Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2953/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tağıyev Oyrat Elşad oğluna məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Mitsibishi Outlander” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 7916,53 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01.07.2012-ci il tarixində idarə etdiyi “VAZ” 21154” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Mitsubishi Outlander" markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş verimiş yol-nəqliyyat hadisəsində "xxxx" Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “Mitsubishi Outlander” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində avtomobilə dəymiş ziyanla bağlı "xxxx" Firması tərəfindən avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bu qəza nəticəsində avtomobilin sahibinə 12978 manat ziyan dəymişdir. MİP-110022-U16 saylı Sığorta Müqaviləsinə və MİP-1809/2012 saylı Sığorta aktına əsasən Atəşgah Sığortan Şirkəti ASC tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sığortalıya 12878 manat sığota ödənişi həyata keçirilmişdir. Cavabdeh məxsus olan “VAZ” 21154 markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığortasının olduğu "xxxx" ASC-yə tərəflərindən ərizə ilə müraciət olunmuş və "xxxx" ASC tərəfindən qeyd olunan sığorta hadisəsinə görə dəymiş zərərələ bağlı 4961,47 manat İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. AR DİN Baş Dövlət Yol Polis idarəsi tərəfindən tərtib olunan X5 986504 nömrəli protokola əsasən, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və barəsində protokol tərtib olunmuşdur. Qeyd olunan yolnəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Nərimanov Rayon Məhkəməsinin “X5 qərarı” ilə təsdiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu üçün ona qarşı subroqasiya hüquqları yaranmışdır. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobilə vurulmuş zərərin sığorta ödənişi miqdarında məbləğin yerdə qalan əvəzi, yəni 7916,53 manat məbləği qanunvericliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən alınaraq iddiaçının xeyirinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia müddəti tətbiq etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; İddiaçı Sığorta Şirkəti ASC-nin 06.09.2012-ci il tarixli, 1809/2012 saylı Sığorta Aktı MİP-1-dən görünür ki, 01.07.2012-ci il tarixli baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mitsubishi Outlander” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 12878 manat məbləğində müəyyən edilmişdir. 23.12.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən qeyd olunan sığorta hadisəsinə görə dəymiş zərərələ bağlı 4961,47 manat İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. DYP 986504 saylı X6 Protokolun surətindən görünür ki, Cavabdeh 01.07.2012-ci il tarixində idarə etdiyi “VAZ” 21154” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Mitsubishi Outlander" markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. "xxxx" MMC-nin 27.08.2012-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Mitsubishi Outlander" markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələrinin dəyəri ümumilikdə 12978 manat təşkil etmişdir. 13.09.2012-ci il tarixli, 2656 saylı Kassa məxaric orderin surətindən görünür ki, Tağıyev Oyrat Elşad oğluna MİP-1 1809/2012 saylı sığorta aktına əsasən 12878 manat sığorta ödənişi edilmişdir. 28.04.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 28.12.2020-ci il tarixdə Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, qeyd olunan zərər məbləğini 10 gün müddət ərzində şirkətə ödənilmədiyi təqdirdə müvafiq iddia ərizəsi ilə Məhkəmə orqanına müraciət ediləcəyi xəbərdar edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 15.11.2021-ci il tarixli, 9/7258-8/2564 saylı ekspert rəyindən görünür ki, "xxxx" avtomobillərə texniki xidmət stansiyasının 27.08.2012-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Mitsubishi Outlander” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10859 manat müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticənin aşağıda qeyd olunanlara görə əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi 01.07.2012-ci il tarixdə baş vermiş və İddiaçı Sığorta Şirkəti ASC 13.09.2012-ci il tarixdə Tağıyev Oyrat Elşad oğluna MİP-1 1809/2012 saylı sığorta aktına əsasən 12878 manat sığorta ödənişi etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, iddiaçı 13.09.2012-ci il tarixdə Tağıyev Oyrat Elşad oğluna sığorta aktına əsasən 12878 manat sığorta ödənişi etmiş, lakin iddia ərizəsi 19.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, poçtla göndərilmənin daha əvvələ aid olduğunu təsdiqələyən sübutlar təqdim edilməmiş, ötürülən müddət ərzində iddia ərizəsində qeyd olunan məbləğin qaytarılmasını məhkəmədə mübahisələndirməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri İddiaçı Sığorta Şirkəti ASCdən tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri İddiaçı Sığorta Şirkəti ASCdən tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2953/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2953/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver