Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2914/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızı İddiaçı X2 Cavabdeh1ə və Cavabdeh2 qarşı uşağın adının dəyişdirilməsi tələbinə dair ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM İddiaçı X3 Cavabdeh1ə və Cavabdeh2 qarşı uşağın adının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edədək, Cavabdeh2 razılığı olmadan 15.05.2017-ci il təvəllüdlü X4 adının dəyişdirilərək doğum şəhadətnaməsində ad qrafasında “Əmir” qazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı X2 ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Nazirlər Kabinetinin 79 saylı 12 may 2011-ci il tarixli «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarını»nın təsdiq edilməsi barədə qərarın 1.5-ci bəndinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzbati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadın dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il, 4 saylı qərarının 9.1 bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Bu baxımdan, məhkəmə hesab edir ki, ərizəçi X1 ərizəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı X2 doğum haqqında şəhadətnamədə adın dəyişdirilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya həmin tələb üzrə aidiyyəti üzrə orqanının imtinasından sonra inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM İddiaçı X2 Cavabdeh1ə və Cavabdeh2 qarşı uşağın adının dəyişdirilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya həmin tələb üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2914/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2914/2021
17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver