Məhkəmə qərarları › İş №2(005)-29/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-29/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-29/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı (“X4” MMC və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə rəyinin və hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı (“X4” MMC və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə rəyinin və hesabatının etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 507, 2091-ci məhəllədə yerləşən 0,06 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair Cavabdeh1 MMC-nin 09.07.2019-cu il tarixli rəyinin və hesabatının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, Nərimanov rayon məhkəməsinin 2-(005)- 409/2017 saylı 09.02.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 214386 manat məbləğində pul tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Nərimanov rayon məhkəməsinin 8(005)-932/2017 saylı 28.07.2017-ci il tarixli qərardadı ilə Cavabdeh2 təqdimatı təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 507, 2091-ci məhəllədə yerləşən 0,06 ha torpaq sahəsinin, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 125 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Cavabdeh2 02.05.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 507, 2091-ci məhəllədə yerləşən 0,06 ha torpaq sahəsinin qiymətlənləndirilməsi "EL-EX” MMC-yə həvalə edilmişdir. İddiaçının iddia ərizəsində cavabdehlərdən tələb etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 507, 2091-ci məhəllədə yerləşən 0,06 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair Cavabdeh1 MMC-nin 09.07.2019-cu il tarixli rəyinin və hesabatının etibarsız hesab edilməsi barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadı ilə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. Bu baxımdan İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı “qiymətləndirmə rəyinin və hesabatının etibarsız hesab edilməsi” tələbinə dair ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, “iş üzrə icraata xitam verilməli və iddiaçıya icra hərəkətləri ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı (“X4” MMC və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə rəyinin və hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddiası məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar