Məhkəmə qərarları › İş №2(005)-2924/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2924/2021

27.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2924/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh Horeca Servis MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh2 MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) ”əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh2 MMC-yə qarşı "əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Horeco Servis MMC-nin tərkibində olan Sky Hotel rəhbərliyindən ona Əmək Müfəttişliyinin araşdırıb yekun nəticə haqqında çıxardığı əmrə əsasən ödənilməli olan 10 ay rəsmi maaşının (yuxarıda da qeyd etdiyi kimi rəsmi maaş karta hər ay köçürülən 282 AZN ) dövlət tərəfindən edilmiş olan 4 ayrı-ayrı məbləğlər (122 Azn 62 Azn 190 Azn və 202 azn dövlət tərəfindən muzdlu işçilərə edilmiş yardım) çıxılaraq ümumilikdə 2244 AZN ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 12.11.2019-cu tarixidən rəsmi olaraq onunla müqavilə bağlanılmışdır. İşə başlayarkən ona veriləcək maaş 800 AZN danışılıb razılığa gəlinmişdir. Bu maaşın 282 Azn miqdarı rəsmi olaraq Paşa Banka məxsus maaş kartına yerdə qalan 518 Azn miqdarı isə nəğd şəkildə hər ay ona verilirdi. Aprel 2020 tarixindən 01.02.2021-ci tarixə qədər olan müddətdə (10 ay) rəsmi və yaxud qeyri rəsmi maaşları ödənilmirdi. Dəfələrcə müdriyyətdən maaş tələb etməyinə baxmayaraq ona narahat olma işlər bu aralar zəifdir bəhanəsi ilə işlər bir az qaydasına düşsün bütün maaşın hesablanıb artıqlaması ilə sənə veriləcək deyilirdi. Sadəcə ehtiyacdan iş yerini itirmək istəmirdi, inanmışdı ki, maaşları ödəniləcək 01.02.2021-ci il tarixdə məlum oldu ki, sahibkar Elçin bəy tərkibində 30 dan çox işçi olan bir oteli heç bir işçiyə xəbərdarlıq belə etmədən Pandemiya başa çatana qədər aylıq 25 min Azn-yə Pandemiya bitdikdən sonra aylıq 60 min azn olmaqla 3 illik İcarəyə verib. Elçin bəydən və otelin Direktoru sayılan Cavabdeh1 ona ödəniləcək 10 aylıq maaşı və işdən xəbərdarlıq edilmədən çıxarıldığı üçün təzminatını tələb etdi. Maaş olaraq da ona karta 300 azn pul vurulacağını bildirdilər. 01.02.2021-ci il tarixdən 1 ay 9 gün gedib hər gün o boş otaqda oturub evə gəldi. Əmək şərtlərinin dəyişdirilməsi ilə əlaqədar 09.03.2021 tarixində onunla bağladığı müqaviləyə xitam veriləcək və s . 2 aylıq orta əmək haqqı təqdim ediləcək. Əgər bunu qəbul etmirsinizsə sizə aşağı vəzifə təyin edirik- Qeydiyyatçı vəzifəsi. O, bildirişlə tanış oldu və ona ödənilməmiş olan 10 aylıq əmək haqqı ödənilərsə, qeydiyyatçı kimi də vəzifəsinii icra etməyə hazır olmasını bildirdi. Əlbətdə ki bu bildirişin sadəcə formal xarakter daşıdığın bilirdi. İş təkliflərin qəbul etsə də, onu 09.03.2021 tarixdən aralarında bağlanan 12.11.2019-cu tarixli müqaviləyə xitam verərək işdən Əmək Şərtlərinin dəyişdirilməsi maddəsi ilə ( hansı ki məcəllənin bu maddəsini əsaslandırmadan, oteli İcarəyə verdikləri üçün işdən azad etdilər və ona 2 aylıq orta əmək haqqını və istifadə etmədiyi məzuniyyət pulunu verib yola saldılar. İşə gedib gələrkən eyni bu qaydada açıq şəkildə bu özbaşınalıq haqqında Əmək müfəttişliyinə şikayəti ilə əlaqədar ərizə yazmışdır. Əmək müfəttişliyi şirkətə ödənməyən maaşlarını əsaslandırmaqlarını tələbi qoydu. Onlar bunu onun belə xəbəri olmadan guya ki, onu öz hesabına məzuniyyətə göndəriblər kimi əsaslandırmağa çalışdılar. Bu əsaslandırma müfəttişlik tərəfindən haqlarının pozulması kimi qiymətləndirilərək şirkət cərimə edildi və onlara son haqq hesabın yenidən hesablanıb ödəniş edilməsi barədə Əmr çıxarıldı. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona 2020-ci ilin aprel ayından 2021-ci ilin yanvar ayınadək əmək haqqı ödənilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı barəsində verilmiş əmrlər qanuna uyğun olmuş, işçi pandemiya şəraiti olduğu üçün ödənişsiz məzuniyyətə buraxılmış, bu müddətlər işəgötürənin əmrləri ilə rəsmiləşdirilmişdir. İşçiyə işdən çıxarılarkən əmək haqqı düzgün hesablanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən işəgötürən kimi cərimə olsalar da, həmin qərar inzibati məhkəmədə hazırda mübahisələndirilir. Hesab edir ki, İddiaçı əmək haqqı düzgün hesablanmaqla verilmişdir. X6 bununla bağlı lazımi sənədləri təqdim etmişdir. Buna görə də iddia tələbini qəbul etmir, rədd olunmasını xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında Horeca Servis MMC-nin mühasibi qismində izahat vermiş X5 bildirmişdir ki, pandemiya dövründə belə işçiyə əmək haqqına uyğun hesablama aparılmaqla əmək haqqı ödənilmişdir. Əmrlərdən görünür ki, müəyyən müddət İddiaçı ödənişsiz məzuniyyətdə olmuşdur. Mühasibat sənədlərini X6 də təqdim etmişlər. Hesablanma qaydası da göstərilmişdir. İddiaçı əmək haqqı düzgün olaraq hesablanmışdır, hər hansı səhvə yol verilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək müqaviləsinni bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 01.11.2019-cu il tarixdə müddətsiz olmaqla Horeca Servis MMC-də 300 manat əmək haqqı ilə qeydiyyatçı menecer vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Horeca Servis MMC arasında əmək münasibətlərinə 09.03.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin c bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilmişdir. Cavabdeh2 MMC-nin 16 mart 2020-ci il tarixli 8 nömrəli "ərizələrin daxil olması ilə əlaqədar” əmrinin surətindən görünür ki, İddiaçı 16 mart 2002-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixədək 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Horeca Servis MMC-nin «işçilərin növbədənkənar məzuniyyətə buraxılması ilə əlaqədar olaraq» 29 avqust 2020-ci il tarixli 15A saylı əmrinin surətindən görünür ki, Horeca Servis MMC-də çalışan işçilər 01 Sentyabr 2020-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək növbədənkənar məzuniyyətə buraxılmışdır. Cavabdeh2 MMC-nin 28 sentyabr 2020-ci il tarixli 19 nömrəli «işçilərin növbədənkənar məzuniyyətə buraxılması ilə əlaqədar olaraq» əmrinin surətindən görünür ki, Horeca Servis MMCdə çalışan işçilərin növbədənkənar məzuniyyət müddəti 02 noyabr 2020-ci il tarixədək uzadılmışdır. Cavabdeh2 MMC-nin 01 oktyabr 2020-ci il tarixli 19/20 saylı «işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması ilə əlaqədar olaraq» əmrdən görünür ki, 01 oktyabr 2020-ci il tarixdən əmrdə adları əks olunan şəxslər 60 təqvim günü ödənişsiz məzuniyyətə buraxılmışdırlar. Cavabdeh2 MMC-nin 28 oktyabr 2020-ci il tarixli 20 nömrəli «işçilərin növbədənkənar məzuniyyətə buraxılması ilə əlaqədar olaraq» əmrinin surətindən görünür ki, Horeca Servis MMCdə çalışan işçilərin növbədənkənar məzuniyyət müddəti 01 dekabr 2020-ci il tarixədək uzadılmışdır. Horeca Servis» MMC-nin 19 noyabr 2020-ci il tarixli 21 nömrəli «işçilərin növbədənkənar məzuniyyətə buraxılması ilə əlaqədar olaraq» əmrinin surətindən görünür ki, Horeca Servis MMCdə çalışan işçilərin növbədənkənar məzuniyyət müddəti 28 dekabr 2020-ci il tarixədək uzadılmışdır. Horeca Servis» MMC-nin 14 dekabr 2020-ci il tarixli 21 nömrəli «işçilərin növbədənkənar məzuniyyətə buraxılması ilə əlaqədar olaraq» əmrinin surətindən görünür ki, Horeca Servis MMCdə çalışan işçilərin növbədənkənar məzuniyyət müddəti 31 dekabr 2020-ci il tarixədək uzadılmışdır. Horeca Servis» MMC-nin 30 dekabr 2020-ci il tarixli 21 nömrəli «işçilərin növbədənkənar məzuniyyətə buraxılması ilə əlaqədar olaraq» əmrinin surətindən görünür ki, Horeca Servis MMCdə çalışan işçilərin növbədənkənar məzuniyyət müddəti 31 yanvar 2021-ci il tarixədək uzadılmışdır. Horeca Servis» MMC-nin 31 yanvar 2021-ci il tarixli 21 nömrəli «işçilərin növbədənkənar məzuniyyətə buraxılması ilə əlaqədar olaraq» əmrinin surətindən görünür ki, Horeca Servis MMCdə çalışan işçilərin növbədənkənar məzuniyyət müddəti 28 fevral 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 01.11.2019-cu il tarixdə Cavabdeh2 MMC-nin işləmiş, müəyyən edilmişdir ki, işəgötürənin Cavabdeh2 MMC 16 mart 2020-ci il tarixli 8 nömrəli əmri ilə iş üzrə İddiaçı 16 mart 2002-ci il tarixdən 16 sentyabr 2020ci il tarixədək 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Sonradan verilmiş müxtəlif tarixli əmrlərlə işçilərin növbədənkənar məzuniyyət müddəti 28 fevral 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə iddia ərizəsini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129, 169-cu maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçıya 2020-ci ilin aprel ayından 2021-ci ilin yanvar ayınadək olan müddət ərzində cavabdeh təşkilatın təqsiri üzündən əmək haqqı verməməsi tələbi qismən əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan, hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər (maddələr 129.1 və 129.2). Əmək Məcəlləsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir, işçinin təqsiri üzündən boşdayanma vaıxtı ödənilmir (maddə 169.1 və 169.2). Qanunvericiliyin yuxarıda qeyd olunan mənasına görə, işçi ilə işəgötürənin razılığı əsasında, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, 6 aydan çox olmayan müddətdə işçiyə ödənişsiz məzuniyyət verilə bilər. Bu o deməkdir ki, əsaslar olduğu təqdirdə 6 ayadək ödənişsiz məzuniyyətin verilməsi qanunidir. İşdən görünür ki, işəgötünə 16 mart 2020-ci il tarixli 8 nömrəli əmri ilə iş üzrə İddiaçı 16 mart 2002-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixədək 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, sonradan 29 avqust 2020-ci il tarixli əmrlə 01 Sentyabr 2020-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək növbədənkənar məzuniyyət göndərilməsi barədə əmr verilmişdir. Cavabdeh tərəfindən işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə əmrin verildiyi 16.03.2020-ci il tarixdən 6 ay müddətində yəni, 16.09.2020-ci il tarixədək ödənişsiz məzuniyyətin verilməsi qanuni olmuşdur. Həmin müddət başa çatdıqda işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə əmr verilməmiş, qanunla ödənişsiz məzuniyyətin verilmə müddətinin bitməsinə baxmayaraq həmin müddətin 6 aydan çox – 28 fevral 2021-ci il tarixədək uzadılması qanunsuz olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 28.3-cü maddəsinə əsasən kollektiv müqavilə müəssisənin üzündə, unun filiallarında, nümayəndəliklərində və diyər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda iso kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir. Həmin Məcəllənin 30.1 -ci maddəsinə əsasən kollektiv müqavilənin layihəsinin hazırlanması, bağlanması qaydaları və müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və rəsmiləşdirilir. Bu məqsədlə tərəflər bərabər saylı nümayəndələrindən ibarət müvafiq komissiya (işçi qrupu) yarada bilərlər. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən həmkarlar ittifaqları təşkilatının iclasının, konfransının və digər yığıncaqla'inın səlahiyyətli olması onun nizamnaməsi ilə tənzimlənir. İşçilərin(nümayəndələrin) 50 faizindən çoxunun iştirak etdiyi ümumi yığıncaq (konfrans) səlahiyyətli hesab olunur. Həmin Məcəllənin 30.6-cı maddəsinə əsasən, kollektiv müqavilənin layihəsi iclasda (konfransda) iştirak edənlərin səs çoxluğu ilə təsdiq edilir. Tərəflər, kollektiv müqavilə təsdiq edildikdən sonra onu üç gün ərzində imzalamalıdırlar. İmzalanmış kollektiv müqavilə və ona əlavələr yeddi təqvim günü ərzində məlumat üçün işəgötürənlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 28.3-cü maddəsinə əsasən kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir; 29-cu maddəsinə əsasən kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda isə kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir; 30.1-ci maddəsinə əsasən kollektiv müqavilənin layihəsinin hazırlanması, bağlanması qaydaları və müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və rəsmiləşdirilir. Bu məqsədlə tərəflər bərabər saylı nümayəndələrindən ibarət müvafiq komissiya (işçi qrupu) yarada bilərlər; 30.3-cü maddəsinə əsasən həmkarlar ittifaqları təşkilatının iclasının, konfransının və digər yığıncaqlarının səlahiyyətli olması onun nizamnaməsi ilə tənzimlənir. İşçilərin(nümayəndələrin) 50 faizindən çoxunun iştirak etdiyi ümumi yığıncaq (konfrans) səlahiyyətli hesab olunur; 30.6-cı maddəsinə əsasən, kollektiv müqavilənin layihəsi iclasda (konfransda) iştirak edənlərin səs çoxluğu ilə təsdiq edilir; 30.6-ci maddəsinə əsasən tərəflər, kollektiv müqavilə təsdiq edildikdən sonra onu üç gün ərzində imzalamalıdırlar. İmzalanmış kollektiv müqavilə və ona əlavələr yeddi təqvim günü ərzində məlumat üçün işəgötürənlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilir; 31.1-ci maddəsinə əsasən kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər; 31.4-cü maddəsinə əsasən, bu Məcəllədə və digər normativ hüquqi aktlarda kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir; 32.1-ci maddəsinə əsasən kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər; Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər; 146.1-ci maddəsinə əsasən, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. 146.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir; 169.2-ci maddəsinə əsasən işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Göründüyü kimi Horeca Servis MMC-nin müxləif əmrlərlə işçilərin növbədənkənar məzuniyyət göndərilməsi barədə müddəti 28 fevral 2021-ci il tarixədək tarixədək uzadılması əmr edilmiş, məhz bunun nəticəsində cavabdeh təşkilat Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada iddiaçının hüququnun pozuntusu ilə nəticələnmişdir. Bundan başqa, işçi əmək fəaliyyətini 16 sentyabr 2020-ci il tarixdən davam etdirmiş, iddiaçının bu müddət ərzində (iddia tələbində 2020-ci ilin aprel ayından 2021-ci ilin fevral ayınadək arixdən tələb olunması nəzərə alınmaqla) cavabdehdən əmək haqqının üçdə iki miqdarı hesablanaraq verilməsi tələbi əsaslıdır. Cavabdeh2 MMC tərəfindən 16.09.2020-ci il tarixdən 28.02.2021-ci il tarixədək müvafiq əmrlərə uyğun olaraq İddiaçı işləmək imkanınından məhrum olmuş, əmək haqqı almamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, İddiaçı 16.09.2020-ci il tarixdən 01.02.2021-ci il tarixədək (iddiada tələb olunan 10 ay) əmək haqqının üçdə iki miqdarı hesablanaraq Cavabdeh2 MMC tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC tərəfindən 16.09.2020-ci il tarixdən 01.02.2021-ci il tarixədək əmək haqqının üçdə iki hissəsi miqdarı hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar