” adlı səs faylında səsləndirilmiş, tədqiqi hissədə göstərilən söz və ifadələr İddiaçı şərəf və ləyaqətini alçaldan söz və ifadələr, məlumatlar hesab olunur. Linqvistik ekspertiza üzrə aparılmış tədqiat nəticəsində müəyyən olunur ki, təqdim edilən materiallarda invektiv leksikanın formalarından biri sayılan məişət-danışıq səviyyəsində işlənən invektiv ifadəiər söyüşlər istifadə edilmişdir. Həmin nitq materiallarında cəmiyyətdə qəbul olunmuş ümumi əxlaq normalarının pozulması ilə müşayiət olunan etik normalardan kənar, ictimai yerlərdə işlədilməsi və dilə gətirilməsi məqbul sayılmayan söz söz birləşməsi və ifadələr dilə gətirilmişdir. Təqdim olunan materialların ümumi məzmununda şərəf ləyaqəti alçaldan ifadələr mövcud olmaqla konkret sözlərdə oz əksini tapmışdır/ Həmin ifadələr təhqiredici xarakterə malik olmaqla İddiaçı şərəf və ləyaqətini alçaldan söz və ifadələr hesab olunur. Belə sözlərin, söz birləşmələrinin və cümlələrin ifadə tərzi şəxsin birbaşa şərəf və ləyaqətinin alçaldılmasına yönəlmiş, qeyrietik və vulqar formada ifadə olunan söz və ifadələrdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdeh X12 tərəfindən qeyd olunan ekspert rəyini təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəy mötəbər sübut kimi qəbul edilməli və həmin rəy üzrə gəlinən nəticə nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə cavabdeh X12 tərəfindən İddiaçı şərəfini və ləyaqətini alçaldan ifadələr səsləndirilmişdir. Bu hal mübahisəsizdir. Belə ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)-2387/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 Nazim Adil oğlunu xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu ərazisində nalayiq ifadələrlə təhqir etmiş, bununla da X12 barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarı ilə X12 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İstənilən şəxsin, o cümlədən iddiaçının barəsində şərəf və ləyaqəti alçaldan məlumatların yayılması hər bir halda həmin şəxsin mənəvi sarsıntı keçirməsinə səbəb olur. Bunun əksi mümkün deyildir. Məhz bu səbəbdəndir ki, iddiaçı başqa qaydada bu halın qarşısını ala bilmədiyinə görə məcbur qalıb məhkəmə müdafiəsi hüququndan istifadə etmiş, məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Bütün bunlar məhkəmənin mövqeyinə görə, iddiaçının cavabdehin qanunazidd əməli nəticəsində mənəvi iztirab çəkməsinin sübutudur. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şəxs şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mənəvi (qeyri-əmlak) zərər vurulduqda mənəvi zərərin kompensasiyası üsulu tətbiq edilir. Şərəf və ləyaqətə zərər vurulmasına görə, mülki qanunvericilik delikt məsuliyyətini nəzərdə tutur. Bu məsuliyyətin mahiyyəti ondan ibarətdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsiyyətə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının ünvanına işlədilmiş ifadələr sonuncunun şərəf və ləyaqətini alçaldan ifadələrdir. Belə olan halda iddiaçı mənəvi zərərə görə zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin bu məbləğ ağlabatan miqdarda olmalıdır. Mənəvi zərərin kompensasiyası dedikdə-mənəvi zərərin əvəzinin ödənilməsi başa düşülür. Mənəvi zərərin kompensiyası şərəf və ləyaqətin pozulması zamanı onların müdafiə olunması üçün istifadə olunan ümumi mülki-hüquqi sanksiyadır, yəni ümumi xarakterli mülki-hüquqi müdafiə üsuludur. Mənəvi zərərin əvəzinin ödənilməsi bir qayda olaraq pul kompensasiyası şəklində müəyyən edilir. Pul kompensasiyasının məbləğini isə məhkəmə müəyyən edir və məhkəmə, bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirabı, sarsıntıların xarakterini və ağırlığını, zərərvuran şəxsin təqsirini (qəsdini və yaxud ehtiyatsızlığını) və əmlak vəziyyətini, zərərçəkənin fərdi xüsusiyyətlərini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə almalıdır. Mənəvi zərərin məbləği ağlabatan və ədalətli olmaqla, şəxsin məruz qaldığı sarsıntı və iztirablara mütənasib olmalıdır. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi pul kompensasiyasının məbləğini müəyyən edərkən, yayılmış məlumatların xarakterini, yayılma dairəsini, bu məsələdə cavabdehin təqsirini, məhkəmə qərarı ilə barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edildiyini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq, cavabdeh X5 İddiaçı xeyrinə 1000 manat məbləğində kompensasiya tutulmasını ağlabatan və ədalətli hesab edir. Həmçinin məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi qismən təmin edildiyindən və tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 105 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda cavabdehdən işə baxılması ilə əlaqədar məsrəfi olaraq 100 manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X5 şərəf və ləyaqətə vurulmuş mənəvi zərərin əvəzi kimi 1000 (min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 105 (yüz beş) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, cavabdeh X5 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 124, 216-220-ci və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X5 şərəf və ləyaqətə vurulmuş zərərin əvəzi kimi 1000 (min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 105 (yüz beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X5 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2883/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2883/2025
05.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver