Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2926/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı Şəhəri Cavabdeh2nə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə qiymətləndirmə barədə hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə Xidməti Məhdud Məsuliyyətli Cəmiyyət və Bakı Şəhəri Cavabdeh2nə qarşı qiymətləndirmə barədə hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ evindəki İddiaçı məxsus əmlaka dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakın qiymətləndirilməsi barədə hesabatı etibarsız hesab edilməsi və Bakı şəhəri Cavabdeh2 tərəfindən həmin əmlakın yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9337/2019 nömrəli 10.07.2019-cu il tarixli icra sənədinə əsasən, borclu İddiaçı 20.000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 9317/2019 nömrəli 07.08.2019-cu il il tarixli icra sənədinə əsasən, borclu İddiaçı 20.000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-42/2021 nömrəli 02.02.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ evindəki müəyyən əmlakları üzərinə həbs qoyulmuş və Cavabdeh2 böyük icra məmuru X2 17.03.2021-ci il tarixli qərarına əsasən, qiymətləndirici dəvət edilmiş və əmlaklar ümumilikdə 28.530 manat dəyərində qiymətləndirilmişdir. İddiaçı aparılmış qiymətləndirməni qanunsuz və əsassız hesab edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli iclasında X3 öz ərizəsinə əsasən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən iclasda iştirak etmirlər. Məhkəmə Azərbaycan respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mülki işin materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9337/2019 nömrəli 10.07.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1953/2019 saylı iş üzrə 11 mart 2019-cu il tarixli qətnaməsi öhdəliyin yerinə yetirilmədiyi səbəbindən cavabdehdən iddiaçının xeyrinə 20 000 manat pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək, cavabdeh İddiaçı X1 xeyrinə 20 000 manat məbləğində pul məbləğinin tutulması qət edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 21 aprel 2021-ci il tarixdə verilmiş 136 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9317/2019 nömrəli 07.08.2019-cu il il tarixli icra sənədinə və Cavabdeh2 17.03.2021-ci il tarixli 3587/163309/19-15-4 saylı sifariş məktubuna əsasən borclu İddiaçı məxsus əmlakların tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti cəmi 28 530 manat müəyyən edilmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı X4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi və mənəvi zərərın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar irəli sürdüyü maddi zərərın ödənilməsi barədə tələbləri əsaslandıra bilmədilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, maddi zərərın ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı qiymətləndirmənin keçirilməsinin qanunvericiliyin normalarının pozulması ilə keçirildiyini iddia edir. Lakin bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əmlaklara "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirilmə nəticəsində qiymət təyin edilməklə qanun pozuntusuna yol verilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçıların isə məhkəməyə qeyd edilən əmlakın qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı Şəhəri Cavabdeh2nə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə qiymətləndirmə barədə hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı Şəhəri Cavabdeh2nə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə qiymətləndirmə barədə hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2926/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2926/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver